da əlavə olunur. Çay dərələri ilə meşələr 2600 m yüksəkliyə qədər qalxır. Sonra
meşələr orta dağ çəmənləriylə, daha sonra isə yüksək dağ çəmənləriylə əvəz olunur.
Həmin sahələrdə dağ-çəmən torpaqları geniş yayılmışdır. Burada həmçinin şaxta
aşınması və daimi donuşluqla əlaqədar landşaft növləri yayılmışdır.
Cunqari-Alatausu.
Cunqari-Alatausu Qazaxıstanın şərq hissəsində İli çayı və Alakol gölünün arasında
MDB ilə Çin sərhəddində qərb, cənubi-qərbdən şərq və şimal-şərq istiqamətində
uzanır. Cunqari-Alatausunda bir neçə dağ zənciri vardır ki, bunun da ən uzunu
şimalda yerləşir. Əsas dağ zəncirlərindən cənubda Toksanboy və Ben..sintau sıra
dağları yerləşir. Bu əsas sıra dağların mütləq yüksəkliyi 4000 m-dən artıqdır.
Cunqari-Alatausunda dağ əmələgəlmə prosesi paleozoyda başlanmışdır. Əsas
qırışıqlıq hertsin dövründə baş vermişdir. Hertsin qırışıqlığından sonra denudasiya
prosesi baş vermiş, mezozoy və kaynazoy eralarında isə ərazi platforma rejimində
olmuşdur. Neogen və IV dövrdə qalxmalar baş vermişdir. Dağ sisteminin əsasını
Cunqari antiklinorisi təşkil edir. Antiklinorinin nüvə hissəsi paleozoy və orta
proterozoy çöküntülərindən təşkil olunmuşdur. Antiklinoriumun qanadları isə devon
və karbon dövrünün çöküntülərindən ibarətdir. Burada bəzi yüksəkliklərdə qranitlər,
sıra dağlarda isə orta və aşağı paleozoyun metamorfik şistləri yayılmışdır.
Faydalı qazıntılardan burada polimetal, mis və dəmir filizləri, əlvan və nadir metal
yataqları, daş kömür yataqları və s. vardır. Burada 3000-4000 m yüksəklikdə qədim
səthi düzəlmə sahələri relyefdə aydın nəzərə çarpır. Cunqari-Alatausunda qar xətti
3200-3800 m yüksəkliklərdən keçir. Burada 1300-dən çox buzlaq vardır ki, onun da
sahəsi 1000 km ²-dən artıqdır.
Ərazidə qar, buzlaq və yeraltı sularla qidalanan çoxlu çaylar vardır. Şimal yamacdan
axan çayların əksəriyyəti Balxaş, Sasik göl və Alakol göllərinə, cənub yamacın
çayları isə, İli çayına tökülür. Dağ yamaclarının aşağı hissəsində səhra, yarımsəhra və
behruzmelikov.com
behruzmelikov.com
çöl bitkiləri yayılmışdır. Buna münasib olaraq qonur-səhra-çöl, açıq-şabalıdı, dağ
şabalıdı və dağ qara torpaqları yayılmışdır. Dağ çölləri əsas etibarı ilə ağ ot və qiyaq
otundan, habelə otlu-dənli bitkilərdən təşkil olunmuşdur. 1500-2400 m yüksəklikdə
şimal yamaclarda çəmən-meşə bitkiləri yayılmışdır. Burada Tyan-Şanın şam
meşələrindən ibarət seyrək meşəlik vardır. Cunqari-Alatausunun yuxarı hissəsində
tipik dağ-çəmən bitkiləri yayılmışdır. Alp qurşağının aşağı hissəsində müxtəlif otlu-
dənli bitkilər, yuxarı hissəsində isə ot bitkiləri (cil, qum otu) yayılmışdır. Sıra dağların
daha yüksək bel hissəsində buzlaq-nival landşaftı yayılmışdır.
behruzmelikov.com
behruzmelikov.com
Orta Sibir yaylası
Yenisey və Lena çayları arası çox böyük bir sahəni əhatə edir. Cənub və şərq
istiqamətlərdə Cənub və Şimal-şərq Sibir dağları ilə əhatələnir. O Şimal Buzlu
okeanından Şərqi Sayan dağlarının ətəklərinə qədər uzanır. Ən şimal nöqtəsi
materikdə Çelyuskin burnudur. Ən cənub nöqtəsi isə İkkutsk əyalətindədir. Sahəsi 4
mln km²-dir. Bu da Qərbi Avropanın sahəsindən böyükdür. Orta Sibir yaylası
kembriyəqədərki Sibir platformasında formalaşmışdır. Ondan şimalda Bırranqa
dağları yerləşir. Həmçinin mezozoy qırışıqlığı Çekanov və Pronçisov tirələri də
yerləşir. Taymır və Mərkəzi Yakut ovalığı akkumlyasiya prosesinə məruz qalaraq,
Orta Sibir yaylasının alçaq sahələrində yerləşir.
Ölkə üçün kontinental iqlim səciyyəvidir. Daimi donuşluq sahəsinin geniş yayılması
Aşağı Tunquska və Bilyuy ətrafı adalarda, həmçinin cənub yarım dairəsində hakimdir.
Bununla əlaqədar Orta Sibirdə açıq yarpaqlı Tayqa üstünlük təşkil edir.
Ərazinin mühim çayları müəyyən uzunluğa malikdir. Onların geniş hövzələri və
aşağı axarları gursuludur. Qolları üçün isə, böyük axım sürəti səciyyəvidir.
Coğrafi enlik zonallığı Qərbi Sibirlə müqayisədə daha az gözə çarpır. Bu da dağlıq
relyefin kəsişməsinin üstünlüyü ilə izah olunur. Bu səbəbdən bir çox yerlərdə yüksək
olmayan landşaft zonallığı meşə çöl zonasında cənuba getdikcə təcrid olunmuş
sahələrə rast gəlinir. Buna da “adalar” çökmə relyef formaları adı verilmişdir.
İlk dəfə Orta Sibir və Xəzər dənizi sərvətləri haqqında XII əsrdə məlumatlar
verilmişdir. XIX əsrdə burada elmi ekspedisiyalar təşkil olunmuşdur. XX əsrdə
faydalı qazıntıların yataqları istismar olunmuşdur. 1959-cu ildə isə İkkutskda Sibir
coğrafiya institutu yaradılmış və bugün də o öz tədqiqatlarını aparmaqdadır.
Geoloji quruluşu. Sibir platformasının özülü ölkənin çox hissəsini tutur. Arxey və
proterozoy süxurları metomorfik çöküntülərdən təşkil olunmuşdur. Aşağı paleozoyda
behruzmelikov.com
behruzmelikov.com
Sibir platforması dənizlə örtülü olmuşdur. Sibir platformasından cənubda aşağı
paleozoy çöküntüləri əsasında bazalt konqlomeratları yerləşir. Onların üstünü örtən
nazik təbəqə qranit, qneys, mərmər süxurlarından təşkil olunub. Orta Sibir vilayəti
pilləvari süxurlar 1 mln km² ərazini tutur. Daha çox vulkanogen süxurlardan (1800-
2000 m dərinlikdə) ibarət Tunqus sineklizində müşahidə olunur. Vulkanogen dövr
bitdikdən sonra, ölkənin geoloji quruluşu çox dəyişir. Orta Sibirin böyük hissəsində
müşahidə edilən yastı yaylalar neotektonik hərəkətlər nəticəsində formalaşmışdır. Bu
dövrün çöküntüləri Predverxoyansk, Prisayan, Predtaymır və Lena-Xatan
əyilmələrində, həmçinin Bilyuy sineklizində saxlanılmışdır. Paleogenin sonunda
Qərbi Sibir düzənliyindən dənizin yox olması nəticəsində Orta Sibirdə qalxmalar
müşahidə olunur, hidroqrafik şəbəkənin intensiv parçalanması müşahidə olunur. Bu
da göllərin itməsinə şərait yaradır.
Relyefi. Orta Sibir yaylasının müasir relyefinin müəyyənləşməsində geoloji
quruluşun inkişaf tarixi və onun bir çox xüsusiyyətləri öyrənilmişdir. Ölkənin
şimalında Bırranq dağları yüksəlir. Yenisey çayının enlik istiqamətindən Taymır
yarımadasının şərq rayonlarına qədər uzanır. Dağ massivləri şimal torpağının bir çox
adalarını əhatə edir. Şimal torpağının tektonik struktur yaşına və Baykal qırışıqlığı
zonasına uyğun gələrək Bırranq dağları Hertsin orogenezi dövründə formalaşmışdır.
Müasir dövrdə onlar orta dağlıq (800-1000 m hündürlükdə olan) massivləri
xatırladır.Bırranq dağlarının cənub yamacları ilə Orta Sibir yaylasının ətəkləri
arasında Taymır ovalığı təpəlik şəklində yerləşir. Orta Sibir yaylasının ətəkləri
arasında Taymır ovalığı təpəlik şəklində yerləşir. Orta Sibirin böyük hissəsi Orta Sibir
yaylası ərazisində yerləşir. 150-1700 m arasında yüksəkliklər səciyyəvidir. Bu
səbəbdən ayrı-ayrı yerlərdə relyef dağlıq xarakter daşıyır. Ölkənin şərqində Mərkəzi
Yakutiya ovalığı yerləşir. 5-8 km qalınlığında Yura və Tabaşir dövrünün çöküntüləri
ilə əhatələnmişdir. Yastı, düzən relyefi ilə fərqlənir. Orta Sibirdən cənub-qərb
istiqamətdə orta dağlıq Yenisey zirvəsi yüksəlir. O Şərqi Sayandan daşlı Tunquskaya
qədər uzanır. Burada orta yüksəklik 200-300 m-dir. Kan rayonu ərazisində 400-500
behruzmelikov.com
behruzmelikov.com
Dostları ilə paylaş: |