Kommersiya fəaliyyətinin psixologiyası və etikası



Yüklə 30,71 Kb.
səhifə2/5
tarix31.12.2021
ölçüsü30,71 Kb.
#82152
1   2   3   4   5
ATOMUN QURULUŞU HAQQINDA MÜASİR MƏLUMATLAR

Kommersiya etikası müasir biznesin mövcud ola bilmədiyi elə bir kateqoriyadır ki, onsuz kommersiyanın nəhəng potensialından effektiv istifadə etmək qeyri-realdır. Kommersiya etikası ictimai həyatın əsas məsələlərindən birinə çevrilmiş anlayışdır və o, sahibkarlığın etika və mədəniyyəti adını almışdır.

Kommersiya etikası - düzgünlüyə, açıqlığa, verilmiş sözə sadiqliyə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, bazarda effektiv fəaliyyət göstərmək qabiliyyətinə əsaslanan işgüzar etikadır.

Bizim ölkədə hazırda sahibkar təbəqəsinin fəal şəkildə formalaşması prosesi gedir. Sabiq partiya-təsərrüfat rəhbərliyinin yerinə ənənə və avtoritetindən, düşüncələrində ətalətdən uzaq olan yeni insanlar gəlmişdir. Məhz onlar iqtisadiyyat sferasında yenidənqurma prosesində ortaya çıxan yeni imkanları reallaşdırmağa başlamışlar. Azərbaycan sahibkarının sosial portreti ziddiyyətli, çoxsimalı, mürəkkəb və çoxmənalıdır. Bu yeni sinif müxtəlif sosial təbəqələrdən formalaşmışdır:



  • əsas etibarilə «kölgə» strukturlarında fəaliyyət göstərmiş keçmiş illərin sahibkarlarından;

  • sosial konversiyanı keçmiş və yeni iqtisadi məkanda öz yerini tapmış nomenklatur nümayəndələrindən;

  • yaşları artıq 30-dan yuxarı olan və öz sənətlərində layiqli yer tutmaq niyyətində olan istehsalçılar və ziyalılardan;

  • hələ özlərinə sənət seçə bilməyən, lakin artıq biznesin əhfbasmı öyrənmiş gənc insanlardan və s.

Bu yeni azərbaycanhlarm, demək olar ki, hamısı biznesin etika və mədəniyyətini təsəvvürlərinə belə gətirmirlər. Bir çox yeni yaranmış biznesmenlər nüfuzdan çox, öz cibləri haqqında düşünürlər. Buna görə də öhdəhklərin vicdanla yerinə yetirihnəməsi, partnyorun maraqlarına laqeydlik göstərilməsi, hətta səmimi olaraq onu aldatmağa çalışma halları da olur.

Eyni zamanda, özlərinin vicdanlı adını ən yüksək dəyər hesab etmiş, bir çox Azərbaycan tacirlərinin, sənayeçilərinin və sahibkarlarının da adını çəkmək olar. Sahibkarların əksəriyyətinin riayət etdiyi işin həyata keçirilməsi prinsiplərinə istinad etmək olar. Bunlar arasında aşağıdakıları qeyd etmək olar:



Hakimiyyətə hörmət et. Hakimiyyət işlərin effektiv aparılması üçün zəruri şərtdir. Hər şeydə qayda olmalıdır.

Bununla əlaqədar olaraq, hakimiyyətin qanuniləşdirilmiş dərinliklərindəki qayda- qanun gözətçilərinə hörmət bəslə.



Vicdanlı və ədalətli ol. Vicdanhhq və ədalətlilik sahibkarlığın özülü, halal mənfəətin və işlərdə ahəngdar münasibətin ilkin şərtidir. Azərbaycan sahibkarı vicdanhhq və ədalətlilik daşıyıcısı olmağa borcludur.

Xüsusi mülkiyyət hüququna hörmət et. Azad sahibkarlıq dövlətin əmin-amanlığının əsasıdır. Sahibkar alnında tər öz Vətəninin şərəfmə zəhmət çəkməyə borcludur. Belə həvəsi yalnız xüsusi mülkiyyətə dəstək verməklə təzahür etdirmək olar.

İnsanı sev və ona hörmət et. Sahibkarlıq tərəfindən zəhmətkeşi sevmək və ona hörmət bəsləmək özünə qarşı sevgi və hörmət hissi yaradır. Belə şəraitdə maraqların ahəngdarlığı yaranır, bu isə insanlarda ən rəngarəng qabiliyyətlərin inkişafı üçün şərait formalaşdırır, onları özlərini bütün parlaqlıqları ilə əks etdirməyə sövq edir.

Biznes etikası hər hansı bir fərdin və ya qrupun biznes fəaliyyəti prosesində nümayiş etdirdiyi davranış formasıdır. Digər mənada isə Biznes etikası hamı tərəfindən qəbul olunmuş dəyərləri özundə əks etdirən biznes qayda və qanunlarının məcmusudur. Biznes etikası kommersiya fəaliyyəti yönumündən Əmtəənin keyfiyətinə, istehlakçının məmnuniyyətinə, işcilərin təhlükəsiz və sağlam işləməyinə səbəb olur.

Kommersiya etikası-açıqlığa, düzgünlüyə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, bazarda effektiv olaraq fəaliyyət göstərmək qabiliyyətinə əsaslanan işgüzar etikadır. Hal-hazırda kommersiya etikası ictimai şəraitin əsas məqsədlərindən birinə çevrilmiş və sahibkarlıq etikası və mədəniyyəti kimi nəzərdən keçirilir.


Yüklə 30,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə