Salatın Əhmədli
47
- Niyəsini soruşmasan yaxşıdı. Heç nə, bir-birini
didməkdən…
- Demək, bir-birinin axırına çıxıblar…
- Hə, bala, didişmə pis şeydir. Qisas dalınca qa-
çarsan, kin-küdurət içini yeyər, düşmən də üstünə
ayaq alar.
Hacı Göyüşün oğlu İldırım Hacı Fərhadın qızını
gözaltı eləmişdi. İnsafən, tayfalar arasındakı soyuqluq
Həcc mərasimindən sonra bir qədər səngimişdi. İndi
də qohumluq olacaqdı. Elçilər də yaxşı qarşılandı,
Gülyanağı dəbdəbə ilə, Göyçə aşıqlarının sazı, zurna-
balabanı ilə Hacı Göyüşün evinə gəlin köçürdülər.
Dalbadal beş qızı oldu. Amma Hacı Göyüşün
mısmırığı yerlə gedirdi; gəlinindən oğul nəvəsi
olmadığına görə. Söz-söhbət, narazılıq o yerə çatdı ki,
İldırıma qonşu kənddən Həsənağanın qızını aldılar.
Hacı Fərhad da acığa düşdü. Qızını çəkib evinə apardı.
Uşaqlar da qaldı başsız. Elə bil Allah da bəla göndərdi
həmin ili. Çiçək xəstəliyi yayıldı. Kənddən neçə uşağı
daşıyıb bu təpənin aşağısındakı güclə izi qalan-
diqqətlə baxsan baş daşlarını görərsən-qəbiristanlıqda
torpağa tapşırdılar. Sonra erməni-müsəlman davası
başladı. Hacı Göyüş də, Hacı Fərhad da bu vaxt artıq
Salatın Əhmədli
48
dünyalarını dəyişmişdilər. Hacı Fərhadın nəvəsi
Fərhad kəndin cavanlarını başına yığıb düşmən
qabağına çıxdı. İldırımın da atlıları vardı. Amma
İldırım özünə sığışdırmırdı ki, Fərhadın dəstəsinə
qoşulsun.
- Əşi, o, dünənin uşağıdır, o gəlsin mənə qoşul-
sun.
Ermənilər də ki, biclikdə, hiyləgərlikdə tayı-
bərabəri olmayan adamlardılar. İldırımın atını, malını
oğurlayıb şayiə yaydılar ki, bəs, bu, Fərhadın işidir.
Düşmən qaldı bir tərəfdə. Ən birinci bu evlərin
tifaqına zərbə o illərdə dəydi. Ermənilər top gülləsi ilə
evlərin ikisini də vurdular. Oğul-uşaq tələfatı olmadısa
da, evlər zədələndi. Yenə ara sakitləşdi, yenə böyük-
kiçik işə qarışdı. Təzə hökumət ermənilərin ağız-bur-
nunu bir yerə yığdı. Doğrudur, həmişə hökumət onlar
deyəni deyirdi. Axı hökmət daha onlarınkı idi. Tor-
paqlar ermənilərin ixtiyarına keçmişdi. Şura hökuməti
bərk qadağa qoydu. Hacılardan qalan var-dövləti də
müsadirə elədilər. Az qala Hacı Fərhadın da, Hacı Gö-
yüşün də nəslini Qazaxıstana sürgün edəcəkdilər. Tor-
paqlarını, var-dövlətlərini verib canlarını qurtardılar.
Salatın Əhmədli
49
…Kolxoz quruldu. Cavanlar bir-birinə qarışdı.
Köhnə haqq-hesablar yaddan çıxmaqda idi. Yəqin bu
da qəzanın işidir. Tanrının yazdığından qırağa çıxmaq
olmaz. İldırımın Göyüş adlı oğlu böyümüşdü.
Fərhadın da gözəl-göyçək, çinar boylu bir qızı vardı.
Adına Gülbəniz deyərdilər. Elə doğrudan da, gül kimi
bənizi vardı. Çoxları elçi düşmüşdü Gülbənizə. Amma
heç kimə dil vermirdi. Deyəsən, könlü Göyüşdə idi.
… Aqil kişi danışdıqca mənim yaşımdan o tərəfə
baş vermiş hadisələr gözlərimin qabağında canlanırdı.
Od-alov parçası oğullar, bu yerlərin bulaq suyu kimi
dumduru gözəllər xəyalımda mənimlə üzbəüz olurdu.
Elə bil şirin bir nağıl dinləyirdim. Əlbəttə, dərdi,
kədəri, ağrısı-acısı olan bir nağıl. Onsuz nağılın dərdli-
si də elə şirin olur. Dinmirdim, sakit-sakit kişini dinlə-
yirdim. Handan-hana hiss etdim ki, kişi daha danışmır.
Nağılın burda qırılmağını istəmirdim axı. Allaha
yalvarırdım ki, Aqil dayı desin ki, Gülbənizi Göyüşə
verdilər. Düşünürdüm ki, bu iki gəncin evlənməyi axır
ki, iki böyük nəslin – həm də elə kəndin üstünə xeyir-
bərəkət gətirər. İnsanların üzü gülər, bir-birinə salam
verəndə çəkinməzlər. Axı mən nağılın bu hissəsini elə
bu günün özü kimi görürdüm. Handan-hana Ağıl kişi
Salatın Əhmədli
50
dilləndi. Elə bil mənim ürəyimi oxuyurdu: - Yox bala,
vermədilər, - dedi.
Təəssüfümü gözlərimdən görən Ağıl kişi əlini
göyə qaldırdı:
- Onun bildiyi yaxşıdır. Amma gərək insanlar da
Tanrının istəyinə qarşı çıxmasınlar. Axı bir-birini
istəyən iki gəncin sevgisinə qarşı durmaq günahdır.
Kimsənin daşıya bilməyəcəyi bir günah.
- Mənim itim küçük balalayıb. Yetmiş yeddi
küçüyüm də olsaydı onun birini Göyüşə verməzdim.
Onların qeyrəti olsa, başlarında gəzdirdikləri papaq-
dırsa, gərək mənim qızımın adını tutmayaydılar.-
Fərhad açıq-aşkar keçmişi unutmadığını, kin-küdurəti,
qəzəbi içində yaşatdığını gizlətmədi. Söz Göyüşə
çatdı. Sözü aparıb-gətirən Fərhadın qonşusu Əhməd
kişi idi. Əhməd Fərhadgilin tayfasından idi. Amma
Göyüşgil tərəfə də çox gedib-gəlirdi. Göyüş Əhmədi
bir də yanına çağırdı:
- Nə olar, qızı vermir, verməsin, amma küçüyü
alarıq.-Cibindən bir topa pul çıxarıb Əhmədin
qoltuğuna soxdu.
Əhməd ömründə bu qədər pul görməmişdi,
vahimələndi:
Salatın Əhmədli
51
-Yox, yox, a bala, mən bu qədər pulu götürə
bilmərəm.
- A kişi, niyə götürmürsən, götür pulu, - Göyüş
qətiyyətlə dedi: - Çəpər qonşusu deyilsiniz? Küçüyün
birini gətir mənə.
Əhməd yarıkönül razılaşdı. Qıyıq gözlərinin
altından Göyüşə baxıb düşündü: - Əh, bir küçükdən
ötrü dünya dağılmayacaq ki?..
Gecədən keçmiş hasarı aşıb təzəcə balalamış
qancığa tərəf yeridi. Xırda-xırda doğranmış sümüklü
əti bir-birindən aralı it damının yanına atdı. Qancıq da
Əhmədi tanıdı. Bir-iki ağız hürəndən sonra sakitləşib
sümükləri gəmirməyə başladı. Küçüklər Əhmədin
yanında dövrələndilər. Küçüyün birini qoltuğuna
basdı. Fərhad içəridə yatmışdı. Həyətdəki hənirtini
duyub, pəncərədən bayıra baxdı. Bir qaraltının çəpər-
dən uzaqlaşdığını hiss etdi. Amma ha baxdısa, bir şey
anlamadı. Geriyə qayıdıb yerinə uzandı.
Əhməd səhər tezdən artıq öz həyətində idi.
Fərhad bayıra çıxmışdı. Qancıq həyətdə arxası üstə
uzanıb küçüklərini yemləyirdi. Birdən Fərhadın gözü
aldı ki, küçüyün biri yoxdur. Qayıdıb təkrar-təkrar
saydı – biri yox idi. Qan beyninə vurdu. Gözünün
Salatın Əhmədli
52
qabağında gecədəki mənzərə canlandı. Bəli, bu,
Əhməd imiş, küçüyün birini aparıb. Yadına düşdü ki,
Göyüş camaat içində deyibmiş ki, neylək, qızı vermir,
elə küçüyü alaram. Tez içəri qayıdıb ov tüfəngini
götürür. Çəpərə yaxınlaşıb: Əhməd, Əhməd, çağırdı.
Fərhadın boğuq səsindən Əhmədin canına vicvicə
düşdü, qıçları əsdi. Anasının, arvadının, uşaqlarının
qabağında titrəməyə başladı. Anası Əhmədin üzünə
baxıb:
- A bala, nə olub sənə, rəngin niyə qaçıb? –
soruşdu.
Əhməd anasının sualından sonra qeyrətinə
bürünüb həyətə çıxdı. Çıxmağı ilə qoşalülənin açıl-
mağı bir oldu, Əhməd yerə yıxıldı. Heç günorta olma-
mış milislər Fərhadı qabaqlarına qatıb rayon
mərkəzinə apardılar. Sonra dava başladı. Göyüşü
müharibəyə – İkinci Cahan savaşına yola saldıq. Heç
üç ay keçməmiş qara kağızı gəldi.
- Gülbəniz necə oldu, əmi? – Yenə Aqil dayının
səssiz sükutunu mən pozdum.
- Atasından–Göyüşdən sonra Gülbəniz yaşamadı,
saralıb-soldu. Dedilər vərəmdi. Apardılar Gəncə xəstə-
xanasına. Orada keçinmişdi. Heç adam da tapılmadı
Dostları ilə paylaş: |