M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə12/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   8   9   10   11   12   13   14   15   ...   108

Növlərin əsl mənşəyi
37
Variasiya  təkamülə  dəlil  deyil,  çünki  variasiya  onsuz  da  mövcud  olan 
genetik  məlumatın  fərqli  cütləşmələrindən  ortaya  çıxır  və  genetik  məlumata 
yeni  xüsusiyyət  qazandırmır.  Təkamül  nəzəriyyəsi  qarşısında  duran  sual  isə 
budur: tamamilə yeni növə aid yeni məlumat necə üzə çıxır?
Variasiya həmişə genetik məlumatın hüdudları çərçivəsində olur. Genetika 
elmində  sözügedən  hüduda  “gen  hovuzu”  deyilir.  Bir  canlı  növünün  gen 
hovuzunda  mövcud  olan  bütün  xüsusiyyətlər  variasiya  sayəsində  müxtəlif 
formalarda  üzə  çıxa  bilir.  Məsələn,  variasiya  nəticəsində  bir  sürünən  növü 
daxilində digərinə nisbətən daha uzun quyruqlu və ya daha qısa ayaqlı cinslər 
meydana  gələ  bilər,  çünki  qısa  ayaq  məlumatı  da,  uzun  ayaq  məlumatı  da 
sürünənlərin gen hovuzunda var. Amma variasiya sürünənlərə qanad taxıb, tük 
əlavə edib, maddələr mübadilələrini dəyişdirib onları quşa çevirmir. Çünki bu 
cür çevrilmə canlının genetik məlumatında əlavələr olmasını tələb edir, lakin 
variasiyalarda belə vəziyyət baş vermir.
Darvin nəzəriyyəsini irəli sürdükdə bu həqiqəti dərk etməmişdi. Variasiyaların 
hüdudu olmadığını düşünürdü. 1844-cü ildə yazdığı bir məqaləsində: “bir çox 
yazıçı təbiətdəki variasiyanın bir hüdudu olduğunu qəbul edir, amma mən bu 
düşüncənin əsaslandığı konkret səbəbi görə bilmirəm”, - demişdi.
28
 “Növlərin 
mənşəyi”ndə  də  müxtəlif  variasiya  nümunələrini  nəzəriyyəsinin  ən  böyük 
dəlili kimi göstərmişdi. Məsələn, Darvinin fikrincə, daha çox süd verən inək 
cinsləri yetişdirmək üçün müxtəlif inək variasiyalarını cütləşdirən heyvandarlar 
nəticədə inəkləri başqa canlı növünə çevirə biləcəkdilər. Darvinin bu “hüdudsuz 
dəyişiklik” fikrini “Növlərin mənşəyi” kitabında yazdığı bu cümləsi ən yaxşı 
şəkildə ifadə edir:
Bir ayı cinsinin təbii seçmə yolu ilə getdikcə daha çox suda yaşamağa uyğun 
quruluş  və vərdişlər əldə etməsində, daha  böyük  ağıza  malik  olmasında 
və  nəticədə  bu  canlının  nəhəng  balinaya  çevrilməsində  heç  bir  çətinlik 
görmürəm.
29
Darvinin bu cür iddialı nümunələr verməsinin səbəbi yaşadığı əsrin ibtidai 
elm anlayışı idi. XX əsrin elmi isə canlılar üzərində aparılan bənzər təcrübələr 
nəticəsində “genetik dəyişməzlik” (genetic homoestatis) adlandırılan prinsipi 
aşkar  etdi.  Bu  prinsip  bir  canlı  növünü  dəyişdirmək  üçün  edilən  bütün 
cütləşdirmə  (müxtəlif  variasiya  əmələ  gətirmə)  səylərinin  nəticəsiz  qaldığını, 
canlı növləri arasında keçilməz divarlar olduğunu ortaya qoyurdu. Yəni fərqli 
inək variasiyalarını cütləşdirən heyvandarların nəticədə inəkləri Darvinin iddia 
etdiyi kimi, başqa bir növə çevirməsi qətiyyən mümkün deyildi.
“Darvin yenidən mühakimədə” (Darwin retried) kitabının müəllifi Norman 
Makbet bu mövzuda belə deyir:
Problem canlıların həqiqətən də hüdudsuz şəkildə variasiyaya malik olub-


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
38
olmamalarıdır...  Növlər  həmişə  sabitdirlər.  Heyvandarların  yetişdirdiyi 
fərqli bitki  və heyvan cinslərinin müəyyən həddən sonra irəliləmədiyini, 
hətta daima orijinal formalarına geri qayıtdıqlarını bilirik. Əsrlərlə davam 
edən yetişdirmə səylərinə baxmayaraq, heç vaxt qara lalə və ya mavi gül 
əldə etmək mümkün olmamışdır.
30
Heyvandarlıq mövzusunda dünyanın ən məşhur mütəxəssislərindən biri 
hesab  edilən  Lüter  Börbenk  bu  həqiqəti:  “bir  canlıda  baş  verən  inkişafın  bir 
həddi var və bu qanun bütün yaşayan canlıları müəyyən edilmiş bəzi hüdudlar 
daxilində sabit saxlayır”, - deyərək ifadə edir.
31
Ceri Berqman “təbii seçmə nəzəriyyəsi ilə əlaqədar bəzi bioloji problemlər” 
adlı  məqaləsində  variasiyanın  daima  müəyyən  genetik  hüdudlar  daxilində 
meydana gəldiyini açıqlayan bioloq Edvard Diveydən sitat gətirərək belə şərh 
edir:
Divey bu nəticəyə gəlmişdir: “Çarpaz cütləşdirmə metodu ilə çox mühüm 
nəticələr əldə edilmişdir... Amma nəticədə buğda yenə də buğdadır, məsələn, 
üzüm deyil. Donuzlarda qanad əmələ gətirməyimiz quşların silindirşəkilli 
yumurtlamaları  qədər  qeyri-mümkündür.  Daha  müasir  nümunə  son  əsr 
ərzində dünyadakı kişilərin boyunda müşahidə edilən artımdır. Daha yaxşı 
qidalanma və yaşayış şərtləri sayəsində kişilər son əsr ərzində boylarının 
uzunluğu ilə demək olar ki, rekord qırıblar; amma bu boy uzunluğu artsa 
da, artıq dayanma həddinə çatmışdır. Çünki artıq genetik hüduda dirənmiş 
vəziyyətdəyik.
32
Qısa desək, variasiyalar ancaq bir növün genetik məlumatının hüdudları 
daxilində qalan bəzi dəyişikliklər meydana gətirir, amma heç vaxt növlərə yeni 
genetik məlumat əlavə etmir. Bu səbəbdən, heç bir variasiya “təkamül” nümunəsi 
hesab edilə bilməz. Müxtəlif it və ya at cinslərini nə qədər cütləşdirsəniz də, 
nəticədə ortaya yenə it və ya at çıxacaq, amma yeni növ əmələ gəlməyəcəkdir. 
Danimarkalı elm adamı V.L.Cohansen bu mövzunu belə xülasə edir:
Darvinin  xüsusi  vurğuladığı  variasiyalar  əslində  müəyyən  həddən  irəli 
gedə  bilmirlər  və  bu  səbəbdən  variasiyalar  “daimi  dəyişikliyə  (təkamülə) 
səbəb deyil”.
33


Növlərin əsl mənşəyi
39
“Mikrotəkamül” etirafları
Göründüyü kimi, Darvinin “növlərin mənşəyi”nin açıqlaması hesab etdiyi 
variasiyaların əslində belə bir məna  daşımadığı genetika elminin kəşfləri ilə 
aşkar edildi.
Buna görə də təkamülçü bioloqlar növ daxilindəki müxtəlifləşmə ilə yeni 
növ  əmələ  gəlməsini  bir-birindən  fərqləndirmək  və  bunlar  haqqında  iki  ayrı 
məfhum  irəli  sürməyə  məcbur  oldular.  Növ  daxilindəki  müxtəlifləşməyə, 
yəni “variasiya”ya “mikrotəkamül” adı verdilər. Yeni növlərin əmələ gəlməsi 
fərziyyəsi isə “makrotəkamül” adlandırıldı.
Bu  iki  məfhum  uzun  müddət  biologiya  kitablarında  yer  aldı.  Əslində 
isə  burada  yanıldıcı  üslubdan  istifadə  edilmişdir.  Təkamülçü  bioloqların 
“mikrotəkamül”  adlandırdığı  variasiya  nümunələrinin  əslində  təkamül 
nəzəriyyəsi  ilə  heç  bir  əlaqəsi  yoxdur.  Çünki  təkamül  nəzəriyyəsi  canlıların 
mutasiya və təbii seçmə mexanizmləri ilə yeni genetik məlumatlar qazanaraq 
inkişaf etdiklərini irəli sürür. Lakin variasiyalar bir az əvvəl də bildirdiyimiz 
kimi, heç vaxt yeni genetik məlumat əmələ gətirmir və ona görə də “təkamülə” 
səbəb  olmurlar.  Variasiyalara  “mikrotəkamül”  adı  verilməsi  təkamülçü 
bioloqların ideoloji təsir metodudur.
Təkamülçü  bioloqların  “mikrotəkamül”  anlayışından  istifadə  edib 
yaratdıqları təsəvvür variasiyaların uzun zaman ərzində tamamilə yeni canlı 
sinifləri əmələ gətirməsi baxımından səhv məntiqdir. Belə ki, mövzu haqqında 
dərin  məlumata  malik  olmayan  bir  çox  adam  “mikrotəkamül  uzun  zaman 
davam  etdikdə  makrotəkamülə  çevrilir”  kimi  səthi  düşüncəyə  qapılırlar. 
Bu  düşüncənin  nümunələrini  tez-tez  görmək  mümkündür.  Bəzi  “həvəskar” 
təkamülçülər “insanlarda boyun orta uzunluğu bir əsr ərzində 2 sm artmışdır, 
deməli,  milyonlarla  il  ərzində  hər  cür  təkamül  baş  verə  bilər”  kimi  məntiq 
yürüdürlər.  Lakin  yuxarıda  da  deyildiyi  kimi,  boyun  orta  uzunluğundakı 
dəyişiklik kimi variasiyaların hamısı müəyyən genetik hüdudlar çərçivəsində 
baş verən və təkamülə dəxli olmayan proseslərdir.
Belə ki, “mikrotəkamül” adlandırdıqları variasiyaların yeni canlı sinifləri 
əmələ  gətirmədiyini,  yəni  “makrotəkamülə”  çevrilmədiyini  dövrümüzdəki 
nüfuzlu təkamülçü dairələr də qəbul edir. Təkamülçü bioloqlar Cilbert, Opitz və 
Raff  “Developmental biology” jurnalında 1996-cı ildə dərc edilən məqalələrində 
bu mövzunu belə açıqlayırlar:
Müasir Sintez (neodarvinist nəzəriyyə) mühüm nailiyyətdir. Ancaq 1970-
ci illərdən başlayaraq çox sayda bioloq bu nəzəriyyəni təkamülü açıqlama 
baxımından qeyri-kafi olması ilə bağlı sorğu-suala tutmağa başladı. Genetika 
elmi  makrotəkamülü  açıqlamaq  üçün  qaneedici  vasitə  ola  bilər,  lakin 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə