109
muz, gözlərimizi
yumarkən belə, dəqiq obrazını bütün təfərrüatları ilə
xatırladığımız, amma adını bilmədiyimiz əşya və varlıqları dərk etdi-
yimizi inkar etməli olardıq. Bu da nə normal məntiqə, nə də elmə
sığan bir məsələ deyil.
§2.4.3. Üçüncü faza.Haqqında danışılan gəzintidən sonra illər
keçir. Bir dəfə təsadüfən duyduğumuz bir çiçək qoxusu, melodiya,
dad, yaxud gördüyümüz başqa bir mənzərə həmin o “Quba gəzintisi”
zamanı eşitdiyimiz musiqini, yediyimiz meyvəni və ya bütövlükdə
həmin dağ gəzintisi ilə bağlı bütün təfərrüatları bizə xatırladır və
beləliklə, dərketmə və təfəkkür prosesinin xatırlama və ya yadasalma
adlanan üçüncü fazası reallaşmış olur. Bu
fazada baş verən psixoloji
prosesləri bir qədər aydınlaşdırmağa çalışaq.
Əvvəlki yarımaktın şərhində insan beynində yaranan dərket-
mə və təfəkkür sisteminin dünya internet sisteminə bənzədiyini qeyd
etmişdik. Eyni fikri inkişaf etdirərək deyə bilərik ki, yaddaşımızdakı
hər hansı məlumatın tapılması və ondan istifadə, bir növ “Google”
xidmətindən istifadə yolu ilə internet sistemində olan müvafiq məlu-
matın axtarılıb tapılmasına və ondan istifadəyə bənzəyir.
Fərq yalnız ondadır ki, internetdə olan lazımi məlumatı tap-
maq üçün “Google” xidmətinə daxil olmaq, axtarılan məlumatla
bağlı “açar kod”u daxil etmək və “axtar” komandası verməklə pro-
qramı işə salmaq lazımdır. Digər proseslər proqram dəstəyi ilə avto-
matik şəkildə həyata keçir və daxil edilmiş “açar kod”a uyğun olan
bütün məlumatlar müstəqil sayt, qovluq
və ya sənəd şəklində bufer
yaddaşa gətirilir. İstifadəçi bu məlumatlardan məqsədinə daha uyğun
olanını seçir, “aç” komandasını verib həmin məlumatı operativ yad-
daşda tam şəkildə açır və ondan istifadə edir.
Dərketmə prosesinin üçüncü fazasında nəzərdə tutulmuş və ya
gözlənilməz bir “komanda”(məsələn, bir çiçək qoxusu, musiqi və s.)
ilə baş beynimizdə mühafizə olunan milyonlarla intellekt kodları
arasından haqqında danışılan dağ gəzintisi ilə bağlı kod, sanki
avtomatik olaraq seçilir (digər kodlarla birlikdə və ya ayrılıqda) və
aktiv yaddaşa gətirilir.
110
Qeyd edək ki, haqqında danışılan gerçəklik elementləri ilə
bağlı yaranan intellekt obrazlarının xatırlanması fazasında da dilə heç
bir ehtiyac duymuruq.
§2.4.4. Dördüncü faza. Haqqında danışılan dağ gəzintisi
gözlərimiz önündə canlanır. Ən xırda təfərrüatlarına qədər o ecazkar
gözəlliyi, o şahanə musiqini, dadını, ətrini və yumşaqlığını hələ də
damağımızda hiss etdiyimiz o cənnət meyvəsini yada salırıq.
Dərketmə prosesinin dördüncü fazası hesab olunan və intellekt
kodunun gerçəklik elementinə ekvivalent olan intellekt obrazları şək-
lində açılması fazası adlanan bu mərhələdə aktiv
yaddaşa gətirilmiş
intellekt kodu bütün tərkib hissələri ilə, yəni onu təşkil edən obrazlar-
la aktiv yaddaşda bərpa olunur, başqa sözlə desək, “gözlərimiz önün-
də canlanır”.
Haqqında danışılan dağ gəzintisi ilə bağlı intellekt kodlarının
gerçəklik elementinə ekvivalent olan obrazlara çevrilməsi prosesində
də dilə ehtiyac duymuruq.
§2.4.5. Biz vahid dərketmə prosesini ayrı-ayrı aktlar və hər bir
aktın özünü də 4 ayrı faza kimi təqdim etsək də,nəzərə almaq lazım-
dır ki, onlar tamın hissələridir və çox vaxt sıx ardıcıllıqla
cərəyan
edir. Bu zaman fazalar arasında sərhədləri müəyyənləşdirmək çətin
olur.
Bütün proses bir tam, bir bütöv kimi görünür.
Bəzən birinci və ikinci yarımaktlar arasında illərlə fasilə olsa
belə, əksər halda, birinci (qəbul) və ikinci (yadda saxlama), eləcə də
üçüncü (xatırlama) və dördüncü (tətbiq) fazalar sıx ardıcıllıqla cərə-
yan edir və onlar arasında olan keçidləri müəyyənləşdirmək çox çətin
olur. Sanki ilk iki və son iki fazalar öz aralarında birləşir.Yəni gerçək-
lik elementinin beyin aparatı tərəfindən intellekt obrazlarına çevrilə-
rək qəbul edilməsi (mənimsəmə, qavrama prosesi) və qəbul olunmuş
məlumatın intellekt kodları şəklində toplanıb informasiya bazasında
(baş beyində) mühafizəsi (yadda saxlama prosesi) bütöv bir yarımakt
kimi baş verir. Tələb edilən müvafiq intellekt kodunun aktiv yaddaşa
gətirilməsi (xatırlama prosesi) və onun beyin aparatı vasitəsilə ger-
çəklik elementinə ekvivalent olan intellekt obrazlarına çevrilməsi
111
(tətbiq prosesi) də digər bütöv bir yarımakt kimi görünür.
Qeyd olunan 4 faza öz məzmun və mahiyyətini itirmədiyi
kimi, onların sıra ardıcıllığı da pozulmur. Yəni bu fazaların cərəyan
ardıcıllığı nə qədər sıx da olsa, onlar mütləq şəkildə baş verir və heç
bir zaman birinci fazadan üçüncüyə, ikinci fazadan dördüncüyə və ya
birinci fazadan dördüncüyə birbaşa keçid mümkün deyildir.
İndiyə qədər dərketmə ilə bağlı deyilən fikirləri ümu-
miləşdirərək belə bir nəticəyə gələ bilərik ki,
dərketmə - dedikdə,
gerçəklik elementi ilə bağlı məlumatın insanın beyin aparatı vasitəsilə
intellekt obrazı formasına transformasiya olunaraq qəbul edilməsi, in-
tellekt obrazları şəklində qəbul edilmiş məlumatların intellekt kodla-
rına çevrilərək baş beyində mühafizəsi, tələb olunduqda lazımi intel-
lekt kodunun axtarılıb tapılması və bu kodun yenidən tam şəkildə və
ya qismən müvafiq gerçəklik elementlərinə ekvivalent olan intellekt
obrazları formasında və ya sonrakı dərketmə proseslərinin
tələbinə
uyğun olaraq digər formalarda modullaşdırılaraq istifadəsini əhatə
edən tam bir təfəkkür prosesi nəzərdə tutulur.
§ 2.5. Sinktual dərketmə
Sinktual dərketmə düşünmə yolu ilə müəyyən edilən gerçəklik
elementinin intellekt obrazının yaranması prosesini ehtiva edir (
think
– ingilis sözu olub, Azərbaycan dilində mənası “düşünmək, fikirləş-
mək”dir).
Bəzən bizə elə gəlir ki, bütün şüurlu həyatımız boyu yalnız
düşünmək yolu ilə dərk etmişik və düşünərkən də həmişə dildən isti-
fadə etmişik. Bunun, həqiqətən də, belə olub-olmadığına, yəni əvvə-
la, düşünərək dərketmənin digər üsullara nisbətən
məhsuldar olub-ol-
madığına, ikincisi isə, düşünərək dərketmənin həmişə dil vasitəsilə
reallaşıb-reallaşmadığına nəzər salaq. Bu və bunun kimi digər məsə-
lələrə tam təfərrüatı ilə aydınlıq gətirə bilmək üçün, hər şeydən əvvəl,
bu məsələlər çərçivəsində sinktual dərketmənin mahiyyətini, onun
üsul və yollarını psixoloji proseslər baxımından araşdırmaq lazımdır.
112
§2.5.1. Düşünərək dərketmənin digər üsullara nisbətən daha
məhsuldar olub-olmadığını müəyyən etmək üçün yaddaşımıza qısaca
bir ekskurs etmək kifayətdir.
Biz nə qədər insan siması xatırlayırıq. O cümlədən uşaqlıq
dostları, orta məktəb yoldaşları və müəllimlər, ali məktəb yoldaşları
və müəllimlər, iş yoldaşları, dostlar, qohumlar, qonşular,
təsadüfi
tanışlar, məşhur adamlar, mənfi və müsbət cəhətləri ilə yadda qalan
insanlar və s.
Yaddaşımızda nə qədər quş, həşərat, suda və quruda yaşayan
heyvan və s. canlı obrazı, o cümlədən xüsusi hadisələrlə bağlı xatırla-
dığımız obrazlar var.
İndi isə evdə, işdə, çöldə gördüyümüz əşyaları, avadanlıqları,
cihaz, mexanizm və maşınları, onların hissələrini, funksiyalarını,
ölçülərini və s. yadımıza salaq.
Müxtəlif səslər, rənglər, dad və qoxular və s.
Bunlar yaddaşımıza yalnız vizual dərketmə vasitəsilə daxil
olan gerçəklik elementlərinin kiçicik bir hissəsidir. Detallarını nəzərə
almadan yalnız bunlarla bağlı yaddaşımızda olan obrazların sayı
milyonlarladır.
Dil vahidi olan səs, hərf, söz, qrammatik və leksik qəlib, bir-
ləşmə və cümlə qəlibi.
Məqsədimiz dil vahidlərini say etibarı ilə yaddaşımızdakı di-
gər obrazlarla müqayisə etmək və dil vahidlərinin
digər obrazlardan
sayca az olduğunu göstərmək deyil. Əksinə, dil struktur vahidlərini
ona görə yada saldıq ki, onların ümumi miqdarını da digər obrazların
miqdarına əlavə edək. Çünki hər bir hərf, fonetik səs eyni zamanda
vizual, vokal dərketmə vasitəsilə yaddaşa daxil olmuş bir intellekt ob-
razıdır. Hər bir leksik vahid bir dil elementidir, eyni zamanda öz
forması baxımından vizual-verbal dərketmə vasitəsilə yaddaşa daxil
olmuş bir intellekt obrazıdır, digər tərəfdən isə, ifadə etdiyi mənanın
köməyi ilə yaddaşa daxil olan daha bir neçə vizual obrazın kodudur.
Yəni “masa” sözü (forma etibarı ilə 4 hərfdən ibarət bir söz obrazı
yaradır) məna çalarları ilə yazı masası, mətbəx masası, taxta masa,