«Magistratura Mərkəzi» Əlyazması hüququnda


Tədqiqatın  məqsədi  və  vəzifələri



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix17.09.2018
ölçüsü0,6 Mb.
#69035
1   2   3   4   5   6   7   8   9   ...   22

 

5

Tədqiqatın  məqsədi  və  vəzifələri.  Auditor  yoxlamalarının  planlaşdırılması, 

auditor  arayışının  hazırlanması  mərhələsində  analitik  proseduralardan  istifadə 

edilməsi  metodikasının  nəzəri  cəhətdən  işlənib  hazırlanması  və  praktikada  geniş 

tətbiq  edilməsi  buraxılış  işinin  əsas  məqsədini  təşkil  edir.  Həmin  məqsədə  çatmaq 

üçün  aşağıdakı  vəzifələr  kompleksi  müəyyən  olunmuş  və  müvəffəqiyyətlə  həll 

edilmişdir: 

-  ölkə  və  xarici  təcrübənin  ümumiləşdirilməsi  əsasında  auditin  mahiyyətinin  və 

respublikanın iqtisadi həyatında onun yeri və rolunun müəyyən edilməsi; 

-  auditdə  istifadə  olunan  analitik  proseduraların  nəzəri,  praktiki  və  metodoloji 

əsaslarının işlənib hazırlanması; 

-  auditor  yoxlamalarının  aparılması  prosesi  ilə  analitik  proseduraların  tətbiqi 

mexanizminin qarşılıqlı əlaqələrinin müəyyən olunması; 

-  auditin  təşkili  prosesinin  və  onun  idarə  edilməsinin  konkret  alqoritmlərinin 

əsaslandırılması; 

-  auditor  yoxlamaları  zamanı  analitik  proseduralarn  istifadə  edilməsi 

mexanizminin işlənib hazırlanması. 

Dissertasiya  işinin  nəzəri  və  metodoloji  əsasını  auditin  və  maliyyə  təhlilinin 

problemlərinə  həsr  olunmuş  respublika  və  xarici  ölkə  iqtisadçılarının  fundamental 

tədqiqatları,  beynəlxalq  audit  standartları,  mühasibat  uçotu,  audit  və  vergitutma  üzrə 

əsas  normativ-hüquqi  sənədlər  və  bir  sıra  tanınmış  auditor  firmalarının  fəaliyyət 

təcrübəsi təşkil edir. 

Tədqiqatın  elmi  yeniliyi  analitik  proseduralardan  istifadə  olunmaqla  auditor 

yoxlamalarının  aparılması  metodikasının  təkmilləşdirilməsi  ilə  bağlı  kompleks 

praktiki  məsələlərin  qoyuluşu,  nəzəri  jəhətdən  əsaslandırılması  və  həll  edilməsindən 

ibarətdir.  Tədqiqat  prosesində  elmi  yenilik  sayıla  biləjək  aşağıdakı  nətijələr  əldə 

edilmişdir: 

-  xaricdə  və  respublikada  işlənib  hazırlanmış  metodikaların  tənqidi  təhlili 

nəticəsində  «analitik  proseduralar»  anlayışının  mahiyyəti,  məzmunu  dəqiqləşdirilmiş 

və onun məqsədi müəyən olunmuşdur; 




 

6

-  analitik  proseduraların  növləri  müəyyən  edilmiş  və  ölkənin  audit  təxrübəsində 



onlardan istifadə imkanları araşdırılmışdır; 

- auditin planlaşdırma və son mərhələsində analitik proseduraların tətbiqinin ilkin 

şərtləri müəyyən edilmişdir; 

- respublikada auditor  yoxlamalarının aparılması zamanı  istifadə olunan analitik 

proseduraların tətbiqi alqoritmləri işlənib hazırlanmışdır; 

-  analitik  proseduralardan  istifadə  sahəsində  mövcud  olan  xarici  təcrübənin 

ümumiləşdirilməsi  və  tətbiqi  imkanlarının  öyrənilməsi  auditorun  «analitiak 

proseduraların  məqsədinin  təyin  olunması»,  «təhlil  metodunun  və  informasiya 

bazasının seçilməsi», «analitik qərarların qəbul olunması üçün kriteriyaların müəyyən 

edilməsi»,  «nəticələrin  ümumiləşdirilməsi»,  «yekun  qərarın  əldə  edilməsi»  kimi 

fəaliyyət ardıjıllığını müəyyən etməyə imkan vermişdir: 

-  auditor  yoxlamalarının  planlaşdırma  və  son  mərhələləri  üçün  zəruri  olan 

analitik  proseduraların  real  fəaliyyət  göstərən  müəssisənin  auditi  prosesində  tətbiqi 

variantı təklif edilmiş və onlardan istifadənin səmərəliliyi nəzəri və praktiki cəhətdən 

əsaslandırılmışdır.  

Aparılmış  tədqiqatın  praktiki  əhəmiyyəti  Respublika  Auditor  Palatasının 

təcrübəsində  alınmış  praktiki  nəticələrin  tətbiq  edilməsinin  mümkünlüyü  ilə  təsbit 

olunmuşdur.  İşin  nəticələri  auditor  standartlarının  hazırlanmasında  da  istifadə  oluna 

bilər.  

İşin  həcmi  və  strukturu.  Magistr  dissertasiya  işi  giriş,  iki  fəsil,  nəticə  və 

təkliflərdən, istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.  

 

 



I FƏSİL. AUDİTDƏ İSTİFADƏ EDİLƏN ANALİTİK 

PROSEDURALARIN NƏZƏRİ VƏ PRAKTİKİ ƏSASLARI 

 

1.1.  Analitik proseduralar-auditor yoxlamalarının təşkilinin tərkib elementi 

kimi 


 

7

Auditor  yoxlamalarının  aparılması  zamanı  istifadə  edilən  analitik  proseduralar 



əsas iqtisadi göstəricilərin və parametrlərin təhlilini, mühasibat məlumatlarının faktiki 

məlumatlarla,  uçot  məbləğlərinin  auditor  tərəfindən  hesablanmış  rəqəmlərlə 

müqayisəsini  əhatə  edir.  Göründüyü  kimi,  idarəetmənin  ən  mühüm  funksiyalarından 

biri  sayılan  auditdə  analitik  proseduralar  auditor  yoxlamalarının  həyata  keçirilməsi 

prosesində  auditora  köməklik  göstərilməsi  və  müəssisənin  maliyyə-təsərrüfat 

fəaliyyətinin  kompleks  təhlilinin  aparılması  məqsədilə  tətbiq  olunur.  Bundan  başqa 

bütün  proses  ərzində  analitik  proseduralardan  istifadə  aparılan  auditin  keyfiyyətinin 

yüksəlməsinə və sərf edilən vaxtın azalmasına bilavasitə müsbət təsir göstərir. 

Qeyd  etmək  lazımdır  ki,  müasir  bazar  münasibətləri  şəraitində  auditdə  istifadə 

olunan  analitik  proseduralara  iki  mövqedən  yanaşmaq  mümkündür.  Birinci  halda 

auditor mühasibat və maliyyə hesabatlarının reallığını və obyektivliyini sübut etməyə 

imkan  verən  parametrlər  blokunu  müəyyənləşdirir.  İkinci  halda  analitik  proseduralar 

auditin  müxtəlif  mərhələlərində  tətbiq  edilən  zəruri  auditor  proseduraları  kimi 

nəzərdən  keçirilir.  Fikrimizcə,  auditdə  analitik  proseduraların  tətbiqinin  zəruriliyi 

uçotda,  eləcə  də  mühasibat  və  maliyyə  hesabatlarında  əks  etdirilmiş  və  araşdırmaq 

üçün  seçilmiş  göstəricinin  reallığının  və  doğruluğunun  yoxlanılması  ilə  izah  oluna 

bilər. Aydındır ki, auditin aparılması zamanı aşkar edilmiş bütün  nöqsanlar  haqqında 

faktların  toplanılması  analitik  proseduralar  vasitəsilə  həyata  keçirilir.  Lakin,  auditor 

yoxlamalarının aparılma müddətinin məhdud olmsı, yerinə yetirilən iş və xidmətlərin 

dəyərinin  sifarişçi  ilə  bağlanılmış  müqavilə  əsasında  qabaqcadan  razılaşdırılması 

səmərəli  auditor  proseduralarının  seçilməsi  problemini  meydana  çıxarır.  Bu  zaman 

həmin  proseduralardan  faktiki  nəzarətin,  təftişin  və  yoxlamanın  üsullarının  və  digər 

analitik proseduraların fərqləndirilməsi obyektiv zərurətə çevrilir. 

Qeyd  etmək  lazımdır  ki,  auditin  aparılması  prosesinin  müxtəlif  mərhələlərində 

auditor  özünün  ixtisas  səviyyəsinə  və  tədqiqat  obyektinin  xarakterinə  görə  yuxarıda 

sadalanan proseduralardan birini seçir. Lakin, təcrübədə auditor bu və ya digər faktın 

təsdiqi  üçün  reqlamentdə  nəzərdə  tutulmayan  bir  neçə  auditor  prosedurasından 

istifadə  edir  və  onların  tətbiqi  «ümumidən  fərdiyə-yoxlama  prinsipi»  üzrə  həyata 

keçirilir.  Bundan  başqa,  uçot  obyektlərinin  və  maliyyə  hesabtların  yoxlanılması, 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə