Kurs işi Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti



Yüklə 71,39 Kb.
səhifə2/4
tarix27.01.2023
ölçüsü71,39 Kb.
#99555
1   2   3   4
kurs ishi turqut


§1 . Biznes-Planın mahiyyəti

Biznes-plan müəssisənin fəaliyyətinin planlaşdınlmasının mütərəqqi formasıdır. Biznes dünyasında müvəffəqiyyət əhəmiyyətli dərəcədə indiki vaxtda və gələcək dövrdə müəssisənin fəaliyyətindəki dəyişiklikləri başa düşmək və nəzərə almaqdan asılıdır.


Biznes-plan sahibkarların üzləşdikləri başlıca problemlərin təhlil edildiyi və onların həllinin əsas üsullarını müəyyənləşdirən sənəddir. Məhz biznes-planın köməyi ilə menecer bazarda baş verə bilən dəyişiklikləri və gözlənilməz problemləri qiymətləndirmək imkanına malikdir.
Bazar iqtisadiyyatı şəraitində ən çox işlədilən terminlərdən biri biznes-plandır. Biznes-plan aktuallığı ‘ onunla müəyyən edilir ki, heç bir ciddi idarəetmə qərarı bu və ya digər formada biznes-plan təqdim etmədən qəbul edilə bilməz.
Biznes-plan müəssisenin inkişaf planıdır, müəssisənin mövcud fəaliyyətinin inkişafı və yeni fəaliyyət növünün mənimsənilməsi, biznesin yeni növ və formalarını yaratmaq üçün zəruri olan sənəddir.
Sahibkara öz biznesini yaradarkən texniki vasitələr almaq və dövriyyə fondunu formalaşdırmaq üçün investisiya qoyuluşu tələb olunur. Aydındır ki, müəssisənin nizamnamə kapitalının həcmi biznes fəaliyyətini genişləndirmək üçün çox vaxt kifayət etmir. Buna görə də sahibkann Öz vəsaitinə əlavə investisiyanın, yəni maliyyə təşkilatlannm kredit resurslannın və potensial investorların vəsaitlərinin cəlb edilməsi zərurətə çevrilir. Əlavə maliyyə resursları almaq üçün biznes layihəsinin iqtisadi səmərəliliyi əsaslandırılmalıdır. Biznes layihəsinin reallaşdınimasından alınacaq nəticələrin kompleks təhlili aparılır və biznes-planda əks etdirilir,
Biznes-plan kifayət qədər geniş və tutumlu anlayışdır. Layihənin texniki-iqtisadi əsaslandırılması (TİƏ), investisiya layihəsi kimi terminlər ona çox yaxındır. Buna görə də biznes-plan anlayışının mənasını araşdırmamışdan əvvəl terminologiyadakı bir sıra fərqləri aşkarlamağa cəhd göstərək.
Göstərilənlər içərisində biznes-plan ən ümumi termindir, çünki adı çəkilən hər iki termini özündə birləşdirir. Bununla yanaşı, TİƏ həmişə həm biznes-planın, həm də investisiya layihəsinin tərkib hissəsidir. İnvestisiya layihəsi isə kənardan əlavə vəsaitlərin cəlb edilməsinə və ya vəsaitlərin tərkib hissələri arasında yenidən bölünüb paylanmasına əsaslanır. Biznes-plan, bir qayda olaraq, investisiyaların cəlb edilməsinə istiqamətlənərək mövcud biznesin iqtisadi dərk edilməsi məqsədilə və ya özünün gəlirlərinin toplanması hesabına onun daxili inkişafı məqsədilə tərtib edilə bilər. Bundan əlavə, investisiya layihəsi dedikdə elə ənənəvi layihələr nəzərdə tutulur ki, iqtisadi mənfəət gətirməyə qadirdir. Müəyyən sosial səmərə gətirməyə yönəlmiş investisiya proqramı da biznes-plan sayıla bilər.
Biznes-plan deyəndə müəssisə və təşkilatın təsisi, rekonstruksiyası, fəaliyyəti üzrə işçi sənədlərin hazırlanmasının nəticəsi nəzərdə tutulur. Bu nəticə müəyyən zaman kəsiyində və müəyyən şərtlər daxilində biznesin iqtisadi dayanıqlılığını və səmərəliliyinin dərəcəsini dərk etməyə və təsvir etməyə istiqamətləndirilmişdir.

Biznes-plan dedikdə yeni istehsalat müəssisəsinin və ya mal və xidmətlərin satılması sisteminin yaradılmasına və ya fəaliyyət göstərən köhnəsinin modernləşdirilməsinə yönəldilmiş əsaslı tikintini, texnologiyanın əldə edilməsini, avadanlığın alınmasını, kadrların hazırlanması tədbirlərini özündə birləşdirən kompleks plan nəzərdə tutulur.


Bazar iqtisadiyyatı şəraitində ən çox işlədilən terminlərdən biri biznesplandır. Biznes-plan aktuallığı onunla müəyyən edilir ki, heç bir ciddi idarəetmə qərarı bu və ya digər formada biznes-plan təqdim etmədən qəbul edilə bilməz.
Biznes-Planın tərtib edilməsi olduqca vacibdir və əksinə, bunsuz işə başlamaq kompassız okeana çıxmağa və tanımadığın bir ölkəyə xəritəsiz səyahətə getməyə bənzəyir. Elə buna görədir ki, ölkəmizdə sahibkarlığın inkişafına kömək etmək istəyən xarici ölkə sərmayədarları və ya iş adamları burada olarkən ilk növbədə sahibkarlıqla məşğul olmaq istəyən adamların Biznes-Planlarının olub-olmaması ilə maraqlanırlar. Əgər bu plan yoxdursa onlar belə əməkdaşlıqdan imtina edirlər. {1-səh-443-444}

Biznes planlaması müxtəlif yollarla həyata keçirilə bilər. İstənilən vaxt yuxarı rəhbərlik biznesin uğurunu planlaşdırmaq üçün bir araya gəlir, bu, biznes planlaşdırmanın bir formasıdır. Biznesin planlaşdırılması adətən biznesin cari vəziyyətinin, eləcə də daha geniş bazarın vəziyyətinin xülasəsini əks etdirən rəsmi biznes planında ideyaların toplanmasını və biznesin gələcək dövrdə fəaliyyətini yaxşılaşdırmaq üçün atacağı ətraflı addımları əhatə edir.
Biznes planları təkcə puldan ibarət deyil. Biznes plan uğurlu biznesə başlamaq və idarə etmək üçün lazım olan ümumi planlaşdırmanı əks etdirir və bu, mənfəəti əhatə edir, lakin o, həm də bundan kənara çıxır. Plan rəqabətin əhatə dairəsini müəyyənləşdirməkdən və yeni biznesinizin sənayeyə necə uyğunlaşacağını öyrənməkdən tutmuş işçilərin mənəviyyatını qiymətləndirməyə və istedadı necə saxlamağı planlaşdırmağa qədər hər şeyi nəzərə almalıdır.


Hər bir yeni biznesin biznes planına ehtiyacı var - yeni biznesinizi necə inkişaf etdirəcəyiniz, tədqiqatla dəstəklənən və biznes ideyasının nə dərəcədə real olduğunu göstərən plan. Əgər yeni biznes ideyanız investisiya kapitalı tələb edirsə, ideyalarınızı dəstəkləmək üçün möhkəm biznes planınız varsa, maliyyə institutlarından, mələk investorlardan və ya vençur kapitalistlərindən borc və ya kapital maliyyələşdirməsi əldə etmək şansınız daha yüksək olacaq.


Biznes-planın strukturu zəruri investisiyanın həcmindən, biznesin miqyasından, firmanın maliyyə sabitliyinin səviyyəsindən, həmçinin firma tərəfindən təklif olunan əmtəə və xidmətlərin növləri üzrə bazarın vəziyyətindən asılıdır. Biznes-plan sahibkarlara imkan verir ki, öz imkanlarını və biznes layihəsinin səmərəliliyini qiymətləndirsin və onun məqsədəuyğunluğu haqqında əsaslandırılmış qərar qəbul etsin. Biznes-planın sahibkarlar üçün nə demək olduğunu planlaşdırma sahəsində tanınmış mütəxəssis Q.Rayen belə qiymətləndirmişdir: «Özünü düşünmək və özünü satmaq».
Biznes-plan biznesin müasir və gələcəyi haqqında obyektiv və məqsədəuyğunluğu təmin edən məlumatları və mühüm aspektləri əks etdirən kompleks sənəddir. Başqa sözlə, biznes-plan biznesin optimallaşdırılmasının plan proqramıdır. {4-səh-222}

Biznes-planlaşdırma aşağıdakı problemlərin həllinə imkan verir:


• müəssisənin tədiyyə qabiliyyətini müəyyənləşdirir, sahibkarlıq fəaliyyətində riskləri azaldır;
• biznesin inkişaf perspektivlərinin kəmiyyət və keyfiyyət göstəricilərini konkretləşdirir;
• potensial investorların diqqət və marağını artırır, dəstəyini təmin edir;
• planlaşdırmanın müsbət təcrübəsini əldə etməyə kömək edir.

Ənənəvi plandan fərqli olaraq biznes-planın təşkili bütün tərəfdaşların, maraqlı şəxslərin mənafeyini nəzərə alır. İnvestorlardan başqa belə şəxslər potensial istehlakçılar və malgöndərənlər kimi çıxış edirlər. Adətən biznesplan sahibkar ilə investorlar və partnyorlar arasında danışıqlar aparmağa başlamaq üçün zəmin sayılır.


Biznes-plan, strateji plan kimi, uzun dövrü əhatə edə bilər (adətən 3-5 ili, bəzən daha çox). Bununla belə strateji plan ilə biznes-plan arasında bir sıra fərqlər vardır:


• biznes-plan müəssisənin inkişafının kompleks məqsədinə deyil, yalnız onlardan birinə – hansı ki, müəyyən biznes növünün yaranması və inkişafı ilə bağlı, yaxud müəyyən tədbirin həyata keçirilməsi ilə əlaqədar məqsədə yönəldilir. Biznes-plan adətən müəssisənin inkişafına yönəlir, halbuki strateji plan müəssisənin strategiyasının başqa tiplərinə əsaslanır.


Strateji plan vaxtın artması ilə proqramdır. Hər il plan yerinə yetirildikcə strateji plan təhlil olunur və korrektə edilir. Biznes-plan isə müvəqqəti çərçivədir, başa çatanda qarşıya qoyulan məqsədə mütləq nail olmalıdır.
Biznes-planın işlənib hazırlanmasında əsas məqsəd mövcud imkan və resurslardan daha səmərəli istifadə edərək müəssisənin mənfəətini (gəlirini) maksimum artırmaqdır. Bununla yanaşı müəssisənin inkişaf strategiyasından asılı olaraq biznes-planın müxtəlif məqsədləri də ola bilər:
- arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsini aydınlaşdırmaq;
- mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyətin yaranmasının məqsədəuyğunluğunu maraqlı şəxslərə sübut etmək;
- yeni ideyanın reallaşması üçün tərtib olunmuş layihədə göstərilən keyfiyyət və kəmiyyət göstəricilərinə nail olmağın mümkünlüyünü sahibkarın tərəfdaşlarına sübüt etmək;
-xarici bazara çıxış və investisiyaların cəlb edilməsi.

Biznes-plan sahibkara aşağıdakı əsas problemləri həll etməyə imkan verir:


- firmanın konkret fəaliyyət istiqamətlərini, məqsədyönlü bazarı və bu bazarda firmanın mövqeyini müəyyən etmək;
- firmanın uzunmuddətli və qısamüddətli məqsədlərini dəqiqləşdrmək, onlara nail olmağın strategiya və taktikasının həyata keçirilməsinə görə məsul şəxslərin müəyyən edilməsi;
- firmanın maliyyə vəziyyətini, qoyulan məqsədlərə nail olmaq üçün mövcud maliyyə və maddi ehtiyatların uyğunluğunu qiymətləndirmək, biznes-planın həyata keçirilməsində qarşıya çıxa biləcək təhlükələri öncədən görmək.

Biznes-plan tərtib etmədən fəaliyyət göstərən sahibkar özü üçün tamamilə gözlənilməz olan məsələlərlə qarşılaşaraq çox çətin vəziyyətə düşə bilər ki, bu da öz növbəsində həmin sahibkarın özü üçün, həm də onun firması üçün ağır nəticələrə gətirib çıxarar. Sahibkarlıq fəaliyyətinin planlaşdırılmasının əhəmiyyəti aşağıdakılardan ibarət ola bilər:


- sahibkarı öz ideyasının perspektivlərini öyrənməyə məcbur edir;
- məqsədə çatmaq üçün göstərilən səyləri daha da dəqiq əlaqələndirməyə imkan verir;
- nəzarətin həyata keçirilməsi üçün firmanın fəaliyyət göstərməsini müəyyən edir;
- sahibkara öz məqsədlərini və ya onlara nail olmaq yollarını dəqiqləşdirməyə imkan verir;
- firmanın bazardakı qəfil dəyişmələrə daha çox hazırlıqlı edir;
- sahibkarın muzdlu işçilərinin məsuliyyət və vəzifələrini dəqiqləşdirməyə imkan verir.

Yüklə 71,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə