Kulliyyat-14. esas doc



Yüklə 2,82 Kb.
Pdf görüntüsü
səhifə93/96
tarix15.03.2018
ölçüsü2,82 Kb.
#32532
1   ...   88   89   90   91   92   93   94   95   96

 
 
381 
 
Od tapılmaz ocağımda, 
Əlim qalıb qucağımda, 
Mən istərəm bu çağımda, 
Düşməyəm irağa səndən. 
 
Əsilsən, uca bir dağsan, 
El içində üzü ağsan, 
Güllü, bulaqlı bir bağsan, 
Gəldim gül dərməyə səndən.  
Söz  buraya  çatdıqda  Eyvaz  atasının  sol  tərəfindən  durub  sağ 
tərəfinə keçdi. Belə görən Koroğlu əlavə etdi:  
Son sözüm budur Türkmana, 
Arzum var sözüm inana, 
Mən möhtacam o oğlana, 
Keçdi indi sağa səndən. 
Bu sözləri eşidən Türkmənbaşı dedi: 
–Aşıq, bir söz de ki, uyarı olsun! Mənim bircə oğlum var, o da elə 
budur.  Habelə  bu  oğlan  bütün  türkmən  igidlərinin  başçısıdır.  Mən  də 
versəm,  türkmən  igidləri  razı  olmazlar.  Qonaq  olmasaydın  bir  söz  də 
deyərdim, ancaq qonaq olduğun üçün ondan vaz keçirəm. 
Bu sözü eşidən Koroğlu soruşdu: 
–Türkmənbaşı, nə söz deyəcəydin? Çəkinmə, hər nə istərsənsə söylə! 
Türkmənbaşı dedi: 
–Eyvazı yerdən tapmamışam ki, hər yoldan keçənə verə biləm! 
Nə adın–sanın bəllidir, nə haralı olduğunu söyləyibsən, sənə necə 
inanmaq olar? 
Koroğlu dedi: 
–Mən Çənlibeldən gəlmişəm, Eyvazı da Koroğluya oğul eləmək 
üçün istəyirəm. 
Bu söz bir az Türkmənbaşının acıq odunu söndürdü və bu sözləri 
eşitdikdən sonra Koroğludan istədi ki, Çənlibeldən və Koroğludan söz 
açsın. Koroğlu bu sözü Türkmənbaşıdan eşidib başladı: 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
382 
Hansı qasid Çənlibelə gedəndə, 
Gərək sədaqətli, düz ilqar ola. 
Əyri sözlər düz igidə yaramaz, 
Həqiqət söz gərək aşikar ola. 
 
Koroğlu çox gedib gəzib dünyanı, 
Tapanmayıb Eyvaz kimi cavanı, 
Onu edər dəlilərin sultanı, 
Gərək Çənlibeldə o, sərdar ola. 
 
Hər dəryanın olmaz inci–mərcanı, 
Qılınc alsan onun poladın tanı, 
Aramışıq bütün Təkə Türkmanı, 
Yox Eyvaz tək polad, cövhərdar ola. 
 
Çənlibel dövrəsi sıldırım daşdır, 
Türkməni keçsək, hər yerdən başdır, 
Koroğluya, dəlilərə o xoşdur
O məkanda igit Eyvaz var ola. 
Bu  sözləri  eşidən  Türkmənbaşı  dönüb  Eyvazın  üzünə  baxdıqda 
Eyvazın belə bir zada razı olmasını duydu. Eyvaz da öz–özünə dedi: 
–Aşıqla  birlikdə  Çənlibelə  gedərik.  Oranı  və  Koroğlunu  yaxından 
görərəm. Ağlımız kəsərsə, bir iş görərik, kəsməzsə, qayıdıb gələrik.  
O özü ilə belə qərara gəldikdən sonra başını qovzayıb Koroğlu-
ya dedi: 
–Aşıq,  gecəni  yatıb  dincəl,  sabah  beş–on  nəfərlik  bir  karvanla 
Çənlibelə sarı yola düşərik. Görək ora necədir? Həm də yaxından 
Koroğlu ilə tanış olarıq. 
Koroğlu Türkmənbaşının sözünə cavab olaraq başladı: 
–Türkmənbaşı,  icazə  ver,  qabaqca  Eyvaz  mənimlə  gəlsin  Çən-
libelə gedək. Sonra  siz  də gələrsiz.  Çünki  Çənlibelə gəlmək  istəyən 
qasid göndərərək gələcəyini bildirməsə, onu Çənlibelə yol verməzlər. 
Bir  də  ki,  elə  dünyada  rəsmidir,  bir  böyük  adam  bir  yerə  getmək 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
383 
istəsə,  əvvəlcə  oraya  elçi  göndərib  gedəcəyini  bildirməlidir,  yoxsa 
orada  lazım  olan  hazırlığı  görməzlər.  Bu  da  hər  iki  tərəfə  pis  olar. 
Eyvaz  mənimlə  Çənlibelə gəlsə, sizin  də gələcəginizi  xəbər  verərik. 
Koroğlu  da  orada  hazırlıq  gördürər,  qurbanlıq  hazırladar  və  siz 
gələndə  ayağıız  altında  ipək  parçalar  döşətdirər.  Eyvaz  kimi  igid 
oğlan da uşaq deyil ki, yançıya ehtiyacı olsun. 
Bu  sözlər  Türkmənbaşının  xoşuna  gəldi.  Eyvaz  da  belə  bir 
səfərə getməyə hazırlığını bildirdigi üçün Türkmənbaşı dedi: 
–Belədirsə, mənim sözüm yoxdur. Sabah yola düşə bilərsiniz. 
Nəhayət,  gecəni  yatdılar,  sabah  Eyvaz  tanımadığı  aşıqla  Çən-
libelə getməli oldu. Bu xəbəri carçılar bütün şəhər əhlinə carladı-
lar. Bütün şəhər əhli, xüsusilə, cavanlar Eyvazı yola salmağa gəldi-
lər.  Belə  bir  vaxtda  Eyvaz  da  sazını  sinəsinə  basaraq  cavanlara 
xitabən belə söylədi: 
Gəlin, gəlin, yoldaşlarım, 
Halal edin siz Eyvazı! 
Mənim əziz qardaşlarım, 
Halal edin siz Eyvazı! 
 
Gəlin sizlə halallaşım, 
Bu aşığıyla yollaşım, 
Çaylar keçim, dağlar aşım, 
Halal edin siz Eyvazı! 
 
Türkmənin cavanları, 
Qeyrətli pəhləvanları, 
Olun atam oğlanları, 
Halal edin siz Eyvazı! 
 
Çənlibelin yolları daş, 
Olub bu aşığa yoldaş, 
Gedəcəyəm ora birbaş, 
Halal edin siz Eyvazı! 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


 
 
384 
Eyvaz saz  ilə dedigi kimi, söz ilə də haraya və nə üçün gedəcəyini 
söylədi. Yoldaşlarıyla qucaqlaşıb öpüşdü. Ata-anasının əlindən öpüb öz 
atına  mindi.  Koroğlu  da  Qıratı  gətirməyə  getmişdi.  Elə ki onu gətirdi, 
hamı ona  heyran  qaldı.  Çün o gözəllikdə  və o  böyüklükdə  atı o günə 
kimi  onların  heç  biri  görməmişdi.  Belə  görən  Türkmənbaşı  hələ  də 
aşığın kim olduğunu bilmədigi üçün ona xitabən soruşdu:  
–Aşıq, bu atın adı var, ya yox? Mən indiyə kimi belə bir at gör-
məmişəm. 
Bu sözün cavabında Koroğlu dedi: 
–Bu, Koroğlunun öz atıdır. Buna Qırat deyərlər. 
Türkmənbaşı dedi: 
–Eşitmişəm  Qıratın  necə  yaxşı  xasiyyəti  vardır.  Hətta  özü  də 
adam kimi dil bilir. Belədirmi? 
Koroğlu dedi: 
–Doğrudur, örnək olaraq bir xasiyyətini indicə göstərərəm.  
Koroğlu  bu  sözü  dedikdən  sonra  sazı  köynəgindən  çıxarıb 
Qırata xitabən söylədi: 
–Qıratım,  mən sazı çalacağam, sən də onun  havasıyla oynaya-
caqsan. 
Sonra sazı çalmağa başladı. Qırat da onun sazu-avazıyla ayaq-
larını  yerə  döyürdü.  Koroğlunun  çaldığı  havayla  oxuduğu  sözləri 
bunlarıydı: 
Başına döndüyüm yerişli, yollu, 
Üzü tavus, durna telli, Qıratım. 
Dırnağı altında dağı titrədən, 
Ala gözlü, qara yallı, Qıratım.  
 
Nə yaxşı yaradıb səni yaradan, 
Hər döyüşdə sağlam çıxan aradan, 
Meydanı yağı düşmənə daradan, 
Qızıl üzəngili, nallı, Qıratım. 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 2,82 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə