Kurs işi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti


§2. Biznes-Planın hazırlanma prosesi



Yüklə 71,39 Kb.
səhifə3/4
tarix27.01.2023
ölçüsü71,39 Kb.
#99555
1   2   3   4
kurs ishi turqut


§2. Biznes-Planın hazırlanma prosesi

Biznes-planın hazırlanması prosesi layihənin reallaşdırılması sisteminin ardıcıl şərh edilməsidir, yəni investoru və tərəfdaşı biznes-planın düzgünlüyünə və faydalı olmasına, habelə onda iştirakın vacibliyinə inandırmaqdır. Layihənin reallışdırılmasında əsas an, adətən işgüzar yazışmalarda olur, həmin hadisələrin detallaşdırılması və onların hazırlanması isə biznesplanlarda əks etdirilir. Biznes-planlaşdırma prosesi müəssisənin təşkilatihüquqi və maliyyə təminatı elementlərində çatışmazlıqları aşkara çıxarır.


Biznes-planlaşdırmada aşağıdakı əsas məsələlərin nəzərə alınması çox vacibdir: məhsulun (xidmətin) istehsal imkanlarının, zəruriliyinin və həcminin əsaslandırılması; potensial istehlakçının aşkara çıxarılması; daxili və xarici bazarlarda məhsulun rəqabətqabliyyətinin müəyyən edilməsi; öz bazar seqmentinin müəyyən edilməsi; müxtəlif səmərəlilik göstəricilərinə nail olunması; biznes ideyasının təşəbbüskarının kapitalının kifayət qədər olmasının əsaslandırılması və maliyyələşdirmə mənbələrinin aşkara çıxarılması.

Beləliklə, biznes-plan kompleks şəkildə aşağıdakı məsələləri özündə əks etdirir:


- layihənin faydalı olmasına investoru inandıra biləcək dəlillər sisteminin şərh edilməsi;
- müəssisənin fəaliyyət göstərmə qabiliyyətinin və gələcək dayanıqlığının müəyyənləşdirilməsi;
- sahibkarlıq fəaliyyəti risklərinin qabaqcadan dərk edilməsi, qiymətləndirilməsi;
- kəmiyyət və keyfiyyət göstəriciləri şəklində biznesin inkişafının prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
- planlaşdırma sahəsində qazanılmış qiymətli təcrübənin köməyilə müəssisənin rəqabətqabliyyətinin yüksəldilməsinə perspektiv (strateji) baxışın inkişaf etdirilməsi.

Azərbaycan Respublikasının hazırkı iqtisadi durumunda mülkiyyət hüququnun, uzunmüddətli imtiyazların və xammalın alınması, müzdlu işçilərin tutulmasından hazır məhsulun təchizatına qədər bütün üstünlükləri birləşdirən rəqabət üstünlüklərinin məcmusu kimi biznes-xəttlərin (məhsuldar xəttlər, investisiya layihələri) yaradılması daha cəlbedici ola bilər.


Biznes-planın işlənib hazırlanması prosesinin arxitektur qurulmasını və onun əsas iştirakçılarını aşağıdakı kimi təsvir etmək olar.

Biznes-planın yerinə yetirdiyi funksiyalar firmadaxili və firmaxarici funksiyalara ayrılır.


Firmadaxili funksiyalara aşağıdakılar aid edilir:
• firmanın inkişaf strategiyasının və fəaliyyət istiqamətlərinin müəyyən edilməsi;
• yeni növ məhsulların (xidmətlərin) mənimsənilməsi layihələrinin hazırlanması və reallaşdırılması;
• firmadaxili elmi-texniki və istehsal-kommersiya potensialının qiymətləndirilməsi;
• yeni avadanlıq və texnologiyaların alınması üzrə tədbirlərin həyata keçirilməsi;
• mövcud işçilərin ixtisaslarının artırılması və yeni kadrların seçilib işə qəbul edilməsi;
• firmanın maliyyə vəziyyətinə nəzarət;
• sahibkarlıq risklərinin aşağı salınması;
• firmanın müsbət imicinin formalaşdırılması;
• firmanın fəaliyyətindəki geriləmə, tənəzzül prosesi haqqında xəbərdarlıq.

Firmaxarici funksiyalara aşağıdakıları aid etmək olar:


• layihənin reallaşdırılması üçün zəruri investisiyanın cəlb edilməsi;
• fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə satılmasının təmin edilməsi;
• layihənin məqsədəuyğunluğunun təşkilati-maliyyə əsaslandırılması;

Azərbaycan Respublikasında biznes-planın hazırlanması üzrə sənəd 2002-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Sahibkarlara Kömək Milli Fondu tərəfindən hazırlanmış Metodik tövsiyələrdir. Bu sənəddə biznes-planın mahiyyəti, məzmunu, bölmələri və onların hazırlanmasına qoyulan tələblər şərh edilmişdir. Sahibkarlar kredit götürərkən bu tövsiyələr əsasında hazırlanmış biznes-plan təqdim edirlər.


Biznes-planın işlənib hazırlanmasına başlamazdan öncə bütün kompleks zəruri informasiyaları almaq lazımdır.
Biznes-planın hazırlanmasında birinci mərhələ lazımi informasiyanın alınması mənbələrinin müəyyən edilməsini nəzərdə tutur. Biznes-planın hazırlanmasında ikinci mərhələ onun məqsədinin müəyyən edilməsidir. Məqsəd biznes-planın həll edəcəyi, problemlərin siyahısı əsasında müəyyən olunur. Xatırlatmaq lazımdır ki, yalnız düzgün və keyfiyyətli biznes-plan əsasında müəssisənin daxili və xarici məqsədlərinə nail olmaq mümkündür.
Biznes-planın daxili və xarici məqsədləri aydınlaşdıqdan sonra üçüncü mərhələyə, yəni özünün məqsədli oxucularının dəqiq müəyyənləşdirilməsinə başlamaq olur. Bu yalnız təşkilatın daxili iştirakçısı olacaq, yaxud təşkilatın öz investorunu görmək istədiyi xarici şəxs – səhmdarlar, kommersiya bankları, vençur kapitalisti.
Oxucuların seçilməsi biznes-planın məzmununun spesifikliyini, firmanın bu və ya digər tərəfinin ayrılması zəruriliyini, iqtisadi göstəricilərini müəyyən edir.
Biznes-planın daxili və xarici problemlərini qiymətləndirərkən onların qarşılıqlı yaranma imkanları nəzərə alınmalıdır. Məsələn, xarici məqsəd – investorların cəlb edilməsi; təkcə kreditor kimi deyil, biznesin tamhüquqlu iştirakçısı kimi şərait yaratmaq.
Sonrakı hərəkət – konkret ünvanın müəyyən edilməsi, biznesplanın layihəsini kimə göndərmək (səhmdar cəmiyyəti, kommersiya bankı, vençur firması).
Vençur (riskli) firması – sahibkarlıq layihələrinin onun həyata keçirilməsinin müxtəlif mərhələlərində maliyyələşdirilməsi, habelə ayrıca riskli biznes növünün maliyyələşdirilməsi sahəsində ixtisaslaşdırılmış təşkilatdır. Vençur kapitalının fəaliyyətində başlıca – ən yüksək mənfəət almaq məqsədilə riskli müəssisələrə vəsait qoymaq – Azərbaycan iqtisadiyyatında vençur kapitalı hələlik zəif təqdim olunur.
Sonrakı mərhələ – tərtib olunan sənədin strukturunun müəyyənləşdirilməsidir. Adətən biznes-planda olur: titul vərəqəsi, xülasə, biznesin tarixi, əgər müəssisə artıq fəaliyyət göstərirsə, məhsulun (xidmətin) təsviri, sahənin vəziyyəti, əmtəə bazarının xarakteristikası, rəqiblərin qiymətləndirilməsi və rəqabət strategiyasının seçilməsi, istehsal planı, marketinq planı, təşkilati plan, maliyyə planı və riskin qiymətləndirilməsi, tədqiqat və işləmələr planı, risklərin sığortalanması və s.
Daha sonra biznes-planın bütün bölmələrini hazırlamaq üçün informasiyaların toplanması həyata keçirilir.
Biznes-plan obyektiv reallığı əks etdirən texniki-iqtisadi məlumatlar əsasında işlənib hazırlanmalıdır. Bazar iqtisadiyyatı amillərinə, elmi-texniki nailiyyətlərə, təşkilati-texnoloji reallıqlara əsaslanmayan biznes-planla həyata keçirilən sahibkarlıq fəaliyyətindən müvəffəqiyyət gözləməyə dəyməz. Ona görə də biznes-planın hazırlanmasına formal yanaşmaq olmaz. Bu cür yanaşma sahibkarlıq fəaliyyətinə tamamilə ziddir. Biznes-planların hazırlanması zamanı aşağıdakılara əsaslanmaq lazımdır:
• müəyyən bir məhsul istehsalı və yaxud xidmətin göstərilməsini nəzərdə tutan konkret təklifin (layihənin) olması;
• oxşar məhsul istehsalı və xidmət göstərilməsi ilə məşğul olan müəssisələrin istehsal-təsərrüfat və kommersiya fəaliyyətinin hərtərəfli öyrənilməsi;
• idarəetmədə istifadə olunan texniki-iqtisadi, maliyyə-kredit və sosialtəşkilati mexanizmlərin öyrənilməsi.
Biznes-planın hazırlanması 2 mühüm mərhələni əhatə edir:
I mərhələdə təşkil ediləcək biznes, onun satış bazarı, cəlb ediləcək maliyyə mənbələri və s. haqqında zəruri informasiyalar toplanılır.
II mərhələdə toplanmış informasiyalar sistemləşdirilir.
Biznes-plan hazırlanan zaman nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi mərhələlərinə və ardıcıllığına diqqət yetirilməli, tələb olunan vəsaitin həcmi, xərclərin öz vəsaiti və ya cəlb edilmiş vəsaitlər hesabına ödənilməsi, gözlənilən nəticələr və sair göstəricilər hesablanmalı və uzlaşdırılmalıdır.
Qeyd etmək lazımdır ki, cəlb olunmuş vəsaitlərin çox olması, həmin layihənin həyata keçirilməsinin bir o qədər riskli olduğunu göstərir. Ona görə də, daxili maliyyələşdirmə mənbələrinin aşkar olunmasına xüsusi diqqət yetirilməlidir. Biznes-plan əsasında aşağıdakı mühüm iqtisadi məsələlər həll edilir.
• müəssisənin strateji inkişaf konsepsiyasının məqsədəuyğunluğunun iqtisadi cəhətdən əsaslandırılması;
• müəssisənin fəaliyyətindən əldə ediləcək məhsul istehsalı və satışı həcminin, maliyyə nəticələrinin, mənfəətin və sair göstəricilərin hesablanması;
• müəssisənin qarşısında qoyulan məsələlərin həlli üçün lazım olan maliyyə mənbələrinin müəyyənləşdirilməsi;
• strateji inkişaf xəttinin həyata keçirilməsi üçün texniki və təşkilati tədbirlərin müəyyənləşdirilməsi.

Biznes-plan hazırlanan zaman görüləcək konkret işlərin siyahısı dəqiqləşdirilir və lazım olan maddi və əmək ehtiyatları qiymətləndirilir. Görüləcək işlər üzrə fəaliyyət proqramı kimi, biznes-plan işgüzar təkliflərin hazırlanmasının və həyata keçirilməsinin əsasını təşkil edir.


Effektiv bir biznes-plan üçün altı addım:


Addım 1: Missiyanızı qurun


Əslində, missiya bəyanatınız biznesinizin niyə mövcud olduğunu izah edir. Problem və ya əsas qərarla qarşılaşdığınız zaman cavabı missiyanız sizə bildirəcək. Biznesə niyə başladığınızı düşünün və gələcəkdə onun harada olmasını istədiyinizi təsəvvür edin. Bu iki element sizin missiya bəyanatınızı təmin edəcək.

Addım 2: SWOT-unuzu təhlil edin


Missiya bəyanatınızı nəzərə alaraq, biznesinizin güclü, zəif tərəflərini, imkanlarını və təhdidlərini təhlil edin. Hər bir kateqoriyanı tam olaraq sadalayın və dürüst olun. Düzgün yerinə yetirildikdə, bu 'SWOT' təhlili sizə bütünlükdə biznesinizə obyektiv, tənqidi, emosional nəzər salmağa kömək edəcək.

Addım 3: Bir plan hazırlayın


Bu məşqi sınayın: hər SWOT kateqoriyasından üç-beş mühüm element seçin. Sonra güclü tərəflərinizi artırmaq, zəif tərəflərinizi düzəltmək, imkanlarınızdan maksimum istifadə etmək və təhdidlərinizi ləğv etmək üçün məqsədlər qoyun. Məsələn, diqqətinizi xüsusilə uğurlu məhsul və ya xidmətə (güclü cəhət) daha çox yönəltməyə qərar verə bilərsiniz və az gəlir (zəiflik) üçün vaxt və pul sərf edən yan layihədən imtina edə bilərsiniz. Unutmayın ki, hər şeyi özünüz edə bilməzsiniz. Tapşırıqları necə həvalə edəcəyinizi və bütün işçiləri cəlb edəcəyinizi düşünün. Mənfi cəhətlər üzərində dayanmaqdan çəkinin - biznesi təkmilləşdirmək üçün özünüzə real strategiyalar təyin edin.

Addım 4: Büdcə yaradın


Bütün missiya və strategiyaların uğur qazanması üçün pul lazımdır. Ağıllı büdcə sizə müntəzəm olaraq xərclərinizi nəzərdən keçirməyə və maliyyə baxımından faydalı qərarlar qəbul etməyə kömək edəcək. Büdcənizi təyin edərkən müxtəlif amilləri nəzərə almalı ola bilərsiniz. Burada sizə kömək edə bilərik - niyə bizə zəng etməyək?

Addım 5: Yazılı şəkildə qoyun


Hazır planınızı yazdığınızdan əmin olun. Missiya bəyanatını, SWOT təhlilini, məqsədləri və planları, büdcəni və proqnozları daxil edin və kimin nəyə görə məsuliyyət daşıdığını aydınlaşdırın. Bunu əsas işçi heyətiniz və səhmdarlarınızla paylaşın və onların töhfəsini təşviq edin.

Addım 6: Onu canlı sənədə çevirin


Bu vacibdir! Biznes planınızı sizin və əməkdaşlarınızın tez-tez yeniləyə və təkmilləşdirə biləcəyi canlı sənədə çevirin. Tərəqqinizi izləmək və strategiyanızı lazım olduqda yenidən tənzimləmək üçün aylıq nəzərdən keçirməyi düşünün. Planın məqsədlərinə çatmaq üçün özünüzü və işçilərinizə cavabdeh olun və hər kəsi motivasiya etmək üçün həvəsləndirici proqram tətbiq etməyi düşünün. Unutmayın ki, yaxşı biznes planı yekun sənəd qədər proseslə bağlıdır. Planınızı yaratmaq, işinizin reallıqlarına gözlərinizi açacaq. Onu yeni saxlamaq düzgün yolda qalmağınıza kömək edəcək.


Biznes-Planın tərtib edilməsinin üç mühüm əhəmiyyəti vardır:
1. Biznes-Plan – biznesin, yəni gəlir əldə etməyin idarə olunmasının əsaslarını hazırlamaqda istifadə edilə bilər.
2. Biznes-Plan elə bir alətdir ki, iş adamı onun köməkliyi ilə təsərrüfatın müəyyən dövr ərzində faktiki fəaliyyətinin nəticələrini qiymətləndirə bilər.
3. Biznes-Plan – təsərrüfatın inkişafına pul vəsaitinin cəlb edilməsinin, «tapılmasının» vasitəsidir.
Qeyd olunanlar bir daha onu sübut edir ki, hər bir iş adamı üçün əvvəlcədən Biznes-Planın tərtib edilməsi olduqca vacibdir və əksinə, bunsuz işə başlamaq kompassız okeana çıxmağa və tanımadığın bir ölkəyə xəritəsiz səyahətə getməyə bənzəyir. Elə buna görədir ki, ölkəmizdə sahibkarlığın inkişafına kömək etmək istəyən xarici ölkə sərmayədarları və ya iş adamları burada olarkən ilk növbədə sahibkarlıqla məşğul olmaq istəyən adamların Biznes-Planlarının olub-olmaması ilə maraqlanırlar. Əgər bu plan yoxdursa onlar belə əməkdaşlıqdan imtina edirlər.
Biznes-Plan müqəddimədən, yəni girişdən və iki fəsildən ibarət tərtib edilir: Birinci fəsildə biznesin təsviri, ikinci fəsildə isə maliyyə planı verilir. Lakin bilmək lazımdır ki, bu fəsillər bir-biri ilə üzvü surətdə bağlıdır və biri – digərini tamamlayır. Yəni maliyyə planını hazırlayarkən hökmən biznesin təsviri fəslində müddəalara əsaslanmalıdır.

Yüklə 71,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə