Mate çay argentina məDƏNİYYƏTİNİn bir elementi KİMİ Yerba mate çayının tarixi haqqında



Yüklə 232,69 Kb.
səhifə3/3
tarix29.11.2023
ölçüsü232,69 Kb.
#142105
1   2   3
MATE ÇAY ARGENTİNA MƏDƏNİYYƏTİNİN BİR ELEMENTİ KİMİ

Şəkil 16. Bombilla

Mateni klassik üsulla dəmləmək üçün kalabaşın üçdə bir hissəi su ilə doldurulur, mate əlavə olunur və bundan sonra qabı təqribən 45 dərəcə bucaq altında əyib möhkəm sirkələmək lazımdır. Davamında boş hissəyə az miqdarda soyuq su tokülür. Birbaşa isti su tökülərsə o zaman qabın içərisində olan ovuntular yuxarı qalxar və çay içən zaman ağızda xoş olmayan dad yaradar.


Su mateni dəmləmək üçün vacib amildir. Çay 75-80`C temperaturda dəmlənməlidir. Sonda bombilla ehtiyatla qabın boş olan hissəsinə salınır və kalabas su ilə tam doldurulur. Bir-iki dəqiqə gözlədikdən sonra mateni artıq istifadə etmək olar. Bir dəfə dəmlənən mateyə təkrar 7-10 dəfə su əlavə etmək olar. Çay içərkən adətən şəkərdən istifadə olunmur, lakin vəziyyət zövqə görə dəyişə bilər.
Mate çayının faydaları və əks təsirləri. Mate çayı özünün müsbət və mənfi təsirləri ilə təbabətdə araşdırma mövzu olmaqda davam edir. Cənubi Amerikada çox məşhur olan yerba mate həm antioksidləşdirici xüsusiyyətə malikdir, həm də vitaminlərlə zəngindir. Mate çayı 196 aktiv maddədən ibarətdir. Onun tərkibində saponinlər və nitrit glikozidlər, ilk növbədə kofein, teobromin, kofein turşusu törəmələri və flavanoidlər, həmçinin A vitamini, E vitamini, B1, B2, B3, B5 və C vitaminləri, manqan, selenium, fosfor, xlorofil, dəmir, maqnezium, kalium, kalsium, zülallar və amin turşusu vardır. Mate çay zehni və fiziki yorğunluğu aradan qaldırmaq üçün təsirli vasitəsir. O, maddələr mübadiləsini sürətləndirir, enerjini artırır, orqanizmə stimullaşdırıcı təsir göstərir. Mate çayı sinir sistemi, ürək-damar və mədə-bağırsaq xəstəliklərinə, allergiyaya, yüngül və orta səviyyəli depressiyaya, qarşı da təsirli vasitə hesab olunur. Aclıq hissini aradan qaldırma xüsusiyyətinə malik olan bu çay, iştahı azaldır və həzm prosesini asanlaşdırır. Pəhriz saxlayanlar üçün ideal vasitə hesab olunur.
Mate çayının faydalı cəhətləri ilə yanaşı, insan sağlamlığı üçün zərərləri tərəfləri də vardır. Tərkibində kofein olan bu çaydan uzun müddət istifadə narahatlığa, əsəbiliyə, ürək döyüntüsünə və yuxusuzluğa səbəb ola bilər. Bu çay ürək, qaraciyər və bağırsaq xəstəlikləri və xərçəng xəstəliyi riskini artırır. Mate çayı uşaqlar və hamilə qadınlar üçün təhlükəli qida hesab olunur.


Şəkil 17. Təzə dərilmiş yerba mate yarpaqları, üyüdülmüş yarpaqlar və mate çayı
Yüklə 232,69 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə