Linguopsychology



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə70/76
tarix17.09.2017
ölçüsü0,54 Mb.
#483
1   ...   66   67   68   69   70   71   72   73   ...   76

 
277 
norma və qaydalardan ibarət müstəqil sistem hesab edənlərdir.  
Qismən tərəfdaşlarımız – dili qrammatik forma, norma və 
qaydalardan başqa, lüğət tərkibini və nitq prosesini də  əhatə edən 
ümumi sistem hesab edənlərdir.  
Tam tərəfdarlarımız isə – dili qrammatik forma, norma və 
qaydalardan başqa, lüğət tərkibini və nitq prosesini də əhatə etməklə 
yanaşı, beyin aktivliyindən yaranan və əsl mahiyyətini yenidən beyin 
aktivliyi ilə birləşdikdə qazanan ümumi aktiv sistem, yaxud linqvo-
psixoloji kateqoriya kimi qəbul edənlərdir. 
Bu tədqiqat çərçivəsində dil struktur vahidləri adı altında nə-
zərdən keçirdiyimiz formalardan yalnız qrammatik formaları müstə-
qil dil sistemini əmələ gətirən vahidlər kimi qəbul edən opponentləri-
mizin nəzərinə çatdırmaq istərdik ki, lüğət tərkibi, yəni leksik və 
leksik-qrammatik formalar, xüsusilə də nitqyaratma prosesi olmadan 
bu anlayışı nə dil adlandırmaq, nə də sistem hesab etmək mümkün 
deyildir. Bu, sadəcə qrammatik formalardan ibarət cərgələr, yəni fo-
netik, morfoloji və sintaktik forma, norma və qaydaları əks etdirən 
paradiqmalar silsiləsidir.   
Bu, təxminən ona bənzəyir ki, mənzilə daxil olan isti və soyuq 
su xətlərinin mətbəx və duşda işlədicilərdən keçərək kanalizasiya 
borularına enməsini və bu borularla mənzili tərk etməsini müstəqil 
bir sistem hesab edək. Amma nəzərə almaq lazımdır ki, mənzilin su 
və kanalizasiya xətləri şəhərin müstəqil su mənbəyi və kanalizasiya 
sularını  təmizləyərək  ətraf aləmə yönəldən mexanizmindən ibarət 
ümumi su və kanalizasiya sisteminin bir hissəsi və ya vahidi, şəhərin 
su və kanalizasiya sistemi isə, öz növbəsində  təbiətin hər cür su, 
hava, torpaq və enerji mənbələri yaradan, istifadə olunmuş hər şeyi 
yeniləyərək təbiətə qazandıran ekoloji aktiv sisteminin bir zərrəsi və 
ya vahididir.  
Bu bənzətmədən çıxış edərək belə deyə bilərik ki, dili ümumi 
sistem kimi qəbul edə bilmək üçün, birincisi, onun ilkin mənbə, qay-
naq mahiyyəti daşıyan bütün dil struktur vahidlərini, ikincisi, onları 
ətraf aləmə yönəldən mexanizm mahiyyəti daşıyan  nitqyaratma 
 
278
funksiyasını və üçüncüsü, bu yolda fəaliyyət axınının cərəyan etdiyi 
xətlər mahiyyəti daşıyan qrammatik formalardan ibarət paradiqmalar 
silsiləsini kompleks şəkildə  nəzərə almaq lazımdır. Dili eyni za-
manda aktiv sistem olaraq qəbul edə bilmək üçünsə, dil baxımından 
hər cür mənbələri yaradıb yeniləmək qabiliyyətinə malik olan beyin 
aktivliyini və təfəkkür proseslərini də buraya əlavə etməliyik.  
Dil struktur vahidləri məhz dilin əsas funksiyası olan informa-
siya mübadiləsi ehtiyacını ödəmək və ya onu asanlaşdırmaq məqsədi 
ilə yaranır. Haqqında informasiya vermək lazım gəlməyən gerçəklik 
elementi ilə bağlı dil struktur vahidi mahiyyəti daşıyan forma, ümu-
miyyətlə, yaranmır. Ehtiyac olmadığı halda fərdi təşəbbüslə yaradılsa 
belə, dilə daxil ola bilmir, lazımsız yarandığı kimi, izsiz də yox olur. 
Artıq qeyd etdiytimiz kimi, hələ insanlar arasında informasiya 
mübadiləsi, sadəcə, nitqdən istifadə yolu ilə reallaşır. Nitqin də yega-
nə apellyativ vasitələri dil struktur vahidləridir. Göründüyü kimi, yu-
xarıda deyilən fikrin əksi də dil struktur vahidlərinin informasiya 
mübadiləsi ehtiyacını ödəmək və ya asanlaşdırmaq məqsədi ilə 
yaranmış olduğunu sübut edir.  
Sistem adlandırdıqları anlayış dil struktur vahidləri olmadan ke-
çinə bilmədiyi halda və məhz həmin sistemin ehtiyaclarını ödəmək 
məqsədi ilə yaranan dil struktur vahidlərini bu sistemə daxil etməyən 
opponentlərimizin məntiqi ən azı anlaşılmazdır. 
Nitq və onun vahidləri olan söyləmlərin yaranması, ötürülməsi 
və qəbulu, əslində, insanlar arasında reallaşan informasiya mübadiləsi 
prosesinin özüdür.  
Adda bu prosesə xidmət etdiyi iddia olunan, amma opponent-
lərimiz tərəfindən müstəqil sistem damğası vurulmaqla prosesin 
özündən kənarda mövcud olduğu iddia edilən müstəqil sistem anla-
yışı da çox məntiqli görünmür.  
Qrammatik və sintaktik forma, qayda və normaları əks etdirən 
paradiqmalar silsiləsinə müstəqil dil sistemi deyən opponentlərimizin 
diqqətinə bunları çatdırmaq istərdik ki, sistem mənbə, proses və 
nəticə faktorları üzərində qurulan fəaliyyət sxemidir və heç bir sistem 


 
279 
reallaşmasına xidmət etdiyi prosesi özundən və ya özünü ondan ayrı 
tuta bilməz.  
Beyin aktivliyi və ya təfəkkür prosesləri dil struktur vahidləri-
nin yaranmasını və mənimsənilməsini, eləcə də nitqin yaranmasını və 
ötürülməsini, qəbulunu və  mənimsənilməsini  şərtləndirən  əsas 
amillərdəndir.  
Lüğətlərdəki sözlərin, qrammatika kitablarındakı qaydaların, 
formaların, qəliblərin, paradiqmaların hamısı beyin aktivliyi nəticə-
sində yaranmış dil struktur vahidləridir. Qəzetlərdə, jurnallarda kitab-
larda və s. yazılan məqalələr, şeirlər, hekayələr, formasından, üslub-
undan və məzmunundan asılı olmadan hər cür yazılar, radioda, tele-
viziyada və s. yayımlanan verilişlər insanın beyin fəaliyyəti nəticə-
sində yaranmış yazılı və ya şifahi nitq nümunələridir. Amma bunlar 
insan tərəfindən qəbul olunub mənimsənilmədikcə, yəni yenidən 
aktiv beyin fəaliyyətləri ilə birləşmədikcə ağ kağız üzərindəki məna-
sız qara əyri xətlərdən və efir boşluqlarında axan maqnit dalğaları 
selindən başqa bir şey deyil.  
Nəzərə almaq lazımdır ki, istənilən forma və ya  nitq beyin 
aktivliyi nəticəsində yaranır və əsl mahiyyətini beyin fəaliyyətləri ilə 
yenidən birləşdikdə qazanır.  
Bu səbəbdən qətiyyətlə deyə bilərik ki, nitqyaratma prosesinin 
nəticəsi olaraq meydana çıxan nitq, onun mənbəyi funksiyasını daşı-
yan dil struktur vahidlərieləcə də onların bir fərd tərəfindan yaradı-
lıb digər fərd tərəfindən mənimsənilməsini təmin edən beyin fəaliyyə-
ti və təfəkkür prosesləri də ümumi və aktiv dil sisteminin ayrılmaz tər-
kib hissələridir və ya qısaca şəkildə deyə bilərik ki, dil struktur vahid-
lərinitqeləcə də beyin fəaliyyəti ümumi və aktiv dil sisteminin tərkib 
hissələridir.  
Biz burada dil dedikdə, onu bütün struktur vahidləri ilə birlikdə 
nəzərdə tutur, nitqyaratma prosesi daxilində və beyin aktivliyi nəticə-
sində informasiya mübadiləsi ehtiyacını ödəyən linqvopsixoloji kate-
qoriya kimi qəbul edirik. Ünsiyyət vasitəsi kimi dilin funksiyalarını 
nəzərdən keçirdikdə onun struktur vahidlərini arxa plana keçirmir, 
 
280
əksinə, bu və ya digər funksiyanın icra mexanizmini məhz dilin 
struktur vahidləri əsasında müəyyənləşdiririk və dil struktur vahidlə-
rinin yaranma mexanizmini də onun funksiyaları əsasında izah etmə-
yə çalışırıq. Çünki dilin hər bir struktur vahidi məhz bu və ya digər 
funksiyanı icra etmək, informasiya mübadiləsi ehtiyacını ödəmək və 
ya bu ehtiyacın ödənilməsini asanlaşdırmaq məqsədi daşıyır və məhz 
bu məqsədə xidmət etmək üçün yaranmışdır.   
 
 
§ 5.6. Beşinci fəsil üzrə nəticələr 
 
Bu fəsildə deyilənləri ümumiləşdirərərk aşağıdakı  nəticələrə 
gələ bilərk:  
1. Dilin istənilən istiqamətdə dəyişməsi onun proqressiv yaxud 
reqressiv şəkildə inkişafıdır və birbaşa dərk olunmuş gerçəklik ele-
menti ilə bağlı nitq ehityacından asılıdır. Belə ki, nitq ehtiyacının 
yaranması onun proqressiv inkişafına, məsələn, leksik forma səviy-
yəsində yeni bir dil struktur vahidinin (neologizmin) yaranmasına 
səbəb olduğu kimi, bu ehtitacın aradan qalxması onun reqressiv isti-
qamətdə dəyişməsi ilə, yəni mövcud dil struktur vahidinin dili tərk 
etməsi (arxaikliəşmə) ilə nəticələnir.  
2. Dil formalaşmış, donuq qayda və normaların məcmusu yox, 
daima hərəkətdə olan fasiləsiz prosesin tərkib hissəsidir. Dil struktur 
vahidləri, nitq, eləcə də beyin fəaliyyəti ümumi və aktiv dil sistemi-
nin tərkib hissələri olduğu kimi, dilin özü də təfəkkür proseslərinin alt 
sistemlərindən və ya onu qismən təqlid və ya əks edən paralel sistem-
lərdən biridir.   
3. Dil yaranış etibarılə xaotik şəkildə meydana çıxır. Bununla 
belə kommunikasiyaya xidmət etməsi və  təfəkkür proseslərinin alt 
sistemlərindən biri olması, dildaxili sistemliliyin formalaşmasına 
səbəb olur. 
4. Dilin həm formaya, həm də məzmuna malik olması, eləcə 
də onun struktur vahidlərinin semiotikliyi, dərk olunmuş gerçəklik 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə