Magistratura məRKƏZİ Əlyazması hüququnda


Biznesin maliyyə-kredit infrastrukturunun təkmilləşdirilməsi və



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix31.12.2021
ölçüsü1,53 Mb.
#81960
1   ...   5   6   7   8   9   10   11   12   ...   43
Abbasov-Ramil

 

1.2.Biznesin maliyyə-kredit infrastrukturunun təkmilləşdirilməsi və   

tədqiqi metodologiyası 

 

Maliyyə-kredit  əsas  iqtisadi  kateqoriyalardan  biri  olduğu  üçün  müasir   

qloballaşan  dünyada  onun  təkmilləşdirlməsi  bir  o  qədər  mühüm  xarakter  daşıyır. 

Maliyyənin predmetinin araşdırılması və tədqiq edilməsi dialektik metoddan istifadə 

etməklə  əldə  edilə  bilər.  Bu  metod  vastəsi  ilə  bütün  hadisələr  və  proseslər  qarşılıqlı 

əlaqədə  öyrənilir.  İqtisadiyyatda  maliyyənin  inkişafı  həm  kəmiyyət,  həmdə 

keyfiyyətcə  inkişaf  edir.  Maliyyənin  kəmiyyətcə  inkişafı  dedikdə,  maliyyə 

vəsaitlərinin və maliyyə fondlarının hərəkəti, maliyyənin keyfiyyətcə inkişafı dedikdə 

isə maliyyə münasibətlərinin daim inkişafı və təkmilləşdirilməsi nəzərdə tutulur. 

Maliyyə  ehtiyyatları  dövlətin  həmçinin  müəssisələrin  gəlir  və  yığım  fondunun 

məcmusuna  deyilir.  Maliyyə  ehtiyyatlarının  tərkibinə  amartizasiya  fondu  da  daxil 

edilir.  Bunun  vasitəsi  ilə  o  milli  gəlirdən  fərqlənir.  Maliyyə  ehtiyatlarının  tərkibinə 

aşağıda qeyd edilənlər aid edilir

-

 



Mənfəət və ya gəlirlər

-

 



Amartizasiya ayırmaları;   


13 

-

 



Vergilər(Rüsmlar); 

-

 



Əmlak və şəxsi sığorta vəsaitləri

-

 



Sosial sığorta vəsaitləri; 

-

 



Xarici ticarət və sövdələrdən gələn gəlirlər və s [5.səh.17]. 

Yuxarıda qeyd edilənlər arasında ən mühüm yeri mənfəət, amortizasiya ayırmaları 

və əlavə dəyər vergisi tutur. Maddi istehsalın, hərbi xərclərin, idarəetmənin həmçinin 

cəmiyyət  üçün  bəzi  sosial  tədbirlərin  maliyyələşdirilməsi  üçün  lazım  olan  maliyyə 

ehtiyyatlarını  yaratmaq  üçün  mərkəzləşdirilmiş  maliyyə  qrumları  və  firma 

vəsaitlərinin maliyyəsi vasitəsi ilə həyata keçirilir.Yeni iqtisadi sistemə keçsək də, bir 

sıra dəyişikliklər baş versə də maliyyə ehtiyyatlarının əmələ gəlmə mənbəyi dəyişməz 

olaraq qalır. 

Biznesin maliyyə-kredit infrastrukturunun tərkib hissələrindən biri də maliyyə 

siyasətidir.  Maliyyə  siyasəti  iqtisadi  siyasətin  həyata  keçirilməsində  mühüm  rol 

oynayır.  Maliyyə  siyasətinin  düzgün  təşkil  olunması  bazar  iqtisadiyyatı  üçün  böyük 

əhəmiyyət  kəsb  edir.  Buna  səbəb  kimi  bazar  iqtisadiyyatının  hər  şeydən  əvvəl 

maliyyə-kredit  mexanizmi  əsasında  qurulmasıdır.  Onu  da  qeyd  etməliyik  ki,  dövlət 

məhz maliyyə vastəsi ilə iqtisadiyyatın tənzimlənməsini həyata keçirir. 

Maliyyə  siyasətini  formalaşdıran  əsas  amillər  maliyyə  strategiyası  və  eyni 

zamanda  da  maliyyə  taktikasıdır.  Maliyyə  ehtiyatlarından  istifadəni,  maliyyə 

münasibətlərinin təşkilinin forma və metodlarının dəyişdirilməsi, maliyyə strategiyası 

vastəsi  ilə  həyata  keçirilir.  Maliyyə  münasibətlərinin  və  əlaqələrinin  forma  və 

metodlarının dəyişdirilməsi isə maliyyənin taktikası ilə yerinə yetirilir. 

Maliyyə  siyasətini  dövlət  hər  hansı  bir  iqtisadi  məqsədlərə  çatmaq  üçün 

aparır.Və  bu  məqsədlərə  çatmaq  üçün  maliyyə  vəsaitlərindən  istifadə  edir.Əsas 

məqsədlərə  isə  gəlirlərin  artırılması,  büdcə  tazrazlığının  təmin  etməkdən  və 

həmçinində insanların maddi rifah vəziyyətinin yüksəldilməsi, sosial təminatın təmin 

edilməsindən  ibarətdir.  Nəzərdə  tutulan  məqsədə  çatmaq  maliyyə  siyasətinin  əsas 

vəzifəsidir  desək  yanılmarıq.  Maliyyə  siyasətinin  iqtisadi  inkişafa  çevik  təsir  etmək 

qabiliyəti  elmi  cəhətdən  əsaslandırılmalı  və  araşdırılmalıdır.  Bunu  əsas  tutaraq 




14 

maliyyə siyasətini həyata keçirərkən qəbul edilən qərarlar məntiqi qanunlar əsasında 

qəbul  edilməlidir.  Maliyyə  siyasətinin  əsas  prioritet  məqsədlərinə  isə  maliyyə  və 

valyuta  ehtiyatlarının  artırılması  və  səmərəli  istifadəsini  təşkil  etməkdən  ibarət 

olmalıdır.Sözü gedən maliyyə siyasəti Maliyyə Nazirliyi tərəfindən işlənib hazırlanır. 

Maliyyə  Nazirliyi  maliyyə  siyasətini  tərtib  etdikdən  sonra  ekespertlər  tərəfindən 

nəzərdən  keçirilərək  prezidentə  təqdim  olunur.Yalniz  prezidentin      müsbət                       

rəyindən        sonra    icra      olunmağa      başlanır. 

XX  əsrin  I  rübündə  C.M.Keyinsin  “Məşğulluğun,  faizin,  pulun  ümumi 

nəzəriyyəsi” adlı məşhur əsərindən sonra maliyyə siyasəti ön plana cəkilməyə başladı. 

Keyns  bildirirdi  ki,  böhrandan  çixmaq  üçün  səmərəli  maliyyə  siyasəti  aparmaq 

lazımdır.  İqtisadi  inkişaf  qiymətlərin  sabitliyi,  tam  məşğulluq  maliyyə  siyasətinin 

məqsədlərindəndir.  Elmi  cəhətdən  əsaslandırılmış  maliyyə  siyasətinin  uğurla 

reallaşdırılması  xalqın  rifah  vəziyyətinin  yaxşılaşmasına  xidmət  edir.  Bazar 

iqtisadiyyatı şəraitində maliyyə siyasətinin həyata keçirilməsində hər hansı ciddi səhv 

ölkə iqtisadiyyatının böhranına gətirib çıxarır ki, bu da istənilən ölkə iqtisadiyyatı üçün 

durğunluq və geriləməsi ilə nəticələnir. Buna əyani misal olaraq Sovet dövlətini misal 

göstərə bilərik.Maliyyə siyasətinin təkbaşına, daxili xüsusiyyətləri və reallığı nəzərə 

almadan təşkili ölkənin dağılmasına təkan vermişdir. 

Məlumdur ki, bütün elm sahələrinin öz obyekti mövcuddur. Həmin obyektlərin 

özünəməxsus  metod  və  prinsipləri  var.  Biznesin  maliyyə-kredit  infrastrukturunu 

öyrənərkən  onunda  özünəməxsus  metod  və  prinsiplərinin  olduğunu  aydınlaşdırırıq. 

Maliyyə planı bir sıra metodlar vastəsi ilə hazırlanır. Həmin metodlara: balans, əmsal 

və normativ metodları aid edilir. 

 

Balans  metodu  –  adı  çəkilən  metod  nəzərdə  tutulmuş  bütün  maddələrin 



balanslaşdırılması əsasında tərtib edilir.Bunun vastəsi ilə bir sıra uyğunsuzluqlar ləğv 

edilir. 


 

Əmsal  metodu  –  müəssisənin  keçmiş  bir  neçə  ilindəki  göstəriciləri  nəzərə 



alınaraq  yeni  maliyyə  ili  üçün  yeni  artım  əmsalını  hesablayıb  maliyyə 

planlaşdırılmasında yüksək dəqiqliyi təyin edir. 




15 

 



Normativlər metodu – bu metod vasitəsi ilə verilmiş normativlər əsasında yeni 

maliyyə 


göstəricilərinin  hesablanmasıdır.Göstərilən  maliyyə  göstəricilərinin 

hesablanmasında  vergi  dərəcələrindən,  amartizasiya  normalarından  geniş  istifadə 

olunur. 

Hər  üç  metodu həm  ayrı-ayrı  həm  də, qarışıq şəkildə  tərtib  etmək  olar.  Sovet 

höküməti    dağıldıqdan    sonra    iqtisadiyyatda    bir sıra    dəyişikliklər oldu. Maliyyə   

planlaşdırılması da bir sıra prinsiplərə uyğun tərtib edildi. Müstəqillik, fasiləsizlik və 

operativlik prinsiplərini buna misal göstərmək olar. 

-

 



Müsəqillik  prinsipində  –  heç  bir  xarici  təsir  olmadan  maliyyə 

planlaşdırmasının sərbəst şəkildə icrası nəzərdə tutulur. 

-

 

Operativlik prinsipi isə – bu prinsipin əsas məqsədi iqtisadi dinamikadan aslı 



olaraq təshihi, yəni iqtisadiyyat üçün daha səmərəli istiqamətə yönlənirilməsini təşkil 

etməkdir. 

-

 

Fasiləsizlik  prinsipi  –  cari  maliyyə  planlarının  aylıq,  illik  və  rüblük  planlara 



əlaqəsi nəzərdə tutulur. 

Sovet  iqtisadiyyatı  ədəbiyyatlarında  planlaşdırma  sistemi  ilə  bazar 

iqtisadiyyatını  əks  anlayış  kimi  göstərərək,  planlaşdırma  sistemi  təbliğ  olunmuşdur. 

Keçmiş iqtisadi təsəvvürlərə əsaslanaraq planlaşdırmadan imtina edildiyi düşünülür ki, 

bu  heç  də  belə  deyil.  Planlaşdırma  heçdə  gündəmdən  silinmir.  Planlaşdırma  köklü 

sürətdə  dəyişdirilərək  istifadə  olunacaq,beləki  planlaşdırmanın  mövcudluğu  həmişə 

labüddür. 

Hər  bir  müəssisə  və  təşkilat  müstəqil  olaraq  öz  maliyyə  planlaşdırmasını 

reallaşdırmalıdır.  Bazar  iqtisadiyyatında  proseslər  maliyyə  planlaşdırmasının 

normativlərinə  və  göstəricilərinə  uyğun  olaraq  icra  edilir.  Keçmiş  inzibati  amirlik 

sistemində  maliyyə  planını  tərtib  etmək  üçün  nəzərdə  tutulan  bütün  göstəricilər 

dəyişməz  qaldığı  halda,  bazar  iqtisadiyyatında  maliyyə  planının  çevikliyi  nəzərdə 

tutulur.İnzibati amirlik sistemində il ərzində nəzərdə tutulmayan hallar baş verdikdə 

dəyişikliklər  etmək  mümkün  olmurdu  ki,  bu  da  nəticə  etibarı  ilə  iqtisadiyyata  çox 

mənfi təsir edirdi. Lakin bazar iqtisadiyyatında belə hallar tez-tez baş verir amma, bu 



16 

özünü qiymətdə və tələb-təklifdə biruzə verir. 

Məlumdur  ki,  iqtisadi  fəalliyətlə  məşğul  olan  istənilən  bazar  iqtisadiyyatı 

subyektləri əlavə vəsaitə ehtiyac duyur. Tutaq ki, hər hansı bir şəxsin yaxşı bir ideası 

var.  Başqa  birinin  isə  artiq  100  mln  manat  pul  vəsaiti  var.  Təbiidir  ki,  bunlar 

ayrı-ayrılıqda bir iş görə bilməzlər. Hər hansı təsərrufat fəaliyyəti görmək üçün bunlar 

gərək birgə fəaliyyət aparsınlar. Belə şəxsləri bir-biri ilə əlaqələndirən məhz maliyyə 

vasitəçiləridir. Başqa sözlə desək artıq pul vəsaitlərinin lazım olan yerə köçrülməsi – 

maliyyə  vasitəçiliyidir.  Təmənnasız  maliyyə  vasitəçiliyi  dövlət  tərəfindən  yerinə 

yetrilir. Pul vəsaitləri vasitəçilərin iştirakı olmadan da bir əldən başqa ələ keçə bilər. 

Misal olaraq; Səməd və Nəcəfin artıq pul vəsaitləri var.Məmmədin isə pul çatışmazlığı 

var.Bu  zaman  Məmməd  qiymətli kağızlar  buraxaraq  Səməd  və  Nəcəfə  sata bilər.Bu 

zaman o, artıq pulu əldə etmiş olar. 

Bilirik ki, maliyyə bazarı iqtisadiyyatın həm maliyyə tərəfini həm də kredit tərəfini 

müxtəlif  formalarda  əhatə  edən  geniş  məfhumdur.Maliyyə  bazarının  qurluşunu 

aşağıdakı sxemdə    olduğu kimi göstərə bilərik. 




Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə