48
əxlaq üçün bunlar o qədər də maraqlı deyil. Əsasən əxlaq
haqqında bəhs etdiyi əsərlər “Aristotelin” Nikomax etikasına
kommentari”, “Kafirlərə qarşı cəmi fikir”, “Teologiyanın
cəmi”dir.
Akvinalı Foma öz etikasını struktur baxımından ali
məziyyət haqqında təlimə və yaxşılıqlar haqqında təlimə bölür.
Foma əxlaqi fəlsəfədə üç hissəni göstərir: monastika (ali
məqsəddən irəli gələn şəxslərə xas olan yaxşılıqları öyrənir),
siyasət (fərdlərim vətəndaş kimi davranışlarını öyrənir) və s.
“Teologiyanın cəmi” əsərində xristian etikası “ümumi”
və “xüsusi” hissələrə bölünür. Ümumi etikada mənəviyyatın
formal tərəfi açıqlanır (yəni onun nəzəri məzmunu), insanın
xoşbəxtliyə nail olma problemi araşdırılır, insanın hərəkətləri
xarakterizə olunur, bunların əsas səbəbləri göstərilir,
mənəviyyatın maddi cəhəti əsaslandırılır. Burada ayrı-ayrı
məziyyətlər və vəzifələr araşdırılır.
Foma insanın əxlaqi fəallığı və onun xoşbəxtliyə meyli
arasında əlaqəni vurğulayır, o, ilk olaraq ali xeyirxahlığı
araşdırır, sonra isə həmin məqsədə doğru aparan yaxşılıqları
təhlil etməyə çalışır. Aristotel hər iki tərəfi bir-biri ilə birbaşa
əlaqələndirirdi.
Akvinalı
Foma
bu
əlaqəni
allahın
vasitəçiliyində görür. O, göstərir ki, mənəvi cəhətdən saf həyat
sürən insan xilas oluna bilər. Bu xilasolunmanın özü isə insan
zəkası hüdudlarından kənardır və ancaq inamın səlahiyyətində
olaraq qalır.
Ali fəzilət məqsədlərin məqsədidir. Həyat məqsədləri
həmin fəzilətlə üst-üstə düşür və bir yerdə varlığın fəzilətliliyini
bildirir. Bütün varlıq fəzilətdir, çünki onun yaranışında allah
iştirak etmişdir. Burada şərə yer yoxdur, deməli, şər qeyrivarlıq
aksidensiyasıdır (imkan). Bəs əxlaqi seçim varmı? İnsan fəal
əxlaqi hərəkətlər edə bilərmi? Əgər hər şey dünyada
allahdandır və fəzilətdirsə, onda nə üçün insan şüurlu əxlaqi
şeylər seçməli, çalışmalıdır? Aristotel bu suala cavab axtaranda
göstərirdi ki, insan mahiyyətinin ifadə olunması etimalda
49
nəzərdə tutulub, həm də bir vəzifədir. Bunun gerçəkləşməsi
fəaliyyət, praktikadır. Bu keçid praktikada, həyatda reallaşa
bilər (ağıl vasitəsilə). Ağıllı insan əxlaqi cəhətdən daha
kamildir.
Akvinalı Foma göstərir ki, kainatın harmoniyası
kamilliyin müxtəlif dərəcələrini nəzərdə tutur - əbədi və fani.
Bəzi şeylər öz fəzilətliliyindən uzaqlaşa bilərlər. Bu, elə şərin
ifadəsidir. Şər iki cürə olur. Təbii şeylərdə bunun səbəbi də
təbiidir. Sosial sahədə isə şərin səbəbi fəaliyyət göstərən şəxsin
özündədir. Ali fəzilət xoşbəxtlikdir. Xoşbəxtlik isə cismani
həzzalma yox, intellektual fəaliyyətlə bağlıdır, daha doğrusu,
onun ali forması olan seyretmə ilə. Seyretmə zamanı onun
predmeti dünyadırsa, onda burada hissi başlanğıc pis əməl kimi
qiymətləndirilməlidir. Xalis ağlin fəaliyyəti isə allaha, onun
dərkinə istiqamətlənir (vəhy yolu ilə). İnsanın bu sahədə
fəaliyyətin göstərməsinə əngəl onun duyğular aləmidir.
Insan qismən xoşbəxt ola bilər. Tam xoşbəxtlik insana
yalnız o dünyada verilir. Bu kamil xoşbəxtlik əbədidir. Burada
həzzalma onun əlamətlərindən biridir. Allahı seyr edən eyni
zamanda onu sevir. Bu sevgi bütün insan arzularının qanuni
yekunudur.
Beləliklə, Akvinalı Fomanın ali fəzilət haqqında təlimi
evdemonik xarakter daşıyır. Burada daxili ziddiyyətlilik var:
həzzalma insan fəaliyyətinin məqsədi olsa da, eyni zamanda o,
onun imkanı xaricindədir. Əxlaq və dinin müəyyən dərəcədə
bir-birinə zidd olması burada özünü biruzə verir.
Akvinalı Foma fəzilətlərə nail olma yolları və
vasitələrini də araşdırılmasıdır. Əsas məsələ iradə azadlığıdır.
Insan iradəsinə mənfi təsir edə biləcək amillər çoxdur:
məcburiyyət, qorxu, istək, naşılıq və s. Əgər insan bəd əməli
bilərəkdən etməyibsə, o, bunun nəticəsində xəcalət çəkir.
Azadlıq dərəcəsi burada ağıldan istifadə etmə dərəcəsindən
asılıdır. İnsan, düşünülməmiş hərəkətlər edir. Həmin
hərəkətlərin səbəbləri məhəbbət, nifrət, istək, qəm, kədər və
50
digər düşünülməmiş arzu və emosiyalardır. Hər hansı bir
hərəkət iradə ilə idarə olunmalı, ağıl üzərində qurulmalıdır.
Ağıldan faydalanan insan azadlığı genişlənir və daha
möhkəm olur. Düşüncə burada dörd hərəkətdən ibarətdir:
1.intensiya (meyl salma), seçim; 2.motivlərin düşünülməsi,
hərəkət üsulunun düşünülməsi; 3. konsensus, yəni təqdiretmə
və, 4. hərəkətin özü. Bu əxlaqi hərəkət sxemi Aristotelin təklif
etdiyi sxemə çox yaxındır.
Fomanın hesab etdiyi kimi, insan ağlı məhdud olduğu
üçün fəziləti tam təmin edə bilməz. Burada allahın yardımı da
lazımdır. Yardımın forması qanun və bərəkətin bəxş
edilməsidir. Qanunlar “əbədi” (allahın idarəetmə qanunları),
“təbii” (əbədi qanunların inikası olaraq ağıllı, məxluqları
əməllərində şərdən uzaqlaşmaq, fəzilətə nail olmaq deməkdir),
“bəşəri” (dövlət və cəmiyyət qanunları) və “ilahi” (köhnə və
yeni Tövrata əsaslanan qanunlar) olur.
Allah insanın mənəviyyatında vicdanı təmsil edir.
Vicdan insanı şər əməllərdən uzaqlaşdırır. Allah həm də
kəlamları (ehkamları) insana çatdırıb ki, qanunları dərk etsin və
onlara əməl etsin. Allah öz rəhmi və mərhəməti ilə insana bu
işlərdə yardımçı olur. Mərhəmət ona görə lazımdır ki, insan
ilahi zəkanın həqiqətlərini dərk edə bilsin. Akvinalı Foma insan
ağlının allah zəkasının kamil olmayan bir parçası olması fikri
ilə razılaşır. O, həm də Platon və Aristotelin ayrı-ayrı fəzilətlər
haqqında təsəvvürlərini birləşdirib yeni təsnifat yaratmağa cəhd
edir. O bunları əqli, mənəvi və dini hissələrə ayırır. Əqli
fəzilətlər öz növbəsində intellektual-nəzəri və praktik hissələrə
ayrılır. Mənəvi fəzilətlər ruhun emosional, hissi tərəfini ifadə
edir, xasiyyət əlamətlərini bildirir. Əqli fəzilətlər olmadan
mövcud ola bilməz. Burada ədalətliliyi (bu, insanlar arasında
münasibətləri xarakterizə edir) və insanın özünə olan
münasibətini xarakterizə edən məziyyətləri göstərmək olar
(comərdlik, səxavət, toxtaqlıq və s.). Əsas mənəvi fəzilət
dörddür: sağlam düşüncə, ədalətlilik, comərdlik, təmkinlik.
Dostları ilə paylaş: |