xanaları üçün oxuculara yaxşı xidməti
və kitab fondunu tam
mühafiz
əsini təmin edəcək (fond-saxlayıcı otaq hər 1000
kitab üçün 3
kvadrat metr oxu zalı, abonomentə 20
kvadrat
metr hesabı ilə) lazımi uyğun otaqlar ayırsınlar.
Əmrdə ETK-lar üçün otaq sahələrinin
həcminin, kitab
fondunun miqdar
ına görə hesablanması meyarı 10-15 min
nüsx
ə fondu olan ETK-lar üçün orta hesabla 50-60 kvadrat
metr sah
əni təmin edir. Məhz bu səbəbdən hazırda respublika
ETK-
larının çoxu orta hesabla bir o qədər otaq sahəsinə
malikdir.
Şübhəsiz inzibati amirlik idarəetmə sistemi şərai-
tind
ə başqa cür ola bilməzdi. Belə ki, müvafiq əmrdən və
buna uyğun digər əmr və göstərişlərdən sonrakı dövrlərdə
adları qeyd edilən iri sənaye sahələrinin
ETK-şəbəkələrinin
maddi-
texniki bazalarının xeyli yaxşılaşması, kitab fondları-
nın dinamik inkişafı, oxuculara xidmət göstəricilərinin yük-
s
əlməsi haqqında və yaxud müsbət
dəyişiklikləri təsdiqləyən
xeyli faktlar v
ə yazılar vardır.
1965-ci ild
ə “Texniki kitabxanalar”adlı ümumittifaq
xüsusi ixtisas jurnalında dərc olunmuş məqalədə göstərilirdi
ki, Az
ərbaycanda texniki kitabxanaların maddi-texniki baza-
ları hiss olunacaq dərəcədə möhkəmlənmiş ümumi fəaliyyəti
canlanmışdır. Həmçinin ona qədər ETK-nın, o
cümlədən Qa-
radağ Neft-qazçıxarma İdarəsinin (NQÇİ), Neftcihaz Xüsusi
Konstruktor Bürosunun, P.
Montin adına Neft-mədən Maşın-
qayırma Zavodunun, yeni Bakı Neftqayırma Zavodunun və
başqalarının texniki kitabxanalarının yeni otaqlarla təmin
olunduğu göstərilirdi.
Eyni zamanda bu müsb
ət hallarla yanaşı qeyd edilirdi
ki, idar
ə və təşkilatların vacib olan vəsaiti ayırmalarına res-
38
publikada kitabxana avadanlığı və texnikası hazırlayan, is-
tehsal ed
ən, xüsusi ixtisaslaşmış müəssisələr olmadığından
texniki kitabxanalar lazımi avadanlıq və texnikanı almaqda
ç
ətinliklə qarşılaşırdılar.
Yeri g
əlmişkən
qeyd edilməlidir ki, bu
gün də res-
publikamızda standart ölçülü, xüsusi müasir kitabxana ava-
danlıqları və texnikası istehsal edən və hazılayan müəssisə
yoxdur. Bu da t
əkcə texniki kitabxanaların deyil, ümumiy-
y
ətlə, respublikanın bütün kitabxana şəbəkələrinin qarşılaş-
dığı ciddi problemlərdən biridir.
M
əhz bu səbəbdən də hazırda bütün kitabxanalar kimi,
ETK-
şəbəkələri də demək olar ki, 20-30
il və ondan çox
əvvəl istehsal olunmuş və buraxılmış avadanlıqlarla, texnika
il
ə kifayətlənməli olurlar.
Ona gör
ə vaxtı ilə respublikanın və keçmiş ittifaqın
m
ərkəzi mətbuatında Azərbaycanda kitabxanaların müasir
texnika v
ə avadanlıqlarla təminatı vəziyyətinin zəif olması
v
ə bu göstəriciyə görə müttəfiq respublikalar arasında
sonuncu yerd
ə olduğu qeyd edilmişdir.
Respublikanın Elmi-Texniki Kitabxana şəbəkələrinin
maddi-texniki
bazasının müasir vəziyyətini obyektiv qiymət-
l
əndirilməsi və səciyyələndirilməsi məqsədilə son 20-30 illik
bir dövr
ə nəzər salınmışdır. Bu zaman aydın olmuşdur ki,
80-ci ill
ərə qədər ETK-ların maddi-texniki bazaları nisbətən
dövrün t
ələblərinə cavab vermişdir. Bu proses ildən-ilə, daha
çox d
əyişilmiş və 90-cı illərin sonunda özünün ən ağrılı və-
ziyy
ətinə çatdırılmışdı.
İkinci nəzərə çarpan əsas cəhətlərdən biri istehsal sahə-
l
ərində (NQÇİ-lərdə, zavodlarda, fabriklərdə) və qeyri-isteh-
39