Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə38/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   34   35   36   37   38   39   40   41   ...   131

150
BİRİNCİ KİTAB
TƏKLİK VƏ QEYRİ-MÜƏYYƏNLİYİN 
İFADƏ OLUNMASI
Tat  dilində,  bir qayda olaraq,  təklik  və  qeyri-müəyyənliyi  ifa­
də  etmək  üçün  “ye”  “yə”  (bir)  sayından  istifadə  olunur.  Uncə  ye 
mərdlə  niştə,  ə rüyü ədəmi  bitərsirən  (M.) -  orada bir kişi  oturub ki, 
üzündən  adam  qorxur;  yə  duxtərmə  bü,  üriş  kürpə  mürd  (Q.)  -   bir 
qızım  vardı,  o  da  körpə  ikən  öldü;  ye  quzi  daşdum  uyiş  cənəvər 
xard (M.) -  bir quzum var idi, onu da canavar yedi.
Müəyyənliyi  ifadə  etmək  üçünsə  “in”,  “ün”  işarə  əvəzlikləri 
işlədilir.  Bu  işarə  əvəzlikləri  təyin  budaq cümləsinin  əvvəlindəki  is­
min  qarşısında gəlir  və onu  təyin edir.  İn  tünə  dirə  kağata mən  yaz­
mış  satam (M.) -  sən gördüyün bu  kitabı mən yazmışam;  in əs ki,  tü 
bədirəni  ə cins  əsun  Dağısdünü  (Q.) -  bu  atı  ki  sən  götürürsən,  Da­
ğıstan  atlarının  cinsindəndir;  un  çaya  bıknareyi  birə  xune  (ə)  armu- 
nu (M.) -  çayın qırağındakı o ev bizimdir.
TƏYİNLƏ TƏYİNOLUNANIN YERİ
Qeyd etdiyimiz  kimi  tat dilində  bir çox  İran  dillərindən  fərqli 
olaıaq izafət birləşməsi yoxdur.  İran dillərinə  və xüsusilə, fars dilinə 
xas  olub  təyini  söz  birləşmələrində  təyin  olunan  sözün  sonunda 
tələffüz olunan vuı ğusuz “e” bir qayda olaraq işlədilmir.
Tat  dilində  sözlər  müxtəlif  vasitələrlə  sintaktik  əlaqə  əmələ 
gətirirlər.  Kitabmə (Q.), mənə kitabmə (Məl.), mənə kağatmə (M .)- 
mənim  kitabım,  küşkə  (Q.),  vəçələ  (Məl.),  bitlein  (M.),  birar  (Q.), 
bırar (Məl.), birar -  kiçik qardaş,  köhnə  (Məl.),  künə (Q.) könə di Q., 
Məl.), dih  (M.) -  qədim kənd və  s.
Tat  dilində  əvvəl  təyin  edən  söz,  sonra  isə  təyin  olunan  söz
gəlir.
Təyin  ilə təyin olunan sözün əlaqəsi  üç cür olur:
1.  Sözlər heç  bir xüsusi  əlamət qəbul  etmədən bir-birinə yana­
şırlar.  Əgər  bu  yanaşmış  sözləri  bir-birindən  ayırsaq,  hər  biri  müs­
AZƏRBAYCAN  TATLARININ  DİLİ
151
təqil  mənalı  söz  kimi  ikinci  bir  sözü  özündən  sonra tələb  etmir:  qir- 
mizi  kitab  (Q.) -  qırmızı  kitab,  Kala  ku  (M.) -  iri  qaya,  siyə qələm 
(Q.)  -   qara  qələm,  loğa  kuk  -   forslu  oğlan,  kala  səıxuni  -   böyük 
bulaq,  bıgələci  guşdərəgar yil  (M.) -  sözə qulaq  asan  uşaq  və  s.  Bu 
sözləri  bir-birindən  ayırsaq  hər  biri  müstəqil  işlənə  bilər,  özündən 
sonra ikinci  bir söz tələb etməz.  Qimnizi,  kitab,  siyə,  ku,  kala, qələm, 
bıgələçi,  guşdərəgar,  yil,  loğa,  yil  və  s.  Bu  hal  tat  dilində  olduqca 
geniş yayılmışdır.
2.  Qədim  fars  dilindən  fərqli  olaraq  orta  fars  dilində  həm  iza­
fət  (təyin  edənlə  təyin  olunanın  müasir  fars  dilində  olan  münasibət 
forması),  həm  də qədim fars  dilində  olan  yanaşma yolu mövcud ol­
muşdur.  İzafət birləşməsində  əvvəlcə  təyin  olunan  söz,  sonra  izafət 
əlaməti -  vurğusuz “e”  səsi,  daha sonra isə təyin olunan  söz  işlədilir. 
Tat dilində əgər təyin edən  söz  samitlə qurtarsa onun sonuna bir “ə” 
səsi artırılır və beləliklə də,  təyin olunan təyin edən sözlə birləşir.
Təyin  edənlə  təyin  olunanın  yeri  bu  halda  da eynilə  qalır.  Bu 
izafət əlaməti olan “ə” saitlə sintaktik əlaqə əmələ gələrkən daha ya­
naşma  deyil,  birləşmə  olur.  Çünki  əgər  birinci  halda  sözləri  bir-bi­
rindən  ayırıb  ayrılıqda  işlətdikdə  müstəqil  məna  verir  və  ayrılıqda 
işlənərək  adlıq  halda  olurdusa,  birləşmə  zamanı  sözlər  bir-birinin 
tərkib  hissəsinə çevrilir,  ikinci  tərəf müstəqil  işlənsə  də birinci  tərəf 
müstəqil  işlənə  bilmir,  təklikdə  natamam  olur  və  özündən  sonra 
ikinci  tərəfi  tələb edir. Məs:  xubə  əyəl  (Məl.,  Q.) -  yaxşı  uşaq,  xuş- 
kə  (Q.) // xişkə  (Məl.) dar -  quru  ağac,  güzələ  ərlis (Məl., Q.) -  gö­
zəl gəlin və s.
Tat  dilində  olan  “ə”  birləşdirici  şəkilçisi  kürd  dilində  özünü 
“a”1,  gilək  dilində  isə eynilə  tat dilində  olduğu  kimi  özünü  “ə”  şək­
lində2 büruzə verir.
3.  Təyin  edən  söz  a,  u,  e,  ə  saitləri  ilə  bitərsə  təyin  olunan 
sözlə  onun  əlaqəsini  yaratmaq  üçün  “ə”  səsi  ilə  təyin  edən  söz 
arasında bir “y”  birləşdirici  samiti  artırılar.  Məs.:  ruyi  yumşağə  əyə
1 К.К.Курдоев.  Кюрдский  язык.  Сборник  «Современный  Иран»,  М.,  1957, 
стр. 63
В.С.Соколова, Т.М.Пахалина. «Гилянский язык»,yenə orada.  Səh. 76


1 5 2
BİRİNCİ  KİTAB
(Məl.)  //  nərməruyə  (Q.)  əyəl  -   yumşaqüzlü  uşaq,  forsluyə  kuk 
(M əl.)- forslu oğlan və s.
Mənsubiyyət  əlaqəsini  ifadə  edən  birləşmələrdən  və  xüsusi 
izafət  əlaməti  kimi  təyin  edən  sözdən  sonra  əvvəldən  göstərdiyimiz 
aynimaz tərkib hissəsinə çevrilən  “ə”  səsi  gəlir.  Kukmənə mü'əlimi 
(Məl.)  //  dərsdərəgari  (M.)  -   oğlumun  müəllimi,  əyəlmənə  kitabi 
(Məl.)  //  yelmənə  kağati  (M.)  -   uşağımın  kitabı,  əsmənə  qəyişi 
(Məl.) -   atımın  qayışı,  kileymənə  (Məl.) // kiləmənə  quqleyi  (Məl.) 
// kukləyi (M.) -  qızımın kuklası.
Təyin  edənlə  təyin  olunan  yerlərini  dəyişdikdə  də  həmin  “ə” 
özünü  hifz  etsə  də  özündən  sonra  bir  “n”  səsini  tələb  edir.  Lakin 
bunu  əvvəlki  birləşmə  fonnalanndan  fərqləndirən  mühüm  cəhət 
odur  ki,  birləşmə  əmələ  gətirən  “ə”  təyin  edənin  axırına  bitişib 
birinci 
tərəfin 
aynimaz 
tərkib 
hissəsinə 
çevrildiyi 
halda 
mənsubiyyət əlaqəsini  bildirən  izafət birləşmələrində  isə  “ən”  təyin 
edəndən  sonra  gəlsə  də  onun  tərkib  hissəsinə  çevrilmir.  Birinci 
sözdən  ayn  deyilir və  təyin olunan  arasında  rabitə əmələ  gətirir.  Bu 
“ən”  əgər atılsa belə məna eynilə qalır,  yanaşmaya mənaca bir xələl 
gəlmir.  Məs.:  kitab  ən  əyəlmən  (Məl.)  -   uşağımın  kitabı,  kukle  ən 
kiləmə  (M.)  ~ qızımın  kuklası,  qəyiş  ən  əsmə  (Q.)  -  atımın  tapğın, 
ərus  ən  duxdərmə  (Q.)  -   qızımın  gəlinciyi,  xər  ən  qunşi  (Q.)  -  
qonşunun eşşəyi  və s. Bu qayda bəzən pozulur və danışıq zamanı bu 
birləşdirici  əlamət  işlənmir,  məna  da  eynilə  qalır.  Kitab  balaymə 
(Q.)  -   balamın  kitabı,  kuklə  kiləmə  (M.)  -   qızımın  gəlinciyi,  qəyiş 
əsmə (Q.) -  atımın tapğın və s.
“Ən”  hissəciyi  qeyd  etdiyimiz  kimi  birinci  tərəfdən  ayn 
tələffüz  edilməlidir.  “Ən”  hissəciyini 
özündən  əvvəlki  sözə 
bitişdirməklə  birləşmənin  mənasını  tamam  dəyişdirmək  olar. 
Məs.Ərüsən düxdərmə -  gəlin qızım, qəyişən əsmə -  möhkəm atım, 
xərən qunşi -  eşşək qonşu və s.
Göründüyü kimi,  bu  hissəciyin birinci  tərəfdən nə  zaman  ayn 
və  nə  zaman  bitişik  deyilməsi  çox  mühümdür.  Birinci  halda  hissə­
cikdən  əvvəlki  sözdən  sonra  fasilə  tələb olunduğu  halda,  ikinci hal­
da  bu  tələb  olunmur.  Bir  təyinin  bir  neçə  təyin  ediləni  olarsa
AZƏRBAYCAN  TATLARININ  DİLİ
153
(onların,  təyin  edənlərin)  hamısının  axırma  izafət  əlamətini  əvəz 
edən  əvvəldə  qeyd etdiyimiz  “ə”  artmlır,  Məs.:  in  əs  bə  balayi  çini 
xubə,  sakitə,  əqülbəndə dayçə bu ki  (Q.) -  bu at körpəlikdə elə yaxşı, 
sakit,  ağıllı  qulun  idi..,  hələ  bı  armi  nəraftə  çinin  çakə,  arumə,  ağıl- 
bəndə kuk bu  (M.) -  hələ  orduya getməmiş elə yaxşı,  sakit və  ağıllı 
oğlan idi  və s.
SONQOŞMA VƏ ÖNQOŞMALAR
Tat dilində aşağıdakı sonqoşma və önqoşmalar vardır.
Sonqoşmalar:  ə, rə,  əvaz // az // ərəvaz,  a, ra
Önqoşmalar:  ə,  əz,  tə, bə // bı // b // bu, be
Müasir fars  dilində  “ra”  kimi  çıxış  edən  sonqoşmamn  funksi­
yasını  tat  dilində  “ə”  sonqoşması  ifadə  edir.  Məs.:  Əyəlho  əsə  biçə 
piştə  kərd  (Məl.)  -   uşaqlar  atı  hara  qovdular;  imşov  gürg  bdərun 
goudun xərə  xırd  (M.) -  bu  gecə canavar eşşəyi  tövlənin içində par­
çalayıb;  ələyho  qıspandunə  bəbrun  dərərd  (Məl.)  -   uşaqlar  qoyun­
ları çölə çıxardılar:  mə’əlim kitabə vakard (Q.) -  Müəllim kitabı  aç­
dı  və  s.  Fars  dilindəki  “ra”  sonqoşmasınm  “ə”  şəklində çıxış etməsi 
hadisəsinə  tat  dilində  olduğu  kimi,  kilək  dilində  də  təsadüf olunur. 
Mən  u  kitabə  fəddəm  unə  brara1-   Mən  bu  kitabı  onun  qardaşına 
verdim.
Qeyd etməliyik ki,  tat dilində də fars dilindəki “ra”  sonqoşma- 
sınm  eynilə,  yaxud  fonetik  dəyişikliklə  (“rə”)  kimi  saxlandığını  da 
müşahidə edirik.
Tat  dilinin  Quba  ləhcəsində  “ra”  sonqoşması  özünü  eynilə 
saxlayır.  Tədqiq  etdiyimiz  ləhcələrdən  M.  və  Q.  ləhcələrinin  bəzi 
şivələrində  də  ( Gümür-Xaltan,  Afurça)  bu  sonqoşma  II  və  III  şəxs 
əvəzliklərinə  (təkdə)  və  M.  və  Məl.  ləhcələrində  saitlə  qurtaran 
sözlərə  qoşularkən  özünü  əsasən  “rə”  və  bəzən  də  “ra”  kimi  büruzə 
verir.  Mən  türə  gal  zərüm  (Q.)  -   Mən  səni  çağırdım,  mən  urə  bol 
mıxastanum (M.) -  Mən onu çox istəyirəm.
Tat dilinin lahıc  ləhcəsində də bu sonqoşma II  şəxs  əvəzliyinə
1 В.С.Соколова. Т.Н.Пахалина, Гилянский язык, стр. 76


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə