AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
214
214
5. Şah Abbasın arvadı/Toplayanı F.Bayat/. Bakı: Yazıçı, 1996, 244 s.
6. Azərbaycan folkloru antologiyası: 16 cilddə, V c., Qarabağ folkloru/Topla-
yanlar İ.Abbaslı, T.Fərzəliyev, H.Nazim (Quliyev)/. Bakı: Səda, 2000, 414 s.
7. Azərbaycan nağılları: 5 cilddə, I c., /Tərtib edənlər: Ə.Cəfərli, S.Əhliman
qızı/. Bakı: Şərq-Qərb, 2004, 367 s.
8. Azərbaycan nağılları: 5 cilddə, IV c.,/Tərtib edənlər: Ə.Cəfərli, S.Əhliman
qızı/. Bakı: Şərq-Qərb, 2004, 335 s.
9. Azərbaycan nağılları: 5 cilddə, I c.,/Toplayanı H.Zeynallı/. Bakı: Şərq- Qərb,
2005, 360 s.
10. Azərbaycan nağılları: 5 cilddə, II c.,/Tərtib edəni Ə.Axundov/. Bakı: Şərq-
Qərb, 2005, 296 s.
11.Azərbaycan Türk nağılları. /Hazırlayan: Xəlilova A.Ə./ Bakı: Nurlan, 2009,
157 s.
12. Рошияну Н. Традиционныe формулы сказки. Москва: Наука, 1974, 215
с.
13. Разумова И.А. Формулы сказки и их языковая реализация. 1.58
14. Разумова И.А. Стилистическая обрядность русской волшебной сказки.
Петрозаводск: Карелия, 1991
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
215
215
Xaləddin Xəlilli, t.e.n
AMEA Folklor İnstitutu, aparıcı elmi işçi
AZƏRBAYCAN TARİX ELMİ VƏ FOLKLOR
Özət
Bütün xalqların yazıya qədər yaradıcılıq, dünyanı dərk etmə üsulu folklor
janrlarında ifadə olunmuş, sonrakı dövrlərdə də zaman-zaman onun üzərinə
kollektiv yaradıcılığın yeni dərk üsulları əlavə edilmişdir. Hələ qədim zamanlardan
mifoloji ədəbiyyat, foklor tarix elminin əsas mənbələrindən biri olmuş, bu sahədə
zəngin təcrübə qazanılmışdır. Bu cəhətdən Vətən tarixşünaslığı yetərli təcrübəyə
malik olmuşdur. M. Kalankatuklu, Ə.Əl-Bakuni, Əbubəkr Tehrani, A.A.Bakıxanov,
Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və b. əsərləri qiymətli örnəkdir. Sovet
imperiyası dönəmində folklor materialından mənbə kimi istifadəyə qadağa
qoyulmasa da, Azərbaycan tarixşünaslığı təsadüfi toxunmalar istisna olmaqla,
folklordan mənbə kimi istifadə etmək üsul və ənənəsini unutdu. Müstəqillik illərində
folklordan mənbə kimi istifadəyə müəyyən cəhdlər olsa da, təəssüf ki, ondan
istifadənin üsul və metodu yaradılmamışdır.
Açar sözlər: folklor, tarix, üsul, metod, mənbə
Резюме
Методы творчества, познание мира всех народов нашло свое отражение в
фольклоре. Со временем постепенно к фольклору прибавлялись новые методы
познания. С древнейших времен мифологическая литература, фольклор
служили одним из основных источников исторической науки. В этой области
накоплено богатое наследство. В отечественной историографии по данной
проблеме также имеется богатейший опыт. Яркими примерами этого твор-
чества можно отметить сочинения М.Каланкатуклу, А.аль Бакуви, Абубакр
Техчани, А.А.Бакиханов, А.Гусейнзаде, Ахмед Агаоглы, М.А.Расулзаде и др.
Хотя в советском обществе не было официального запрета на изучение
фольклора в качестве источника, в Азербайджанской историографии за редким
исключением исследователи к этому источнику относились пренебрежи-
тельно. Несмотря на то, что в годы независимости были предприняты
определенные шаги в области изучения этого источника, до сих пор методы и
способы его изучения не разработаны.
Ключевые слова: фольклор, история, способ, метод, источник
Summary
Methods of creativity, cognition of the world of all peoples of the world are
reflected in folklore. With the lapse of time gradually new methods of learning were
added to folklore. Since ancient times, the mythological literature, folklore served as
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
216
216
one of the main sources of history science. Rich legacy has been accumulated in this
area. In native historiography also has been stored a great experience on the subject.
As the obvious examples of this creation can be noted works by M.Kalankatuklu,
A.al Bakuvi, Abubakr Tehchani, A.A.Bakikhanov, A.Husseinzadeh, Ahmad
Agaoglu, M.A.Rasulzadeh and others.
Though in Soviet society was no official ban on the study of folklore as a
source, in the Azerbaijani historiography with the rare exceptions researchers treated
this source neglectful. Despite the fact that in the years of independence were taken
steps in the study of this source, still techniques and methods for the study have not
been developed yet.
* * *
Zaman xəttində kainatda iqlim dəyişmələri, havaların istiləşməsi və soyuması,
yeraltı qabarmalar və çəkilmələr prosesində yerin relyefi, bitki və heyvanat aləmi
ardıcıl olaraq dəyişir, yeni forma və məzmun qazanır. Baş verən bu dəyişikliyə
uyğunlaşa bilməyən bitki və heyvanlar aləmi, struktur bütövlüyünü, sistemini
saxlaya bilməyən maddələr, canlılar varlığın bu dəyişmələri prosesində yeni
keyfiyyət qazanır və ya bütövlükdə dəyişir, bir haldan başqa hala keçir. Bu prosesdə
insan əcdadı bəzi heyvanlar kimi, məsələn, quşların yuva qurması, qartalın sümüyü
havaya qaldırıb müəyyən yüksəklikdən daşın üzərinə atmaqla onu sımdırıb iliyini
yeməsi, canavarın özündən qüvvətli rəqiblərini aldatmaq üçün bədənini rəqibin
yaxşı görə bilmədiyi əşyalara bənzətməsi kimi fikri əməliyyatlardan daha yüksək
səviyyədə təfəkkür əməliyyatları icra etmək səviyyəsinə çatmaqla heyvanlar
aləmindən ayrıldı. Reflektiv biliklərlə bərabər, ilkin təfəkkür qabiliyyəti göstərib
fikir istehsal etməyə başlayan insan nəsli elmdə (Homo hobbis) bacarıqlı insan
adlandırılır. Bu nəsil insanlar təbiətin hazır məhsulları ilə qidalanmaqla bərabər ilkin
olaraq fikri əməliyyatlarla təbiətə təsir göstərməyə başlayır, əmək aləti, silahlar,
yaşayış üçün mənzil (koma) və s. düzəldir. İstehsal və təcrübə prosesində insan
əcdadının təfəkkürü fasiləsiz inkişaf edir, yeni daha yüksək səviyyəsinə çatır. Elmdə
təfəkkürünün inkişaf səviyyəsinə görə üst paleolit adamı (e. ə. 35-12-ci minillər)
ağıllı-dərrakəli adam – Home sapiens adlanır. Arxeoloji tədqiqatlar göstərir ki, üst
paleolitdə insanların həyatında sosial, mənəvi və dərrakəli münasibətlər üstünlük
təşkil edirdi. Bunun nəticəsi olaraq, insanlar mağaralardan yeni ərazilərə - özlərinin
düzəltdiyi qazmalara, yerüstü daxmalara köçürdülər. Başqa sözlə, indi insanlar
əvvəlki dövrlərdən fərqli olaraq təbii sığınacaqlarla kifayətlənməyib, yeni-yeni
əraziləri öz tələbatlarına uyğunlaşdırmağa çalışırdılar. Hələ qədim və orta paleolitdə
insanlar təbiət hadisələrinə, əşyalara, özlərinin istehsal etdikləri müxtəlif daş və
sümük alətlərə adlar vermişdilər. Bu adlar işarələrlə ifadə olunurdu. Təbii ki, bu
ünsiyyət vasitəsi insan əcdadının harada yaşamasından asılı olmayaraq, eyni və bir-
birinə çox yaxın idi. Təkamül nəticəsində üst paleolit insanı artıq təfəkkürə, ağla,
inkişaf etmiş müxtəlif tonlu, temberli səs orqanına malik idi. Yeni ərazilərdə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
217
217
məskunlaşmaq onun qarşısında duran ən mühüm vəzifə idi. Bu məqsədə çatmaq
üçün o, sosial təcrübənin nəticələrindən sürətli və çevik istifadə etməyi bacarmalı
idi. Çünki, predmet və hadisələri, ictimai münasibətləri ifadə edən işarəvi sözləri,
səsli sözlərlə əvəz etmək, səsli dilin yaranması zərurətə çevrilmişdi.
Dil tarixçiləri ilk insanların təfəkkür və nitqinin inkişafını iki mərhələyə
bölürlər: birinci mərhələ arxantrop və paleoantrop mərhələsi, ikinci mərhələ -
homesapiens mərhələsidir. Homo sapiens üst paleolit adamıdır. Alimlər birinci
mərhələdə insanın yalnız hissi-əyani təfəkkürə malik olduğunu, nitqin üzvlənmədi-
yini qeyd edirlər. Abstrakt təfəkkür, üzvlənən nitq inkişafının ikinci mərhələsinə
aiddir. Başqa sözlə, üzvlənən nitqin təşəkkülü üst paleolit ərzində baş vermişdir (1,
32-144; 2, 15-16; 3, 6-12). Beləliklə, məhdud coğrafi ərazidə (Şimali Afrika, Ön
Asiya və Cənubi-Şərqi Avropa nəzərdə tutulur – X. X.) təşəkkül tapan dil ibtidai
insan qrupunun ilkin adlandırma və fərdi nitq xüsusiyyətləri ilə fərqlənsə də,
tədricən ümumiləşmə prosesi keçirmiş və vahid bəşəri dil kimi formalaşmışdır.
Paleolitin bütün mərhələlərində insan əcdadının fasiləsiz və intensiv inkişaf etdirən,
Yaxın Şərqdə həlledici təsir gücünə malik mədəniyyət ocaqlarından olan (Cənub-
Şimal) Azərbaycan ulu dilin və ilkin mənəvi dəyərlərin, ikinci təbiətin
yaradıcılarından biri olaraq tarix səhnəsinə çıxdılar (1; 2, 16; 3; 4; 5).
Bu prosesi obyektiv qiymətləndirən alman mütəfəkkiri K. Yaspers yazır:
“Tarixin başlanğıcında tarixöncəsi dövrdə toplanmış bioloji irs kimi ötürülən yox,
artırıla və ya israf oluna bilən tarixi substansiya olan hansısa insan varlığı kapitalı
üzə çıxır. Bu, nəsə hər cür təfəkkürə qədər həqiqətən olan, edilə və ya bilə-bilə
yaradıla bilməyəndir.
Bu substansiyanın əhəmiyyəti tarixdə baş verən mənəvi proses vasitəsi ilə
açılır”. Odur ki, “İnsan təbii varlıq kimi yox, mənəvi varlıq kimi tarixdir” (21, 344-
350). Tarixöncəsi mərhələdə varlığın bütün formalarını, onun dəyişmə və inkişafını
insan əcdadı özünəməxsus formalarda təsəvvür edir, onu nağıl, əfsanə, rəvayət və s.
bilgi formalarına salır, nəsildən-nəsilə ötürür. Qədim paleolitdən yazıya qədər olan
dövr varlığın bütün formalarının qiymətləndirilməsi mifik təfəkkür dövrü adlanır.
Ən uzun bir tarixi dövr ərzində insan əcdadının dünyanın – varlığın bütün
formalarını zaman-zaman, təkmilləşdirə-təkmilləşdirə qiymətləndirməsi onun
təfəkkürünü yeni daha yüksək mərhələyə çatdırır. Yazıya keçid mərhələsində mifik
təfəkkürlə bərabər onun bazasında dini və elmi təfəkkür formaları da meydana çıxır.
Mifik təfəkkür formaları dini təfəkkürün əsas bazası olaraq qalır. Ən obyektiv
təfəkkür olan elmi təfəkkür nə qədər hakim mövqe tutub cəmiyyəti əhatə etməyə
çalışsa da, mifik təfəkkür hakim ideologiya kimi fasiləsiz cəmiyyətdə, çoxluğun
təfəkküründə aparıcı mövqedə olur, çoxluğun özünün yaratdığı folklor ədəbiyyatı və
avantürist siyasətçilərin uydurduğu mövhumi ideyalarla onun şüurunun və həyat
tərzinin yaradıcı mənbəyi olaraq qalır. Odur ki, folklor ədəbiyyatı həmişə tarix
elminin əsas mənbəyi olaraq qalır. Belə ki, folklor milli təfəkkür tarixinin laylar
düzümünü də əks etdirməklə inkişafını kompleks özündə əks etdirir. Ümumiyyətlə,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
218
218
tarix elmi hər-hansı dövrdən bəhs edir-etsin, həmin dövrün folklorunda əks olunan
mənəvi dəyərləri və təfəkkür formalarını obyektiv qiymətləndirmədən həmin dövrün
mənəvi durumunu obyektiv dəyərləndirə bilməz. Tarix elminin bu vəzifəsi haqqında
dünya tarixşünaslığı, o cümlədən ictimai elmlərdə yetərincə elmi-nəzəri fikir
söylənmiş, XIX-XX əsr Avropa tarixşünaslığı məhz bu nəzəri müddəa əsasında
işləmiş və işləməkdədir.
Misal üçün, S. Kramerin “Tarix Şumerdən başlanır” əsərində arxeoloji dövrün
etnomənəvi dəyərlərinin açılmasında Şumer miflərindən yüksək səviyyədə istifadə
olunması nümunəsi verilmişdir. Miflərdə gizlənmiş tarixi həqiqətlərin açılmasının,
oxunmasının aydın metodu yaradılmışdı (14). İngilis tarixçisi N. Devisin keçmiş
postsovet xalqları üçün yazdığı “Avropa tarixi” (M., 2004) əsərində folklordan
istifadənin elmi üsulları çox aydıncasına özünü göstərir. Müəllif hansı coğrafi ərazidən,
şəhərdən, etnosdan bəhs edirsə, ilk növbədə həmin məkan, toponim, etnos haqqında
nağıl, əfsanə və rəvayəti oxucuya təqdim edir. Ardınca folklorun təqdim etdiyi
məlumatın mənbələrdə zaman-zaman necə əks olunması diqqətə çəkilir, nəticə olaraq
əldə olunan bütün materiallar məntiq əsasında mifdə əks olunan tarix, hadisə haqqında
elmi bilgi verilir (13).
Azərbaycan folklorşünaslığında folklor materiallarından tarixi mənbə kimi isti-
fadə etməyə təşəbbüs göstərilməsi və folklorda tarixi bilgilərin ehtiva olunması,
onun dərk olunmasının müəyyən edilməsinin üslub və metodunun yaradılması haq-
qında müəyyən işlər görülmüşdür (12; 22; 23). Acı da olsa etiraf etməliyik ki, müa-
sir Azərbaycan tarixçiləri vaxtı ilə Sov. İKP qərarlarından pafosla danışdıqları gün-
lərimizdə elmdə Avropa standartlarına keçilməsinin vacibliyindən bəhs etsələr də,
tarixşünaslığımızda belə bir əlamət, keyfiyyət hələ ki görünmür. Tək-tək hallarda et-
noqrafik əsərlərdə emprik məlumatla folklor materialının bütün çalarları ilə üst-üstə
düşməsi hallarında folklor materiallarına da iqtibas verilməsi halları istisna olmaqla
müasir Azərbaycan tarixşünaslığında folklor materialından mənbə kimi istifadə
olunması yox səviyyəsindədir. Təəssüf ki, bu sahədə uzunmüddətli xüsusi tədqiqat
aparmadığımızdan və qədim dövr, orta asrlər tariximizin yazıldığı fars və ərəb dillə-
rini bilmədiyimdən folklor materialından tariximizin yazılması zamanı istifadə döv-
rü haqqında qəti fikir söyləmək imkanına malik deyiləm. Lakin əldə edə bildiyimiz
məlumatlardan çıxış edərək, M. Kalankatuqlunun “Albaniya tarixi”, N. Tusinin “Əx-
laqi-Nasir”, F. Rəşidəddinin “Oğuznamə”, Ə. Əl-Bakuvinin “Abidələrin xülasəsi və
qüdrətli hökmdarın möcüzələri”, Əbubəkr Tehraninin “Kitabi-Diyarbəkriyyə” əsər-
lərində folklor materiallarından tarixi mənbə kimi yüksək səviyyədə istifadə edilmə-
si özünü aydın göstərir. A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində folklor mate-
rialından istifadə metodu dövrünə görə Avropa tarixşünaslığından geri qalmadığı
göstərməkdədir. Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə yaradıcılığında folklor
materialından tarixi mənbə kimi istifadə olunmasının metod və nəzəri səviyyəsi Av-
ropa tarixşünaslığından nəinki geri qalmamış, özünəməxsusluğu ilə fərqlənmək-
dədir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
219
219
Folklor materialından mənbə kimi tarix elminin bütün sahələrində istifadə
olunsa da, mədəniyyətin mənəvi laylarının, xüsusən təfəkkür tarixinin öyrənilməsi
üçün etnologiya elminin əsas mənbəyi olduğundan folklor etnologiya elminin əsas
tədqiqat predmetidir. 1967-ci ildən Tarix İnstitutunda “Tarixi etnoqrafiya” şöbəsi
fəaliyyət göstərsə də, folklor etnologiyanın mənbəyi kimi, folklor materialı əsasında
Azərbaycan xalqının təfəkkür tarixinə dair bir dənə də olsun məqalə yazılmamışdır.
Azərbaycanda tarix elmini canlandırmaq, xüsusilə mənəviyyat tariximizin obyek-
tiv inkişaf mənzərəsini yaratmaq üçün folklor materiallarından mənbə kimi istifadə
etmək, onun elmi-nəzəri metodlarını yaratmaq Azərbaycan ictimai elmlərinin, birinci
növbədə etnologiyanın, hərbi və mülki tarixin ən vacib vəzifələrindəndir.
Qaynaqlar
1.
Cəfərov Ə. Azərbaycanın ilk sakinləri. B., 2004.
2.
Kazımov Q. Azərbaycan tarixi. B., 2003.
3.
Xəlilli X. Qarabağ etnomənəvi inkişaf tarixi. B., 2006.
4.
Гусейнов М. М. Древний палеолит Азербайджана. Б., 1985.
5.
Мелларг Дж. Древнейшие цивилизации Ближного Востока. М., 1982.
6.
Xəlilli X. Sovet tarixşünaslığı – milli ölüm elmi. B., 2010.
7.
Azərbaycan tarixi. I cild, B., 1998.
8.
Nəbiyev A. Azərbaycan xalq ədəbiyyatı. I hissə. B., 2002.
9.
Azərbaycan ədəbiyyatı tarixi. I cild, B., 2004.
10.
Bayramov Ə. S., Əlizadə Ə. Ə. Psixologiya. B., 2002.
11.
Abbaslı İ. Folklorşünaslıq axtarışları. I cild, B., 2009.
12.
Abbaslı İ. Folklorşünaslıq axtarışları. II cild, B., 2010.
13.
Девис Н. История Европы. М., 2007.
14.
Крамер С. Н. История начинается в Шумере. М., 1991.
15.
Azərbaycan mifoloji mətnləri. B., 1988.
16.
Кесседи Ф. Х. От мифа к логосу. М., 1972.
17.
Гачев Г. Жизнь художественного сознания. М., 1972.
18.
Гачев Г. Д. Содержательность художественных форм. Эпос, лирика,
театр. М., 1968.
19.
Göyüşov R. B., Marminov A. İ. SSRİ Arxeologiyası. B., 1990.
20.
Folklor terminləri. M., 2010.
21.
Yaspers K. Tarixin mənası və təyinatı. B., 2008.
22.
Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., 1983.
23.
Seyidov M. Azərbaycan xalqının soykökünü düşünərkən. B., 1989.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
220
220
Folklor və tariximiz.
AMEA Folklor İnstitutu və
AMEA Tarix İnstitutunun birgə
19-20 noyabr 2012-ci ildə keçirilən
simpoziumunun materialları.
Bakı, “Elm və təhsil”, 2012.
Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli
Nəşriyyat redaktoru:
Kompüterdə yığdı:
Korrektor:
Kompüter tərtiçısı və
texniki redaktoru:
Ramin Abdullayev
Kağız formatı: 60/84 1/32
Mətbəə kağızı: №1
Həcmi: 220 səh.
Tirajı: 300
Kitab Azərbaycan MEA Folklor İnstitutunun
Kompüter Mərkəzində yığılmış, “Elm və təhsil” NPM-də
ofset üsulu ilə çap olunmuşdur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |