www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
296
296
M.Əmin bu dəfə aktyorlardan razı qaldığını yazır: «Hamısı
vəzifələrini hüsnlə ifa etdilər. Sarabski, aşiq rollarını oynamaq
üçün xəlq olunmuşudr, - nəzərə elə gəlirdi ki, o ancaq
Məcnunu yaxşı oynayır, görüldü ki, Kərəmdə də müvəf-
fəqiyyəti tamdır. Padşah rolundakı Qoca Mahmudov da yer-
ində idi. Keşiş rolunu ifa edən Tanrıquliyevin gözəl və dəyərli
surətdə ifayi-vəzifəsi deyə bili
yoram ki, müvəffəqiyyət-
in canlı bir nümunəsidir. Tanrıquliyev tam bir aktyordur, rus
səhnələrində gördüyümüz iqtidarlı aktyorlardan» (50, 307).
Bununla yanaşı, o, yenə də xordan, səhnədəki mənzərə və
aktyorların qiyafələrindən narazıdır: «Xor həmişə və hər yerdə
olduğu kimi burada da gözləndiyi qədər mükkəməl deyildi.
Hələ arvad xoru çox zəif idi. Çünki, məlum səhnəmiz bu
xüsusda naqisdir… Mənzərə və qiyafələrə gəlincə yenə
şikayət edəcəyəm. İsfəhan padşahının müqərrəbi olan keşişin
bağında qoyulan Roma heykəlləri artıq idi. Bağ dəxi vaxt və
vəqəəyə uymayacaq dərəcədə müasir idi. Erməni deyə ortaya
çıxarılan kəndlilərin nədənsə hamısı saqqallı idi. İçərisindən
biri çaşıb da saqqal qoymamış və yaxud təsadüfən aralarına
müsünni birisi girmişdi» (50, 307).
M.Ə.Rəsulzadə
böyük
bəstəkar,
mütəfəkkir
Üzeyir
Hacıbəyovun bu dövrdə səhnələşdirdiyi operaları həm tənqid
edir, həm də bunun, müsbət tərəflərinə toxunur. O, Üzeyir
bəyin «Leyli və Məcnun» operasının xalqın mənəvi əxlaqında
böyük rol oynadığını yazır: ««Leyli və Məcnun» ilk opera
olmağından keçəndən sonra yeganə məziyyəti varsa, məncə,
haman xalq arasında mütədavil, ona görə də milli ruha aşina
nəğmələrin ahəngdar bir məcmuəsi olmağıdır» (50, 301).
Mütəfəkkir qeyd edir ki, milli mədəniyyəti inkişaf etlirmək
üçün Üzeyir bəy kimi mütəxəssislərə ehtiyac var: «Zənn
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
297
edirəm ki, möhtərəm musiqarımız Üzeyir bəyin milli
nəğməxanalarımız olan saz aşıqları ilə milli romanlarımız olan
aşıq hekayələrini daha ziyadə tədqiq edəcək olurlarsa, əsil türk
aləmində payidar ola biləcək əsərlərini bundan sonra
yazacaqlardır. Bunun üçün əlbəttə lazımıdır ki, lazım gələn
elmlərlə silahlandıqdan sonra Peterburqu tərk ilə Qafqasiyaya
gələnlər və burada kəndləri gəzmək surətilə millət ruhu və
millət musiqisinə aşina olsunlar. Əlbəttə ki, böylə də
edəcəklərdir» (50, 306-307).
O, Ü.Hacıbəylinin «Arşın mal alan» opperetasını isə
görmədən arvad almaq məsələsi baxımından aktual və ciddi
mövzu hesab edirdi. Onun fikrincə, «görmədən evlənmək»
ictimai bir bəladır ki, Üzeyir bəy bunu çox yaxşı anlamışdı.
M.Ə.Rəsulzadə Ü.Hacıbəylinin «Şah Abbas və Xurşidbanu»
operasının tamaşasından isə narazı qaldığını gizlətmir:
«Bilməm nə vaxta qədər qiyafə və mənzərələrdən şikayətçi
olacağam. Qiyafələr İran qiyafəsindən ziyadə Qafqasiya
qiyafəsinə bənzəyrdi. Gərək Müstavirin və gərək sair
əsgərlərlə əhalinin sərpuşları qədim qafqasiyalı hacısının uzun
və qiyqac börkü ilə indiki qoçu papağına bənzər börklər deyil,
külah nəmədi olmalı idi. Sonra İranda şəhər əhalisinin
əksəriyyətinin əbası olar. Əlbəsə də rəngarəng olar. Halbuki,
mövzunu təşkil edən operadakı qiyafələr Şah Abbas,
Xurşidbanu və vəzirlərdən başqa hamısı qap qara idi. Bunlara
nə üçün qara geydirilmişdir-bilinmiyor» (50, s.312).
«Qaçaq Kərəm» pyesinin tamaşasından yazarkən Rəsulzadə
qeyd edir ki, H.Ərəblinski həqiqətən artistdir. Oyunda mühüm
bir mövqeyə sahib olan Ərəblinski, ancaq kiçik xətalara da yol
verib. O yazır: «Bir az əcələ edib tələsməsi və bundan hasil
olan təkrarları ilə qızışıb da, nə özünə, nə də səhnəyə
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
298
298
yaraşmayan "bir kəlmə"ni işlətməsi olmasaydı yeddi ildən
bəri itirmiş olduğum dramanı bu kərə tapmış olacağdım» (50,
395). Rəsulzadə tamaşadakı qadın rolunun ifaçısı Gülsabah
xanımdan isə razılıqla yazır: «Gülsabah xanım Bakı türk
səhnəsində ilk dəfə görünüyorlar. Bu xanım gərək artistanə
ətvari və gərək ustadanə rəftarı ilə bütün nəzərləri cəlb
ediyordu. Bu bəlkə də birinci xanımdır ki, türkcə şiyveyi-
təkəllümü bir türk xanımının şiyvəsindən çox az fərq ediyor.
Bu vaxta qədər Azərbaycan türk səhnəsinə çıxan qeyri-türk
xanımların demək olar ki, hamısı bu cəhətdən ləngiməkdə
idilər. Gülsabah xanım bu nöqsanı izalə etmiş kimi oluyor»
(50, 395).
Əhməd bəy Məlikovun «Rüstəm və Zöhrab» pyesinin eyni
adlı tamaşasından yazan Rəsulzadə deyirdi ki, pyesin özündə
bəzi qüsurlar var: «Əsaslı bir qarışıqlıq əsərin məzmununu
tərtibilə anlamağa mane olduğu kimi, pyesə də bollu olan
bunca sükutlar (pauzalar), bundan hasil olan təkrarlamalar,
canlı artistlərin drama tamaşası göstərməsindən ziyadə
tamaşanı bir elektro-bioqraf mənəzərəsinə bənzədir. Bu cəhət
zavallı artistləri dəxi olduqca sıxıb əzişdirir. Oynamağa rol
yox, söyləməyə söz az» (30, 419).
Rəsulzadə onu da qeyd edir ki, pyes yaxşı bir dildə yazılmayıb
və mənzərələr də qənaətbəxş deyil. Tamaşaya gəlincə
Rəsulzadə yazır: «Məşhur həqiqət bu kərə də isbat edildi ki,
iqtidarsızca yazılmış olan bir əsər ən iqtidarlı artistləri də
məhv edər. Ərəblinski də bu gecə böylə bir şeyə giriftar
olmuşdu. Fəqət bunda müqəssir olan başqası deyil, özüdür…
Rejissor özü olduğu üçün Ərəblinski cümə axşamındakı
müvəffəqiyyətsizliyin günahını da ancaq özü dəröhtə
Dostları ilə paylaş: |