M. M. Musayev



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə6/157
tarix11.04.2018
ölçüsü3,47 Mb.
#37822
1   2   3   4   5   6   7   8   9   ...   157

 

18 


sәviyyәsinә  malik  olmadığından  ümumtürk  dilinin  vә  ya  oğuzcanın  bir 

dialekti kimi qiymәtlәndirilә bilәr.  



1.1.1.8. Xalac dili və ya türkcəsi İranda 20 min adam tәrәfindәn 

danışılır  vә  danışıq  dili  sәviyyәsindә  ana  dili  kimi  işlәnilir.  Bu  dil  G. 

Dörferә,  Talat  Tәkinә  vә  Mәhmәt  Ölmәzә  görә  әcdad  dil  türkcәdәn 

(prototürk) gәlәn müstәqil bir türk dilidir (Языки Mира 1997: 471; Tekin, 

Ölmez  2003:  168).  Ancaq  xalac  dilini  digәr  oğuz  qrupu  türk  dillәrindәn 

fәrqlәndirәn özәlliklәr çox deyildir (Языки Mира 1997: 471). Azәrbaycan 

türkcәsi ilә iç-içә olması isә onu oğuz qrupu türk dillәri içәrisindә tәsnif-

lәndirmәyә  imkan  verir.  Sözügedәn  dil  dә  әdәbi  dil  sәviyyәsinә  malik 

olmadığından vә әcdad dilin özәlliklәrini müәyyәn ölçüdә bilvasitә müha-

fizә etdiyindәn ümumtürk dilinin bir dialekti kimi qymәtlәndirilә bilәr. 



1.1.1.9. Xorasan dili və ya türkcəsi İranda 400 min adam tәrәfin-

dәn danışılır, danışıq dili sәviyyәsindә ana dili kimi işlәnilir, Azәrbaycan 

vә  türkmәn  türkcәlәri  arasında  keçid  xarakterli  bir  dil-dialekt  sәviyyәsi 

tәşkil  edir.  Sözügedәn  dil  dә  әdәbi  dil  sәviyyәsinә  malik  olmadığından 

ümumtürk dilinin vә ya oğuzcanın bir dialekti kimi qüymәtlәndirilә bilәr.  

1.1.1.10.  İraq  türkməncəsi  və  ya  türkcəsi  İraqın  şimalında  vә 

qismәn dә digәr bölgәlәrindә әdәbi dil vә danışıq dili kimi işlәnilir. Sözü-

gedәn dil fonetik-qrammatik quruluşuna vә leksik-frazeoloji özәlliklәrinә  

görә  әn  çox  Azәrbaycan  türkcәsinә  yaxınlığı  ilә  bilinir.  Son  onilliklәrdә 

İraq  türkmәnlәri  daha  çox  Türkiyә  türkcәsi  әsaslı  bir  әdәbi  dili  işlәdir. 

Türkmәnlәrin nüfusu tәxminәn 3 milyon nәfәrә qәdәrdir. 



1.1.2.  Karluq/uyğur qrupu 

1.1.2.1  Özbək  dili  və  ya  türkcəsi  Özbәkistanın  xaricindә 

Tacikistanda, Qazaxıstanda, Qırğızıstanda, Türkmәnistanda vә digәr ölkә-

lәrdә danışılır. Özbәkistanın rәsmi dövlәt dilidir.  Ana dili vә xarici dil ki-

mi 20 milyondan çox insan tәrәfındәn işlәdilir. 



1.1.2.2.  Uyğur  dili  və  ya  türkcəsi  Şәrqi  vә  Qәrbi  Türkistanda; 

Çindә, Uyğur Muxtar Respublikasında, Qazaxıstanda, Özbәkistanda, Qır-

ğızıstanda, Türkmәnistanda vә digәr ölkәlәrdә 20 milyona qәdәr insan sö-

zügedәn dildә danışır. Çindә dövlәt dili sәviyyәsindә, digәr ölkәlәrdә isә 

danışıq vә әdәbi dil kimi işlәnilir. 

1.1.3. Qıpçaq qrupu 

1.1.3.1.  Qazax  dili  və  ya  türkcəsi  Qazaxıstanda,  Özbәkistanın, 

Qırğızıstanın,  Türkmәnistanın,  Tacikistanın,  Rusiya  Federasiyasının  bәzi 

bölgәlәrindә,  Çindә,  Monqolustanda  vә  Əfqanıstanda  işlәnilir.  Qazaxıs-

tanın dövlәt dilidir. Sovetlәr İttifaqında әhalinin 1989-cu ildә hәyata keçi-




 

19 


rilәn siyahıya  alınmasına  görә  Qazaxların sayı  8  milyon  136  min  olmuş-

dur. 21 il içәrisindә yәqin ki bu rәqәm çox dәyişmişdir. 



1.1.3.2.  Qırğız  dili  və  ya  türkcəsi  Qırğızıstanda,  Özbәkistanda, 

Tacikistanda danışılır. Qırğızıstatnın dövlәt dilidir. Qırğızların sayı Sovet-

lәr  İttifaqında  әhalinin  1989-cu  ildә  hәyata  keçirilәn  siyahıya  alınmasına 

görә 2 milyon 529 min olmuşdur. 21 il içәrisindә yәqin ki bu rәqәm çox 

dәyişmişdir. 

1.1.3.3.  Tatar  dili  və  ya  türkcəsi  Rusiya  Federasiyasında 

yerlәşәn Tatarıstan Muxtar Respublikasının dövlәt dilidir. Tatarlar әn çox 

Rusiya Federasiyasında yaşayır (79,3 %). Tatarların sadәcә 26 %-i Tata-

rıstan  Muxtar  Respublikasının  sakinidir.  Əhalinin  1989-cu  ildә  hәyata 

keçirilәn  siyahıya  alınmasına  görә  6  milyon  649  min  tatar  nüfusunun  5 

milyon 523  mini tatar dilini ana dili kimi qәbul etmişdir. 21 il içәrisindә 

yәqin ki bu rәqәm çox dәyişmişdir. 

1.1.3.4.  Başqırd  dili  və  ya  türkcəsi  Rusiya  Federasiyasında 

yerlәşәn  Başqırdıstan  Muxtar  Respublikasında  işlәnilir.  Başqırdıstanın 

dövlәt dilidir. Əhalinin 1989-cu ildә hәyata keçirilәn siyahıya alınmasına 

görә başqırdların sayı 1 milyon 449 min olmuşdur. Bunlardan 1 milyon 75 

mini  başqırd  dilindә  danışmışdır.  21  il içәrisindә  yәqin  ki  bu  rәqәm  çox 

dәyişmişdir. 



1.1.3.5.  Altay  dili  və  ya  türkcəsinin  köhnә  adı  oyrot  dili 

olmuşdur.  Altay  türkcәsi  Rusiya  Federasiyasında  yerlәşәn  Altay  Muxtar 

Respublikasında işlәnilir. Əhalinin 1989-cu ildә hәyata keçirilәn siyahıya 

alınmasına görә sözügedәn dildә 60 min nәfәr danışmışdır. 21 il içәrisindә 

yәqin  ki  bu  rәqәm  dәyişmişdir.  Sözügedәn  dil  danışıq  vә  әdәbi  dil 

sәviyyәlәrindә işlәdilir. 



1.1.3.6.  Qaraqalpaq  dili  və  ya  türkcəsi  Özbәkistanın  Qaralpaq 

Muxtar Respublikasında danışıq dili vә әdәbi dil sәviyyәlәrindә işlәnilir. 

Əhalinin  1989-cu  ildә  hәyata  keçirilәn  siyahıya  alınmasına  görә  keçmiş 

SSRİ-dә sözügedәn dildә danışanların sayı 424 min nәfәr olmuşdur. 21 il 

içәrisindә yәqin ki bu rәqәm çox dәyişmişdir. 

1.1.3.7.  Qaraçay-balkar  dili  və  ya  türkcəsi  iki  bir-birinә  çox 

yaxın  olan  qaraçaylar  vә  balkarlar  adlı  türk  etnik  qrupu  tәrәfindәn 

işlәdilir.  Qaraçaylar  Rusiya  Federasiyası  Qaraçay-Çerkessk  Muxtar 

Respublikasında,  balkarlar  isә  Kabardin-Balkar  Muxtar  Respublikasında 

yaşayır.  Əhalinin  1989-cu  ildә  hәyata  keçirilәn  siyahıya  alınmasına  görә 

qaraçay-balkar  türkcәsindә  danışanların  sayı  231  min  olmuşdur.  21  il 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə