M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə2/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   58

TƏSVİRİ  İNCƏSƏNƏTİN YARANMA 
TARİXİ, NÖVLƏRİ
Tarixi  araşdırmalar  sübut  etmişdir ki.  qrafik təsvirlər  halə 
ibtidai  icma quruluşu dövründən başlamışdır.  O dövrün insanları 
öz  düşüncə  və  bacarığım,  həyat  tərzini  gələcək  insanlara  qaya 
üzərində  mağaralarda  və  s.  təsvir  etməyə  çalışmışlar.  Məhz  bu 
qrafik cizgilər və  işarələr,  ilk qrafika sənətinin nümunələrinə aid 
cdilo  bilor.  İbtidai  insanlar öz həyat yaşamını  əbədiləşdirmək və 
topladığı təcrübəni gələcək nəsillərə çatdırmaq üçün rəsmin sadə 
növünə əl atmalı olmuşlar.
İbtidai  insanın sadəlövh təsvirlərindən fərqli  olaraq quldar­
lıq dövründə təsviri incəsənətin müxtəlif növləri yarandı.
İnkişaf etdikcə  hər bir  usta  özünə  şagird  seçərək  məktəbini 
yaratdı.  İntibah dövrünün görkəmli rəssamları  Lcoıı Batista. Lco- 
ııardo da Vinçi və başqaları naturadan rəsmə xüsusi yer veriblər.
İncəsənət  və  həyat  arasındakı  üzvi  vəhdətin  mütləq  möv­
cudluğu,  estetik  tərbiyənin  əsasını  təşkil  edir,  çünki  insanların 
tərbiyə funksiyası yalnız həyatla bağlıdır.  O. bir tərəfdən insanın 
zövq  və  hisslərini,  həyat  tələbatını  ödəyir,  digər  tərəfdən  isə 
qrup yaratmaq ehtiyacı doğurur.
Azərbaycanın təsviri  sənətinin  tədrisi  sovet pedaqoji  fikir­
lərinin  əsasında  formalaşsa  da.  təlim  əsasən  milli  xüsusiyyətlər 
zəminində araşdırılır.
Təsviri  sənətin  elmi-metodik  əsasının  yaradılması  tədqi­
qində  N.N.  Anisimov,  V.S.Kuzin,  N.N.Peslalotsi,  V.N.Suxom- 
sinski,  son  dövrlərdə  Y.S.  Asilxanov,  S.P.  Lonıov,  Y.M.  Rəcə­
bov, S.Y. Əliyev misilsiz xidmət göstərmişlər.
Müasir  dövrdə  yetişməkdə  olan  gənc  nəslin  estetik  tərbi­
yəsi  -   hərtərəfli  inkişaf etmiş  gələcək  nəslin  yetişməsində  əhə­
miyyət kəsb edən əsas tərəflərdən biridir.
İncəsənət -  uşağın estetik tərbiyəsində əsas rol oynayır.
İncəsənətin  xarakterik xüsusiyyəti -  həqiqətin bədii  obraz­
da əks etdirilməsi deməkdir.
6


Təsvın sənət və onun tədrisi metodikası
Təsviri  incəsənət  — görüb  qavranılan  obyektiv  varlığın 
bədii əksctdimıə fəaliyyətidir.  Bədii incəsənət, düşüncə və hissin 
inkişafına  daha  aydın  və  canlı  təsir  edərək,  həqiqətin  daha 
dolğun  başa  düşülməsinə,  həmçinin  həqiqi  həyat  və  hadisələrə 
müəyyən münasibət tərbiyə edir.
İncəsənət  vasitəsi  ilə  müşahidə  olunan  həyat  hadisələrini 
görmək  və  xarakterizə  etmək  bacarığı  tərbiyə  olunur.  İncəsənət 
insanları ruhlandırır, düşündürür, mübarizəyə çağırır.
Bədii  formaca  bütöv,  özünün  ideya  məzmunu  ilə  zəngin 
olan incəsənət  əsərləri  bədii zövqü tərbiyə  edir,  incəsənətdə, hə­
qiqətdə.  məişətdə  və  təbiətdə  gözəlliyi  qiymətləndirmə  bacarığı 
aşılayır.  Təsviri sənət qanunları əsasında insanda bədii estetik tə­
ləblər  formalaşır;  gözəlliyi  görmək,  qiymətləndirmək,  yeniliyə, 
yaradıcılığa can atmaq,  çalışmaq və s.  kimi  keyfiyyətlər aşılanır. 
Təsviri  sənət  uşaqlarda  ətraf aləmi  görmək  bacarığı,  obyektiv 
qanunauyğunluğu  və  harmoniyanı,  rənglər  və  formalar  dünya­
sını anlamağı,  dərketməyi aşılayır.
Eyni  tip  həyat  hadisələrinin  ümumiləşmiş  əksi  -   bədü 
obrazın əsas xüsusiyyətlərindən  bilidir.
Rəssamlıq,  qrafika,  heykəltəraşlıq,  arxitektura,  deko­
rativ  tədbiqi  incəsənət,  təsviri  incəsənətin  növləridir.  Təsviri 
incəsənətin  hər  növü,  ümumi  cizgilərlə  yanaşı təsvir əşyaları  ilə 
də fərqlənirlər.
Təsviri  sənətdə  bədii  yaradıcılığın  tarixən  formalaşan  nö­
vünə - janr deyilir.
Rəssamlıq  -   dünyanı  və  müxtəlif həyat  hadisələrini  daha 
zəngin  əks  etdirir.  Kətan kağız  üzərində,  ev və  saray divarların­
da rəssamlıq vasitəsi ilə real həyat yaranır.
Rəng, rəssamlıqda əsas vasitədir.  Rəssamlıq müxtəlif bədii 
əsər  -   janr  növləri  ilə  zəngindir  və  hər  bir  növ  bir-birindən 
məzmunu  və  ifadə  vasitəsinə  görə  fərqlənirlər.  Hər  hansı  bir 
janrın  növü  müxtəlif  dövrlərdə  yaşayıb  yaratmış  rəssamların 
maraq dairəsindən asılı olaraq yaranmışdır.
7


Təsvın sənət və onun tədrisi metodikası
Tarixi  ja n r  əsərlərinə  həsr  edilən  müxtəlif  əsərlərdə 
tarixi hadisələr mövzusunda təsvirlər əks etdirilir.
Mifaloji  jan rd a  əsərlərə  -   nağıl,  əsatir,  əfsanə,  dastan 
mövzuları üzrə qurulmuş iııgəsənət əsərləri aiddir.
İnsan demək olar ki. bütün janrlarda təsvir obyektidir.
Portret  janrında  işləyən  rəssamların  qarşısında  duran 
əsas  məqsəd,  insanın  daxili  və  zahiri  görünüşünü  açmaqdır. 
Portret əsərlərdə bir və ya bir qrup  insanların təsviri  əks olunur. 
Bu  zaman,  dövrün  qabaqcıl tanınmış  alimi, yazıçısı,  artisti  və s. 
mövzularda insan təsvirləri əks etdirilir.
Sənaye janrında işləyən rəssamlar öz mənzərə təsvirlərin­
də  sənayenin  inkişafını,  müasir  körpüləri,  gəmiləri  neft  hasilatı 
mövzusunda əsərləri təsvir edirlər.
N atyum ıort ja n rı  da 
özünəməxsus  bədii  əsər növüdür. 
Bu növ rəssamlıq əsərlərində məişət əşyaları, meyvə  və tərəvəz­
lər, güllər təsvir edilir.  Bu zaman rəssam fikri  məzmuna rəhbər­
lik  edərək,  rənglərin,  formanın  (qabların,  meyvələrin  və  s.)  uy­
ğunluğunu  nəzərə  almaqla  bir əsərdə  bir neçə  əşyanı  birləşdirir. 
Rəssamlıqda natyurmort janrı əsas yerlərdən birini  tutur.
Q rafika — kitab rəsmləri, plakat və karikaturalarda istifadə 
olunan sənətdir.  Burada  başlıca təsvir vasitəsi  kimi  rəsm  və ciz­
gilərdən ibarət olur.  Kitab təıtibatı böyük yer tutur.  Uşaq kitab­
larına edilmiş illüstrasiyalara kitab qrafikasında əsas yer verilir.
Heykəltəraşlıq  -  əşyanın  3 ölçülü  təsviridir.  Burada bədii 
obrazın  ifadəliliyi,  əsərin  səciyyəvi  xüsusiyyətləri  plastik  ifadə 
etmə yolu ilə müəyyənləşdirilir.  Çox halda hevkəlləraşlıqda əsas 
mövzu insan təsviri olur.
HeykəltəraşI ıqda  geniş  yayılmış  Monumental  heykəltə­
raşlıq  dahi insanlara və tarixi hadisələrə həsr edilir.
Heykəltəraşlığın  digər  növləri:  dəzgah  Heykəltəraşlığı. 
kiçik həcmli heykəltəraşlıq, relyef Heykəltəraşlığı da vardır.
Dekorativ  tədhiqi  sənət — Dekorativ  sənət  növüdür.  De­
korativ  tədbiqi  incəsənət — xalq  incəsənətini,  həmçinin  bədii  sə­
nayeni əhatə edir.  Əl  işləri tikmələrlə elə bəzədilir ki, insanda bay- 
8


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə