Korreksiya pedaqogikasinda yeni Üsullarin təTBİQİ VƏ FƏALİYYƏTLƏRİn təKMİLLƏŞDİRİLMƏSİ Layihə Avropa İttifaqı



Yüklə 0,9 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix08.09.2023
ölçüsü0,9 Mb.
#121483
1   ...   32   33   34   35   36   37   38   39   ...   44
Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin

 
 
5.
Təlimi diaqnozlaşdırmaq, proqnozlaşdırmaq və 
layihələndirmək
 
 
6.
Toplanmış pedaqoji faktlarda baş verən keyfiyyət 
dəyişikliklərini dəqiqləşdirmək 
 
 
7.
Tədris materiallarının strukturunu 
optimallaşdırmaq
+
 
 


Modulun adı: Korreksiya pedaqogikasında yeni üsulların tətbiqi və fəaliyyətlərin təkmilləşdirilməsi 
53 
2.2. Korreksiyaedici pedaqoqların peşə fəaliyyətini müəyyən olunmuş meyarlar 
əsasında qiymətləndirir
 
Korreksiyaedici pedaqoqların peşə fəaliyyətinin əsas istiqamətləri 
Təhsilin keyfiyyəti bilavasitə
təlimçinin yaradıcı potensialı, peşəkarlıq səviyyəsi
təlimin yeni pedaqoji texnologiyalarının tədris prosesinə tətbiqi, öz üzərində daim işləməsi 
və çevik pedaqoji təfəkkürlü,humanist yönümlü insan olmasından çox asılıdır. Məqsədi 
hərtərəfli inkişaf etdirilmiş və humanist yönümlü şəxsiyyət yetişdirilməsindən ibarət olan 
müasir təhsil sistemi müəllimdən hər bir şagirdə onun fərdi xüsusiyyətləri və inkişaf 
səviyyəsi nəzərə alınaraq yanaşmağı tələb edir. Bununla əlaqədar müəllimin peşəkarlıq 
səviyyəsi və pedaqoji fəaliyyətinin öyrənilib qiymətləndirilməsi (pedaqoji diaqnostika) 
onun işindəki çətinliklərin aşkar edilməsi və bu çətinliklərin araşdırılaraq aradan 
qaldırılmasına xidmət edir. Pedaqoji diaqnostika, həmçinin müəllimin bacarıq səviyyəsi, 
fəaliyyətinin müsbət cəhətlərinin müəyyən edilməsi və fərdi xüsusiyyətləri fonunda onların 
inkişaf etdirilməsinə imkan verir.
Məlumdur ki, müəllimin peşəkarlıq səviyyəsi və pedaqoji fəaliyyətinin 
qiymətləndirilməsi təlim
-
tərbiyə prosesinin səmərəliliyinin əsas göstəriciləri olan bilik, 
inkişaf və tərbiyə məqsədlərinin həyata keçirilməsi baxımından aparılmalıdır. Ona görə də 
müəllimin peşəkarlıq səviyyəsi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi üçün 
göstəricilər müəyyənləşdirilərkən onun şəxsi keyfiyyətləri, pedaqoji bacarıqları, tədris 
etdiyi
şagirdlərin nailiyyətləri, müasir təlim texnologiyalarına yiyələnmə səviyyəsi və onları 
öz işində tətbiq etmə bacarığı nəzərə alınmalıdır.
Müəllimin peşəkarlıq səviyyəsi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi üçün 
göstəricilər (parametrlər) aşağıdakılardır:

Müəllimin peşəkarlıq səviyyəsi;

İxtisasına dair dərin və əsaslı biliklərə malik olma;

Müvafiq elm sahəsində yenilikləri sistematik öyrənmə;

Fənnin tədrisi texnologiyalarına yiyələnmə və metodiki yaradıcılığa malik olma;

Səlis tələffüz və nitq mədəniyyətinə malik olma və optimal tempi seçmə;

Şagirdlərin meyl və maraqlarını inkişaf etdirmə;

Öyrənənlərin sərbəstlik, fəallıq və yaradıcılığa sövq edilməsində pedaqoji ustalıq;

Öyrənənlərin biliklərinin qiymətləndirilməsində obyektivlik;

Dərsdə tədris mühiti və işgüzar şərait yaradılmasına nail olma;

Öyrənənləri təlim fəaliyyətinin müxtəlif formalarına cəlb etmə (fərdi yanaşma);

Təhsil sənədləri, o cümlədən, təqvim planı, fərdi plan, sinif jurnalları və digər 
sənədlərlə işləmə;

Öyrənənlərə münasibətdə səmimilik, qayğıkeşlik, pedaqoji mədəniyyət və dürüstlük 
nüyaiş etdirmə;

Metodik tövsiyələr 

fənn proqramları və dərsliklərin hazırlanmasında iştirak, 
pedaqoji təkliflərlə mətbuatda çıxış və s.;



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə