L. Z. ƏHMƏdova uşaq yaşlarinin nefrologiyasi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/74
tarix22.03.2018
ölçüsü5,01 Kb.
#33139
1   2   3   4   5   6   7   8   9   ...   74

 
14 
 
 
 
 
Şəkil 4. Böyrəyin funksional vahidi – nefronun quruluşu. 
 
Toplayıcı  borular  böyrəyin  qabıq  maddəsində  birləşir  və  daha  böyük 
xaricedici  axacaqlara  çevrilir.  Axacaqlar  böyrəyin  beyin  maddəsindən 
keçərək  onun  ləyənlərinin  boşluğuna  açılırlar.  Yumaqcıq  kapsulasının 
diametri  təxminən  0,2  mm,  kanalcıqların  ümumi  uzunluğu  isə  (hər  bir 
nefronun ayrılıqda) 35-50 mm çatır.  
Böyrək  kanalcıqlarının  quruluş  və  fəaliyyətini  öyrənmək  üçün  onları 
seqmentlərə bölürlər: 
1)  nefronun  proksimal  seqmenti  –  bunun  tərkibinə  proksimal 
kanalcığın qıvrım və düz hissələri aid edilir; 
Yukstaqlomerul-
yar apparat 
Proksimal kanalcıq 
Efferent arteriola 
Afferent arteriola 
Boumen kapsulu 
Yumaqcıq 
Distal kanalcıq  Toplayıcı borucuk 
 
 
 
Arteriola 
Venula 
Peritubulyar 
kapilyarlar 
Henli 
ilgəyi 
Qabıq maddə 
Beyin maddə 
Son sidik 
böyrək 
ləyəninə axır 


 
15 
2) nefron ilgəyinin nazik şöbəsi – bura Henli ilgəyinin enən və qalxan 
hissələri aiddir. 
3) nefronun distal seqmenti  – bu şöbə nefron ilgəyinin qalxan yoğun 
hissəsindən,  distal  qıvrım  kanalcıqlar  və  birləşdirici  borulardan 
ibarətdir. 
Nefron  kanalcıqları  toplayıcı  borulara  birləşmişdir.  Borular 
embriogenez  dövründə  sərbəst  inkişaf  edir,  amma  funksional  cəhətdən 
distal seqmentlərə yaxındırlar (şəkil 4). 
Böyrəklərdə  bir  neçə  növ  nefronlar  vardır:  superfisial  (səthi 
nefronlar),  intrakortikal  və  yukstamedulyar.  Bunlar  bir-birindən  yerləş-
mələrinə, 
yumaqcıqların 
böyüklüyünə 
(yukstamedulyar 
nefronlar 
superfistal  nefronlardan  böyükdür),  yumaqcıqların  və  proksimal 
kanalcıqların  böyrəyin  qabıq  maddəsində  yerləşmə  dərinliyinə  və 
nefronların  ayrı-ayrı  şöbələrinin  uzunluğuna,  xüsusən  nefron  ilgəyinin 
uzunluğuna  görə  fərqlənirlər.  Superfisial  nefronların  Henli  ilgəyi  qısa, 
yukstamedulyar nefronların isə uzun olur.  
Böyrəklərin  qan  təzyiqi  –  insanın  bədən  çəkisinin  yalnız  0,43%-ni 
təşkil  edən  böyrəklərin  hər  ikisindən  adi  şəraitdə  (sağlam  adamlarda) 
ürəkdən  qovulan  qanın  1/4-dən  1/5-nə  qədəri  keçir.  Böyrəyin  qabıq 
maddəsində 1 q toxumadan axan qanın  həcmi 4-5 ml/dəqiqə təşkil edir. Bu 
orqanizmimizdə ən yüksək qan təchizatına malik olan toxumalardan biridir. 
Böyrək yumaqcığı və onun qan təhcizatının elektron mikroskopik görünüşü 
şəkil 5-də aydın göstərilir. 
Böyrəyin  qan  təchizatının  xüsusiyyətlərindən  biri  də  odur  ki, 
orqanizmdə  geniş  diapazonda  dəyişən  arterial  təzyiqin  olmasına  (  90  mm 
c.s.- 190 mm c.s. qədər) baxmayaraq, böyrəklərin qan təchizatı sabit qalır. 
Bu hal böyrək qan təchizatının xüsusi tənzim sisteminin olması ilə bağlıdır. 
Qısa  böyrək  arteriyaları  qarın  aortasından  ayrılır  və  sonra  böyrəkdə  daha 
kiçik qan damarlarına bölünürlər. 


 
16 
 
Şəkil 5. Böyrək yumaqcıqlarının elektron mikroskopik təsviri 
 
Böyrək  yumaqcığına  gətirici  (afferent)  arteriya  daxil  olur  və  burada 
kapillyarlara  paylanır.  Sonra  kapillyarlar  birləşərək  aparıcı  (efferent) 
arteriolanı  yaradırlar.  Bu  damarla  qan  yumaqcıqdan  xaric  olur. 
Yumaqcıqlardan  çıxan  efferent  arteriola  yenidən  kapillyarlara  bölünərək 
proksimal və distal qıvrım kanalcıqlar ətrafında sıx kapillyar tor yaradır.  
Beləliklə,  qanın  çox  hissəsi  böyrəklərdə  iki  dəfə  kapillyarlardan– 
başlanğıcda 
yumaqcıq, 
sonra 
kanalcıq 
kapillyarlarından 
keçir. 
Yukstamedulyar  nefronların  qan  təchizatında  fərqləndirici  hal  odur  ki, 
burada  efferent  arteriola  kanalcıq  ətrafında  kapillyar  tor  yaratmır,  birbaşa 
damarlar vasitəsi ilə qan beyin maddəsinə daşınır.  
Yukstamedulyar kompleks –  bu törəmə morfoloji quruluşuna görə 
üçbucaqlıya  bənzəyir.  Üçbucağın  iki  tərəfini  afferent  və  efferent 
arteriolalar,  əsasını  isə  bərk  ləkə  (makula  densa)  adlanan  distal 
kanalcıqların hüceyrələri təşkil edir (şəkil 6)  
  
 
 


 
17 
  
 
   
 
  
Şəkil 6. Yukstaqlomerulyar aparatın quruluşu. 
 
Sidik yaranma prosesi: 
Müasir təsəvvürlərə əsasən son sidik 3 prosesin nəticəsində yaranır:  
–  süzülmə (filtrasiya);  
–  geriyə sorulma (reabsorbsiya); 
–  sekresiya; 
Sidiyin  yaranmasının  birinci  mərhələsi  böyrək  yumaqcıqlarında 
başlayır.  Burada  qanın  plazmasından  böyrək  yumaqcığı  kapsulasına 
(Şumlyanski-Boumen kapsulası) zülalsız maye (ilk sidik) süzülür.  
Distal 
kanalcıq 
Yukstaqlo-
merulyar 
hüceyrələr 
Afferent ar. 
Efferent arteriya. 


 
18 
Sonra  bu  maye  kanalcıqlarla  hərəkət  edirkən    su  və  həll  olunmuş 
maddələr müxtəlif sürətlə geriyə sorulur (kanalcıq reabsorbsiyası). 
Üçüncü proses – kanalcıq sekresiyasıdır. Nefronun epitel hüceyrələri 
qandan  və  hüceyrəarası  mayedən  bəzi  maddələri  kanalcıqların  mənfəzinə 
keçirir.  Kanalcıq  sekresiyasının  digər  yolu  kanalcıq  mənfəzinə  nefron 
hüceyrələrində  sintez  olunan  yeni  üzvi  maddələrin,  o  cümlədən,  NH4
+
  və 
H
+
  keçməsindən  ibarətdir.  Bu  proseslərin  hər  birinin  sürəti  orqanizmin 
vəziyyətindən asılı olaraq dəyişir.  
 
Yumaqcıq (qlomerulyar) filtrasiyası: 
Plazmanın  suyu  və  kiçik  molekullu  komponentləri  yumaqcıq 
süzgəcindən  (bu  süzgəc  yüksək  molekulyar  maddələri  az  keçirir)  keçirlər. 
Bu proses yumaqcıq kapillyarlarındakı qanın hidrostatik təzyiqi (insanlarda  
70  mm  c.s.)  ilə  qan  plazması  zülalının  yaratdığı  onkotik  təzyiqin  (30  mm 
c.s.) və yumaqcıq kapsulasından qan plazmasının ultrafiltrasiyasının təzyiqi 
(20 mm c.s.) arasındakı fərqin nəticəsidir [yəni, 70-(30+20)]. Aydın olur ki, 
yumaqcıq  kapillyarlarındakı  qan  təzyiqi  plazma  zülalının  onkotik  və 
yumaqcıq  kapsulasındakı  mayenin  təzyiq  cəmindən  yüksək  olduqda 
filtrasiya mümkün ola bilər.  
Yumaqcıq  kapillyarlarının  ümumi  səthi  böyrəklərin  100  q  çəkisinə 
1,5m²  təşkil  edir.  Kapillyar  mənfəzindən  kapsula  boşluğuna  süzülən 
mayenin  qarşısında  duran  filtrasiyaedici  membran  3  qatdan  ibarətdir: 
endotel  hüceyrələri,  bazal  membran  və  epitel  hüceyrələri.  Endotel 
hüceyrələri  çox  nazikdir  və  onlarda  dairəvi  və  oval  deşiklər  vardır  –  bu 
deşiklər hüceyrə səthinin 30%-ni təşkil edir.  
Normal  qan  axını  şəraitində  nisbətən  böyük  zülal  molekulları 
endotelin  məsamələri  səthində  baryer  qatı  yaradaraq  formalı  elementlərin 
və  kiçik  dispersli  zülalların  keçməsinə  mane  olur.  Plazmanın  qalan 
komponentləri  və  su  sərbəst  olaraq  bazal  membrana  çatır.  Bazal  membran 
yumaqcıq membranının çox vacib tərkib hissəsidir. İnsanlarda bu membran 
3  qatdan  ibarətdir  –  mərkəzi  və  iki  periferik  qatlar.  Bazal  membranın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə