Salatın Əhmədli
17
telefona, bir dəqiqədən sonra istədiyin adam sənə
cavab verir. Nə qədər istəyirsən, danış.
Otuz ildə bir-iki dəfə Məhbubəni görmüşəm. O
da paytaxtda müəllimlərin qurultayına dəvət alıb
gələndə, ya başqa bir tədbirə, yığıncağa çağrılanda.
Əlbəttə, Məhbubə ilə hər bir görüş mənim üçün sevinc
gətirir. Mənim nəzərimdə o elə həmin mehriban,
deyib-gülən Məhbubədir. Açıq danışan, ürəyindəkini
elə gözəri ilə deməyi, danışmağı bacaran Məhbubə.
Axrıncı dəfə onu evə dəvət edəndə imtina etdi:
-Gəlmirəm.
Mən də bir qədər təəccübləndim. Axı Məhbubə
niyə belə kəskin etiraz eləsin? Məni intizarda
qoymadı:
- Nə olub? Elə gəlməyə mən borcluyam, bir dəfə
də sən gələ bilməzsən? Allaha şükür, adın-sanın, ayda
neçə dəfə televiziyada müsahibələrin olur. Mən də
nəvələrimə səni göstərib deyirəm ki, baxın mənim
bacımdır. Şəhər hamısı biz tərəflərdədir. Az-çox
imkanlı adamların hamısı üzü dağlara, meşələrə tərəf
axışır. Daha yay vaxtı dəniz kənarında dincələn
yoxdur. Hamı istəyir ki, sakitliyə çəkilsin. Bilirəm,
yay vaxtı sən daha çox başqa ölkələri gəzirsən.
Salatın Əhmədli
18
Gəzdiklərini, gördüklərini də kitab eləyirsən. Sənin ki-
tablarını oxuyan üçün dünyanı gəzmək lazım deyil, elə
gözəl, yerli-yataqlı yazırsan ki, oxucunu da özünlə
birgə Misir ehramlarına, Amerika kanyonlarına,
okeanların sahillərinə aparırsan. Olmaz ki, bir yay da
biz tərəflərə gələsən, Türkobanı görəsən, Gird-
mançayın sahilində tarixdə ad qoyan dədə-babalarının
ruhu ilə danışasan, bir o yerləri də qələmə alasan.
Doğrusu, Məhbubənin sözləri məni tutdu. Dünya-
nı gəzib-dolanıram. Amma öz ölkəmin, Vətənimin elə
yerləri var ki, ora bir dəfə də ayağım dəyməyib.
- Hə, Məhbubə. Yaxşı deyirsən, gərək bu yay siz
tərəflərə gəlim.
- Hə, bu başqa məsələ. Nəvəmin də toyu olacaq.
Həm toya gələrsən, həm də bizim tərəfləri bir
gəzərsən.
Məhbubə elə həmin inadkarlıqda qalmışdı. Toyun
da, mənim də gəlişimin vaxtını təyin edib, qoluma
girdi:
- Hə, indi gedək sizə.
Gəldik. Albomlar, xatirələr, ürəyimizi titrədən
duyğular. Hər birimizin ailə həyatının tarixçəsi, söz-
Salatın Əhmədli
19
söhbət də qurtarmaq bilmir. Beləcə builki dünya səya-
hətim təxirə salındı.
…Türkoba Girdman çayın yuxarı axarında, meşə-
nin lap ətəyindədir. Arxası da dağlara söykənib. Kən-
din aşağısında dəmyə üzüm plantasiyaları var, amma
hiss olunur ki, uzun müddətin baxımsızlığı, yiyəsizliyi
bağları qurudub. Təzə-təzə dirçəlmə başlayır. Üzüm
plantatorları dövlətdən aldıqları kreditlər hesabına
yeni sortlar gətirib əkir. Tədricən ərazinin simasını
dəyişirlər. Adamların bir qismi üzümçülüklə məşğul-
dur, ancaq yenə bir çoxları üçün dolanışıq mənbəyi
heyvandarlıqdır.
Məhbubəgilin evləri kəndin nisbətən aşağı
tərəfində, çayın qırağına yaxın yerdədir. Səhər tezdən
eyvandan çaya tərəf baxmaq, dağ çayının nəriltisinə
qulaq kəsilmək adamı dünyanın fikir, xəyalından azad
edir. Elə bilirsən ki, bu nərilti ilə axan çaydan və
özündən başqa heç nə yoxdur. Çayın o biri tərəfindən
üzü yuxarı dağların arası ilə yatan lay-lay buludlar gün
qalxdıqca öz-özünə yox olur, sanki, dərədə çox
nəhəng bir tonqal qalanıb. Bu tonqalın tüstüsü də heç
vaxt çəkilən deyil. Amma bir az keçir, tonqalın dərədə
deyil, göyün üzündə qalandığını görürsən. Günəş
Salatın Əhmədli
20
aləmi nura qərq edir. Qızılı-qırmızı şəfəqlər dumduru
dağ çayında bərq vurur, deyərsən ki, günəş özü güz-
gülənir. Bu gözəlliyin məni ovsunladığını, bu yerlərə
vurulduğumu hiss edirdim. Məhbubəyə qəti bir söz
deməsəm də, könlümdən keçirdi ki, elə Məhbubəgilin
yaxınlığında bir ev alım. İndi kənd adamları şəhərə
meyl edir. Köçüb gedənlərin boş evləri, sahibsiz qalan
bir xaraba da olsa onu abad eləmək, çırağını yandır-
maq Tanrıya da xoş gedər.
Kəndi gəzəndə, çay ətrafına düşəndə necə
deyərlər müştəri gözü ilə münasib yer axtarırdım. Axır
ki, Məhbubəgilin qonşuluğunda yolun o tərəfində
çəpəri bəlkə Nuh əyyamından dağılmış, güclə izi
bilinən, həyətindəki ağacları qurumuş, ətrafı kol-kos
basmış, divarları diş-diş olan, ancaq nə vaxtsa
ikimərtəbəli bir ev olduğu köhnə divarlarından
görünən xarabanı Məhbubəyə göstərdim:
- Bu kimin evidir, niyə yiyəsiz qalıb?
- Nədir, olmaya gözün düşüb? - Məhbubə fikrimi
oxuyurmuş kimi dilləndi.
- Hə, istəyirəm səni sevindirim. Hər yay qonşu
olarıq.
- Sən də yer tapdın bəyənməyə.
Salatın Əhmədli
21
- Niyə ay qız, sən elə özün istəyirdin ki, yaxınlı-
ğında olum.
- Hə, özüm istəyirdim. Daha Haramxanın xaraba-
sını yox.
Doğrusu, bu Haramxan adı məni bir az təəccüb-
ləndirdi. Bəlkə də bir az üşəndim. Amma tez məni
üşəndirən düşüncələrdən ayrılmaq istədim. Düşündüm
ki, indi o qədər qəribə adlar var ki, ola bilsin heç
mənasına da varmayblar, kiməsə belə bir ad qoyublar.
Ad hələ heç nə demir. Amma maraq güc gəldi.
Məhbubədən soruşdum:
- Haramxanın xarabası olanda nə olar? Bir xaraba
evi abad eləmək, lap elə onu təzədən tikib-qurmaq
yaxşı olmazmı? .
Fikirləşirdim ki, Məhbubə bir abad ev almağımı
istəyir. Ona görə də onu nigarançılıqdan qurtarmaq is-
tədim:
–Sən nigaran qalma, lap o daşı-divarı da sökdü-
rüb, təzədən tikdirərəm.
–Eh ay qız, sən nə qoyub, nə axtarırsan? Görür-
sən, bura necə gözəl yerdir. Bakıdan gəlib burda yay-
laq yeri almaq istəyənlər elə bir baş o yerə cumur.
Sonra da məsələdən agah olandan sonra da üz çevirib
Salatın Əhmədli
22
gedirlər. Heç o xarabanın yiyəsinin övladları da bu-
raya qayıtmaq istəmir. Bir dəfəlik əllərini üzüb
gediblər.
–Nə olsun ki, harda olsa taparam, haqq-hesabla-
rını verib, halallıq alaram.
–Yox, məsələ halallıqda deyil.
–Bəs nədədir?
–Madam ki, belə oldu, onda gərək dinləyəsən.
Bax, o çayın qırağındakı damı çökmüş uzun yastı, ya-
palaq xarabanı da görürsən?
Doğrudan da indiyə qədər diqqətimi çəkməmiş
qijıltıyla axan çayın qırağındakı damı çökmüş, hör-
güsünün bir tərəfi uçmuş xarabalığa baxdım.
- Hə, doğrudan, o nədir elə, lap çayın qırağındadır
ki?
- Onun adına Haramxanın dəyirmanı deyirlər. Bi-
zim camaat qabaqlar aşağı plantasiyalarının yerində
taxıl əkərmişlər. Bizim bu Türkoba camaatı əlli-ayaqlı
camaatdır. Özü əkən, biçən, mal-qara saxlayan, halal
dolanışığını təmin edəndir. Sovet hökumətindən əvvəl
də belə olub. Qabaqlar taxılı Girdmanın aşağı axarında
olan dəyirmanlarda üyüdərmişlər. Bir gün bu Haram-
xan deyilənin babası hansısa uzaq bir yerdən köçüb bu
Dostları ilə paylaş: |