zəif cəhəti bundadır ki, orada öz «yumşaqlığına» baxmayaraq, beynəlxalq siyasi
və iqtisadi həyatdakı rolu get-gedə artan beynəlxalq qurumların və dövlətüstü
idarələrin fəaliyyəti məsələsinə praktiki olaraq toxunulmur.
BIM
- müasir beynəlxalq siyasi münasibətlərin mərkəzi elementlərindən
biridir. Müasir beynəlxalq əlaqələrin təfsirlərinin müxtəlifliyinə baxmayaraq,
onların hamısı özündə iqtisadi münasibətlər sahəsini baza elementi kimi ehtiva
edir. Müasir dövrdə siyasi münasibətlərin get-gedə daha çox «iqtisadi- ləşməsi»,
eyni zamanda isə iqtisadi münasibətlərin «siyasiləşməsi» baş verir. Dövlətlər
arasındakı münasibətlərin tənzimlənməsi məqsədilə yaradılmış, ən qədim
institutlardan biri olan diplomatiya indi daha çox dövlətin iqtisadi maraqlarını
təmin edən təsisata çevrilir. Beynəlxalq siyasi və iqtisadi münasibətlərin xüsusi
sahəsi kimi, «iqtisadi diplomatiya» məhz bu əsasda formalaşmışdır.
1.6.
iqtisadi tənzimiəmənin Amerika və Avropa
təcrübəsinin nəzərə aimmasınm vacibiiyi
Hər bir iri və unikal ictimai hadisə kimi, Amerikanın və Avropanın iqtisadi
təcmbəsi həmişə alimlərin və mütəxəssislərin diqqətini cəlb etmiş, onu müxtəlif
dövlətlərin, o cümlədən sosialist ölkələrinin hökumətləri dərindən öyrənmişlər.
Bu tədqiqatlar iki məqsədlə: birincisi, elmi-dərketmə, ikincisi isə, praktiki
istifadə üçün aparılırdı. Lakin xüsusi mülkİ3^ət prinsipinin inkar edildiyi
sosializm şəraitində müəssisələrin (fınnalarm) idarə olunmasının, onlarda
innovasiyalarm, mühasibat uçotunda maliyyə nəzarəti sisteminin bəzi aspektləri
istisna olunmaqla. Qərbin və başqa qabaqcıl ölkələrin pozitiv təcrübəsindən
yararlanmaq, demək olar ki, qeyri-mümkün idi.
Amerikalı iqtisadçı-alimlər indinin özündə də iqtisadi təfəkkürün
inkişafına güclü təsir göstərirlər. Onlar tərəfindən hazırlanan dərsliklərdən
dünyanın, demək olar ki, bütün ölkələrində böyük müvəffəqiyyətlə istifadə
olunur. Belə bir fakt inkarolunmazdır ki, iqtisadi sistemin sosializm modelindən
kapitalizm modelinə keçərkən, keçmiş sosialist ölkələri, daha dəqiq desək,
onların hökumətləri Avropanın və Amerikanın nümunəsindən, onların (əsasən
ABŞ-m) məsləhətçilərinin köməyindən yararlanmışdır.
Şərqi Avropa ölkələrində (Polşa, Macarıstan, Çexiya, Bolqarıstan,
Rumıniya, Slovakiya, Albaniya) Amerika təcrübəsinin və məsləhətçilərinin təsiri
İkinci Dünya müharibəsindən sonra Qərbi Avropanın bərpası üzrə
32
Marşalı planı ilə müqayisədə, şübhəsiz ki, pozitiv amil olmuşdur. Belə bir
məqamı da qeyd edək ki, özünün «islahatçılar» adlandırılan hakim dairələrinin
son dərəcə uğursuz fəaliyyətinə bəraət qazandırmaq üçün Rusiyada bu barədə
çox danışılsa və yazılsa da, həmin ölkələrin hökumətləri heç bir «şok terapiyası»
tətbiq etməmişdir.
Bizim rəyimizə görə, Amerikanın və Qərbi Avropanın təcrübəsi bir-birini
qarşılıqlı surətdə tamamlayır. Ölkənin daxili şəraitindən asılı olaraq həm nəzəri
iqtisadi məktəblərin, həm də praktiki iqtisadi siyasətin elementləri bazar
qurumları zəif inkişaf etmiş yaxud yenidənqunuaya ehtiyac duyulan ölkələr üçün
faydalı ola bilər. Bundan başqa, çox hallarda Amerika və Avropanın nəzəri
məktəbləri arasında kəskin fərqləri müəyyənləşdirmək çətindir. Keynsçilik və
neokeynsçilik, habelə monetar nəzəriyyələri buna nümunədir: həm birincilər,
həm də ikincilər Qərbi Avropa ölkələrində və Amerikada işlənib hazırlanmış,
hökumətlərin iqtisadi siyasətində müvəffəqiyyətlə istifadə olunmuşdur (olunur).
Beləliklə, hal-hazırda dünyada iqtisadi təfəkkürün iki iri - Amerika və
Avropa istiqaməti mövcuddur. Heç bir müstəqil (ilkin), yəni Asiya, Yaponiya,
Çin, Rusiya, Afrika, Latın Amerikası və s. nəzəriyyələri mövcud deyil. Bu,
müasir kapitalizmin iqtisadi tarixinin realhqlannm obyektiv əks olunmasıdır.
Kapitalizm Qərbi Avropada yaranmış, sonra onun bəzi elementləri Qərbi
Avropadan olan kolonistlər tərəfindən ABŞ-a gətirilmiş və məhz bu iki qitədə ilk
dəfə olaraq özünün mükəmməl klassik fonualarını almışdır. Asiya, Afrika və
Latın Amerikası ölkələrində, Rusiyada isə kapitalizm iqtisadi sistem kimi,
köçürülmə, yəni törəmə iqtisadi münasibətlər xarakterində olmuşdur.
Amma bu, kapitalizmin iki - Qərbi Avropa və Amerika tipləri arasında heç
bir əsaslı fərqlərin mövcud olmadığı demək deyil. Söhbət məqamlardan getsə də,
qeyd etməliyik ki, onlar çox hallarda Amerika və Qərbi Avropa arasındakı
təbii-coğrafi, geosiyasi və başqa fərqlərlə yanaşı son dərəcə mühüm əhəmiyyətə
malikdir və bəzən həlledici rol oynayır. Buradan aşağıdakı nəticələri çıxarmaq
olar:
• Amerika və Qərbi Avropa iqtisadi məktəbləri arasında rəqabət həmişə
pozitiv əhəmiyyət daşıyaraq, nəzəriyyənin inkişafına xidmət etmişdir. 1970-ci
illərdən başlayaraq Amerika məktəbinin dominantlığı dünya iqtisadiyyatının
zəifləməsi, ABŞ da daxil olmaqla, ən yetkin seqmentdə istehsal amillərinin
açıq-aşkar inkişafının geridə qalması, böhran potensialının güclənməsi ilə
33
nəticələnmişdir;
•
inkişaf etmiş dövlətlərin hökumətləri tərəfindən həyata keçirilən iqtisadi
siyasətin əsas müddəaları çox zaman başqa ölkələrdə uzun müddət istifadə üçün
qeyri-konstruktivdir və bunu 1990-cı illərdə, XXI əsrin ilk onilliyində Rusiyanın
(bütövlükdə MDB-nin), başqa inkişaf etməkdə olan ölkələrin nümunəsində
görmək mümkündür;
•
Qərbin iqtisadi siyasətinin tənqidi yanaşmadan istifadə olunan
nümunələri yaxın dövrdə yoxa çıxmış doqmatik sosializmin iqtisadi
konstruksiyalarını xatırladır;
•
Rusiya kimi dövlətlər üçün ənənəvi Amerika, Avropa və Rusiya iqtisad
məktəblərinin zəminində beynəlxalq iqtisadi münasibətlərə üzvi surətdə qovuşan
adekvat iqtisadi siyasətin işlənib hazırlanması tələb olunur.
Etika BİM-in daxili elementi kimi. İctimai həyatın minilliklərə
hesablanan dövrü ərzində bəşəriyyət etik, əxlaqi-mənəvi qaydaların və
normaların toplusunu hazırlamış, onların bir qismi dünya dinlərinə, bir qismi isə
«xeyir», «şər», «yaxınlarını özün kimi sev» və sair qlobal-universal
kateqoriyalarla ifadə olunaraq, insan həyatının üzvi daxili qanununa, ənənəvi
qaydasına çevrilmişdir. Afrikadakı kiçik qəbilə, Amazoniya cəngəlliklərindəki
hindular və mədəni Avropa pa^/taxtlarmm sakinləri qəribə də olsa, «özünə
bənzərini öldürmə», «oğurlama», «hiyləgərlik etmə» və sair kimi anlayışların və
həqiqətlərin eyni dərəcədə tərəfdarıdırlar. Əzəldən nəcib yaxud rəzil xalqlar
mövcud deyil, onların hamısı Təbiətin övladlarıdır və hamısına eyni dərəcədə
dərrakə verilmişdir, amma həyat şəraitinin və keyfiyyətinin müxtəlifliyi
insanların şüuruna özünün güclü təsirini göstərir. Lakin bu təsir nə qədər güclü
olsa da, törəmə xarakteri daşıyır. İlkin olan istisna edilmədən Homo sapiens növü
kimi planetimizin bütün xalqlarının şüurunun eyni səviyyədə olması, əqli
potensialıdır.
Aydındır ki, bütün insanların, hətta sivilizasiyanın inkişafından uzaqda
təkamül edən xalqların «xeyir» və «şər» kateqoriyalarını instinktiv olaraq eyni
qaydada qavraması buradan qaynaqlanır. Buna müvafiq olaraq, insan birlikləri
həmişə qeyri-bərabərlik və ədalətsizlik ideyalarından daha çox, bərabərlik və
ədalət ideyalarını dərk etməyə hazır olmuşlar. Qeyri-bərabərlik ideyalarının
mövqelərini əsaslandırmaq üçün ədalətliliklə bərabərliyin zidd, demokratiyanın
isə yalnız varlanmaq imkanı qazananların hakimiyyəti olmasını izah edən
təbliğatın əsrlər boyu aparılması lazımdır.
34
Dostları ilə paylaş: |