L Dərslik komplektinin ümumi prinsipləri



Yüklə 3,78 Kb.
Pdf görüntüsü
səhifə8/56
tarix14.10.2017
ölçüsü3,78 Kb.
#4586
1   ...   4   5   6   7   8   9   10   11   ...   56

3. Sizcə, nə üçün mətn belə adlanır?
4. Mağazadakı satıcıların “imza”larını müəyyənləşdirin.
5. Yeni müdirin işə yanaşmasına münasibət bildirin və fikrinizi əsaslandırın.
Danışma
(St. 1.2.4)
4-cü tapşırığı yerinə yetirmək üçün şagirdlər cütlərlə işləyə bilərlər.
Aşağıdakı təkliflər səsləndirilə bilər:
1. Meyvə-tərəvəz şöbəsində bu ərzaqlardan hazırlana bilən xörək və sa -
latların reseptləri təklif oluna bilər. 
2. Dekorativ bitkilər haqqında maraqlı məlumatlar verə bilərlər.
3. Alıcıların arzu və təkliflərini öyrənmək üçün xüsusi qutular qoyula bilər. 
Daha sonra şagirdlər öz təcrübələrindən çıxış edərək 5-ci suala cavab
verirlər: gündəlik həyatda (məsələn, dərslərə hazırlaşarkən, araşdırma apararkən
və s.) müxtəlif problemlərin həlli zamanı istifadə etdikləri yaradıcı üsullardan
danışırlar. 
Müzakirə. Şagirdlər məktəbdə məşhur yazıçı ilə keçiriləcək görüşlə bağlı
tədbirlər planı hazırlayır və onu müzakirə edirlər. Müzakirə zamanı hər bir şagird
yaradıcı təşəbbüslə çıxış etməyə həvəsləndirilir.
Söz ehtiyatı
(St. 2.1.1)
Mətn oxunarkən şagirdlərin diqqəti bəzi sözlərə və ifadələrə
yönəldilməli və oxu zamanı onların mənası müəyyənləşdirilməlidir. Müəllim
sinfin səviyyəsinə uyğun olaraq bu söz və ifadələri özü seçsə, daha yaxşı
olar. Eyni zamanda bəzi sözlərin kontekstə uyğun gələn sinonimləri ilə əvəz
edilməsi tapşırılmalıdır. Aşağıdakı sözlərin mənaları soruşula bilər: şayiə, rəğ -
bət, ovqat, qiyabi, aforizm. 2-ci mətndaxili sual da söz ehtiyatının zənginləş -
 diril məsinə xidmət edir.
3-cü tapşırıq yerinə yetirilərkən “imza” sözünün omonim, yoxsa çoxmənalı
söz olması ilə bağlı kiçik debat təşkil etmək olar. “Yox millətimin xətti bu im -
za lar içində...” (M.Hadi) misrasında bu sözün hansı mənada işləndiyini so -
ruşmaq da yerinə düşərdi.
Yazı
(St. 3.1.1)
6-cı tapşırıqda verilmiş aforizmləri müxtəlif aspektlərdən mətnin
ideyası ilə bağlamaq mümkündür. Şagirdlərə tapşırılmalıdır ki, başlıq seç -
dikləri aforizmə münasibət bildirərkən həyatda qarşılaşdıqları hadisələrə əsas -
lansınlar. Bu hadisələr yaşlarına uyğun sadə və ya uydurulmuş da ola bilər.
Əsas məsələ yazılan essenin aforizmin mənası ilə bağlı olmasıdır. 
Dil qaydaları
(St. 4.1.2; 4.1.4)
Birinci dərsdə dil qaydaları üzərində fəaliyyət VI sinifdə
keçilmiş dil qaydalarının təkrarı üçün nəzərdə tutulmuşdur. 
22

BÖLMƏ
Çap üçün deyil


Dərslikdə verilmiş 7-ci tapşırıq ismin sifətləşməsi və sifətin isimləşməsini
şagirdlərin nə dərəcədə mənimsədiyini yoxlamaq üçün nəzərdə tutulmuşdur. 
8-10-cu tapşırıqlar mürəkkəb sözlərin yazılış qaydaları ilə yanaşı, sözlərin
qrammatik mənasının da təkrarını nə zər də tutur. Şagirdlər bu sözlərin yazılışını
lüğət vasitəsilə də müəy yən ləşdirə bi lərlər. Lakin mürəkkəb sözlərin bitişik və
ya defislə yazılışı ilə bağlı aşağı si niflərdə keçilmiş qaydaların şagirdlərə xa -
tır ladılması da tövsiyə olunur. 
Keçilmiş digər mövzuları yoxlamaq üçün  aşağıdakı tapşırıqları yerinə yetir -
mək təklif edilir:
1. İsimləri quruluşca növünə görə qruplaşdırın.
böyürtkən, hərbçi, çaxmaq, çəki, daraq, kitabxana, bağ-bağat, gəlin,
qonum-qonşu, yer-yemiş, qızılbalıq, qalıq, həyat, dağıntı, əhəmiyyət,
Qarabağ, ilmə, sancı, bacı-qardaş, ev-eşik, əlcək, sənətkar
2. Mənsubiyyət şəkilçili sözləri seçib dəftərinizə köçürün.
Qar aramsız yağırdı. Hər yer dümağ örtüyə bürünmüşdü. Elə bil kəndin
üs tünə ay doğmuş və hər yeri işıqlandırmışdı. Bu onun xoşuna gəlmədi. Belə
qarlı günlərdə hər qaraltı aydınca seçilirdi.
O, sakitcə tövləyə girdi. Atların nəfəsindən tövlə isinmişdi. Atına yaxınlaşdı.
Həmişə yəhərli-yüyənli saxladığı kəhərin telini sığalladı, üzənginin möhkəm -
liyini yoxladı. Əlini atın sağrısına çəkdi, boynunu, üzünü sığalladı, sonra göz -
lə rindən öpdü. (İ.Ş.)
3. İsimləşən sifətləri tapıb dəftərinizə köçürün, quruluşca növünü müəy yənləş -
dirin.
1. Evdəkilərin hamısının başına toplanmasını, onunla maraqlanmasını çox
sevərdi. 2. Onlar tüfəngin qundağı ilə oğlunun çiyninə vurduqca qoca dəli kimi
əsgərlərin üzünə baxırdı. 3. Dövran niyə qanı udur? Qansızları əziz tutur?
(N.X.) 4. Pəncərənin kənarına düzülmüş dibçəklərdəki güllərin qırmızısı da,
sarısı da, bənövşəyisi də indi Ələsgər müəllim üçün dünyanın kədərli, dərdli
işlərindən xəbər verirdi. (E.) 5. Hər sözə getmə, hamıya inanma, düzü yalan-
dan seç, dilinə də yalan gətirmə! (Ə.B.) 6. Bu bulud parçası indi onun
pəncərədən gördüyündən daha tünd idi, qaraya çalırdı. 
4. Köçürün, numerativ sözlərin altından xətt çəkin. Səhv işlənmiş numerativ
sözü müəyyənləşdirin.
1. A kişilər, vallah, billah, tumunuzdan bir dənə dənizə düşsə, bütün balıqlar
diplomat olar, bayraq götürüb ingilisə ultimatum verərlər.  (C.Cabbarlı)
Sadə
Düzəltmə
Mürəkkəb
23
FƏRD VƏ CƏMİYYƏT
Çap üçün deyil


2. Bir dilim qarpız olsaydı, yeyərdim, ürəyim sərinlərdi. (S.Qədirzadə)
3. Bir cüt corab, bir də yun şərf büküb verdi. (M.İbrahimov)
4. İndi səkkiz il idi ki, muzdur Məşədi Əsgər Qanlı təpədə bir arvadı və üç
baş xırdaca uşaqları ilə ayda iyirmicə manat məvacibə qənaət edərək
dolanırdı. (S.M.Qənizadə)
5. Qalxıb mətbəxə gedəcəksən, kranı açıb bir stəkan soyuq suyu bir nə -
fəsə başına çəkəcəksən.  (Y.Səmədoğlu)
6. Bir dəstə oğlan uşağı dəmir yolunun qırağında daş seçirdi. (M.Oruc)
5. Əvəzlikləri seçib məna növlərinə görə ayrı-ayrı sütunlarda yazın.
1.  Bu evi yıxılmış tacirlər qoymazlar gözümüzün acısını alaq. (C.B.) 
2. Əgər sənin sözünə baxıb getməsəydim, ya gərək səni götürüb qaçay dım,
ya indiyədək hələ atan evində qalaydın. (M.F.Axundov) 
3. Mən necə tədbir töksəm, o qayda rəftar edərsiz. (N.Vəzirov)
4. İndi əvəzində biz də gərək Mirzənin xəcalətindən çıxaq. (Ə.H.) 
5. Bircə ölməyəydim, o günü görəydim Sara bu qapıdan girir içəri. (C.M.) 
6. Bu gecə yaxşı konsert var, icazə versəydiniz, radionu açardıq. (İ.Ə.) 
7. Onu sən özün rədd edə bilməzsən. O zaman evdəki dövləti buraxıb
çıxmalısan. (M.S.O.)
8.  İnsan özünü öyrəndiyi zaman bu cəhətlərə də diqqət verməlidir.
(M.S.O.) 
9. Hər bir yaranan yaşamalıdır, lakin yaşamaq fərdi və xudbini deyil, ictimai
olmalıdır. Fərd yaşarkən cəmiyyət içərisində yaşar və fərdi deyil,
cəmiyyət faydasına çalışaraq yaşar. (Y.V.Ç.)
6. Feilləri şəkillərinə görə qruplaşdırın.
1. Şəhərdən və ya Atabəy parkından tutulub bura göndərilən məhbusları
mən yerbəyer eləməliyəm. (P.M.) 2. Atdan düşüb eşşəyə minsin ki, bəlkə,
bəxti açıla. (Ə.) 3. Səbinə hiss edirdi ki, artıq geriyə yol yoxdur, həbsxanadan
söhbət salıbdırsa, axıra kimi davam etdirməlidir. 4. Heç kəs özündən da -
nışmazdı, onun-bunun söhbətini edərdilər. (C.Ə.) 5. Kaş onun əvəzinə
tamaşaya Nuru gələydi. (H.A.) 6. Mən indi kimə inanım, kimə arxalanım, kimə
bel bağlayım? (F.K.) 7. Günəşi örtsə də qara buludlar, Yenə günəş adlı bir
qüdrəti var. (S.V.) 8. Duy, mənim ürəyim, duy insanları, Kədər dünyasını duy
incə-incə. (Ə.K.)
Qiymətləndirmə
Müəllim girişdə verilmiş rubrik nümunələrinə əsasən (səh. 18-19), müxtəlif ba -
carıqların yoxlanılması üzrə rubriklər hazırlamalı və qiymətləndirmə aparmalıdır.
24

BÖLMƏ
Çap üçün deyil


Yüklə 3,78 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə