“magistratura məRKƏZİ”



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə6/33
tarix14.09.2018
ölçüsü1,26 Mb.
#68591
1   2   3   4   5   6   7   8   9   ...   33

 

16 


Üfüqi  ox  üzərində  bütünlükdə  ailələrin  (20%-lik  bölgü  üzrə  ailələrin  payı) 

payını, şaquli ox isə ailələrin məcmu gəlirlərdə (20 %-lik bölgü üzrə) payını göstərir.  

Bu qrafikdə  20%   ailənin gəliri  3,8%,  40%  ailənin gəliri 10,1%, 60% ailənin gəliri 

21,0%,  80%  ailənin  gəliri  42,8%  təşkil  edir.  Bu  onu  deməyə  əsas  verir  ki,  80% 

ailənin gəliri məcmu gəlirlərin 42,8%-ni, 20% ailənin gəliri məcmu gəlirlərin yarıdan 

çoxunu, yəni 57,2%-ni əldə edir. 

Lorens  əyrisi  OE  düz  xəttindən  nə  qədər  çox  uzaqlaşarsa  bərabərsizlik  bir  o 

qədər  çoxalır.  Başqa  sözlə,  əyrinin  mütləq  OE  düz  xəttinə  yaxınlaşması  bərabərsiz-

liyin aradan qaldırılması, uzaqlaşması isə bərabərsizliyin dərinləşməsini göstərir.  

Əgər  gəlirlər  bərabər  bölünürsə  onda hər bir  ailə  qrupu onun  xüsusi  çəkisinə 

uyğun olaraq gəlir əldə etməli və bu mütləq bərabərlik kimi xarakterizə olunmalıdır. 

Mütləq qeyri-bərabərlik isə o vaxt baş verir ki, 1% ailə gəlirlərin 100%-ni əldə edir. 

Yerdə  qalanlar isə heç nə əldə etmir. Bu isə təcrübi olaraq qeyri-mümkündür.  

Bütün keçid iqtisadiyyatı ölkələrində gəlirlərin bölgüsündə ciddi bərabərsizlik 

müşahidə  olunur.  Qeyd  edək  ki,    Rusiyada  10%  yoxsul  əhalinin  payına  gəlirlərin 

cəmi  2%-i  düşür,  eyni  vaxta  10%  varlı  təbəqənin  payına  gəlirlərin  40%-i  düşür. 

Braziliya, Çili, Meksikada da 10% yoxsul əhaliyə gəlirlərin 1,5%, 10% varlıya düşən 

gəlirlər isə 47,6% təşkil edir. 

Gəlirlərin  konsentrasiyası  indeksi  (Cini  əmsalı)  K

c

  gəlirlərin  faktiki 



bölgüsündən fərqli olaraq əhalinin bərabər qruplar üzrə bərabər ölçüdə bölünməsinə 

xidmət  edir  (əhalinin  gəlirlərinin  paylanmasının    qeyri-bərabərlik  dərəcəsi).  Bu 

indeks aşağıdakı formul üzrə hesablanır. 

)

)(



(

1

1



1

1

i



i

n

i

i

i

c

S

S

L

L

K







 (1.1.) 

Burada L


i

, L


i-1 

– hər intervaldakı əhalinin payı; S

i

 , S


i-1

 – məcmu gəlirlərin payı 

(i- intervalların başlanğıcı və sonu). 

Əgər gəlirlərin bölgüsündə mütləq bərabərsizlik (EF) baş versəydi, onda digər 

ailələr  məhv  olardı.  Əgər  gəlirlər  bərabər  bölünsə  idi,  onda  mütləq  bərabərlik  yəni 

(OE) düz xətti alınardı. Bu isə o deməkdir ki,  gəlirlərin 20%-ni əhalinin 20%, 40%--

ni  əhalinin  40%-i,  60%-ni  əhalinin  60%-i,  80-ni  isə  əhalinin  80%-i  mənimsəyir. 



 

17 


Lakin insanların,  ailələrin gəlir əldə etmək imkanlarının,  qabiliyyətinin, mülkiyyətə 

sahibliyinin,  fiziki və əqli sağlamlığının və s. bu kimi amillərin təsirini nəzərə alsaq 

gəlirlərin qeyri-bərabər bölgüsünə təbii proses kimi baxmaq olar.    

Gəlirlərin  bölgüsünün  səviyyəsini  ölçən  digər  üsul  Aktinson  indeksidir.  Bu 

indeks gəlirlərin qeyri-bərabər bölgüsü nəticəsində itirilən sosial rifahı müəyyən edir.  

Qeyd  edilən  üsulla  faktiki  göstəricilərin  ümumiləşdirilməsi  müxtəlif  zaman 

mərhələlərində,  müxtəlif  ölkələrdə  və  ya  əhali  qrupları  arasında    qeyri-bərabərlik 

dərəcəsini ölçmək (qiymətləndirmək) üçün istifadə olunur. 

Sosial  gərginliyin  artmasına  təsir  göstərən  əlavə  amil  gəlirlərin  sosial  qruplar 

və  regionlar  arasında  qeyri-bərabər  bölünməsidir.  Gəlirlərin  bölgüsündəki  qeyri- 

bərabərliyin  obyektiv,  subyektiv  və  spesifik  səbəbləri  vardır.  Gəlirlərin  qeyri 

bərabərliyinin obyektiv səbəbi ümumilikdə məşğulluğun faydalılığına, əmək haqqının 

ərazi, sahə, peşələrarası diferensiasiyasına, təhsil səviyyəsinə, mülkiyyətə sahibliyin 

qeyri-bərabərliyinə  əsaslanır.  Subyektiv  səbəbinə  gəldikdə  isə  bu  şəxsiyyətin 

xarakteri (uğur, əlaqə, risk, avantüristlik, diskriminasiya və s.) ilə bağlıdır. 

Amerika  iqtisadçısı  S.Kuznets  1955-ci  ildə  ilk  dəfə  olaraq  iqtisadi  inkişafla  

bərabərsizlik arasında bağlılıq olması məsələsinə diqqət yetirdi. O göstərdi ki, iqtisadi 

inkişaf başlanğıcda bərabərsizliyə aparır, sonra da bu bərabərsizlik azalır. Bu asılılıq 

Kuznets əyrisi adını almışdır. Rovallion Çen 1981-1994-cü illərdə 67 inkişaf etməkdə 

olan  və  keçid  iqtisadiyyatı  ölkəsinin  ev  təsərrüfatlarının  tədqiqini  apararaq 

bərabərsizliyin  dəyişməsi  ilə  iqtisadi  inkişaf  arasında  nisbi  asılılığı  tapdı.  Oxşar 

nəticəni  Mişel  P.  Keane  və  Esvard  S.  Prasad  2001-ci  ildə  14  keçid  iqtisadiyyatı 

ölkəsində keçid dövrünün ilk 8 ilini tədqiq edərək əldə etdi. Əvvəllər hesab edilirdi 

ki,  bərabərsizlik  iqtisadi  artımı  stimullaşdırır.  Bunu  onunla  izah  edirdilər  ki,  ilkin 

bərabərsizlik  varlıların  kapital  yığmasına  şərait  yaradır  və  yığılan  kapital  hesabına 

iqtisadi  inkişaf  stimullaşdırılır.  Sonralar  bərabərsizliyin  azaldılmasının  iqtisadi 

inkişafa müsbət təsir göstərməsi fikirləri də öz yerini tutmağa başladı.  

Dünya təcrübəsinə nəzər salsaq görərik ki, yüksək bərabərsizlik olan ölkələrdə  

adətən şöhrətpərəst tədbirlərə, abadlıq, təmir-tikinti işlərinə meyl artır. Bundan başqa 

yüksək  bərabərsizlik  olan  ölkələrdə  ədalətsizlik,  cəmiyyətdə  bir  sinif  və  ya  ictimai 




 

18 


qrup tərəfindən başqa sinif və ya ictimai qrupun mülkiyyətinin zorla əlindən alınması 

hallarının genişlənməsi yığıma marağı zəiflədir, kapital qoyuluşuna və əməyə stimulu 

azaldır,  iqtisadi  artımı  zəiflədir,  siyasi  vəziyyətin  kəskinləşməsinə  və  ciddi 

qarşıdurmaya gətirib çıxarır. 

Hazırda gəlirlərinin bölünməsində bərabərsizliyi qiymətləndirərkən ev təsərrü-

fatları  üzrə  statistik  göstəricilərdən  istifadə  edərək  az  və  ya  çox  gəlirlilər  arasında 

balansın gözlənilməsi vacibdir. Lakin bəzən cəmiyyətdəki mövcud bərabərsizliyi süni 

azaltmaq (yəni göstəricilərdə) üçün varlı ev təsərrüfatlarının sorğuya cəlb edilməməsi 

gəlirlərdə bərabərsizliyin qiymətləndirilməsinə imkan vermir.  

Aparılan  tədqiqat  işlərində  növbəti  addım  sosial-demoqrafik  xarakteristikanın 

əhali  gəlirlərinə  və  eləcə  də  gəlirlərin  bölgüsünə  təsirinin  qiymətləndirilməsidir. 

Bunlara: demoqrafik (ev təsərrüfatı  başçısının  yaşı, cinsi, təhsili,  məşğulluq statusu) 

və  məşğulluğun  strukturunda  dəyişikliklər,  işsizlik,  ev  təsərrüfatının  yaşadığı  ərazi, 

sakinlik növü və s. aid edilir. 

Məlum  olduğu  kimi,  yoxsulluq  gəlirlərin  və  əmlakın  qeyri-bərabər  bölgüsü, 

yüksək  inflyasiya  şəraitində  gəlirlərin  indeksasiya  olunmaması,  məşğulluq  səviyyə-

sinin aşağı olması, siyasi qeyri-sabitlik və s. məsələlərlə birbaşa bağlıdır. Bu zaman 

gəlirləri,  yenidən  bölgüsü  ilə  bağlı  olan  funksiya  heç  də  az  əhəmiyyət  kəsb  etmir. 

Çünki  gəlirlərin  bölgüsünü  təmin  edən  konkret  mexanizmin  olmaması  sosial 

təbəqələşməni və yoxsulluğu dərinləşdirir. Xüsusilə insanların özündən asılı olmayan 

xəstəlik, əlillik, qocalıq və s bu kimi hallar yoxsulluğa əsas yaradır. Bu halda dövlət 

yığılan vergilərin yenidən bölgüsünü aparmaqla (sosial müdafiə, tibbi yardım, təhsil, 

müavinət)   yardım göstərir. 

Beləliklə,  əhali  gəlirləri  və  onun  dinamikası  ölkədə  makroiqtisadi  proseslərin 

həyata  keçirilməsində,  iqtisadi  fəaliyyətin  tənzimlənməsində  və  həyat  səviyyəsinin 

qiymətləndirilməsində  əhəmiyyətli  yerlərdən  birini  tutur.  Bu  baxımdan  indiki  bazar 

münasibətləri şəraitində əhali gəlirlərinin formalaşması mənbələrinin,  strukturunun, 

eləcə də  həyat səviyyəsi ilə qarşılıqlı əlaqəsinin həm nəzəri, həm də praktiki olaraq 

öyrənilməsi tələb olunur.  

 



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə