1.
Qonur və boz torpaqların yayıldığı səhra-çöl zonası.
2.
Dağ-şabalıdı, tünd-boz və qəhvəyi torpaqların yayıldığı quru çöl zonası.
3.
Müxtəlif torpaq örtüyünə malik olan meşə-çöl zonası.
4.
Subalp dağ-çəmən və çəmən-çöl torpaqlarının müxtəlif yarımtiplərilə birlikdə
yayılmış dağ-çəmən və çəmən-çöl terrasları.
5.
Yüksək dağlığın çəmən, çəmən-çöl, səhra-çöl və quraq tundra torpaqları.
6.
Daim qar və buzlaq zonası.
Qazaxıstan əyaləti təbii xüsusiyyətinə görə və eləcə də bitki örütüyünün xarakterinə
görə mülayim qurşağa yaxındır.
Mərkəzi Qazaxıstanın şimal hissəsi çöl zonasına daxil olub (ən şimal hissədə
müxtəlif otlu taxıl fəsiləli bitkilərdən ibarət çöl, cənubda isə quraq otlu-yovşanlı
çöllərdən ibarətdir) cənuba doğru yarımsəhra ilə əvəz olunur.
Ölkənin dağlıq hissəsinin bitkiləri yüksəklikdən asılı olaraq aşağıdakı şəkildə
dəyişir: Qonşu düzənlik ərazidə olan yovşanlı və şoranotulu səhra dağətəyi zonada
yarımsəhra ilə, bir qədər yüksəklik artdıqda isə yovşanlı-taxıl fəsiləsi otlardan ibarət
çöllərlə əvəz olunur. Sonra dağ-çimli taxıl fəsiləsi ot bitkilərindən ibarət çöllər, sonra
dağ-çəmən-çöl və çəmən, daha sonra enliyarpaqlı meşə, ondan yuxarıda iynəyarpaqlı
meşə, bundan yüksəkdə isə alp və subalp çəmənlikləri, habelə qayalıqlar və çılpaq
səhralar yerləşir.
behruzmelikov.com
behruzmelikov.com
Orta Asiyanın cənub-şərq və şərq dağları.
Orta Asiyanın cənub-şərq və şərq dağları geoloji və fiziki-coğrafi xüsusiyyətlərinə
görə fərqlənir. Ərazinin şimalı və mərkəzi dağlıq hissəsinin qırışıqlıq əsası paleozoy
erasında formalaşmağa başlamışdır. Orta Asiyanın cənubunda paleozoy və mezozoy
qırışıqlığının əksetmələrilə yanaşı, kaynazoy qırışıqlığı da özünü intensiv şəkildə
göstərir. Ərazinin istər şimalında, istərsə də cənubunda relyef cavan neogen və IV
dövr qalxmaları ilə əlaqədar yaranmışdır. Dağlıq vilayətlərdə tektonik hərəkətlərin
inkişafı seysmik hərəkətlərlə indi də davam edir.
Orta Asiyanın əsas dağ sistemi kimi Tyan-Şan və Pamir-Alay dağ sistemləri ayrılır.
Bir çox coğrafların təklifinə görə, Tyan-Şan və Pamir-Alay dağlarının sərhəddi
Fərqanə vadisi boyunca götürülür.
Fərqanə vadisindən cənubda Pamir-Alay dağ sistemi yerləşir və özünü sərbəst
oroqrafik sahə kimi göstərir. O Pamir-Alay dağ sistemini Tyan-Şan dağ
sistemlərindən tamamilə ayırır. Fərqanə vadisi Pamir-Alay və Tyan-Şan dağ
sistemlərini ayıran oroqrafik sahə olmayıb, həm də daha geniş coğrafi əhəmiyyətə
malikdir. B.P. Alisov Fərqanə vadisini mülayim iqlim qurşağının Tyan-Şan
vilayətinə, bundan cənubda yerləşən Pamir-Alayı isə subtropik qurşağa aid edir.
Fərqanə vadisi burada vacib iqlim sərhəddi kimi götürülür. Bundan əlavə Fərqanə
vadisi bu 2 region arasında botaniki-coğrafi sərhəd rolunu oynayır. Beləliklə Pamir-
Alay və Tyan-Şan dağları arasında sərhəd Fərqanə vadisi boyunca götürülür. Bəzi
coğraflar Cunqari-Alatausunu Tyan-Şan dağ sisteminə aid edirlər. Əslində isə o,
Tyan-Şan ilə Cənubi Sibir dağları arasında aralıq vəziyyəti təşkil edən sərbəst dağ
sistemidir. Hər şeydən əvvəl Cunqari-Alatausu oroqrafik nöqteyi-nəzərdən Tyan-Şan
dağ sistemindən geniş İli çayı dərəsi ilə ayrılır. Cunqari-Alatausunun Tyan-Şan və
Dağlıq Sibir arasında aralıq vəziyyəti təşkil etməsi bitki örtüyündə də özünün göstərir.
Cunqari-Alatausundan şimalda Alakol və Zaysan çökəklikləri arasında Tarbaqatay və
Saur dağları yüksəlir. Bu qırışıq strukturaları Qazaxıstan xırda təpəliyinin davamı
behruzmelikov.com
behruzmelikov.com
olub bir qədər yüksəyə qalxmışdır. Lakin bu sıra dağlar bir sıra xüsusiyyətlərə görə
Qazaxıstan xırda təpəliyindən fərqlənir. Bu xüsusiyyətlərdən tektonik hərəkətlərin
xarakterini, dağların daha yüksəyə qalxmasını, yüksəklik landşaft zonasının daha
geniş sahəni əhatə etməsini və s. cəhətləri göstərmək olar.
Beləliklə, Orta Asiyanın cənub-şərq və şərq dağlarında aşağıdakı dağ sistemləri
ayrılır: 1. Saur və Tarbaqatay; 2. Cunqari-Alatausu; 3. Tyan-Şan; 4. Pamir-Alay.
Saur-Tarbaqatay
Saur və Tarbaqatay dağları bilavasitə Qazaxıstan xırda təpəliyinin hertsin
qırışıqlığının strukturunun davamı olub, neotektonik hərəkətlərlə xeyli yüksəyə
qalxmışdır. Saur və Tarbaqatay dağları onlarla Altayı bir-birindən ayıran Zaysan
dağarası çökəkliyi üzərində xeyli yüksəyə qalxır. Bioloji xüsusiyyətlərinə görə, bu
dağlar Cənubi Sibir və Orta Asiya dağlıq fiz-coğrafi ölkələri arasında keçid
vəziyyətini təşkil edir.
Saur silsiləsi iri qalxma massivi olub, hündürlüyü 3500 m-dən artıqdır. Tarbaqatay
dağları Saur dağlarından alçaq olub, hündürlüyü 2992 m-dir. Bu dağlar əsasən, devon
və karbonun şist, əhəngdaşı, qumdaşı çöküntülərindən, habelə vulkanogen və qranitli
süxurlardan təşkil olunmuşdur. Dağ yamacları dərin dərələrlə parçalanmışdır.
Bununla yanaşı dağ massivləri və paltoların bel hissəsi zəif parçalanmışdır. Bu isə
ərazidə qalxma sahələrinin cavan olmasını sübut edir. Ərazinin yüksək dağlıq
zonasında müasir buzlaşmaya nisbətən daha böyük ölçülü qədim buzlaşma izlərinə
rast gəlinir. Burada 2000-2500 m yüksəklikdən etibarən daimi donuşluq başlayır.
Şimal yamacın dağətəyi zonasında və dağ çöllərində açıq-şabalıdı torpaqlar üzərində
yarımsəhra bitkiləri, ondan yuxarıda dağ şabalıdı və qara torpaqlar üzərində çöl
şorakətli-çəmən bitkiləri bitir. Cənubda isə alçaq dağlıq çöl landşaftı, parçalanmış orta
dağlıq çəmən-çöl və kolluq landşaftı ilə əvəz olunur. Ərazidə Sibir qaraşamı və Tyan-
Şan küknarından ibarət meşələr yayılmışdır. Burada küknar meşələrinə Sibir ağ şamı
behruzmelikov.com
behruzmelikov.com
Dostları ilə paylaş: |