Layihə tərifləri (əlaməti və,s)


LAYİHƏLƏRİN İDARƏ OLUNMASININ STANDARTLARI



Yüklə 115,09 Kb.
səhifə3/7
tarix13.04.2023
ölçüsü115,09 Kb.
#105377
1   2   3   4   5   6   7
layihə isi cvb

LAYİHƏLƏRİN İDARƏ OLUNMASININ STANDARTLARI
Layihələrin idarə olunması metodologiyası layihələrin idarə olunması standartlarında əks olunur. Hal-hazırda standartların aşağıdakı növləri mövcuddur:
-beynəlxalq - öz inkişafı prosesində beynəlxalq əhəmiyyət almış və ya beynəlxalq istifadə üçün nəzərdə tutulan standartlar;
-milli - bir ölkə daxilində tətbiq edilmək üçün yaradılmış və ya öz inkişafı gedişində ümummilli status almış standartlar;
-ictimai - mütəxəssis birlikləri tərəfindən hazırlanaraq qəbul edilmiş standartlar;
-özəl - özəl şəxslər, şirkətlər və ya müəssisələr tərəfindən azad surətdə istifadə üçün təbliğ edilən biliklər kompleksi;
-korporativ - bir şirkət və ya qohum şirkətlər qrupu daxilində tətbiq üçün işlənilmiş standartlar.
Beynəlxalq standartlar layihələrin idarə olunmasına dair tələblərin təsvirindən başqa, təlim, sınaq, audit, konsaltinq və digər elementlər daxil olan tam sistemlərdir. Bütün halları əhatə edən layihələrin idarə olunması standartları olmasa da, aşağıda göstərilən standartlar daha tanınmışdır.
1. Layihələrin idarə olunması üzrə Amerika institutunun (Project Management Institute - PMI) Project Management Body of Knowledge (PMBOK) standartı. Bu standart təxminən dörd ildə bir dəfə yenilənir. Standartın ən geniş yayılmış redaksiyalarından biri 2000-ci il tarixli, lakin ən aktual, dördüncü versiyası 2008-ci ilin sonunda dərc olunmuşdur. Standart əvvəlcə Amerika milli standartlar institutu tərəfindən ABŞ milli standartı kimi qəbul edilmişdi, hal-hazırda isə dünya standartı kimi istifadə olunur.
2. IPMA Competence Baseline (ICB) layihə menecerlərinin səriştəliliyinə tələblərin beynəlxalq sistemini müəyyən edən beynəlxalq normativ sənəddir. Bu standart IPMA (International Project Managers Association) beynəlxalq assosiasiyası tərəfindən işlənilmişdir. İPMA üzvü olan ölkələrdə mütəxəssislərin səriştəliliyinə tələblərin milli sistemi həmin sistem əsasında işlənilir. Tələblərin milli sistemi İCB İPMA-ya uyğun olmalı və İPMA-nın müvafiq səlahiyyətli orqanları tərəfindən rəsmi olaraq təsdiq (ratifikasiya) edilməlidir. O, İPMA-nın 32 üzv ölkəsində biliklərin milli toplusunun işlənilməsi üçün əsasdır; hal-hazırda 16 ölkənin İCB-yə uyğun olan və təsdiq olunmuş milli bilik toplusu vardır.
3. Layihələrin idarə olunmasının effektivliyi məsələlərinə müraciət layihənin keyfiyyətinin idarə olunması sisteminin işlənilməsinə ehtiyac doğurmuşdu. Bu zaman son məhsulun keyfiyyətinə tələblə birgə layihə proseslərinin keyfiyyətinə də diqqət yetirilməyə başlandı.
İSO 10006 standartı baxılan standartlar seriyasının əsas sənədidir. Əsas diqqət son nəticəyə nəzarət deyil, optimal prosesin layihələndirilməsi və bu prosesə nəzarət prinsipinə yönəlmişdir. Həmin standart layihələrin idarə olunması prosesinin on qrupunu əhatə edir.
Birinci qrup layihəni sifarişçinin tələbatının ödənilməsinə yönəldir və işlərin gediş istiqamətini müəyyən edir. İkinci qrup proseslərin qarşılıqlı əlaqələrinin idarə olunmasını əhatə edir. Digər səkkiz qrup layihə tapşırığı, müddətləri, risk və maddi-texniki təchizatla əlaqəli proseslərdir.
İSO 10006 beynəlxalq standartı müxtəlif şərait və şərtlər daxilində ən geniş spektrli - kiçik və iri, qısa və uzunmüddətli layihələrə yönəlmişdir. Bu standart layihələndirilən məhsula (texniki vasitələr, proqram təminatı, yarımfabrikatlar, xidmətlər və ya onların kombinasiyasına) yönəlməmişdir. Buna görə də onun əsasını təşkil edən çərçivə tələbləri həmin rəhbərliyin sonradan hər hansı layihənin işlənilmə və realizə edilməsinin konkret şəraitinə adaptasiya edilməsini tələb edir.
Standart - layihə, layihə məhsulu, layihənin planı, layihə iştirakçısı, proses, işlərin gedişinin qiymətləndirilməsi kimi terminlər daxil olmaqla, əsas anlayışları İSO 8402-dən əxz etmişdir. Layihələrin idarə olunmasının bütün proseslərinə (planlaşdırma, təşkil, monitorinq və nəzarətə) keyfiyyət menecmenti prosesləri və vəzifələri tətbiq edilir.
Nəhayət, layihələrin idarə olunmasının kamilliyi standartlarını da qeyd etmək lazımdır. Təşkilatın layihələrin idarə olunması kamilliyi səviyyəsinin qiymətləndirilməsi standartı - OPM3 (Organization Project Management Maturity Model) 2004-cü ildə dərc edilmişdir. Bu standarta təşkilatda layihələrin idarə olunmasının vəziyyətinin təyin edilməsi metodologiyası daxildir. Layihələrin idarə olunmasında təşkilati kamillik layihələri, şirkətin strateji məqsədlərinə daha effektiv surətdə nail olmaq üçün təşkilatın seç-mək və idarə etmək qabiliyyətidir. Layihələrin idarə olunmasında təşkilatın kamillik səviyyələrinin ümumi xarakteristikası cədvəl də verilmişdir.
OPM3 təşkilatlara layihələrin effektiv realizasiyası üzrə imkanlarını inkişaf etdirməyə və qiymətləndirməyə kömək edən hərtərəfli yanaşmadır. O, layihələrin idarə olunmasında təşkilati kamilliyin açarı olaraq qarşılıqlı əlaqəli üç elementdən ibarətdir:

Yüklə 115,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə