Maqnit kəşfiyyatı


Maqnit kəşfiyyatı üsulu ilə həll olunan məsələlər



Yüklə 43,5 Kb.
səhifə2/2
tarix26.05.2022
ölçüsü43,5 Kb.
#88079
1   2
Maqnit kəşfiyyatı

Maqnit kəşfiyyatı üsulu ilə həll olunan məsələlər
Yerin dərin qatlarının quruluşunun maqnit kəşfiyyatı üsulu ilə öyrənilməsi ferromaqnit mineralların Küri nöqtəsinə qədər qızdıqda özünün maqnit xassəsini itirməsilə məhdudlaşır. Yer 36 kürəsinin müxtəlif zonalarında bu proses müxtəlif dərinlikdə baş verir. Hesablama maşınlarında riyazi əməliyyatlar aparmaqla həyacanlanmış təbii maqnit obyektlərinin sərhədi haqda geofiziklərin dolayı yollarla aldığı vacib məlumatlar, planetin fəal dərin tektonik qata malik olmasını və qızmış qatın, astanosferin, Yerin səthinə daha yaxın Yerləşdiyi əraziləri aşkar etməyə imkan verir.
Süxurların yaşının və Yer qabığı bloklarının hərəkət sürətinin və istiqamətinin təyini paleomaqnit tədqiqatların köməyi ilə həyata keçirilir. Qeyd etdiyimiz kimi, süxurlarn qalıq maqnitlənməsi In, demək olar ki, süxurlarn əmələ gəlməsilə bir zamanda baş verəcək. Ona görə süxurlar əmələ gəldiyi dövrdə Yerin maqnit sahəsinin qiymət və istiqamətini yaddaşında saxlayır bizə Yerin həmin dövrdə maqnit sahəsinə malik olduğunu və sahənin qüvvə xətlərinin hansı istiqamətə yönəldiyini təyin etməyə imkan verir. İstiqamətli götürülmüş süxurlarn ardıcıl olaraq öyrənilməsi bizə paleomaqnit geoxronoloji şkalanı qurmağa imkan verir. Bu metodun köməyi ilə bir tərəfdən geoloji törəmələrin mütləq yaşını təyin etmək, digər tərəfdən isə maqnit qütbün təyin olunan koordinatlarının köməyi ilə Yer kürəsi üzərində Yerin maqnit qütbünün müxtəlif geoloji dövrlərdə fərz olunan hərəkəti, eyni zamanda maqnit qütb yerdəyişməsini yəni Yerin maqnit sahəsinin inversiyaya məruz qalmasını təyin etməyə imkan verir. Məsələn, hazırda mövcud olan Brüness epoxası artıq 0,7 ml. ildir ki, müsbət qiymətə malikdir, yəni Yerin şimal maqnit qütbü Yerin coğrafi qütbü ilə eyni tərəfdədir. Bu epoxa özündən əvvəl mövcud olan mənfi Matuyama epoxasını əvəz edib. XX yüzilliyin 60-cı illərində maqnit kəşfiyyatı və paleomaqnetizm tədqiqatları sensasiya xarakterli yeni qlobal tektonika ideyasının meydana gəlməsinin əsasını qoydu. İngilis geofizikləri F.Vayn və D.Mıtyuz orta okean silsilələri boyunca uzanan müxtəlif istiqamətli zolaqlı maqnit anomaliyalarının orginal izahını vermişlər.
Onlar bu anomaliyaları, okean dibi qabığının aralanmasını (spredinq), eyni zamanda onun genişlənməsini, vulkanizm nəticəsində okean dibinin bazalt qatının aralanmasının izahını vermişlər. Bazalt lavasının açılmış çatlara dolaraq soyuması və temperaturun Kürü temperaturundan aşağı düşdüyü zaman lavanın həmin dövrdə yerdə mövcud olan maqnit sahəsi istiqamətində maqnitlənməsinə səbəb olmasını göstərmişlər. Beləliklə, maqnit anomaliya sahələrinin zolaqlar üzrə Yerləşməsi və zolaqların okean dağ silsilələrinin hər iki yamacında paralel Yerləşməsi bir tərəfdən orta okean silsilələrinin yaşını və spredinqin mərhələlərini, digər tərəfdən həmin silsilələr yaranmağa başlanan andan bu vaxta qədər dəfələrlə Yerin maqnit sahəsinin istiqamətinin dəyişməsini müəyyən etməyə imkan verdi.
Göstərilənlərlə yanaşı paleomaqnit tədqiqatlar spredinqin (açılıbbağlanmaları) və litosfer plitlərin üfüqi istiqamətdə hərəkət sürətini təyin etməyə imkan verdi.
Geoloji xəritəalma maqnit kəşfiyyatının ən səmərəli və effektli istifadə olunduğu sahədir. Bu məsələləri aeromaqnit kəşfiyyat üsulu ilə asanlıqla və tez Yerinə yetirmək olar. Həmin üsul eyni zamanda platforma sahəsində istənilən qalınlıqda çökmə süxur qatı altında yatan kristallik bünövrənin vulkanik süxur massivlərinin maddi tərkibini müəyyən etməyə imkan verir.
Maqnit planaalma qalın çökmə süxur layları altında qranit, qabro, peridodit və başqa maqmatik kütlələrin konturlarını böyük dəqiqliklə xəritəyə almağa imkan verir.
Əlverişli şəraitdə maqnit kəşfiyyatı neft və qaz yataqlarını özündə Yerləşdirən əlverişli strukturaları ayırmağa imkan verir . Maqnit planaalmanın köməyi ilə, regional dərinlik qırımları ilə məhdudlaşan zonaları, qırlıb dağılma zonaları, istənilən dərəcəli tektonik pozulmaları və parçalanma zonalarını aşkar edib izləmək mümkündür. Maqnitli dəmir filizi polimetallar (qurğuşun filizi, nikel və gümüş), boksit, nikel, almaz və başqa faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı şübhəsiz ki, əsasən maqnit kəşfiyyatına əsaslanır. Maqnit filizi maqnit kəşfiyyatı üçün məlum əlverişli obyektdir.
Arxeologiyada mütləq yaş məsələlərini maqnit kəşfiyyatı üsulu ilə effektli təyin etmək yüksək tezlikli maqnitometrlərin yaranmasından sonra mümkün olmuşdur. İbtidai insanların məskan saldığı Yerlərdə dəqiq mikromaqnit planaalma yolu ilə qalın torpaq qatları altında basdırılmış ağac, kərpic divarlar, ocaq Yerlərinin özülü, saxsı qabların tullantı Yerləri, dəmirçi kürəsi və başqa obyektləri aşkar etməyə imkan verir. Adətən belə Yerlərdə maqnitlənmə geomaqnit sahənin köməyi ilə yüksək temperaturda əmələ gəlir. Maqnit anomaliyası üstü basdırılmış su quyularında, xəndəklərdə, su arxlarında planalınır. Bunlardan istifadə dövrü burada metal əşyalar və müxtəlif üzvi qalıqlar toplanır və nəticədə kimyavi çevrilmələr baş verir.
Boru kəmərlərin istiqamətlərinin təyini, qəzaya uğramış gəmilərin axtarışı, okean şelflərində filiz, neft və qaz yataqlarının aşkar edilməsi əsasən maqnit kəşfiyyatı üsulu ilə həll olunan məsələlərdəndir.
Yüklə 43,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə