Təhlükəli tullantıların sərhəddən keçirilməsi və onların ləğv olunması Kon-
vensiyaTəhlükəli Tullantıların Sərhədlərdən Ötürülməsi və Onların Ləğv Olunma-
sına Nəzarət Konvensiyası, 1979-cu il BMT-nin Avropa üzrə İqtisadi Komissiyası-
nın (UNECE) Havanın Uzunmüddətli Sərhədlərdən Çirklənməsinə dair Konvensi-
yası (Davamlı Üzvi Çirkləndiricilər üzrə 1998-ci il Protokolu) və 1998-ci il Müəy-
yən Təhlükəli Kimyəvi Maddələr üzrə Əvvəldən Məlumatlandırma və Razılaş-
dırma proseduruna dair Rotterdam Konvensiyası.
Əsas beynəlxalq razılaşma 152 ölkə tərəfindən təsdiq olunmuş və 2004-cü
ildə qüvvəyə minən Stokholm Konvensiyasıdır.
Hal-hazırda ratifikasiya ABŞ və Avropa İttifaqına üzv ölkələri olan İtaliya və
Maltada gözlənilir.
Stokholm Konvensiyası yalnız bir neçə seçilmiş Davamlı Üzvi Çirkləndiricilə-
rin istifadəsini qadağan edir və demək olar ki, köhnəlmiş pestisidlər problemini
ünvanlamayıb. Fəaliyyətin əsas istiqamətinə bunlar daxildir:
- Konvesiyaya daxil olan DÜÇ-lərin istehsalı və istifadəsinə qadağa
- ciddi idxal məhdudiyyətləri qanunu
- ehtiyatların aşkar olunması və təhlükəsiz idarəedilməsi
- texniki yardım və maliyyə dəstəyinin təmin olunması daxil olmaqla inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələrin xüsusi ehtiyaclarının nəzərə alınması
- konvensiyanın məqsədlərinə nail olmaq üçün Milli Fəaliyyət planının hazır-
lanması
Avropa İttifaqı Stokholm Konvensiyasının əsasnamələrini Cəmiyyət qanu-
nuna çevirmişdir və buna görə də onun tələbləri Avropa İttifaqına üzv ölkələr və
Aİ institutlarının öhdəsinə götürülür (bax Davamlı Üzvi Çirkləndiricilər üzrə Milli
Fəaliyyət planı) (POPCIP Bölmə 2.4).
Bütün DÜÇ-lərə Təhlükəli Tullantılar kimi müraciət edən Basel Konvensiya-
sının məqsədi ictimai sağlamlığı və ətraf mühiti təhlükəli və digər tullantıların
istehsalı, idarəetməsi, sərhədlərdən ötürülməsi və ləğv olunması zamanı yaranan
təhlükəli təsirlərindən qorumaqdır .
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) Davamlı Üzvi Çirk-
ləndiricilər üzrə Protokolu bir qədər fərqli yanaşmadır. O, 11 pestisid, 2 sənaye
kimyəvi maddələri və kimyəvi maddələrin istehsalı zamanı yaranan 3 əlavə məh-
sulu özündə cəmləşdirən 16 maddə siyahısını əhatə edir. Protokolun məqsədi
DÜÇ-lərin hər hansı yolla yayılmasının və itkisinin qarşını almaqdır. O, bəzi
pestisid məhsullarının istehsalı və isifadəsini qəti qadağan edir (aldrin, xlordan,
xlordekon, dieldrin, endrin, heksabrombifenil, mireks və toksafen). Digərlərinin
qarşısının alınması sonrakı mərhələlər üçün planlaşdırılıb (Dixloro-Difenil-
Trixloroetan (DDT), heptaxlor, heksaxlorobenzol (HCB) və polixlor bifenil (PCB)).
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Protokolu DDT, heksaxlorsiklo-
heksan (HCH) (Lindan daxil olmaqla) və PCB-ların istifadəsini ciddi şəkildə məh-
dudlaşdırır.
2
3
4
2
3
4
11
Davamlı Üzvi Çirkləndiricilər üzrə Stokholm Konvensiyası əhalinin sağlamlığını və
ətraf mühiti uzun müddət ərzində geniş coğrafi miqyasda toplanan və dövr edən,
nəticədə insan və heyvanların piy toxumalarında yığılan zərərli kimyəvi
maddələrdən müdafiə etmək məqdəsilə qəbul olunan qlobal sazişdir (bax:
http://chm.pops.int/).
1989-cu ildə qəbul edilib və 1992-ci ildə qüvvəyə minib (bax: http://www.basel.int).
24 iyun, 1998-ci ildə, Aarhus, Danimarkada BMT-nin Avropa üzrə İqtisadi
Komissiyasının (UNECE) Uzunmüddətli və Uzunməsafəli Havanın Çirklənməsi
Konvensiyasının (CLRTAP) İcraedici Orqan tərəfindən qəbul olunub (bax:
Nəhayət, Rotterdam Konvensiyası tərəflər arasında müəyyən təhlükəli
kimyəvi maddələrin beynəlxalq ticarəti sahəsində əməkdaşlığa kömək göstərir.
Bu əsasən, kimyəvi maddələr haqda məlumatların tərəflər arasında mübadilə
olunmasından ibarətdir. Bu sağlamlıq və ətraf mühitə mənfi təsir göstərdiyinə
görə qadağan olunmuş və ya məhdudlaşdırılmış pestisidlər və sənaye kimyəvi
maddələrini əhatə edir. Hal-hazırda Konvensiyaya 24 pestisid, 4 xüsusi təhlükəli
pestisid və 11 sənaye kimyəvi maddə daxil olmaqla 39 kimyəvi maddə aiddir. Aİ-
də köhnəlmiş pestisidlər 850/2004 nömrəli Nizamnamənin öhdəsindədir. Bu
nizamnamə Stokholm Konvensiyasında və BMT-nin Avropa üzrə İqtisadi
Komissiyasının Protokolunda siyahıya alınmış 13 daimi üzvi tullantı maddələrinin
istehsalı, bazarda yerləşdirilməsi və istifadəsini qadağan etməklə Aİ qanunu
Davamlı Üzvi Çirkləndiricilərüzrə beynəlxalq müqavilələr ilə tarazlaşdırır. Bu
nizamnamə üzv dövlətləri dioksin, furan, PCB və Poliaromatik Karbohidrogenlər
(PAH) üçün müfəssəl siyahını tərtib etməyə və onu əldə etməyə və bu
maddələrin tullanmasını minimuma endirmək üçün fəaliyyət planı yaratmağa
tələb edir. Avropa Komissiyası milli hesabatlar çərçivəsində əldə edilən inkişafa
nəzarət edir. Nizamnamə beynəlxalq dərəcədə qəbul edilən DÜÇ-lərin istehsalı
və istifadəsinin qarşısını almaq məqsədlərini xüsusi vurğulamaqla beynəlxalq
müqavilələri də geridə qoymuşdur. Əlavə olaraq, BMT-nin Avropa üzrə İqtisadi
Komissiyasının Protokolu və Stokholm Konvensiyasının məqsədləri müxtəlif Aİ
strategiyalarına, siyasətlərinə və üzv dövlətlər səviyyəsindəki proqramlara
getdikcə inteqrasiya olunmuşdur.
Stokholm Konvensiyasına əsasən hər bir tərəf Konvensiyada daxil olmuş
DÜÇ-lərə qarşı həyata keçiriləcək konkret fəaliyyəti özündə əks etdirən Fəaliyyət
Planı yaratmalıdırlar. Avropa Cəmiyyəti Fəaliyyət planı (POPCIP) 9 Mart, 2007-ci il
tarixində qəbul edilmişdir (Avropa Komissiyası, 2007).
Avropa Fəaliyyət Planı Komissiyasının (POPCIP) məqsədi yalnız Stokholm
Konvensiyasının hüquqi tələblərini yerinə yetirmək deyil, həmçinin, həyata
keçirilmiş fəaliyyətlərin yekununu çıxarmaq və strategiya yaratmaq və Stokholm
Konvensiyası və/və ya BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının Protokoluna
daxil edilən DÜÇ-lər haqda Komissiyanın gələcək mübarizə planını işləyib
hazırlamaqdır. Avropa Fəaliyyət planı Komissiyasının (POPCIP) vəzifələri müvafiq
olaraq aşağıdakılardır:
- Cəmiyyət səviyyəsində DÜÇ-lərə dair mümkün tədbirləri müəyyənləş-
dirmək,
- Onların Stokholm Konvensiyasının tələblərinə müvafiq olaraq səmərəli və
səmərəsiz olduğunu qiymətləndirmək,
- Cəmiyyət səviyyəsində gələcək tədbirlər ehtiyaclarını müəyyənləşdirmək,
- Potensial cəhətdən mümkün olan əlavə tədbir planını müəyyənləşdirmək,
- DÜÇ-lərin idarə edilməsi ilə və digər ekoloji siyasətlər və ya oxşar siyasi
sahələr arasındakı əlaqəni aşkar etmək və daha da möhkəmləndirmək və
- DÜÇ-lərə dair maarifləndirmə və nəzarəti gücləndirmək.
Avropa İttifaqına daxil olmayan ölkələr üçün köhnəlmiş pestisid ehtiyatları-
nın aşkar olunması və təmizlənməsinə kömək PHARE proqramı (İqtisadiyyatın
Yenidənqurulmasına Yardım - Cənub-Şərqi Avropa üçün) vasitəsilə həyata keçi-
rilir. Təmizəmə üçün əlavə yardım Avropa Qonşuluq Siyasəti (ENP) çərçivəsində
yaradıla bilər, o şərtlə ki, köhnəlmiş pestisidlər Aİ və hər əməkdaş tərəf arasında
bağlanmış müqaviləyə prioritet kimi daxil edilsin.
5
Köhnəlmiş pestisidlərin dəqiq miqdarını müəyyənləşdirmək çətindir.
Məhsulların çoxu köhnədir və sənədləri yoxdur. Geniş HCH tullantıları
ambarları Stokholm Konvensiyası tərəfindən müəyyən edilib və qeydə
alınıb. Ayrı-ayrı ölkələr olunan 9 DÜÇ haqda məlumat toplama
prosesindədirlər. Amma kiçik miqdarları hesablamaq üçün kifayət qədər
işlər görülməyib. Xüsusilə, HCH və Lindanın miqdarı qeyri-müəyyəndir və
çox çətinliklə hesablana bilər. UNEP-in (2000) hesablamaları - Afrika və
Orta Şərq təcrübəsinə əsaslanaraq - göstərir ki, orta hesabla DÜÇ-lər
köhnəlmiş pestisidlərin yalnız 30%-ni təşkil edir. Bu deməkdir ki, əslində
köhnəlmiş pestisidlərin həcmi ümumi DÜC-lərin həcmindən 3 dəfə çoxdur.
Köhnəlmiş pestisid haqda digər məlumatlar yeni inventorlaşma, fərdi
sahələrin yoxlanılması, pestisidlərin xüsusiyyətləri, növləri və miqdarı
əsasında əldə edilmişdir. IHPA-nın ölkələr üzrə qiymətləndirməsi göstərir
ki, Aİ (keçmiş üzv dövlətləri çıxmaq şərtilə) qoşulan ölkələrində, ENP
ölkələrində, Rusiya Federasiyası və Orta Asiyada köhnəlmiş pestisidlərin
həcmi 256,000-dən 263,500-ə qədər ola bilər.
Cədvəl 1. Regionlar üzrə köhnəlmiş pestisidlərin miqdarı
*Hər tonu məhv etmək və ya təhlükəsiz saxlamaq üçün təxminən 30000
Avro
Mənbə: IHPA məlumatı, DÜÇ üzrə Konvensiyasının Milli Fəaliyyət planları
(Bax : Əlavə 1- yuvarlaqlaşdırmaya görə bəzi kiçik fərqlər var)
Belə qalıqlar xüsusilə 4 əsas formada aşkar oluna bilər:
- Keçmiş saxlanma ambarlarında və onların ətrafında köhnə ehtiyatlar
və ya onların qalıqları, bir neçə kiloqramdan 10 və 100 tonlara qədər
(istisna hallarda fərdi ambarlarda 1,000 tonnaya qədər). Onlar 10 minlərlə
əraziləri əhatə edir.
- Toplanma nöqtələrində, xüsusilə keçmiş Sovet İttifaqı ərazisində,
poliqon adlanan yerlərdə və ya basdırılma yerlərində. Poliqonlar vaxtı
13
12
Konvensiya 24 Fevral, 2004-cü ildə qüvvəyə minib (bax: http://www.pic.int).
5
Region
iqdar
M
ı (tonla)
Qiymət
(milyon
)
Avro *
ENP və Rusiya Federasiyası
Orta Asiya
A -yə qo
ələr
İ
şulan ölk
(Yeni) A -yə üzv ölk ələr
İ
Cəmi
151.500
47.500
36.000-41.500
21.000-23.000
256.000-263.000
454.5
142.5
108-124.5
63-69
768-790.5