fakültədə magistr hazırlığına olduqca müsbət təsir göstərir.
Jurnal müntəzəm
olaraq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində yeni
fikir və ideyaların, yeni araşdırmaların elmi nəticələrini çap etməklə
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq elmlərinin inkişafına
əhəmiyyətli təsir göstərir. Jurnalda fakültədə tədris edilən fənlərə dair
məqalələrin dərc edilməsi tələbələr üçün də böyük əhəmiyyətə malikdir.
Jurnalda respublikamızla yanaşı olaraq digər xarici ölkələrin (Gürcüstan,
Ukrayna, Belorusiya və s.) mütəxəssislərinin də məqalələri dərc edilir ki, bu da
fakültənin beynəlxalq əlaqələrinin genişlənməsinə olduqca müsbət təsir
göstərir.
“Kitabxanaşünaslıq-biblioqrafiya” elmi-nəzəri, metodik və təcrübi jurnalının
hər il 2 nömrəsi; hər bir nömrə 9 çap vərəqi həcmində çap
edilməklə indiyə
qədər 23 nömrəsi işıq üzü görmüşdür. Jurnalda 11 il müddətində 492 adda, 207
çap vərəqi həcmində məqalə dərc edilmişdir ki, bunu da fakültə kollektivinin
mühüm nailiyyəti kimi qiymətləndirmək olar.
62 il bundan əvvəl, 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya
fakültəsinin yanında əsası qoyulan və cəmi 16 nəfər tələbə qəbul edilən
Kitabxanaçılıq şöbəsi indi ən aparıcı fakültələrdən birinə çevrilmişdir. Şöbə
təşkil edilən zaman onun yeganə kitabxanaşünaslıq və biblioqrafiya kafedra-
sında cəmi iki nəfər müəllim işləyirdi. Bu müəllimlərin heç birinin nə elmi adı,
nə də baza təhsili yox idi. 1962-ci ildə Kitabxanaçılıq şöbəsinin həyatında
mühüm bir hadisə baş verdi. Şöbə müstəqil fakültəyə çevrildi.
Fakültənin
dekanı vəzifəsinə kitabxanaçılıq şöbəsinin yetişdirməsi olan tarix elmləri
namizədi Abuzər Xələfov təyin edildi. Müstəqil Kitabxanaçılıq fakültəsinin
təşkilinin təşəbbüskarı və yaradıcısı fakültənin ilk dekanı Abuzər Xələfov
olmuşdur. Müstəqil Kitabxanaçılıq fakültəsinin tarixində 1970-1980-ci illər
xüsusi inkişaf və tərəqqi mərhələsi kimi xarakterizə olunur.
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkənin inkişafında dönüş
mərhələsinin başlanmasına səbəb oldu. Xalq təsərrüfatının bütün sahələrinin
inkişafında, elm, mədəniyyət və təhsil sisteminin tərəqqisində böyük
nailiyyətlər əldə edildi. Bu dövrdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq
fakültəsi də böyük uğurlar əldə etmişdir. Ulu öndərin bilavasitə göstərişi və
qayğısı sahəsində Kitabxanaçılıq fakültəsinə tələbə qəbulu ilbəil artırılmış,
fakültə SSRİ-nin müttəfiq respublikalarının ali məktəblərinin Kitabxanaçılıq
fakültələri içərisində ən böyük fakültəyə çevrilmişdir. 70-ci
illərdə fakültənin
əyani şöbəsinə 125, axşam şöbəsinə 50, qiyabi şöbəsinə 100 nəfər tələbə qəbul
edilmişdir. Artıq 1975-ci ildə fakültənin bütün şöbələrində 2 mindən artıq
tələbə təhsil alırdı. 80-ci illərin axırlarında fakültənin inkişaf tempi xeyli aşağı
düşmüş, qəbul planı yarıbayarı azalmışdır. Müstəqilliyin ilk illərində daha da
böyük çətinliklə üzləşmiş, fakültə bağlanmaq təhlükəsi qarşısında qalmışdır.
1993-cü ildə ulu öndər xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra
24
bütünlükdə təhsil sistemi, o cümlədən Kitabxanaçılıq fakültəsi hər cür çətinlik-
lərdən qurtardı və 90-cı illərin ikinci yarısından təhsil sistemində inkişaf
başlandı.
Beləliklə, Azərbaycan mədəniyyətinin mühüm tərkib hissəsi olan kitab-
xanalar üçün yüksək ixtisaslı kadr hazırlayan Kitabxanaçılıq-informasiya
fakültəsi müstəqillik illərində keçid dövrünün
hər cür çətinliklərinə
baxmayaraq hərtərəfli inkişafa nail olmuş, dünya standartlarına uyğun kadr
hazırlamağa başlanmışdır. Fakültədə bakalavr və magistrlərlə yanaşı olaraq
doktorlar hazırlamaq üçün də geniş şərait yaranmış, kadr potensialı xeyli
güclənmişdi. 2008-2009-cu tədris illərində Kitabxanaçılıq-informasiya
fakültəsinin bakalavriat pilləsinin əyani və qiyabi şöbələrində 451 nəfər tələbə
təhsil alır. Bunlardan 259 nəfər əyani şöbədə, 192 nəfər isə qiyabi şöbədə
oxuyur. Magistr pilləsinin əyani və qiyabi şöbələrində 41 nəfər magistr təhsil
alır. Bunlardan 17
nəfəri təhsilini əyani, 24 nəfəri qiyabi davam etdirir.
Həmçinin müstəqillik illərində fakültənin yanında elmi kadrlar yetişdirmək
üçün kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, nəşriyyat işi və redaktə etmə
ixtisasları üzrə aspirantura və dissertantura şöbələri fəaliyyət göstərmişdir.
Hazırda fakültənin 4 nəfər əyani, 2 nəfər qiyabi aspirantı və 6 nəfər dissertantı
vardır.
Fakültədə 40 nəfərdən artıq əməkdaş fəaliyyət göstərir. Bunlardan 4 nəfər
elmlər doktoru, professor, 1 nəfər elmlər namizədi professor, 10 nəfər elmlər
namizədi, dosent, 2
nəfər elmlər namizədi, müəllim, 9 nəfər baş müəllim, 4
nəfər müəllim, 1 nəfər baş metodist, 4 nəfər baş laborant, 2 nəfər laborantdır.
Bu da MDB ölkələri içərisində yüksək göstərici hesab edilə bilər. Dünyada
unikal elmlərdən biri sayılan kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitab-
şünaslıq sahəsində yaxın müddətdə 30 nəfər elmi potensiala malik kadr
yetişdirmək təqdirəlayiq bir hadisədir. Hazırda fakültədə yüksək ixtisaslı kadr
hazırlanması üçün
məqsədyönlü, ardıcıl siyasət yeridilir. Fakültənin
əməkdaşları respublikamızda ali məktəblərin bayraqdarı sayılan BDU-nun
yüksək elmi potensiala malik böyük kollektivinin tərkib hissəsi kimi onun
etimadını doğrultmağa ciddi səy göstərir.
.
25