Kordinat sistemində qurulan qrafiklər


IV dövr (Q) – açıq sarımtıl, boz; Neogen (N) – sarı



Yüklə 29,64 Kb.
səhifə4/5
tarix31.12.2021
ölçüsü29,64 Kb.
#81336
1   2   3   4   5
Struktur imtahan

IV dövr (Q) – açıq sarımtıl, boz; Neogen (N) – sarı;

Paleogen (ᵱ) – narıncı; Təbaşir (K) – yaşıl;

Yura (J) – mavi; Trias (T) – bənövşəyi;

Perm (P) – qonuru qırmızı; Karbon (C) – boz;

Devon (D) –qəhvəyi; Silur (S) –bozumtul yaşıl;

Ordovik (O) – zeytunu yaşıl; Kembri (Є).

Maqmatik süxurlara gəldikdə onların tərkibi yunan əlifbasının hərifləri ilə və rənglərlə qeyd edilir.

Məsələn: turş süxur-qranit (γ) qırmızı, siyenit (ξ)qırmızımtıl narıncı,



orta tərkibli – diorit (δ) moruğu,

əsas tərkibli – bazalt (ѵ) tünd yaşıl,

ultra əsas tərkibli – giper bazilt (Ϭ) tünd bənövşəyi

Geoloji sərhədlər xəritədə qara xətlə göstərilir. Uyğun sərhəddirsə xətt bütöv olur. Əgər qeyri uyğun olarsa qırıq-qırıq xətt olur.

Layların fəza vəziyyəti yatım elementləri işarəsi ilə göstərilir.

Burada – 17 - yatım bucağı

- uzanma xətti

- yatım xətti

Qırmızı xətlə geolji xəritədə qırılmalar göstərilir. Cizgi və xətlərlə göstərilən işarələr cizgi işarələri adlanır.

Rəqəmlərlə göstərilən işarələr fiziki işarələr üçüncü növ şərti işarələr layların yatım bucaqları, qırılma səthinin yatım bucağı.

.Paralel stratiqrafik uyğunsuzluqlar. Uyğunsuzluq səthindən aşağıda və yuxarıda yatan laylar qırışıqlıq dərəcəsindən asılı olmayaraq bir-birinə paralel olurlar. Bu uyğunsuzluq onu göstərir ki, ərazidə çökuntutoplanmada fasilə zamanı və eləcədə ondan əvvəl heç bir qırışıq əmələgəlmə prosesləri baş verməmişdir Paralel uyğunsuzluğun bu xususiyyətinə görə demək olar ki, özunəməxsus həndəsi(morfoloji) ifadəsi yoxdur.Yəni, paralel uyğunsuzluqda uyğun yatımda olduğu kimi laylar bir-birinə və uyğunsuzluq səthinə paralel yatırlar.Bu səbəbdən də paralel uyğunsuzluğu xəritə və profillərdə, geoxronoloji ardıcıllığı əzbər bilməklə, yalnız layların yatımında geoxronoloji ardıcıllığın pozulmasını görə təyin etmək olar.

2.Cografi stratiqrafik uyğunsuzluq.Bu növ stratiqrafik uyğunsuzluqda uyğunsuzluq səthindən altda və ustdə yatan laylar arasında 5 (0 < <5 ) dərəcəyə qədər bucaq olur. Bu bucağın olması onu göstərir ki, ərazidə uyğunsuzluq səthindən üstdə yatan laylar formalaşana qədər altda yatan laylar uzunmüddətli fasilə dövrundə zəif də olsa qırışıq əmələ gətirən hərəkətlərin təsirinə məruz qalmışlar. Əslində bu bucaq coğrafi (kartoqrafik) uyğunsuzluğun həndəsi ifadəsidir.Coğrafi uyğunsuzluq nisbətən kiçik sahələrdə və yaxud ərazilərdə özunu paralel uyğunsuzluq kimi biruzə verir. Uyğunsuzluqların təsvirindən görunduyu kimi hər hansı bir ərazidə stratiqrafik uyğunsuzluğun formalaşması uçun orada 3 dəfə şaquli hərəkətlərin işarəsi dəyişməlidir.

3.Stratiqrafik bucaq uyğunsuzluğu.Bu növ uyğunsuzluqda uyğun-suzluq səthindən altda və ustdə yatan laylar arasındakı bucaq 5 dərəcədən böyuk olur. Bucaq stratiqrafik uyğunsuzluğun mövcudluğu onu göstərir ki,ərazidə stratiqrafik uyğunsuzluq formalaşdıqdan əvvəl,fasilə dövrundə,yaxud fasilədən əvvəl uyğunsuzluq səthindən altda yatan laylar,nisbətən intensiv qırışıq əmələgəlmə prosesinə məruz qalmışlar. Bucaq stratiqrafik uyğunsuzluğu başqalarına nisbətən geoloji xəritə və profillərdə daha asan seçmək mumkundur.Məhz bucağın qiymətinin böyuk olmasına görə və bu bucaq,bucaq stratiqrafik uyğunsuzluğun həndəsi ifadəsidir.

Geoloji cisim anlayışı və geoloji sərhədlərin növləri.

Yer qabığında müxtəlif tərkibə, müxtəlif formaya və müxtəlif ölçüyə malik geoloji obyektlər, geoloji cisimlər mövcuddur. Geoloji cisim geoloji statik fəzanın geoloji sərhədlərlə hüdudlanmış elə bir hissəsinə deyilir ki, onun daxilində həmin sərhəd-ləri ayıran amillər sabit yaxud əhəmiyyətsiz dərəcədə dəyişməyə məruz qalmış olsunlar

Geoloji statik fəza dedikdə ilə bir geoloji cismin yerləşdiyi mühit nəzərdə tutulur (Yer qabığı yaxud bütövlükdə Yer planeti). Geoloji sərhəd dedikdə isə, bir geoloji cismin digərinə keçməsi ilə bağlı onun tərkibinin səlis yaxud kəskin dəyişdiyi səddə deyilir.Deməli Yer qabığının təbii yolla əmələgəlmiş istənilən cismi geoloji cisim kimi qəbul edilə bilər. Bəzən eyni kimyəvi tərkibə malik olmasına baxmayaraq kristallik şəbəkəsində atom ionlarının düzümünün fərqli olması ilə fiziki, mexaniki, kimyəvi xüsusiyyətlərinə görə fərqli olan geoloji cisimlər əmələ gəlir. Məsələn: kimyəvi tərkibi karbon elementindən ibarət olmasına baxmayaraq məhz kristallik şəbəkəsində atom və ionların düzülüşünün fərqli olması, fiziki-kimyəvi xüsusiyyətlərinə görə bir-birindən kəskin fərqlənən almaz və qrafit mine-ralların yaranmasına səbəb olur. Yer qabığında minerallardan tutmuş bütövlükdə Yer kürəsinə qədər təbii yolla əmələ gəlmiş cisimlər geoloji cisimlərdir. Mineral, kristal, lay, lay dəstəsi, horizont, çökmə qatı, qranit və bazalt qatı bütövlükdə Yer kürəsi geoloji cisim kimi qəbul edilir. Geoloji sərhədlərin növləri—Geoloji cisimləri ayıran geoloji sərhədlər müxtəlif xüsusiyyətdə ola bilərlər. Burda onların tərkibindən, quruluşundan və morfologiyasından asılıdır. Əksər geoloji cisimlər arasında geoloji sərhədlər aydın, əksər geoloji cisimlər arasında isə geoloji sərhədlər aydın seçilmir. Elə buna görə də geoloji sərhədlərin aşağıdakı növlərə ayrılır:


  1. Aydın yaxud kəskin ifadə olunmuş sərhəd;

2.Səlis yaxud qeyri-müəyyən sərhəd.

Layların uyğun yatımında həm kəskin, həm də qeyri-müəyyən sərhədlər müşahidə olunur. Layların qeyri-müəyyən yatımında isə əksər hallarda aydın sərhəd müşahidə edilir. Aydın yaxud kəskin ifadə olunmuş sərhəd dedikdə bir geoloji cisimdən digərinə keçid birbaşa baş verir.

Səlis yaxud qeyri-uyğun sərhəd o zaman formalaşır ki, fasiləsiz çöküntü toplanma zamanı layların uyğun yatımında iki geoloji cisim litoloji tərkibinə uyğun bir neçə ara qatı yaranmış olsun. Geoloji sərhəd elə bir zaman kəsimidir ki, onun ərzində növbəti geoloji cismin formalaşması üçün çöküntü toplanma hövzəsində paleocoğrafi şərait qismən və yaxud təmamilə dəyişmiş olsun. Aydın sərhədlər bir qayda olaraq çöküntü toplanma hövzəsində uzun müddətli fasilə zamanı yerin relyef səthinə ekzogen proseslə-rin göstərdiyi fiziki-kimyəvi, mexaniki təsiri zamanı yaranan fiziki səth kimi qəbul edi-lir.


Yüklə 29,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə