MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə96/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   92   93   94   95   96   97   98   99   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
293 
tamaşaları  da  mahir  bir  ədəbiyyatşünas  və  teatrşünas  kimi 
tənqid etmişdir. 
1910-cu  illərin  ortalarında  tamaşaya  qoyulan  «Yezid  ibn 
Müaviyə»  tamaşasından  bəhs  edən  eyni  adlı  məqaləsində 
Rəsulzadə, öncə hər hansı romanın tamaşaya qoyulması üçün 
vacib  olan  amilləri  qeyd  edir:  «Böyük  bir  romandan  bəzi  bir 
taqım pərdə və lövhələr alıb da, səhnəyə vəz etmək istədikdə, 
məncə  üç  şey  həmişə  məddi-nəzərdə  tutulmalıdır:  1) 
müsənnifin  təsvir  elədiyi  lövhələrdən  ən  canlısını  və 
hekayənin  ən  mühüm  mövqelərini  almaq;  2)  romançının 
pərvərdə  elədiyi  ana  fikri  pərdələr  arasında  itirməyib  bütün 
aydınlı  ilə  becərmək;  3)  hekayənin  tamamiyyətinə  xələl 
yetirməyib pərdələr və məclislər arasındakı rabitəyə müvazib 
olmaq» (50, 294). 
Məsələnin  ikinci  qismi  ilə  bağlı  tamaşadakı  nöqsanı  görən 
Rəsulzadə  yazır:  «Romanın  qəhrəmanları  olan  Əbdürrəhman 
ilə  Səlmanın  dilində  romana  nəzərən  əməvilərin  xilafəti 
şurəviyyət  əsasından  çıxararaq  təvarüs  üsuluna  salmaları 
əleyhində  böyük-böyük  nifrət  və  hiddətlər  vardır.  Pyesdə  bu 
xüsus  çox  cüzi  və  qeyri  məri  bir  surətdə  keçişdirilmişdir. 
Halbuki,  bu  an  olduqca  bəsit  verilməli  və  bu  fikir  vazeh  bir 
surətdə  bəyan  olunmalı  idi.  Tainki,  o  canfəda  qəhrəmanların 
müqəddəs  olsa  da,  şəxs  tərəfdarlığı  deyil,  müqəddəs  bir 
prinsip  qəhrəmanları  olduqları  bütün  parlaqlıqları  ilə 
görülsün» (50, 295).  
Rəsulzadə  tamaşadakı  aktyorlar  və  aktrisaların  rolları, 
hərəkətləri,  geyimləri  və  s.  məsələlərlə  də  bağlı  fikrini 
bölüşür: «Şərifov məczub və aşiq bir cavan rolunda olduğunu 
hiss  ediyor.  Deyə  bilərəm  ki,  rolunu  tamamilə  anlıyordu… 
Qəmərlinski  hiyləgər  və  müstəbid  bir  saray  intriqasının  təbii 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
294 
294 
bir müməssili idi. Geyimi,  tərz  və  ətvarı  əzəlatının  idarəsi  ilə 
goftarı  tamamilə  roluna  müvafiq  idi.  Yezid  ibn  Müaviyəni 
təmsil  edən  Sarabski  bəzi  həşviyyatdan  (şarj)  özünü 
saxlasaydı,  birinciliyə  bəlkə  də  yaxın  olacaqdı.  Fəqət  nə 
edərsən  ki,  mövqe  və  məharətinə  namünasib  bəzi  ifratlar  ilə 
bu müvəffəqiyyəti əldə edə bilmədi. Səhlidar rolunu tamamilə 
korladı.  Hələ  «güman  eləmə  ki,  mən  piyanam»  -  deməsilə 
qeyri-qabili-təshih bir xəta işlətdi. Sanki, Yezid əsrində Şamat 
bir  rus  əyaləti  imiş  də,  oradakı  ərəblərin  qarınlarına  vodka 
(araq),  dillərnə  də  rus  kəlmələri  keçmişdir»  (50,  296-297). 
Rəsulzadə tamaşadakı yeganə xanım aktrisanı da tənqid edir: 
«Olinskaya  xanım  üzünü  gizlətməyə  daha  çox  möhtac, 
mövqeyi-xətərdə, sadə bir ərəb qızı, müsafir, həm də inqilabçı 
və  idealist  bir  adam  olduğunu  nəzərə  alaraq,  ona  görə 
geyinməli,  brilyant  üzüklərini  evdə  qoymalı  idi…  Bunlar 
qəhrəman  və  canfədadırlar;  bəzəkləri,  niyyətlərinin  ülviyyəti 
və  qəlblərinin  cəsarətindən  ibarət  olmalıydı.  Hər  halda 
brilyant  üzüklərdən  deyil,  Şümür  Səlma  ilə  müaşiqə  etdiyi 
zaman Olenskaya xanım səhnədəkindən daha ziyadə pür qeyz 
və  həyəcan  keçirməli,  daha  şiddətli  lənətlər  yağdırmalı  idi» 
(50, 297).  
Başqa  bir  məqaləsində  «Əhdə  vəfa»  tamaşasını  tənqid  edən 
Rəsulzadə,  təbiət  mənəzərəsinin  səhnədə  təsvirindən  narazı 
qaldığını  yazır:  «Hələ  birinci  pərdədə  göstərilən  təbiət 
mənzərəsi,  çobanın  neyi,  quzuların,  qoyunların  mələməsi, 
Rəcəbin  mahiranə  oxuması,  nə  qədər  tam  bir  təsir  bəxş 
ediyordu. Arnaudların qırmızı və ağ dolağı fəs əvəzinə başlar-
ında  kiçik  kasavari  bir  ağ  sərpuş,  bığları  böyücək,  qurşaqları 
da  ənlicə  olsaydı,  tamaşaçılar  tam  arnaud  qifayəsi  seyr 
edəcəklərdi. Axırdakı otaq çox üryan və əlavə olaraq peçi də 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
295 
zaid  idi.  Oraya  türkiyəvari  bir  neçə  nimkət  və  fərşlər 
qoyulsaydı  təbiiraq  olardı.  Fəqət  uzaq  bir  məmləkətin  qeyri 
aşina qiyafə və mənzərlərini təsvirdə bu qədər cüzi nöqsanlar 
əlbəttə  ki,  dünən  gecə  gözlərimizə  şairanə  bir  həzz  verən  o 
səhnələri  qiymətdən  salamaz»  (50,  304).  Tamaşadakı 
oyunçularla  bağlı  Rəsulzadə  yazır  ki,  bütövlükdə  artistlərdən 
razıdır: «Oynayanlara gəlincə bütün artistlərdən razı olmamaq 
mümkün  deyildir…  Rəcəb  və  Dəmirbəy  rollarını  oynayan 
Abbas  Mirzə  Şərifov  həqiqətən  də  artistlik  istedadı 
göstəriyorlar.  Rollara  o  qədər  yaranıyorlar  ki,  tamaşasından 
tam  təbii  bir  təsir  hasil  oluyor.  Fəqət  nə  qədər  təəssüf 
ediyoram ki, bu pyesdə iki rol götürmüşlərdi ki, bir-birinə tam 
zidd idi. Bu isə oyunlarının məharətindən hasil olan təsiri heç 
şübhəsiz  ki,  naqis  buraxıyordu…  Miruşə  də  bir  az  ləhcə 
nöqsanı  olmaqla  bərabər,  bəd  oynamadı.  Arvad  rollarını  ifa 
edənlərdən  cənab  Süheyli  də  (Vahidə)  şayani-təqdir  idi…» 
(50, 304-305).  
Rəsulzadə  başqa  bir  səhnələşdirilmiş  əsər  olan  «Əsli  və 
Kərəm»i    tənqid  edirsə  də,  müsbət  tərəflərini  də  göstərir: 
««Əsli və Kərəm» bir  yerə cəm etmiş olduğu Şərqi və Qərbi 
nəğmələrdən başqa mənə bir şey nöqteyi-nəzərindən daha çox 
yaxındı.  Bu  da  orada  mühüm  bir  yer  tutmuş  olan  «türk 
havası»dır», saz havası» (50, 306). Ona görə «milliyyət hissini 
itirməyənlər və milliyyət ruhundan uzaqlaşmayanlar üçün aşıq 
Kərəmdə,  Koroğluda  və  bunun  əmsalındakı  nəğmələrdə  o 
qədər  ülvi  hisslər  və  o  qədər  geniş  zövqlər  vardır  ki,  onu 
ancaq  saz  nəğməsilə  oxunduğu  zaman  hekayə  qəhrəmanının 
dərdinə  tamamilə  aşina  ola  bilən  köylülər  qədər  saf  və  pak 
ürəklərimiz anlaya bilərlər» (50, 306). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə