M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə16/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   12   13   14   15   16   17   18   19   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
50
qarşı-qarşıya qalan paleontloqlar bu həqiqətdən açıq-aşkar üz çevirmişlər.
54
Amerikalı paleontoloq S.M.Stenli isə fosil qeydlərinin ortaya qoyduğu bu 
həqiqətin elm dünyasına hakim olan darvinist ehkam tərəfindən necə gözardı 
edildiyini və etdirildiyini b elə izah edir:
Məlum  olan  fosil  qeydləri  pilləli  təkamülə  uyğun  gəlmir  və  heç  vaxt 
da  uyğun  gəlməmişdir.  Nəzərə  çarpan  cəhət  odur  ki,  bəzi  tarixi  şərtlər 
vasitəsilə  bu  ziddiyyət  gizlədilmişdir...  Bir  çox  paleontoloq  əllərindəki 
dəlillərin  Darvinin  kiçik,  yavaş  və  pilləli  dəyişikliklərin  yeni  növ  əmələ 
gətirməsi  fikriylə  ziddiyyət  təşkil  etdiyini  hiss  etmişdir...  Ancaq  onlar 
susdurulmuşdur.
55
İndi fosil qeydlərinin günümüzədək “susdurulmuş” həqiqətini daha ətraflı 
təhlil edək. Bunun üçün ən qədim dövrlədən bu günə qədər keçən təbiət tarixini 
mərhələli şəkildə nəzərdən keçirmək lazımdır.


51
   
 
 
G
ERÇƏK TƏBİƏT TARİXİ -I -
          (ONURĞASIZLARDAN SÜRÜNƏNLƏRƏ)
T
 
əbiət  tarixi  anlayışı  bəzi  insanlara  təkamül  nəzəriyyəsini  xatırladır. 
Bunun səbəbi bu istiqamətdə aparılan təbliğatdır. Bir çox ölkədə təbiət 
tarixi muzeyləri materialist təkamülçü bioloqların nəzarətindədir və 
bu muzeylərdəki materiallar da onlar tərəfindən şərh edilir. Tarixən 
yaşamış  canlılar  və  bu  canlılara  aid  fosil  izləri  daima  darvinist  məfhumlarla 
birlikdə xatırlanır. Bunun bir nəticəsi kimi, bir çox insan təbiət tarixini nəzərdən 
keçirdikdə “təkamül” adlanan anlayışla qarşılaşacağını düşünür.
Lakin həqiqətlər çox fərqlidir. Təbiət tarixi bizlərə müxtəlif canlı siniflərinin 
yer  üzündə  heç  bir  “təkamül”  olmadan  bir  anda  və  kompleks  formaları  ilə 
birlikdə  meydana  gəldiyini  göstərir.  Müxtəlif  canlı  növləri  müstəqil  şəkildə, 
aralarında heç bir “ara forma” olmadan üzə çıxmışlar.
Bu fəsildə fosil qeydlərinə əsaslanaraq təbiətin gerçək tarixini təhlil edəcəyik.
Canlıların təsnifatı
Canlılar  bioloqlar  tərəfindən  təsnif  olunurlar.  “Taksonomiya”  və  ya 
“sistematika”  adlanan  bu  təsnifatın  tarixi  Linney  kimi  tanınan  XVIII  əsrin 
isveçli elm adamı Karl von Linneyə qədər gedib çıxır. Linneyin tərtib etdiyi 
təsnifat sistemi dövrümüzə qədər təkmilləşdirilərək davam etmişdir. 
Bu  təsnifatda  iyerarxik  kateqoriyalar  var.  Canlılar  əvvəlcə  “aləm”lərə 
ayrılırlar, bitkilər və ya heyvanlar aləmi kimi. Sonra bu aləmlər öz daxilində 
şöbələrə  bölünür.  Şöbələr  də  alt  qruplara  ayrılır.  Təsnifat  yuxarıdan  aşağıya 
doğru belədir:
Aləm (Kingdom)
Şöbə/ tip (filum)
Sinif (Class)


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
52
Dəstə (Order)
Fəsilə(Family)
Cins (Genus, cəmi Genera)
Növ (Species)
Bu gün bioloqların əksəriyyəti beş (və ya altı) ayrı aləm olduğunu qəbul 
edir.  Bitkilər  və  heyvanlardan  başqa  göbələklər,
 
protista  (yosun  və  amöb 
kimi  hüceyrə  nüvəsi  olan  təkhüceyrəlilər)  və  monera  (bakteriyalar  kimi 
hüceyrə  nüvəsi  olmayan  təkhüceyrəlilər)  hər  biri  ayrı  aləm  hesab  edilir. 
Bəzən  bakteriyalar  eubakteriya  və  arxeobakteriya  adlanan  iki  yarımqrupa 
ayrılırlar, bəzən də eubakteriya, arxeobakteriya və eukariot şəklində üç aləmə 
bölünürlər. Bu aləmlərin ən mühümü, şübhəsiz, heyvanlar aləmidir. Heyvanlar 
aləminin öz daxilindəki ən böyük təsnifat isə  əvvəldə də bildirdiyimiz kimi, 
müxtəlif şöbələrdir. Bu şöbələr müəyyən edilərkən hər birinin tamamilə fərqli 
bədən  quruluşlarına  malik  olduqları  nəzərə  alınmışdır.  Məsələn,  artropodlar 
(həşəratlar, hörümçəklər və digər buğumayaqlılar) ayrıca bir şöbədir və şöbəyə 
daxil  edilən  bütün  canlılar,  əsasən,  bənzər  bədən  quruluşuna  malikdirlər. 
Chordata (xordalılar) adlandırılan şöbə isə notochord (embrionun arxa tərəfində 
onurğanı təşkil edən hüceyrə yığınının əmələ gətirdiyi uzun xorda) və ya daha 
çox  onurğaya  malik  olan  canlıları  əhatə  edir.  Bizim  üçün  tanış  olan  balıqlar, 
quşlar,  sürünənlər,  məməlilər  kimi  onurğaya  malik  olan  heyvanların  hamısı 
Chordatanın yarımsinfi olan onurğalılar yarımtipinə daxildir.
Təqribən  35  fərqli  canlı  şöbəsi  arasında  osminoqlar  kimi  yumşaqbədənli 
canlıları əhatə edən molyusklar şöbəsi və ya girdə soxulcanların daxil olduğu 
nemotada  şöbəsi  kimi  çox  fərqli  kateqoriyalar  var.  Bu  kateqoriyaların  ən 
mühüm xüsusiyyəti isə əvvəldə də bildirdiyimiz kimi, tamamilə fərqli bədən 
quruluşlarına malik olmalarıdır. Şöbələrin yarımkateqoriyaları əsasən bənzər 
bədən quruluşlarına malikdir, amma
 
şöbələr bir-birlərindən çox fərqlidir. 
Bioloji  təsnifat  haqqındakı  bu  ümumi  məlumatdan  sonra  indi  də  bu 
şöbələrin necə və nə zaman yer üzündə üzə çıxdıqları sualına cavab verək.
Fosillər “həyat ağacını” təkzib edir... 
Əvvəlcə, darvinizmin bu mövzudakı fərziyyəsini nəzərdən keçirək. Məlum 
olduğu  kimi,  darvinizm  canlıların  bir  ortaq  əcdaddan  törədiyini  və  kiçik 
dəyişikliklərlə müxtəlifləşdiyini irəli sürür. Bu təqdirdə canlılar lap əvvəldən 
bir-birinə çox bənzər və ibtidai formalarda ortaya çıxmış olmalıdır. Yenə eyni 
iddiaya  əsasən,  canlıların  bir-birlərindən  fərqlənməsi  və  kompleksliklərinin 
artması da zaman ərzində paralel baş verməlidir.
Qısa  desək,  darvinizmə  əsasən,  canlılar  bir  kökdən  gələn,  ancaq  sonra 
budaqlara ayrılan ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist mənbələrdə 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə