M İ L L İ K İ T A B X A N A
____________________________________
430
Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının təməl
prinsipləri, başlıca konseptual müddəaları aşağıdakılardan ibarətdir:
- Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, onun
dönməzliyinin və əbədiliyinin təmin edilməsi;
- Azərbaycan xalqının bütövlüyünün, milli həmrəyliyinin təmin
olunması, vətəndaş cəmiyyətinin formalaşması, dünya azərbaycanlılarının
«Azərbaycan» idealı ətrafında birliyinə nail olunması;
- Azərbaycanın iqtisadi müstəqilliyinin, azad bazar münasibətlərinin
bərqərar olunması;
- Milli
ideologiyanın ifadə vasitəsi olan müstəqil Azərbaycanın dövlət
dilinin - Azərbaycan dilinin hərtərəfli inkişaf etdirilməsi və tətbiqi dairəsinin
genişləndirilməsi;
- Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, milli mentalitetinin
inkişaf etdirilməsi;
- Azərbaycanın milli dövlətçiliyində ümumbəşəri dəyərlərin, dünyəvi,
hüquqi-demokratik, sivil dövlət quruculuğu prinsiplərinin təmin olunması;
- Azərbaycanın dövlətçilik atributlarının milli ideologiyanın tərkib
hissələrindən biri olması;
- Azərbaycançılıq - milli ideologiyasının əsas müddəalarının,
prinsiplərinin təhsil müəssisələrində öyrədilməsi, tədrisi, təbliği, təhsilin
məzmununda milli-mənəvi və ümumbəşəri dəyərlərin geniş əks oluması,
milli vətənpərvərlik tərbiyəsinin ön plana çəkilməsi və s.
Heydər Əliyev və Azərbaycançıhq məfkurəsindən danışarkən fəlsəfə
elmləri doktoru, professor Ramiz Mehdiyevin belə bir fıkri ilə razılaşmamaq
olmaz. О yazır: «Azərbaycançılıq təliminin Heydər Əliyev tərəfındən irəli
sürülən və həyata keçirilən dövlətçilik konsepsiyası ilə vəhdət halında...
təhlil edilməsinə müasir mərhələdə böyük ehtiyac vardır. Azərbaycançılıq
ideologiyası mühüm funksional elementlərlə zəngindir. Bunların mahiyyəti
ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu
ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın
möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdir. «Azərbaycançılıq»
müstəqil və bənzərsiz Azərbaycanı sivil döv-
M İ L L İ K İ T A B X A N A
____________________________________
431
lətlər sırasma çıxaracaq bir yoldur. «Azərbaycançılıq» xalqımızın çox əzab-
əziyyətlə nail olduğu milli sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid,
bölünməz Azərbaycanı qorayub saxlamaq və möhkəmləndirmək üçün
vasitədir...».
1
Bəşəriyyət XX əsri başa vurdu, artıq XXI əsrdə yaşayır. Dünyanın
hər bir
ölkəsinin qarşısında yeni əsrdə qlobal məsələlər durur. Azərbaycan
Respublikası keçən əsrin 1969-cu ilindən Heydər Əliyevin rəhbərliyi altında
yaşamış və inkişaf etmişdir. Bu dövrdə Azərbaycanın uzaqgörən siyasi
kursu bütün illəri bir-biri ilə sıxı surətdə birləşdirmiş və ilbəil yüksəltmişdir.
Bu, Heydər Əliyev siyasi kursudur. Daxili və xarici siyasət sahəsində həmin
kursun əsas qayəsi bütün dövrlərdə Azərbaycanın, onun xalqının ictimai-
siyasi, iqtisadi və milli-mənəvi inkişafını təmin etməkdir. XX əsrdə uğurla
həyata keçirilən strateji iqtisadi-siyasi inkişaf kursu qarşıdakı illər üçün
möhkəm təməl yaratmışdır. XXI əsrdə də Azərbaycanın inkişaf kursu
Heydər Əliyevin Azərbaycanı dünyada tanıdan, onu daha aydın sabahlara
aparan, Vətənə, xalqa xidmət kursunun davamıdır. Respublikamızın
bugünkü quraculuq, inkişaf layihələrini həyata keçirməklə gələcəyini
düşünmək, gələcəyinin - gerçəkliyinin inkişaf proqramını hazırlamaq
Heydər Əliyev uzaqgörənliyinin, müdrik siyasətinin əsas məzmununu təşkil
edib.
Tarixi inkişafın obyektiv yekunu göstərir ki, XX əsrin sonunda
Vətənimizdə yeni bir Azərbaycan təşəkkül tapmışdır. Azərbaycan
Respublikası artıq dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməli üzərində
inkişaf edir. Əsl vətəndaş cəmiyyəti qurulur. İqtisadi cəhətdən getdikcə
inkişaf edən və möhkəmlənən bir respublikaya çevrilir. Dünya inkişafının
yeni mərhələsinin başlıca meylləri olan mədəni inteqrasiya və
qloballaşmaya Azərbaycan da öz töhfəsini verir. Bütün bunlar Azərbaycanın
gələcək inkişafının - XXI əsrdə inkişafının əsas meyllərini müəyyən edir.
İftixarla qeyd etmək lazımdır ki, ümummilli liderimiz Heydər Əliyev XX
əsrdə qazanılan müvəffəqiyyətlər əsasında XXI əsrin inkişaf meyllərini də
1
R.Mehdiyev. Heydər Əliyev və Azərbaycançılıq. -Heydər Əliyev və Azərbaycançıhq məfkurəsi.
Bakı, 2002, səh. 9-10
M İ L L İ K İ T A B X A N A
____________________________________
432
uzaqgörənliklə göstərmişdir. Onun «Azərbaycan XXI əsrin və üçüncü
minilliyin ayrıcında: yeni 2001-ci il, yeni əsr və üçüncü minillik
münasibətilə Azərbaycan xalqına müraciəti» və ondan sonrakı başqa çıxış
və nitqləri keçən əsrin tarixi salnaməsi olmaqla, həm də XXI yüzilliyin
siyasi və sosial-iqtisadi inkişafının bitkin konsepsiyası və aydın proqramıdır.
Heydər Əliyev həmin müraciətində deyirdi: «Sizi əmin edirəm ki,
Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycan
dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının
keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır.
İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün
sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar
qazanacaqdır. Azərbaycanın 2000-ci ilin başlanğıcındakı uğurları bunu bir
daha sübut edir».
1
Heydər Əliyev tərəfindən ilk vaxtlardan Azərbaycan Respublikasının
gələcək sosial-iqtisadi inkişaf proqramı hazırlanmışdır. Xalqımızı və
dövlətimizi uzun müddətli perspektiv inkişaf proqramı ilə silahlandırmışdır.
2003-cü il dekabrın 12-də ümummilli liderimiz Heydər Əliyevin
dünyasını dəyişməsi Azərbaycan xalqının böyük və unudulmaz
kədərinə səbəb oldu. Bütün mənalı həyatını öz xalqına həsr etmiş
Heydər Əliyevin zəngin fəaliyyəti Azərbaycan xalqının qəlbində dərin,
əbədi kök salmışdır. Onun əməlləri yaşayır və yaşayacaqdır. Heydər
Əliyev Azərbaycan üçün böyük bir məktəb yaratmışdır. Hələ bundan
sonrakı nəsillər bu böyük məktəbdən, Heydər Əliyev irsindən onun
həyatını qurban verdiyi Vətəninin xalqınm inkişafı naminə
faydalanacaqdır.
2003-cü il oktyabrın 15-də xalqımız Heydər Əliyev ailəsində tərbiyə
almış, Heydər Əliyev rəhbərlik məktəbinin yetişdirməsi, öz fəaliyyəti ilə
xalqın etimadını qazanmış İlham Heydər oğlu Əliyevi Azərbaycan
Respublikasının prezidenti seçdi. Bu böyük etimaddır. Şərəfli və
məsuliyyətli vəzifədir. Yeni prezident bu vəzifənin öhdəsindən layiqincə
gələcəyinə and içdi. Azərbaycan Respublikasının prezidenti
1
«Azərbaycan» qəzeti, 20 dekabr 2000-ci il; «Xalq qəzeti», 20 dekabr 2000-ci il