Magistratura məRKƏZİ Əlyazması hüququnda


Tədqiqat işinin III Fəslində nəzərdən keçrilən məsələlər



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə8/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   4   5   6   7   8   9   10   11   ...   43
Abbasov-Ramil

Tədqiqat işinin III Fəslində nəzərdən keçrilən məsələlər. 

Dissertasiyanın III 

Fəslində ölkənin maliyyə bazarının hazırkı mövcud vəziyyəti haqqında araşdırmaların 

nəticələri, problemlərin həlli yolları və üsulları göstərilmişdir.



 

 

 

 




I FƏSİL.SOSİAL-İQTİSADİ İNKİŞAFDA BİZNESİN ROLU VƏ 

MALİYYƏ-KREDİT İNFRASTRUKTURUNUN TƏDQİQİ 

METODOLOGİYASI 

I.1. Biznesin maliyyə-kredit infrastrukturunun səmərəli təşkili 

 

Biznes  çoxşaxəli  bir  fəaliyyət  növüdür.  Bildiyimiz  kimi,    biznes-cəmiyyətin 



ehtiyyac  və  təlabatlarını  ödəməklə  gəlir  əldə  etmək  üçün  təşəbüskar  və  bacarıqlı 

insanların  birgə  və  ya  müstəqil  şəkildə  göstərdiyi  məqsədyönlü  fəaliyyətidir.Bu 

mürəkkəb  və  çoxşaxəli  fəaliyyət  növünün  bir  qolunu  da  məhz  maliyyə-kredit 

infrastrukturu  təşkil  edir.”Maliyyə”  termini  latın  dilində  olan  “financia”  sözündən 

götürülüb hərfi mənası “pul tədiyyəsi” anlamını verir.Bu anlayış ilk dəfə olaraq Cənubi 

Avropa  qitəsində  yerləşən  İtaliyada  işlədilmişdir.Daha  sonra  isə  daha  geniş  əhatə 

dairəsi üzrə istifadə olunaraq beynəlxalq status almışdır. 

Maliyyə-kredit münasibətləri iqtisadiyyatın inkişafında çox böyük rola malikdir. 

Ümumiyyətlə infrastruktur dedikdə- bazar iqtisadiyyatında istənilən istehsal və xidmət 

prosesləri  üçün  köməkçi  əhəmiyyətli  istehsal  və  qeyri-istehsal  sahələrinin 

birgəliyi,kompleksliyi  başa  düşülür.Maliyyə  bazarının  infrastrukturuna  isə, 

maliyyə-kredit inistitutları, fond birjaları, valyuta birjaları, sığorta şirkətləri,broker və 

diller müəssisələri və s. aid edilir. 

Keçmiş  SSRİ–nin  tərkibində  olan  ölkəmizdə  maliyyə  bazarının  olmaması 

iqtisadiyyatı  inkişafdan  geri  qoymuşdur.  Sonralar  isə  bir  sıra  səhm  və  isteqrazlar 

buraxılsada  onlar  ya  öz  dəyərlərini  itirib  ya  da  sonradan  ləğv  edilmişlər.  Ölkənin 

maliyyə-kredit  infrastrukturunun  inkişafında  dövlət  özü  maraqlı  olmalıdır.  Çünki 

maliyyə-kredit  infrastukturunun    inkişaf  etdirilməsi  ölkə  iqtisadiyyatının  inkişaf 

etməsinə  xidmət  edir.  İqtisadiyyatın  inkişaf  etməsi  ölkə  əhalisinin  rifah  halının 

yüksəlməsinə gətirib çıxarır ki, bu da dövlətin əsas piroritet məqsədi olmalıdır. 

Çox  vaxt  maliyyə  münasibətləri  ilə  pul  münasibətləri  qarışdırılır.  Lakin  pul 

münasibətləri  maliyyə  münasibətlərindən daha  geniş  anlayışdır.  Qeyd  etdiyimiz  pul 

münasibətlərinə  dövlətlə  müəssisələr  arasındakı  pul  münasibətlərini,məsissələrlə 

müəssisələr  arasındakı  pul  münasibətlərini  və  dövlətlə  əhali  arasındakı  pul 




münasibətlərini  misal  göstərə  bilərik.  Bundan  fərqli  olaraq  maliyyə  münasibətləri 

aşağıda qeyd edilənlərlə digər iqtisadi münasibətlərdən fərqlənir: 

-

 



Maliyyə  münasibətləri  pul  və  valyuta  ehtiyyatlarının  əmələ  gəlməsi  ilə 

bağlıdır; 

-

 

Maliyyə münasibətləri dövlətlə əlaqədar olaraq formalaşır; 



-

 

Maliyyə  münasibətləri  milli  gəlirin(həmçinin  ÜMM)  yenidən  bölgüsü  ilə 



bağlıdır. 

Maliyə  münasibətlərinin  yaranmasını  zəruri  edən  bir  sıra  ünsürlər 

vardır.Bildiyimiz  kimi  maddi  resurslar  və  əmək  ehtiyyatları  dünyada  qeyri-bərabər 

formada  paylanmışdır.  Cəmiyyət  öz    təlabatlarını  ödəmək  üçün  isə  zəruri  təlabat 

məhsullarını  almaq  və  mənimsəmək  mühüm  və  vacib  bir  iqtisadi  prosesdir. 

Məhsulların mübadiləsi isə əməyin qiymətləndirilməsini tam dolğunluğu ilə ödəmir. 

Ona görə də maliyyə münasibətlərinin formalaşması iqtisadiyyatın inkişafında mühüm 

rol  oynayır.Hazırki  dövrdə  maliyyə-kredit  münasibətlərini  daha  geniş  tətbiq  edən 

ölkələrə  misal  olaraq,  Qərbi  Avropandakı  İEÖ-i,  Amerikanı  və  Yaponiya  kimi 

iqtisadiyyatı yüksək inkişaf mərhələsinə çatmış ölkələri misal göstərmək olar. 

Maliyyə-kredit münasibətlərinin formalaşmasını zəruri edən ən əsas şərtlərdən 

biridə  cəmiyyətdə  dövlətin  yaranması    və  fəaliyyət  göstərməsidir.  Cəmiyyəti  idarə 

etmək üçün müəyyən qurluşa malik bir dövlətin və dövlətçiliyin olması şərtddir.Belə 

ki, əgər dövlət mövcudursa o bir sıra funksiyaları,    idarəçilik, müdafiə, təsərrufatçılıq 

və s. kimi funksiyaları yerinə yetirir.Bu kimi fəaliyyət və funksiyaları yerinə yetirmək 

üçün    isə  dövlətin  müəyyən  maliyyə  vəsaitləri  olmalıdır.  Bu  maliyyə  vəsaitlərini 

dövlət müxtəlif üsul və vasitələrlə əldə edə bilər. Misal olaraq ÜMM və milli gəlir, 

dövlət büdcəsinə daxil olan vergi rüsumları, dövlət müəssisə və təşkilatlarından əldə 

edilən gəlirlər, xarici ölkələrdən və    dünya bankında götürülən kreditləri və s. misal 

göstərmək olar. 

Bilirik ki, təkrar istehsal: bölgü, mübadlə, istehsal və istehlak kimi 4 mərhələdən 

ibarətdir. 

Dəyərlərin bölgüsü zamanı ÜMM-un dəyərinə maliyyə ehtiyyatları vasitəsi ilə 



təsir  göstərilir  və  buradan  da  bölgü  alınır.Bu  stiuasiyanı  əsas  götürsək  sübut  etmiş 

olarıq ki, maliyyə geniş təkrar istehsalın dəyər hissəsində iştirak edir və bögü alınır. 

Maliyyənin mahiyyətini geniş və daha ətraflı bölgü və nəzarət funksiyarı əhatə 

edir. Bölgünün obyektinə misal olaraq dövləti, müəssisə və təşkilatları, insanları    və s. 

göstərmək olar.Subyekt olaraq isə ÜMM-u və milli gəliri misal göstərə bilərik. 

Deməli,  bölgü  funksiyasını  maliyyənin  mühüm  funksiyası  olduğunu  nəzərə 

alsaq, bu zaman nəzarət funksiyasıda meydana çıxır. Belə ki, ÜMM-un və milli gəlirin 

bölgüsü  kortəbii  şəkildə  aparılmır.  Bunu  nəzərə  alaraq  nəzarət  funksiyasını  da 

maliyyənin ikinci bir funksiyası da hesab etmək olar. 

Nəzarət  funksiyası  isə  pul  və  valyuta  fondlarının  yaranmasına,  bölgüsünə  və 

yenidən bölgüyə nəzarəti əhatə edir. Nəzarət funksiyası maliyyə orqanları tərəfindən 

həyata  keçirilir.  Hal-hazırda  maliyyənin  nəzarət  funksiyası  zaman  keçdikcə  dahada 

təkmilləşərək həyata keçirilir. 

Maliyyə  sistemini  -  bir-birləri  ilə  qarşılıqlı  əlaqəli  fəaliyyətdə  olan  maliyyə 

münasibətlərinin məcmusu kimi də başa düşmək olar.Pul vəsaitlərinin formalaşması, 

bölgüsü, həmçinin istifadəsi məhz maliyyə sistemi vasitəsi ilə həyata keçirilir. Maliyyə 

sisteminə həmcinin ölkə ərazisində pul tədavülünə xidmət edən bir sıra maliyə idarələri 

daxil edilir.Ümumiyyətlə maliyyə sistemi iki yerə bölünür: 

-

 



Mərkəzləşdirilmiş maliyyə (Ümumidövlət maliyyəsi) 

-

 



Qeyri-mərkəzləşdirilmiş maliyyə (Müəssisə və təşkilatların maliyyəsi)     

Bundan  əlavə  onuda  qeyd  etmək  lazımdır  ki,  maliyyə  sisteminə  kredit-bank 

sistemi də aid edilir.Qeyd edilən hər üç bölmə müxtəlif həlqələrdən ibarətdir. 

1.

 



Mərkəzləşdirilmiş maliyyə - Bura dövlət bölməsinin həlqələri aid edilir. 

2.

 



Qeyri-mərəzləşdirilmiş  maliyyəyə  müəssisələrin  və  təşkilatların  maliyyələri 

daxildir ki, buda müəssisə və təşkilatların fəaliyyətlərini stimullaşdırmaq üçün istifadə 

edilir. 

3.

 



Qeyd  etdiyimiz  kredit-bank  sisteminə  isə  banklar,  bank  olmayan  kredit                               

təşkilatları, həmçinin ölkədə maliyyə fəaliyyəti ilə məşğul olan maliyyə inistitutları və 

maliyyə idarələri aid edilir. 



Bəzi  iqtisadçılar  qeyd  edirlər  ki,  müəssisə  maliyyəsi  bölgü  və  nəzarət 

funksiyalarından  əlavə  təkrar  istehsal,  təminedici  (resursyaradıcı)  funksiyaları  da 

yerinə yetirir [19.səh.295]. 

Hal-hazırda  maliyyə-kredit  sistemi  çox  inkişaf  etmişdir.  İqtisadiyyatın 

dirçəlməsi  üçün  vacib  sayılan  bir  sıra  biznes  sahələri  və  sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul olmaq istəyən fiziki və ya hüquqi şəxslərə istər dövlət tərəfindən sahibkarlara 

kömək fondu, istərsə də qeyri-dövlət bankları tərəfindən lazımı kreditlərin verilməsi 

təşkil edilmişdir. Qeyd edək ki, kredit münasibətlərində qabaqcıl yeri bank kreditləri 

tutur. “Bank” - bir sıra fiziki və hüquqi şəxslərin qoyduqları depozitlərin cəlb edilməsi 

həmçinin  öz  hesabına  kreditlərin  verilməsini  təmin  edən,  kassa  hesablaşma 

əməliyyatlarını yerinə yetirən hüquqi şəxsdir. 

Azərbaycan Respublikası prezidentinin fərmanı ilə 1992-ci il avqust ayının 7-də 

“Azərbaycan  Respublikasında  banklar  və  bank  fəaliyyəti  haqqında”    qanunu  qəbul 

edildi.  Azərbaycan  Respublikasının  mərkəzi  bankı  isə  Milli  Bankdır.  O  dövlətin 

mülkiyyətinə daxildir.Milli Bankın əsas məqsədi qiymətlərin sabitliyini təmin etmək 

və  həmçinin  də  ödəniş  sistemini  inkişaf  etdirməkdir.  Əsas  fəaliyyətinə  isə  pulun 

tədavülünü həyata keçirməkdən ibarətdir. 

Milli  Bank  yerinə  yetirdiyi  fəaliyyət  barədə  yalnız  Prezidentə  hesabat 

verir.Bundan  başqa  onuda  qeyd  etməliyik  ki,  maliyyə-kredit  siyasətinin  həyata 

keçirilməsi  Nazirlər  Kobinetinin  vəzifələrinə  aiddir.  Maliyyə  sisteminin  idarə 

olunması və nəzarəti Maliyyə Nazirliyinin səlahiyyətlərinə daxildir. 

Maliyyə  ehtiyyatlarının  formalaşmasının  əsas  mənbəyi  müəssisələrin  və 

təşkilatların  istehsalı  hesabına  əldə  olunan  maliyyəsidir.  İkinci  mənbə  kimi  isə 

istehsaldan  əldə  edilən  mənfəətdən  formalaşan  amartizasiya  ayırmalarını  göstərmək 

olar. Ümumi şəkildə dövlətin maliyyə resurslarına müəssisə və təşkilatların, həmçinin 

əhalinin sərəncamında formalaşan təkrar istehsal üçün nəzərdə tutulan pul vəsaitləri və 

daxilolmalarıdır. 

  Müəssisənin  maliyyə  resurslarına  isə  həmin  müəsissənin  sərəncamındakı  pul 

vəsaitləri və daxilolmalarını göstərə bilərik.Mənfəət müəssisənin əsas maliyyə resursu 




10 

hesab  edilir.  Yəni  mənfəət  müəssisənin  təsərrufat  fəaliyyəinin  yekun  göstəricisidir 

desək  yanılmarıq.Mənfəətin  əldə  edilməsi  üçün  isə  istehsal  müəssisəsi  bir  neçə 

mərhələni  əhatə  edən  tsikilləri  keçməlidir.  Bura,  xammalın  alınması,  işçi  qüvəsinin 

axtarılıb  tapılması,  avadanlıqların  alınması  və  s.  aid  etmək  olar.  İsehsalda  istifadə 

olunan dəzgah və avadanlıqlar öz dəyərlərini hissə-hissə istehsal olunmuş məhsulların 

üzərinə  keçirir.  Məhsul  satışından  əldə  edilmiş  mənfəətdən  isə  amartizasiya  fondu 

ayrılır  ki,  istehsal  sferasıda  iştirak  edib  aşınmış  dəzgahların  yenidən  bərpası  üçün 

nəzərdə tutlur. 

Biznes infrastrukturuna kommersiya bankları, birjalar, konsaltinq biznesi kimi 

əsas iqtisadi kateqoriyaları da aid edilir. 

Kommersiya bankları müstəqil bir sahə olaraq sahibkarığın inkişaf etdirilməsinə 

xidmət edir. Bu tip banklar üçün sahibkarlığa xas olan cəhətlərin hamısı: maddi maraq, 

düşünülmüş risk, təşəbüskarlıq, təsərrufat vərdişləri və b. cəhətləri özündə birləşdirir. 

Kommersiya banklarının fəaliyyətinə misal kimi: hər hansı bir şəxsin ağıllı və 

düşünülmüş ideasını qısa zaman ərzində ekspertizasını keçirir müsbət nəticə olduqda 

isə  həmin  ideanın  maliyyələşdirilməsini  təmin  edir.  Bundan  əlavə  həmin  ideanın 

reallaşdırılmasına  razılıq  verən  sponsor  firmasının  axtarılıb  tapılmasını  da  təmin 

edir.Kommersiya  bankları  həmçinin  bazar  subyektlərinə  qısa  və  ya  uzunmüddətli 

kreditlər verilməsini təmin edir. 

Biznes  infrastrukturunun  digər  bir  sahəsi  də  konsaltinq  biznesidir.  Bu  biznes 

növü ölkəmiz üçün yeni sahə olmasına baxmayaraq, inkişaf etmiş ölkələrdə, əsasən də 

Qərbi Avropa ölkələrində, ABŞ-da, Yaponiyada və s. ölkələrdə yüksək inkişaf etmiş 

biznes  sahəsinə  çevrilmişdir.  Buna  da  misal  olaraq  göstərə  bilərik  ki,  təkcə  ABŞ-da 

700  min  nəfər  və  daha  çox  peşəkar  mütəxəssis  bu  sahə  üzrə  fəaliyyət  göstərir. 

Konsaltinq  fəaliyyəti  ilə  məşğul  olan  peşəkarlar  bir  neçə  mərhələdən  ibarət  olan 

konsaltinq layihələrini həyata keçirirlər. Bu mərhələlərə aiddir: 

-

 



Araşdırılan məsələnin hərtərəfli öyrənilməsi və təhlilinin həyata keçirilməsi 

-

 



Qərarların işlənməsi və işlənmiş qərarların hazırlanması 

-

 



Qərarların qəbul edilməsi və həyata keçrilməsi 


11 

-

 



Nəticələrin müəyyən edilməsi və qiymətləndirilməsi 

Müxtəlif  ölkələrdə  fəaliyyət  göstərən  subyektlər  xüsusi  firmalar  və  fərdi 

məsləhətçilər  olurlar.Bu  sahənin  mövcudluğu  ölkə  iqtisadiyyatı  ücün  önəmli  olduğu 

qədər, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənc sahibkarlar üçündə bir o qədər 

də vacibdir. 

Bazar infrastrukturunda birjalar sövdələşmələrə vasitəçilik edirlər. “Birja” sözü 

latın dilindəki “bursa” sözündən götürülüb və “pul kisəsi”mənasını verir.Birjanın əsas 

vəzifəsi  kapital,  valyuta  və  iş  qüvvəsi  bazarını  qaydaya  salmaq  həmçinin  bazarı 

xammal ilə təmin etməkdən ibarətdir.Birjanın aşağıda qeyd edilmiş 4 əsas növləri var: 

-

 



Əmtəə birjaları 

-

 



Fond birjaları 

-

 



Valyuta birjaları 

-

 



Əmək birjaları 

Əmək  və  valyuta  birjaları  XV-XVI  əslərdə  xarici  ticarətin  meydana  gəldiyi 

dövürdə yaranmışdır. Əmtəə birjalarının əsas fəaliyyəti isə məhsulların topdansatışını 

həyata  keçirməkdir.  Əmtəə  birjalarında  adətən  yekcins  əmtəələr  (məsələn,  kömür, 

taxıl, metal və s.) nümunələr və standartlar üzərində alınıb satılır. Əmtəə    birjalarında 

digər bazar infrastrukturundan fərqli olaraq əmtəələr əldən-ələ keçmir. Qeyd olunmuş 

müddətdə  satıcı  nəzərdə  tutulmuş  əmtəəni  verməyi  öz  üzərinə  götürür.  Bu  cür 

alqı-satqı  xüsusi  müqavilələrlə  nizamlanır.  Əmtəə  birjalarında  hesablaşmalar  həmin 

proses başlayanda yaxud bir müddət sonrada aparıla bilər. 

Fond  birjalarını  mütəşəkkil  bazar  hesab  etmək  olar.  Fond  birjalarında  üzvlər 

həm  qiymətli  kağız  sahibləri  həm  də  maliyyə-kredit  təşklatları  ola  bilər.  Fond 

birjalarında əməliyyatlara nəzarət dövlət tərəfindən aparılır. Dünyada 255-ə qədər fond 

birjaları fəaliyyət göstərir ki, bunlarında ən iriləri London, Tokio, Nyu-York, Frankfurt 

birjalarıdır. Qeyd edək ki, fond bijalarında qiymətlər tələb-təklif əsasında formalaşır. 

Fond birjalarında vasitəçilik broker firmaları tərəfindən həyata keçirilir. Broker alıcı və 

satıcı arasında vasitəçilik edərək əməliyyatların yerinə yetirilməsinə köməklik göstərir 

və  bunun  əvəzində  müəyyən  komisyon  haqqı  alır  ki,  bu  da  onların  əsas  fəaliyyət 



12 

məqsədlərindəndir. 

Ölkənin  milli  valyutasını  dönərli  valyutaya  dəyişdirmək  üçün  valyuta  birjası 

yaradılır.  Hal-hazırda  xarici  valyutaların  alınıb-satılmasını  ya  fond  birjaları,  ya  da 

banklar təşkil edirlər. 

Əmək  birjaları  istehsal  fəaliyyəti  ilə  məşğul  ola  bilən,  əmək  qabiliyyətli 

şəxslərlə  işəgötürənlər  arasında  vasitəçilik  edən  müəssisədir.İlk  dəfə  olaraq  əmək 

birjası XIX əsrin birinci yarsında meydana gemişdir. Əmək birjaları dövlətə tabe olur. 

Biznesdə  maliyyə-kredit  infrastrukturunun  əsas  inkişaf  təkanvericisi  rolunu 

dövlət tutur. Dövlət biznesin bu sahəsini xüsusi nəzarətdə saxlayaraq, inkişaf etdirərək 

ölkənin ÜDM-nun həcminin və milli gəlirin həcminin artmasına şərait yaratmalıdır ki, 

bu da ölkə iqtisadiyyatının inkişafına çox müsbət təsiri ilə xarakterizə olunur.         

 


Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə