Azərbaycan respublikasi elm və TƏHSİl naziRLİYİ azərbaycan döVLƏt neft və SƏnaye universiteti-nin



Yüklə 24,71 Kb.
tarix26.01.2023
ölçüsü24,71 Kb.
#99338
DOC-20230125-WA0008.


AZƏRBAYCAN RESPUBLİKASI ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ-nin
Nəzdində
BAKI NEFT – ENERGETİKA KOLLECİ

“SAHİBKARLIĞIN ƏSASLARI”

Fənnindən

Təqdimat


“Sahibkarlıq fəaliyyətində qiymətqoyma siyasəti”

İxtisas: 040512 –“İstilik energetik qurğular”


Qrup: 429
Tələbə: Məmmədova Firuzə
Müəllim: Rüstəmzadə Səidə
Bakı 2023

Mündəricat

Giriş
Plan 1. Sahibkarlıq fəaliyyəti.....,........................səhifə 3
Plan 2. Kiçik və orta sahibkarlıq fəaliyyəti............səhifə 5
Plan 3. Sahibkarlıq şəraitində müəssisənin fəaliyyəti...........səhifə 7
İstifadə olunan ədəbiyyat siyahısı..................səhifə 10

Plan 1. Sahibkarlıq fəaliyyəti


Sahibkarlığın iqtisadi fəaliyyət kimi yaranma tarixi orta əsrlərdən başlanır.Artıq bu dövrlərdə tacirlər, sənətkarlar və.s sahibkarlıqla məşğul olmağa başlamışlar.XVI-XVII əsrlərdən orta və iri firmaların inkişafı geniş vüsət aldı.Maksimum mənfəət əldə etmək üçün yenə peşə və ixtisaslara-menecerlərə ,istehsalın təşkilatçılarına ehtiyac yaranır. İqtisadi prosesləri həyata keçirmək üçün maliyyəçi,iqtisadçı,mühasib,hüquqşünaslardan istifadə olunur.
Azərbaycanda da sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçmişdir.Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici şirkətlərin ölkəyə cəlb olunmasına, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaratmışdır. Belə ki, Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir.1901-ci ildə dünya neft hasilatının yarıdan çoxu Azərbaycanın neft sənayesinə məxsus olub.XX əsrin əvvəllərində xarici kapitallarının ölkəyə axını sahibkarlıq fəaliyyətinin daha da inkişafına səbəb oldu .Ayrı-Ayrı ölkələrdən gəlmiş sərmayəçilər fərqli sahələrə kapital qoymaqla müxtəlif sahələrin inkişafına zəmin yaradırdılar məsələn:alman sərmayəçiləri dəmir yolu çəkilişinə,kredit işinə, qiymətli kağızlar alış verişinə can atırdılarsa,fransız və ingilis sahibkarları mis və neft sənayesinə üstünlük verirdilər.
XIX əsrin sonu XX əsrin əvvəllərində sahibkarlığın inkişafına görə Bakı artıq böyük nüfuza malik iri sənaye mərkəzinə çevrilmişdi .Artıq 1913 – cü ildə Bakıda 15 iri bank fəaliyyət göstərirdi.O dövrdə Azərbaycanda aqrar sahənin inkişafında sürətlənmiş,iri fermer təşkilatları yaranmışdır.Kənd təsərrüfatı sektorunda o vaxt inkişaf edən əsas sahələrindən pambıqçılıq idi.Bakı bir sıra şəhərlərlə ticarət əlaqələri yaratmışdır. Təkcə Rusiyanın müxtəlif yerlərinə pambıq,qoz,şərab ,balıq məhsulları (kürü)və s. Aparılırdı.
Azərbaycanın sahibkarlıq tarixində ipəkçilik mühüm yer tutur.Aqrar sahədə üzüm istehsalı da mühüm yer tuturdu.Yeyinti sənayesinin əsas sahələrindən olan şərabçılıq,spirt və konyak istehsalı geniş vüsət almışdır.Sahibkarlığın o dövr üçün geniş inkişaf etmiş sahələrindən biri də balıqçılıq idi.Dövlət xəzinəsinə ildə orta hesabla iki milyon manatdan çox vəsait təkcə balıqçılıq sənayesindən daxil olurdu. Azərbaycan balıq sənayesi mənfəət baxımından neft və şərab istehsalından sonra 3-cü yer tuturdu.
“Sahibkar” ifadəsi iki sözün birləşməsindən-“sahib” (yiyə,mülkiyətçi) və “kar” (fəaliyyət, iş) sözlərindən əmələ gəlmişdir.“Sahibkar” ifadəsini ilk dəfə olaraq, Qərb iqtisadiyyatında fransız iqtisadçı R.Kantilyon (1680-1734) tərəfindən işlədilməsi.O,mənfəət götürmək məqsədilə məhsulu digərlərindən müəyyən qiymətə alaraq, bazarda özünə xeyirli qiymətə satmağa çalışan adamları “sahibkar” adlandırmışdır. Sahibkarlıq fəaliyyəti haqqında fikirlər A.Smitin (1723-1790) iqtisadi nəzəriyyəsində də öz əksini tapmışdır. Belə ki, o,sahibkarı öz istehsalını planlaşdıran və təşkil edən,onun nəticələri üçün risk edən mülkiyyətçi kimi nəzərdə tutur.
Sahibkarlıq fəaliyyəti-fiziki və hüquqi şəxslərin mənfəət və ya gəlir götürmək məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə qanunvericilikdə qadağan edilməyən fəaliyyət növlərini (məhsul istehsalı və satışı,xidmətlər göstərmək) həyata keçirdikləri fəaliyyətdir.Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər:
Fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
Hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxslər;
Xarici hüquqi şəxslər;
Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:
İstənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq;
Tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin əmlakından istifadə etmək;
İşçiləri işə qəbul etmək və işdən azad etmək;
İşçilərin əməyinin ödənilməsinin forma və sistemini müəyyənləşdirmək;
Təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənlər və istehsal olunan məhsulların (xidmətlərin və işlərin) istehlakçılarını seçmək;
Öz məhsulları (işləri,xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;
Sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək;
Məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;
Sığorta növünü sərbəst surətdə seçmək və xarici iqtisadi münasibətlərdə iştirak etmək;
Sahibkarın əsas vəzifələri aşağıdakılardır:
● qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək;
●işə qəbul edilən vətəndaşlarla müqavilə bağlamaq;
●işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum məbləğindən az olmayan səviyyədə ödəmək;
●Dövlət Sosial müdafiə fonduna,habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək;
●qanunvericilikdə müəyyən edilmiş vergiləri ödəmək;
●işçiyə qüvvədə olan qanunvericiliyə və müqavilələrə müvafiq əmək şəraiti yaratmaq;
●qüvvədə olan normativ hüquqi aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin,istehsal gigiyenasının və sanitariyasının təmin edilməsi, tarixi abidələrin mühafizəsi sahəsində tədbirlər görmək
●müəlliflik hüquqlarının qorunması sahəsində qanunvericilikdə müəyyən olunmuş tələblərə əməl etmək;
●istehsal olunan məhsulların (işlərin, xidmətlərin) rəqabət qabiliyyətliliyinə nail olmaq;
●istehsal etdiyi məhsulları markalaşdırmaq;

Plan 2. Kiçik və orta sahibkarlıq fəaillyəti


“Sahibkarlıq fəaliyyəti haqqında “Azərbaycan Respublikasının qanununda (maddə 4) yazılmışdır:“Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir .Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur”.
Həmçinin göstərilmişdir:”Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər çərçivəsində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər.
Azərbaycanda müəssisələr qanuna əsasən aşağıdakı təşkilati-hüquqi formada olur:
a)dövlət müəssisəsi-əmlakı bütövlükdə dövlətə məxsus olan müəssisələrdir.
b)fərdi(ailə) müəssisəsi-vətəndaş mülkiyyətində və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisələrdir. Mülkiyyətçi öz əmlakı ilə məsuliyyət daşıyır. Belə müəssisələrin əsas üstünlükləri:
-işə başlamaq və onun fəaliyyətinə son vermək asandır;
-heç kəsdən icazə almaq (dövlətdən başqa) məcburiyyətində deyil;
-ancaq dövlətdən lisenziya alıb işə başlayır,gəlirlərini heç kimlə bölüşmür;
- öz müəssisəsini gələcək nəslinə miras kimi saxlaya bilir
Mənfi cəhətləri:
-Əgər müəssisə səmərəli fəaliyyət göstərməzsə , bütün müəssisəyə sahibkar özü cavabdehdir.
-İşi tək idarə edərkən , sahibkar bəzi gəlirlərdən məhrum olur
-Bu müəssisələr adətən qısamüddətli fəaliyyət göstərdiklərindən digər sahibkar strukturları , əsasən də maliyyə- kredit təşkilatları onlarla fəaliyyətə həvəs göstərirlər
c)şərikli (tam ortaqlı) müəssisə-azı 2 fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilən müəssisələrdir.Şəriklər müəssisənin öhdəliklərinə bütün əmlakları ilə cavabdehdirlər. Bu müəssisələr fərdi müəssisələrdən fərqli olaraq geniş maliyyə imkanlarına malik olurlar.Bu müəssisənin mənfi cəhəti odur ki , sahibkar öz səhvi üzündən asılı olmayaraq müəssisənin borclarına bütün əmlakı ilə cavabdehdir.Bundan başqa bəzi şəriklər daha çox əmlak sərf edir. Bu da gəlirlərin bölüşdürülməsində konfliktə səbəb olur.
d)payçı və şərikli müəssisə-müəssisənin öhdəliklərinə şəriklər bütün əmlakları, payçılar isə yalnız verdikləri pay həcmində məsuliyyətdaşıyırlar. İdarə heyətinin seçilməsi və onların seçilməsində yalnız şəriklərin səs verməkhüququ var.Qərarların qəbul edilməsində hər iki tərəf iştirak edə bilər.
Sahibkarlıq fəaliyyəti öz miqyasına görə kiçik, orta və iri sahibkarlığa bölünür.Kiçik və orta sahibkarlıq azad iqtisadiyyatın ən yüksək elementlərindəndir. Hər bir bazar iqtisadiyyatı ölkələrində dövlət kiçik və orta sahibkarlıq üçün müxtəlif imtiyazlar və ya güzəştlər sistemi tətbiq edir.
Kiçik və orta sahibkarlıq (KOS) aşağıdakı mühüm funksiyaları yerinə yetirir.
-İqtisadiyyatın lazımi çevikliyini və istehsalın ixtisaslaşmasını təmin edir ki, bu da iqtisadi səmərəliliyi şərtləndirir.
-İstehsal sahələrində yaranan geriləmələri tezliklə aradan qaldırır, elmi-texniki yenilikləri istehsalata daha tez tətbiq edir və çəkdiyi xərci qısa müddətdə çıxarır.
-Bazar iqtisadiyyatı üçün lazım olan rəqabət mühitini yaradır və antiinhisarçı rolunu oynayır.
Kiçik sahibkarlıq sistemi özündə bir neçə sahələri birləşdirir:
-Yerli bazarlar üçün işləyən kiçik həcmli və mövsümi məhsullar istehsal edən atelyelər, müəssisələr və.s;
-Maşınqayırma məhsulları(cihazlar,hissələr) istehsal edən müəssisələr;
-Orta və iri firmaların yardımçı istehsalı kimi çıxış edən müəssisələr;
Kiçik sahibkarlığın inkişaf etdirilməsi ölkənın inkişafında və işsilərin işlə təmin olunmasında böyük rol oynayır. Onların digərlərinə nisbətən bir neçə üstün cəhətləri vardır:
-Kiçik müəssisələrin yaradılması üçün daha az ilkin kapital tələb olunur
-Kiçik müəssisələr bazardakı dəyişikliklərə daha cəld və çevikdirlər.
-Kiçik müəssisələr yüksək rentabelliyə malikdirlər, yəni məhsulları daha az istehsal xərcləri hesabına istehsal edə bilirlər.
-Kiçik müəssisələr əsasən yerli bazarlar üçün işlədiklərinə görə nəqliyyat xərcləri azalır.
Bunlarla yanaşı kiçik müəssisələrin mənfi cəhətləri də var:daima yüksək rəqabət şəraitində fəaliyyət göstərirlər,kənardan investisiyaların alınması, ixtisaslı menecerlərin cəlb edilməsi və.s sahələrdə kiçik müəssisələrin imkanları iri müəssisələrə nisbətən məhdud olur.

Plan 3. Sahibkarlıq şəraitində müəssisənin fəaliyyəti


Müəssisə- mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan,işlər görən,qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.Təsərrüfatçılıq fəaliyyətinin növü və xarakterinə görə müəssisələr beş(5)qrupa bölünür:
a)Sənaye müəssisələri-sənayenin müxtəlif sahələrində yaradılır və fəaliyyət göstərir.
b)Ticarət müəssisələri-əməliyyatların alqı-satqısı üzrə əməliyyatları həyata keçirir.
c)Nəqliyyat müəssisələri-yüklərin daşınması ilə məşğul olur.
Ç)Nəqliyyat-ekspeditor(mal və s göndərməklə məşğul olan işçi) müəssisələri isə məhsulların istehlakçılara çatdırılması ilə məşğul olur.
d)Sığorta müəssisələri-əmlakın və yüklərin sığortalanması ilə məşğul olur.
Hüquqi vəziyyətinə görə müəssisələr iki(2) qrupa ayrılır:
-Fərdi müəssisələr-vətəndaşın və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisələrdir.
-Müəssisə birlikləri-həmin birliyin tərkibinə daxil edilmiş müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi, hüquqlarının müdafiə edilməsi,ümumi mənafelərinin dövlət və digər orqanlarda və beynəlxalq təşkilatlarda təmsil olunması və digər müəssisələr ilə könüllülük əsasında birliklər yarada bilərlər.Birlik təsisçiləri təsdiq etdikləri nizamnamə əsasında fəaliyyət göstərir.Müəssisə birliklərinin aşağidakı növlərinin göstərmək olar:
-şərikli(tam ortaqlı) müəssisələr-azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir və özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar.
-payçı(kommandit ortaqlıqlar) müəssisələr-azı bir şərik və bir payçı tərəfindən təsis edilir.
-məhdud məsuliyyətli müəssisələr-bir və ya bir neçə fiziki və ya hüquqi şəxs tərəfindən yaradılan,nizamnamədə müəyyən edilmiş həcmdə fondun təsis müqaviləsi ilə paylara bölünən müəssisədir.
-səhmdar cəmiyyəti-təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə fondlaşdıran fiziki və hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir.Səhmdar cəmiyyət ən azı üç(3) fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir.
-konsern- formal olaraq müstəqil,üzərlərinə maliyyə nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən təsərrüfat formasıdır.Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini,bankları,nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir.

-dövlət müəssisələri-dövlət mülkiyyəti əsasında yaradılır və onu fəaliyyəti dövlət orqanları tərəfindən tənzimlənir.Onların iki növünü fərqləndirirlər-əmlakı tamamilə dövlət mülkiyyətinə əsaslanan müəssisələr və səhmlərinin nəzarət paketi dövlət orqanlarına məxsus olan müəssisələr


-kooperativ müəssisələr-şəriklik əsasında yaradılır.
Kapital və nəzarət mülkiyyətinə görə müəssisələr:
-milli müəssisələr-ümumxalq mülkiyyətinə əsaslanan müəssisələrdir.(SOCAR)
-xarici müəssisələr-xarici sahibkarların kapitalı əsasında yaradılan və onların nəzarəti altında fəaliyyət göstərən müəssisələrə xarici müəssisələr deyilir.
-qarışıq müəssisələr- iki və daha çox ölkənin kapitalları əsasında yaradılan müəssisələr qarışıq(müştərək) müəssisələr adlanır.
İstehsal etdikləri xammal və materialların xarakterinə görə müəssisələr -hasiledici və emaledici müəssisələrə ayrılır.
Miqyasına görə müəssisələr iri,orta və kiçik müəssisələrə bölünür.
Bundan başqa təşkilatlar formal və qeyri-formal olmaqla iki yerə ayrılır:
Formal təşkilatlar-rəhbərlik (və ya dövlət) tərəfindən yaradılan,qeydiyyatdan keçən,möhürü,blankı və bankda hesablaşma hesabı olan hüquqi şəxslərdir.
Qeyri-formal təşkilatlar əsasən formal təşkilatların tərkibində dövri yaranan,hər hansı bir problemin aradan qaldırılması məqsədlərinə xidmət edən qruplar və ya təşkilatlardır.
İstehsal müəssisənin mərkəzi fəaliyyət sferası olub,istehlakçının tələbatına uyğun son məhsulun yaradılması prosesidi.O,xammal,materiallar,yarımfabrikatlar və s məmulatlardan istifadə edilməsini nəzərdə tutmaqla ayrı-ayrı proseslərin məcmuusudur.Məhsulun istehsal prosesi əmək vasitələri,əmək cisimləri və işçi qüvvəsinin iştirakı ilə həyata keçirilir.
Əmək vasitələri və əmək cisimləri istehsal vasitələrini əmələ gətirir və istehsal fondlarının tərkibini formalaşdırır.İstehsal fondları istehsal prosesindəki roluna görə əsas və dövriyyə fondlarına bölünür.
İstehsal prosesində uzun müddət iştirak edən,öz natural formasını saxlayan və dəyərini məhsul üzərinə hissə-hissə keçirən əmək vasitələri əsas istehsal fondları adlanır.İstehsal prosesində iştirakından və istehsalın nəticələrinə təsirindən asılı olaraq bütün əsas fondlar istehsal və qeyri-istehsal əsas fondlarına bölünür.İstehsal əsas fondları istehsal prosesində bilavasitə iştirak edir.Qeyri-istehsal əsas fondları isə uzun müddət istifadə edilən,lakin məhsulun istehsalı prosesində iştirak etməyən və istehsal prosesinə dolayı yolla təsir edən fondlarıdır.Buraya kommunal-məişət təyinatli binalar,tikililər,yaşayış binaları,uşaq bağçaları,məktəblər və s daxildir.
Məhsulun istehsal və satışı prosesinin fasiləsiz gedişini təmin etmək üçün müəssisə əsas fondlarla yanaşı dövriyyə və tədavül fondlarından ibarət olan dövriyyə vəsaitlərinə də malik olmalıdır.
Dövriyyə fondları istehsal prosesində birbaşa iştirak edən,öz natural formasını dəyişən və dəyərini məhsul üzərinə birbaşa keçirən əmək cisimlərinə deyilir.Buraya xammal,material,yanacaq və digər material resursları daxildir.
Kadrlar(işçi qüvvəsi)-maddi texniki bazanın ən mühüm tərkib hissəsi hesab edilir.Onlar birbaşa istehsal prosesi ilə sıx bağlıdır.Bura işçilər,mütəxəssislər və xidmətedici heyət daxildir.
İşçilər-bilavasitə məhsulun hazırlanması ilə bağlı texnoloji prosesləri həyata keçirir.
Mütəxəssislər-isə istehsala texnoloji və təşkilati rəhbərlik edir və idarəetmə funksiyalarını yerinə yetirir.
Xidmətedici heyətə- inzibati idarə binalarına qulluq edən xadimələr,minik avtomobil sürücüləri və s. aiddir

İstifadə olunan ədəbiyyat siyahısı



Miftullayev Vaqif “Sahibkarlığın əsasları” Bakı 2002
K.M.Pirogov, N.K.Temnova L.V.Quskova”Biznesin təşkilinin əsasları” Bakı 2010
A.Abbasov “ Biznesin asaslanı”, Bakı, 2005
V.Yaroçkin. Y.Buzanova “Biznesin və sahibkarlığın təhlükəsizliyinin əsasları” Bakı 2008
Yüklə 24,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə