9
KĠTABXANAġÜNASLIQ
_____________________________
Sahib RZAYEV
KitabxanaĢünaslıq kafedrasının dosenti
Filologiya üzrə fəlsəfə doktoru
Günel HACIYEVA
Magistrant
MÜTƏXƏSSĠSLƏRĠN ġƏXSĠ TƏHSĠL MÜTALĠƏSĠ VƏ
ONLARIN ĠXTĠSAS BĠLĠYĠNƏ YĠYƏLƏNMƏSĠNDƏKĠ
MÜTALĠƏNĠN ROLU
Açar sözlər: şəxsi təhsil, mütaliə, mütəxəssis, şəxsiyyətin
formalaşması, sahəvi kitabxanalar.
Ключевые слова: личное образование, чтение, специалист,
формирование личности, отраслевые библиотеки.
Keywords: personal education, reading, forming of personality,
field libraries.
Hər bir cəmiyyət kamil şəxsiyyətlərə, yetkin ziyalılara və öz ixtisas
biliyinə lazımi səviyyədə yiyələnmiş mütəxəssislərə böyük ehtiyac
duyur. Ona görə də cəmiyyətdə bu ehtiyacı ödəmək üçün lazımi tədbirlər
həyata keçirilir.
Bu gün dünyanın hər yerində insanlar öz mənəvi ehtiyaclarını
ödəmək üçün axtarış vasitələri içərisində çap məhsullarına müraciət
etməyi, yəni mütaliəni daha üstün tuturlar. Təbiətin və cəmiyyətin
istənilən problemi, mövzusu və həyati əhəmiyyəti barədə lazımi məlumat
əldə etmək üçün mütaliənin əvəzedilməz vasitə olması böyük həqiqətdir.
Ona görə də yaşından, ixtisas və peşəsindən asılı olmayaraq hər bir kəs
lazımi məlumatı əldə etmək üçün, eləcə də müvafiq biliklərə yiyələnmək
üçün lazımi məsələdən bəhs edən çap məhsulunu əldə edib mütaliəsini
vacib sayır.
Mütaliənin sosial xarakteri haqqında mühakimə yürütmək üçün bir
sıra meyarlardan çıxış etmək tələb olunur. Bunlar mütaliənin cəmiyyətdə
tutduğu mövqe və ona ictimai münasibət, çap əsərlərinin cəmiyyət üzvlə-
ri arasında yayılması, eləcə də əhalinin mütaliəyə cəlb olunmasında sosi-
al-mədəni institut kimi kitabxanaların geniş fəaliyyəti kimi izah oluna
bilər.
11
Bunun üçün isə kitabxana şəraitində hər bir oxucuya fərdi yanaş-
maq, onun müqabilində fərqli xidmət etmək vacib prinsip kimi həyata
keçirilməlidir. Xidmət prosesində fərdi yanaşmanın başlıca məqsədi
oxucuların mütaliəsini istiqamətləndirməkdən ibarətdir.
Bu baxımdan Respublika Elmi-texniki kitabxanasında oxuculara
fərdi yanaşarkən burada ayrı-ayrı oxucuların yalnız fərdi keyfiyyətlərinin
müntəzəm surətdə uçotunu aparmaqla kifayətlənmirlər. Bu işdə hər bir
oxucunun sosial-tipik xüsusiyyətləri də müəyyənləşdirilir. Ayrı-ayrı
oxucuları bu cəhətdən izləmək prosesində kitabxanaçılar eyniliklə
rəngarənglik, ümumiyyətlə fərdlər arasındakı ziddiyyətləri müşahidə edib
fərqləndirirlər.
Kitabxanada oxucular açıq rəfdən kitab seçərkən, kataloq və
kartoteka sistemindən istifadə edərkən, müəyyən kitaba münasibət
bildirərkən kitabxanaçıları baş verən oxşarlığa, tipikliyə fikir verir,
oxucularda hiss olunan fərdiliyi, özünəməxsusluğu qeyd edirlər.
Bu günün mütəxəssis oxucusu mükəmməl oxu vərdişlərinə, eyni
zamanda bu vərdişləri şərtləndirən konkret bir məqsədə malik olmalıdır.
Mütəxəssis oxucuların mütaliə xüsusiyyətlərindən və mütaliələrinin
məzmunundan bəhs edən rus oxucuşünaslardan biri S.İ.Povarnın onları
üç qrupa bölür: birinci qrupa o, vərəqləməklə əsas faktları toplayan,
maraqlı hesab etmədiyi yerləri öturməklə mütaliə edənləri, ikinci qrupu
təşkil edən oxucuları fəal və passiv olmaqla iki yerə ayırır. Onun
fikrincə,
mütaliə zamanı bütünlüklə müəllifin təsiri altına düşən, heç bir tənqidi
münasibət bildirmədən onun fikirləri ilə qeydsiz-şərtsiz razılaşan passiv
oxucular, bir də müəllifin hər bir fikrini özünün təfəkkür süzgəcindən
keçirən, «öz mən»in prizması ilə yanaşan, tənqidi münasibət bildirən fəal
oxucular vardır. Üçünçü qrupa daxil olan oxuculara isə müəllif dərin
mütaliə edənləri şamil edir. Onun fikrincə mütaliə prosesinə ruhi həyatın
elementləri nə qədər çox cəlb olunarsa, bir o qədər dərin mütaliə alınar,
şüur və hisslərdə əvvəl mövcud olanlarla kitab arasında bir o qədər sıx
əlaqə yaranmış olar (3.s.69).
Yuxarıda deyilən fikirlər mütəxəssis oxucunu şəxsi təhsil mütaliəsi
ilə məşğul olmağa cəlb edir. Əlbəttə bu hal müvəqqəti xarakter daşıya
bilməz. Çünki daim inkişafda olmağa can atan, cəmiyyətdə özünü təsdiq
etməyə çalışan mütəxəssis yaşdan-yaşa keçdikcə onun ətraf mühitə,
cəmiyyətin və təbiətin mövcud qanunlarını mənimsəməyə olan meyli
davam edir. O öz ixtisası ilə əlaqədar olan məlumatlar qazandıqca, yeni-
yeni məlumat əldə etmək istəyində olur. Bu baxımdan mütəxəssisin
müntəzəm xarakter daşıyan şəxsi təhsil mütaliəsi anlayışı meydana çıxır.
Mütəxəssisin öz mənəvi tələbatını ödəməyə yönəlmiş şəxsi təhsil
mütaliəsi onun şəxsiyyətinin intellektual inkişafına ciddi təsir göstərir.