Xarici ölkəhrin iqtisadiyyatının predmeti ayrı-ayn ölkələrin milli
iqtisadiyyatının bütöv iqtisadi sistemlər kimi öyrənilməsidir. Bu fənni ölkələri
vəhdət və məcmu şəklində, ümumdiinya iqtisadi sistemi kimi öyrənən dünya
iqtisadiyyatı fənnindən fərqləndirən ən mühüm cəhət də məhz bununla ifadə
olunur. Xarici ölkələrin iqtisadiyyatı fənninin məntiqinə ciddi və ardıcıl surətdə
riayət olunduqda, beynəlxalq iqtisadi təşkilatların, beynəlxalq inteqrasiya
proseslərinin və s. öyrənilməsi buradan kənarda qalacaqdır.
Beynəlxalq iqtisadiyyatın predmeti. Müasir TMK-nın milli iqtisadiyyatlar
sahəsindən «çıxmaq» meyli ilə fomralaşdırdığı beynəlxalq istehsalın öyrənilməsi
xüsusi əhəmiyyət kəsb edir. Mövcud təsvirdə bu anlayışa əsassız olaraq geniş
məna verilsə də, biliklərin bu sahəsi indiki dövrdə «beynəlxalq iqtisadiyyat» kimi
nəzərdən keçirilir. Beynəlxalq iqtisadiyyat məfhum və mahiyyət kimi, transmilli
təsərrüfatçılıq subyektlərinin iqtisadiyyatlarının birləşmiş məcmusunü əks etdirir
və buna müvafiq olaraq dünya iqtisadiyyatının çox mühüm, dinamik artan, amma
yalnız bir hissəsidir. Dünya iqtisadiyyatının və dünya maliyyəsinin (beynəlxalq
iqtisadiyyatın) məhz bu hissəsinin dinamizmi bütün müasir ümumdiinya
təsərrüfatına (dünya iqtisadiyyatına) qlobal əlamətlər və xüsusiyyətlər verir.
Xarici iqtisadi əlaqələr tədris predmeti kimi. Elmi ədəbiyyatda bu
anlayışdan çox vaxt əsassız olaraq genişləndirilmiş mənada, «be5məlxalq iqtisadi
münasibətlər» tenuininin sinonimi kimi istifadə edilməsi mahiyyət baxımından
düzgün hesab edilə bilməz və metodoloji qarışıqlıq yaradır. «Xarici iqtisadi
əlaqələr» («xarici iqtisadi münasibətlər») anlayışının özü bu əlaqələrin
subyektindən (dövlət, onun rəsmi orqanı, məsələn, nazirliklər və təşkilatlar),
firmadan (bankdan), fiziki şəxslərdən törəmə xarakteri daşıyır. Bu açıqlamaya
başqa bir təyin, yəni «dövlətin xarici iqtisadi fəaliyyəti», «müəssisənin xarici
iqtisadi fəaliyyəti» (firmanın, təşkilatın) kimi anlayışlar müvafiqdir. Buradan belə
bir təfsir irəli gəlir; dövlətin xarici iqtisadi əlaqələri - həmin dövlətin və onun
təsərrüfatçıhqla məşğul olan təşkilatlarının (habelə fiziki şəxslərinin) ölkədən
kənarda həyata keçirdiyi beynəlxalq əməkdaşlığının formaları və növləri sistemi,
yəni bu dövlətin başqa dövlətlərlə və beynəlxalq maliyyə-iqtisadi təşkilatlarla
əlaqələri və münasibətləri kompleksidir. Deməli, burada söz bu fənnin ciddi
təyinatını unudaraq, istər-istəməz onu «dünya iqtisadiyyatı» və «beynəlxalq
iqtisadi münasibətlər» fənləri ilə əvəz etməyə cəhd göstərən bir çox tədris
nəşrlərinin müəlliflərinin iddia etdikləri kimi.
30
ümumiyyətlə, xarici iqtisadi əlaqələrin özündən deyil, məhz həmin dövlətin
(firmanın) müəyyən əlaqələrinin və münasibətlərinin öyrənilməsindən gedir.
«Beynəlxalq münasibətlər» fənninin anlayışları. «Beynəlxalq
münasibətlər» termini elmi və praktiki dövriyyəyə onu dövlətlər arasında
ünsiyyət prosesində yaranan münasibətlər kimi təfsir edən ingilis filosofu və
sosioloqu İyeremiya Bentam (1748-1832) tərəfindən daxil olunmuşdur. Həmin
dövrdən termin beynəlxalq hüquqşünaslar tərəfindən, o cümlədən dövlətlərin
qarşılıqlı münasibətlərini müəyyənləşdirən beynəlxalq xarakterli hüquqi
sənədlərdə əsaslı surətdə təkmilləşdirilmişdir. Hər bir ictimai məflium kimi, bu
tennin əsasən Qərbin, nisbətən az dərəcədə isə ölkəmizin elmi və tədris
ədəbiyyatında transfonuasiyaya məruz qalmışdır. Bu anlayışın ən dolğun
təfsirlərindən biri, beynəlxalq münasibətləri «dünya arenasında fəaliyyət
göstərən əsas siniflər, əsas sosial, iqtisadi, siyasi qüvvələr, təşkilatlar və ictimai
hərəkatlar, yəni sözün geniş mənasında xalqlar arasındakı iqtisadi, siyasi, hüquqi,
diplomatik və başqa əlaqələrin məcmusu»' kimi nəzərdən keçirən akademik
N.N.İnozemtsevə mənsubdur. Qeyd edək ki, beynəlxalq münasibətlər sisteminə
iqtisadi, siyasi, ideoloji (mədəni), hüquqi, diplomatik və digər əlaqələrin daxil
edildiyi bu cür yanaşmada şübhəsiz ki, beynəlxalq münasibətlərin inkişafının
məntiqi əks olunmuşdur.
Beynəlxalq münasibətlərin məşhur fransız sosioloqu R.Aron tərəfindən
ifadə olunan açıqlaması da, yuxarıda göstərilənə kifayət qədər yaxındır:
«Beynəlxalq münasibətlər - yunan polislərinin, Roma yaxud Misir
imperiyalarının, Avropa monarxiyalarının, burjua respublikalarının, və ya xalq
demokratiyalarının daxil edildiyi siyasi vahidlər arasındakı münasibətlərdir...
Beynəlxalq münasibətlərin məzmunu əsas etibarilə dövlətlər arasındakı
münasibətlərdən ibarətdir: belə ki, beynəlxalq münasibətlərə əsil nümunə
dövlətlərarası müqavilələrdir».'^
Bir sıra tədqiqatçıların, məsələn, C.Rozenaunun fikrincə, dünya
siyasətində dövlət deyil, bir-biri ilə münasibətlər quran konkret şəxslər get-gedə
əsas rol oynamağa başlayır. Rozenaunun rəyinə görə, beynəlxalq münasibətlər
sahəsində baş verən köklü dəyişikliklər simvolik subyektləri turist və terrorçu
olan «beynəlxalq kontinuumun» yaranması ilə nəticələnmişdir.^ Bu təfsirlərin
IV. №3.
’ Иноземцев H.H. Ленинский курс международной политики КПСС. М., 1978.
^ Aron R. Une Sosiologie des relations internationales // Revue française de sociologie. 1963. Vol.
’ Цыганков П.А. Теория международных отношений. М., 2005. С. 23.
31