MahirəNərimanqızı



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə95/100
tarix25.11.2017
ölçüsü2,89 Kb.
#12339
1   ...   92   93   94   95   96   97   98   99   100

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
290 
290 
etmiş,  görmüşdür.  O  lətaifə,  o  narazılıqlarla  mütləqa  nəzəri-
nüfuz eləmişdir. Yalqız o vaxtki qələmində bütün gördüklərini 
təsvirə  qüdrət  olmamışdır.  Romanın  insanı  ağladacaq  qədər 
müəssir  olan  axırını  yazan  və  o  faciəni  təsvir  edən  qələm 
Nərimanın o vaxt əlində olsaydı, Bahadır və Sona romanının 
ibtidası sonu qədər parlaq çıxacaqdı» (50, 284). 
Rəsulzadə romandakı başqa qüsurları da görür və tənqid edirdi: 
«Birinci  səhifədə  böylə  bir  cümlə  oxuyoruz:  «Gün  məğribə 
yavuqlaşdı, qalın meşə, yaşıl ot adam boyunda, gözəl quşların 
nəğmələri,  iti  bulaqların  qıjııltısı,  havanın  təmizliyi  insana 
ləzzət  verib  gərdişin  comərdlilik  anlıyorsan,  böylə  bir  vaxtda 
haman  meşədə  tək  yaşıl  otun  üstünə  sərilmiş  gözəl  bir  qız 
görsəniz isə mənzərə daha artıq surətdə gözəl görünür…» (50, 
285). 
Rəsulzadə  «Bahadır  və  Sona»  romanında  gördüyü  başqa  bir 
qüsuru  da  tənqid  edirdi:  «Bahadır  ilə  Sona  bu  romanın 
qəhrəmanlarıdırlar.  Bütün  hekayə  bu  iki  adamın  üstündə 
qurulmuşdur. Ona görə də bunların şəxsiyyəti kamilən tərif və 
təsvir  olunmalıydı.  Biz  bunları  millətlərini  sevən,  onun  üçün 
çalışan - deyə qəbul ediyoruz. Çünki romanın müəllifi bunları 
bizə  böylə  tərif  ediyor.  Fəqət  bunların  böylə  olduğunu  bilfel 
göstərmək  üçün lazım idi ki, onların millətpərəst  oluduqlarına 
dəlalət edən işlərilə də bizi aşina edəydilər. Bu cəhət «Bahadır 
və  Sona»da  ehmal  edilmişdir.  Az-çox  Bahadır  haqqında 
fəqirliyi  və  tələbəliyi  ilə  bərabər  millət  işinə  can  atdığı  və 
millətpərəstliyə hazırlandığı göstəriliyor. Sona haqqında bu da 
yazılmamışdır.  Bu  tərif  və  təsvir  təkmil  olunmadıqca  təslim 
etməlidir ki, qəhrəmanları mühakimə etmək mümkün olmuyor» 
(50, 286). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            Faiq Ələkbərov                       
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
  
291 
M.Əmin  romanı  tənqid  etməklə  kifayətlənmir,  həm  də  ona, 
düzəlişlər verir, estetik idealını ortaya qoyur: ««Arvad» sözünü 
möhtərəm müəllif «övrət» şəklində işlədiyor ki, ələlümum dəxi 
böylə  yazıyorlar. Fəqət bir yerdə turubqaçı Novruzun dilindən 
Nəriman  «övrət»i  «arvad»  şəklində  yazmışdır.  Nə  olardı  ki, 
«arvad»  sözünün  imlasında  yazıçılarımızın  hamısı  turubqaçı 
Novruza  təqlid  edəydilər.  Çünki,  «övrət»  kəlməsi  arvadlar 
haqqında alçaq bir nəzərin, kiçik bir qiymətin daimi bir möhrü, 
klişesidir… 
Türkcədə  arvad,  kişi  müsavidirlər.  Yaxşı  olardı  ki, 
mühərrirlərimiz bu müsavat qaydasını ərəbcədən türkcəyə daxil 
olan kəlmələrə də tətbiq edəydilər» (50, 285). 
Qeyd  edək  ki,  Rəsulzadə  qadın,  qadın  geyimi,  qadının-ananın 
ailədə yeri, qadının tərbiyəsi, qadının əxlaqı və s. məsələsinə də 
biganə  qalmayıb.  Rəsulzadə  qadınların  elm  və  mərifətdən 
məhrum  edilməsini  dözə  bilmirdi:  «İslam  millətlərinin 
tədənniləri 
səbəbləri 
arasında 
arvadların 
vəziyyəti-
ictimaiyyələri  ilə  tərbiyə  və  mərifətdən  məhrumiyyətlərinə 
mühüm bir mövqe ayıranlardanam. Millətlər ailələrdən təşək-
kül  edər.  Sağlam  olmayan  ailələrdən  təşəkkül  edən  millətlər 
sağlam millət ola bilməzlər. Ailə isə vəzifəsini anlar bir anaya 
malik  olmayınca,  sağlamlaşmaq  ehtimalından  da  xaricdir. 
Anaya malik olmayınca deyirəm və israr ediyorum» (50, 207).  
Bu baxımdan Rəsulzadə qadınların təhsil almasını hər şeydən 
vacib  sayırdı.  Yalnız  təhsillə  qadınlar öz  haqlarını başa  düşər 
və  bunun  ardınca,  övladlarına  da  normal  tərbiyə  verə  bilər. 
Onun fikrincə, qadınları elmdən məhrum etmək əslində milləti 
kor qoymaq kimi bir şeydir: «Bu gün bizim üçün ibtidai ünas 
məktəbləri  ilə  müslümə  müəllimlərin  əhəmiyyəti  hər  şeydən 
ziyadədir.  Bu  da  doğrudur.  Fəqət  təhsili-ali  görmüş 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
Faiq Ələkbərov              
Məhəmməd Əmin Rəsulzadənin dünyagörüşü
 
292 
292 
müsülmələrin vücudu hələ  hüquqşünaslıq kimi arvadlar üçün 
bir  müstəsna,  bir  rütbeyi-elmiyyeyi  ihraz  etmək  xüsusu  da 
faydadan  xali  deyildir.  Bu  ,bizim  arvadların  bulunduqlarıdır 
ki, bəsitdən qurtarmalarına dəlildir. Geridə qalan bir ünsürdən 
dünya  müsabiqəsində  mənzilə  yetişənlər  olursa,  bu,  məzkur 
ünsürün də mütəhərrik olduğuna  əlbəttə bir dəlil təşkil edər» 
(50, 208). 
M.Ə.Rəsulzadə  estetik  görüşlərində  qadınıların  geyim 
məsələsinə  də  toxunurdu.  «Türkiyədə  qadınlar»  məqaləsində 
Rəsulzadə  Osmanlı  dövlətində  yaşayan  türk  qadınlarının 
geyimlərini  özünəməxsus  estetik  zövqlə  qiymətləndirir: 
«Qiyafəyə  gəlincə  türk  qadınları  məncə  bütün  aləmi  islam 
qadınlarına  nümuneyi-imtisal  ola  bilərlər.  İstanbulun 
mövqeyi-coğrafisi  kimi  hər  şeydə  Asiya  ilə  Avropanın 
qarışdığı gözə çarpar. Bəzən bu imtizac olunca lətif, ona görə 
məğrub,  bəzən  də  gülünc  olur…  Xülasə,  İstanbul  xanımının 
geyimi tamamilə bir Avropa qiyafəsidir. Ancaq yuxarıda tərif 
etdiyimiz bir «çarşabı» artıqdır» (50, 236-237). Onun fikrincə, 
bu  çarşabın  özündə  də  bir  gözəllik  var:  «Bu  çarşab  da  ona 
qapılayı boyda şlyapa kimi və Afrikada quş tükü buraxmayıb 
hamısını  başına  yığan  Avropa  madamından  daha  ziyadə  bir 
gözəllik  və  tənasüb  bəxş  ediyor.  Bir  az  yaşa  dolmuş 
xanımların  picələri  çox  vaxt  arxa  tərəfə  atılır.  Üzü  açıq 
gəzirlər.  Cavan  xanımlar  isə  piyada  gedirkən  picələrini 
endirsələr  də,  faytonda,  yaxud  barkas  və  sair  vəsaili-
nəqliyyəyə  savar  olduqları  zaman  üzlərini  örtməzlər»  (50, 
237). 
Rəsulzadə  dövründə  nəşr  olunan  bədii  ədəbiyyatla  yanaşı, 
teatrlarda  səhnəyə  qoyulan  dram  əsərlərini,  operaları  və 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə