4
1996-2006-cı illərdə də əvvəllər qəbul edilən qanunların təkmilləşdirilməsi və
yeni qanunların qəbul edilməsi istiqamətində xeyli işlər görülmüşdür. Əhalinin sosial
müdafiəsinin təmin edilməsinə istiqamətlənmiş son qanunlara «Sosial sığorta
haqqında», «Ahıllara sosial xidmət haqqında», «Dövlət sosial sığorta sistemində fərdi
uçot haqqında», «Minimum yaşayış səviyyəsi haqqında», «Ünvanlı dövlət sosial
yardımı haqqında», «Əmək pensiyaları haqqında» və s. çoxsaylı Qanunları göstərmək
olar. Bundan başqa əhali gəlirlərinin tənzimlənməsi istiqamətində bir sıra Fərman və
Sərəncamlar imzalanmışdır. Bu Qanun, Fərman və Sərəncamlar əhali gəlirlərinin
tənzimlənməsinə, dərinləşən təbəqələşmənin qarşısının alınmasına təsir göstərmişdir.
Bu qanunlarla yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və həyat
səviyyəsinin yüksəldilməsinə istiqamətlənən onlarla dövlət proqramları da qəbul
edilmişdir.
Lakin son illərdə ölkəyə böyük həcmdə neft gəlirlərinin daxil olması və yaxın
illərdə bunun daha da artacağı ilə bağlı verilən proqnozlar əhali gəlirlərinin
formalaşması, bölgüsü və bərabərsizliyin aradan qaldırılması istiqamətində tədqiqat
işlərinin aparılmasını aktuallaşdırmışdır.
Tədqiqatın öyrənilmə səviyyəsi. Əhali gəlirlərinin formalaşması, bölgüsü və
yenidən bölgüsü ilə bağlı tənzimləmə problemlərinə, sosial müdafiə və həyat
səviyyəsinin yüksəldilməsi problemlərinə istər Azərbaycanın, istərsə də xarici
ölkələrin alimləri və mütəxəssisləri xüsusi diqqət ayırmışlar.
Azərbaycanda əhali gəlirlərinin tənzimlənməsi problemini tədqiq edən alim və
tədqiqatçıların əksəriyyəti ona müxtəlif aspektlərdən yanaşmışlar. Lakin transfor-
masiya iqtisadiyyatında əhali gəlirlərinin formalaşması və tənzimlənməsi mexanizmi
kompleks şəkildə öyrənilməmişdir. Bütün bunlar seçilmiş tədqiqat mövzusunun
əhəmiyyətini, onun məqsəd və vəzifələrini müəyyən edir.
Tədqiqatın məqsəd və vəzifələri. Dissertasiya işində Azərbaycanda əhalinin
həyat səviyyəsinin və gəlirlərinin tənzimlənməsi, o cümlədən gəlirlərin
formalaşması, bölgüsü və yenidən bölgüsündə baş verən dəyişiklikləri, əhalinin
istehlak xərcləri ilə gəlirlər arasında qanunauyğunluq, həyat səviyyəsi, yaşayış şəraiti
və s. məsələləri kompleks halda öyrənməkdən və əhalinin gəlirlərinin
5
tənzimlənməsi, eləcə də əhalinin sosial müdafiəsinin təkmilləşdirilməsi istiqamətində
elmi əsaslandırılmış təkliflər işləyib hazırlamaqdan ibarətdir.
Dissertasiya işində qarşıya qoyulan məqsədə çatmaq üçün aşağıdakı vəzifələrin
həll edilməsi nəzərdə tutulmuşdur:
həyat səviyyəsi, gəlirlərin bölgüsü probleminə yanaşmaların ümumiləş-
dirilməsi,
həyat səviyyəsi və əhali gəlirlərinin formalaşması arasında qarşılıqlı
əlaqənin nəzəri aspektlərinin öyrənilməsi;
əhali gəlirlərinin formalaşması mənbələri və onlara təsir edən amillərin
öyrənilməsi;
həyat səviyyəsi və gəlirlərin bərabərsizliyinə təsir edən amillərin tədqiq
edilərək qiymətləndirilməsi;
qərb ölkələrinin timsalında gəlirlərin bölgüsü və tənzimlənməsi siyasətinin
öyrənilməsi;
qlobal maliyyə böhrani şəraitində əhali gəlirlərinin tənzimlənməsində baş
verən dəyişikliklərin təhlili və gəlirlər üzrə bərabərsizliyin yaranma səbəblərinin
müəyyən edilməsi;
əhali gəlirlərinin tənzimlənməsi ilə istehlak tələbi arasında asılılığın
öyrənilməsi;
əhalinin istehlak xərclərinin strukturunda baş verən dəyişikliklərin təhlili və
qiymətləndirilməsi;
qlobal maliyyə böhrani şəraitində əhalinin sosial müdafiəsi sahəsində həyata
keçirilən tədbirlərin təhlili və qiymətləndirilməsi və əhali gəlirlərinin tənzimlənməsi,
əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində elmi cəhətdən
əsaslandırılmış təklif və tövsiyələrin hazırlanması;
Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyektini Azərbaycan Respubli-
kası əhalisinin gəlirləri, həyat səviyyəsi, onun predmetini əhali gəlirlərinin
formalaşması və tənzimlənməsi mexanizmləri ilə bağlı olan iqtisadi hadisə və
proseslərin öyrənilərək ümumiləşdirilməsi və qiymətləndirilməsi təşkil edir.
Tədqiqatın nəzəri və metodoloji əsaslarını dünyanın, eləcə də respublikanın
6
iqtisadçı alimlərinin və bu sahədə çalışan təcrübəli mütəxəssislərin fikirləri, Azərbay-
can Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Prezidentinin Fərman
və Sərəncamları, sosial sahəyə aid olan qanunlar, İnsan Hüquqları haqqında Bəyan-
namə, Sosial Xartiyalar, BƏT-in konvensiya və tövsiyələri kimi normativ sənədlər,
Dövlət Statistika Komitəsinin (DSK) materialları və s. təşkil edir.
Tədqiqat prosesində induksiya, müqayisəli təhlil, statistik qruplaşdırma və
ümumiləşdirmə metodlarından istifadə edilmişdir.
Tədqiqatın informasiya bazasını Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin statistik hesabatları, Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının
(DB), Beynəlxalq Valyuta Fondunun illik hesabatları, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin, Milli Bankın statistik materialları, İnternet səhifələri təşkil
edir.
Tədqiqat işinin elmi yeniliyi aşağıdakılardan ibarətdir:
həyat səviyyəsi və gəlirlərin bölgüsü probleminə yanaşmalar tədqiq edilərək
ümumiləşdirilmiş;
həyat səviyyəsi və əhali gəlirlərinin formalaşması ilə həyat səviyyəsi
arasındakı qarşılıqlı əlaqənin nəzəri aspektləri müəyyənləşdirilmiş;
əhali gəlirlərinin formalaşması mənbələrinin nəzəri aspektləri tədqiq edilmiş
və qiymətləndirilmiş;
inkişaf etmiş qərb ölkələrində əhali gəlirləri ilə bağlı həyata keçirilən
tənzimləmə siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş;
qlobal maliyyə böhrani şəraitində əhalinin gəlirlərinin tənzimlənməsi və
quruluşunda baş verən dəyişikliklər kompleks şəkildə təhlil edilərək mövcud çatış-
mazlıqlar aşkarlanmış;
Azərbaycanda gəlirlər üzrə bərabərsizliyə təsir göstərən amillər müəyyən
edilmiş;
desil (kvintil) üzrə varlı və yoxsul əhali qruplarının gəlir və xərcləri arasında
fərq və onun yaranma
səbəbləri aşkar edilmiş;
qlobal maliyyə böhrani şəraitində əhalinin gəlirlərinin və istehlak tələbinin
elastikliyi müəyyənləşdirilmiş;