Aldığı "Morfologiya" fәnni içәrisindә isә daha kiçik vahidlәrә bölünmәkdәdir



Yüklə 110,61 Kb.
Pdf görüntüsü
tarix18.05.2023
ölçüsü110,61 Kb.
#111108
Turks 73



73 
aldığı “Morfologiya” fәnni içәrisindә isә daha kiçik vahidlәrә bölünmәkdәdir (ЛЭC 1990: 312).
Türk dillәrindә morfemlәr leksik-funksional olaraq, әsasәn, iki qismә bölünür: 
1.
Anlamlı vә ya әsas morfemlәr;
2.
Kömәkçi vә ya asılı morfemlәr.
Birincilәrә kök vә gövdә (kök vә şәkilçidәn ibarәt olan düzәltmә söz) morfemlәr 
daxildir. İkincilәrә isә әsas etibarilә şәkilçilәr daxil edilir. Tәbii ki, belә bir tәsniflәndirmә şәrti 
olaraq qәbul edilmәkdәdir. Belә ki, kömәkçi vә ya asılı morfemlәr yalnız şәkilçilәrdәn ibarәt 
deyildir. Yәni, kömәkçi nitq hissәlәri, özәlliklә dә әdatlar bütövlükdә kömәkçi vә ya asılı 
morfemlәr olaraq da qiymәtlәndirilә bilәr.
Şәkilçi morfemlәr leksik-qrammatik funksiyalarına görә üç hissәyә bölünür:
–Sözdüzәldici vә ya leksik şәkilçilәr: isimdәn isim, feildәn isim, isimdәn feil vә s. 
düzәldәn şәkilçilәr;
–Sözdәyişdirici vә ya qrammatik şәkilçilәr: isimlәrdә hal, feillәrdә zaman, şәkil, şәxs vә 
s. şәkilçilәri;
–Formadüzәldici vә ya leksik-qrammatik şәkilçilәr: felin növ, feli sifәt, feli bağlama vә 
s. qrammatik kateqoriyalarını formalaşdıran şәkilçilәr (Musaoğlu 2002: 230-258; 2008b; 2008c). 
Sözdәyişdirici vә formadüzәldici şәkilçilәr kәlmә köklәrinә vә gövdәlәrinә artırılaraq 
sözün şәklini vә ya formasını әmәlә gәtirir. Hәr hansı bir qrammatik formada müәyyәnlәşdirilәn 
sözlәr isә cümlәnin konkret bir üzvü kimi meydana çıxır. İsimlәrdә “cәm vә hal”, feillәrdә isә 
“şәxs, zaman vә şәkil” formaları qrammatik kateqoriyalar olaraq müәyyәnlәşdirilir. Sözün leksik-
qrammatik şәkillәnmәsindә isә gövdәnin şәkli vә mәnası qrammatik planda dәyişir. Vә ortaya 
çıxan yeni gövdә leksik deyil, daha çox qrammatik bir mәnanı ifadә edir.
Belәliklә, qrammatik gövdә vә ya şәkil quruluşuna aşağıdakı kateqoriyalar mübahisәsiz 
olaraq daxil edilә bilәr:
–İsimlәrdә: mәnsubiyyәt kateqoriyası; 
–Sifәtlәrdә: müqayisә vә kiçiltmә dәdrәcәlәri kateqoriyaları (alman dilindә: komparativ, 
Osmanlı türkcәsindә: derecei-itfal);
– Feillәrdә: felin növ, mәsdәr, feli-sifәt vә feli bağlama kateqoriyaları. Sözdüzәltmә 
prosesindә isә şәkilçilәr kökә vә gövdәyә artırılaraq yeni sözlәr düzәldir.

Yüklə 110,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə