M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə4/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
İncəsənət vasitəsi  ilə uşaqlarda gözəlliyə maraq və məhəb­
bət tərbiyə olunur,  estetik hisslər inkişaf edilir.  Onların  qarşısın­
da  əhatə  olunan  aləmin  forma  və  hərəkətlərinin  zənginliyi  və 
rəng müxtəlifliyi  açılır.  İncəsənət vasitəsi  ilə uşaqlar,  onlar üçün 
yeni  olan  həyat  hadisələri,  yeni  əşyalarla tanış  olur.  Ölkəmizdə 
baş verən yenilikləri  görür və  ideya səviyyələri artır.
Qabaqcıl  pedaqoqların  fikrincə  «Uşaqlara  incəsənət  vasi­
təsi  ilə  öz  düşüncə  və  hisslərini  dərindən  dərketmək  və  özünü 
dərketməklə yanaşı, başqalarım dərketmək və beləliklə,  kollekti­
və  dalıa  sıx  yaxınlaşmaq  və  kollektiv  içərisində  inkişaf edərək, 
onlarla ünsiyyətdə olaraq,  daha yeni  dolğun  həyat tərzi  yaşama­
ğa yardımçı  olmaq lazımdır.»
Əsərləri  seçərkən  çalışmaq  lazımdır  ki, onlar uşaqların  in­
kişafına  müsbət  təsir  göstərsin,  yəni  onlarda  əks  olunan  həyat 
hadisələri, uşaqlarda müsbət hisslər tərbiyə etsin.
Uşaqlara  göstərilən  və  müşahidə  etdirilən  əsərlərin  məz­
munu müxtəlif və zəngin olmalıdır.  Lakin, bu əsərlər,  uşağın yaş 
səviyyəsinə uyğun, yəni onlar tərəfindən başa düşülən olmalıdır.
İncəsənətin  qavramlması  tədricən  inkişaf' edir,  buna  görə 
da məktəbəqədər yaşlı  uşaq  üçün ayrılmış əsərlərə  bir sıra tələb­
lər verilir:  rəsmlər aydın  olmalı,  təsvir olunmuş əşyaların xarak­
terik əlamətləri  daha  ifadəli və  aydın verilməli, əşyanın forması, 
rəngi, hissələrin bir-birinə nisbəti, fəzada  yerləşdirilməsi uşaqlar 
tərəfindən başa düşülən olmalıdır.  Rəng uşaqları cəlb edir və se­
vindirir.  ona  görə  də  rəsmdə  və  illüstrasiyalarda,  rənglərin  əl­
vanlığına  diqqət  verilməlidir,  çünki  bu  zaman  yaranan  müsbət 
emosiyalar, uşaqlarda estetik tərbiyənin inkişafına təkan verir.
Uşaqlar  üçün  seçilən  əsərlər verilən  tələblərə  istinad  edil­
məlidir.
Tərbiyəçi  uşaqları  təsviri  incəsənətin  bütün  növləri  ilə  ta­
nış etməlidir.
Təsviri  incəsənətin  ən  geniş  yayılmış  növü  məktəbəqədər 
yaşlı  uşaqların  tez-tez  rastlaşdığı  kitablara  verilmiş  illüstrasiya­
lardır.
12


Təsvın sənət və onun tədrisi metodikası
Uşaqların  yaş  səwiyyəsinə  uyğun,  ideya  məzmunlu,  rən­
garəng  ifadəli,  bədii  obrazlı  ədəbi  əsərlərə  verilmiş  illüstrasiya­
lar,  ən  gticlü  tərbiyə  vasitəsidir.  İllüstrasiyalar  əsərin  məzmunu 
ilə  bağlı  olduğundan  uşaqlara  mətni  daha  tez  və  dərindən  başa 
düşməyə, onu tez mənimsəyib yadda saxlamağa kömək edir.
Uşaq kitabının  qovluğu böyük əhəmiyyət kəsh edir, çünki, 
bu, uşağı cəlb edir və kitabın məzmununun  məğzini əks etdirir.
Estetik tərbiyənin  inkişafında natyurmortun da böyük  əhə­
miyyəti vardır.
Bu janrda hər şeydən əvvəl uşağı cəlb cdaıı rəng və forma­
nın  ifadəlivi  əks  olunur.  Uşaq  bağçasında,  yapma  işində  bir 
qayda  olaraq,  kiçik  həcmli  heykəllərdən  istiadə  olunur.  Bu hey­
kəllərdə  verilmiş  il’adəlilik, hərəkətin  xarakteri, fiqurun il'adəlili- 
yi, qoyuluşu  böyük  əhəmiyyət kəsb edir.  Uşaqlara hərəkətin  xü­
susiyyətini düzgün xarakterizə etmək  və dəqiq  adlandırmağı öy­
rətmək vacibdir.
Buradan  görünür ki. məktəbəqədər yaşlı  uşaqlar təsviri  in­
cəsənətin  müxtəlif növləri  ilə  tanış  olur.  Bu  yüksək  bədii  məz­
munlu  əsərlər,  özünün  ideya  məzmunu  ilə  zəngindir  və  bədii, 
ifadəliliyi ilə uşaqlar tərəfindən başa düşünüləııdir.
§2.  Uşaqları təsviri incəsənət  əsərləri ilə 
taııiş etməyin forma, iisul və vasitələri
Hər şeydən əvvəl  tərbiyəçi,  uşaqlarda  incəsənət  əsərlərinə 
maraq  və  diqqəti  artırmalı,  tədricən  o,  estetik  tərbiyənin  xüsu­
siyyətini  formalaşdırmalıdır.  Rəsm  əsərlərinə  və  heykəllərə  ba­
xarkən,  uşaqlar  təsvir  olunanlarla  maraqlanır,  əvvəllər  görmə­
dikləri əşya və hadisələri mənimsəyirlər.
Uşaqlarda estetik qavrayışı  inkişaf etdirmək onların diqqə­
tini nəinki əsərlərin məzmununa,  həmçinin obrazın  ifadə  forma­
sına, obrazı ifadə edən təsvir üsullarına yönəltmək lazımdır.
İncəsənət əsərləri  vasitəsi  ilə  uşaq nəinki  sadəcə həyat ha­
disələri  ilə tanış olur,  həmçinin həyatı estetik səviyyədə  mənim- 
13


Təsvın sənət və onun tədrisi metodikası
səməyə kömək edir.  Kstctik qiymət keyfiyyəti aşılanarkən, yax­
şı və pisi düzgün qiymətləndirmək bacarığı inkişaf edir.
Estetik  qavrayışın  mənimsənilməsi,  əks  etdirilən  həyat 
hadisələrinə  marağın  artması  ilə  xarakterizə  olunur.  İncəsənət 
əsərlərində  təsvir  olunan  həyat  hadisələrinin  ifadəliliyinə,  insan 
və  heyvan  təsvirlərindəki  xarakterik  detalların  zənginliyinə, 
diqqətin  yönəldilməsi  zamanı,  uşaqlarda  elementar  qiymətlən­
dirmə bacarığı məniınsədilir.
Qiymətləndirmə  bacarığı 
kiçik  məktəbəqədər  yaşlı  uşaq 
baxdığı  hər  haıısı  təsviri  bir  daha  göstərməyi  xahiş  edir,  burdan 
aydııı olur ki. təsvirə baxmaqdan həzz alır, sevinc hissini yaşayır.
3-4 yaşlı  aşaqlarla məşğul  olarkən  hər şeydən  əvvəl  uşaq­
ların  diqqətini  şəklə  yönəltmək  lazımdır.  Bu  məqsədlə  tərbiyəçi 
uşağa  özünü  şəkildə təsvir olunan  qəhramanın  yerinə  qoymaqla 
şəklin  məzmununa  uşağın  diqqətini  artırır  və  uşaq  bu  zaman 
nəql edərkən, özü haqqında danışmağa başlayır.
Şəklin  baxılmasım  təşkil  edərkən,  özünəməxsus  oyun 
situasiyası daxil edilə bilər.
Müşahidə  və  nitq  qabiliyyətini  inkişaf etdirmək  məqsədi 
ilə sualla müraciət edərək,  sualla yarışa  cəlb edərək:  -  «Kinı  şə­
kildə  daha  çox  görə  bilər?» 
deməklə  onu  müsahibəyə  və  öz 
fikrini deməyə sövq edir.
Tərbiyəçi,  uşaqlara  şəklin  məzmununu  daha  aydın  başa 
düşməyə  kömək  etməli,  şəkildə  təsvir  olunan  əşyaları  düzgün 
adlandırmaq  və  bəzi  xarakterik  əlamətləri  daha  aydın  başa 
düşməkdə  yardımçı olmalıdır.
Böyük yaşlılar yalnız hər haıısı bir hərəkəti  ifadə edən ma­
raqlı  süjeti  olan  əsərləri  deyil, 
müxtəlif  məzmunlu  əsərləri 
qavrama qabiliyyətinə malikdirlər.
§3. Uşaq  bağçasııun tərtibatına verilən estetik tələblər
İncəsənət  əsərlərində,  olduğu  kimi  məişət  estetikasında 
bədii  tərbiyənin  böyük  rolu  vardır.  Uşaq  bağçasının  bədii  tərti- 
14


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə