Kitabda 1918-ci ilin mart–aprel aylarında Şamaxıda erməni silahlıları
tərəfi ndən törədilmiş soyqırımdan bəhs olunur. Bakı Sovetinin yardımı
ilə ermənilərin bu cinayətləri törətməkdə əsas məqsədləri təbii sərvətlərlə
zəngin olan Azərbaycan ərazisində, ilk növbədə Bakı və onun ətrafında
etnik təmizləmə aparmaqla bu əraziləri Sovet Rusiyasına tabe etməkdən
ibarət idi.
ISBN 978-9952-8135-3-9
470710000
036-2011
qrifl i nəşr
Redaksiya heyəti
Fuad Babayev
Təranə Babayeva
Şahin Camalov
Vəli Əlibəyov
Dəyanət Musayev
Ramiz Sevdimalıyev
Layihənin rəhbəri
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyasının Prezidenti, Şamaxının
Millət Vəkili
Elxan Süleymanov
Müəllif Tarix
elmləri üzrə fəlsəfə doktoru
Məhərrəm
Zülfüqarlı
Elmi redaktor
Tarix elmləri doktoru, professor
Kərim Şükürov
© AVCİYA 2011
7
90 ildən çoxdur ki, erməni diasporu
beynəlxalq ictimaiyyətə
birtərəfl i, çox vaxt yanlış və hətt a qəsdən təhrif edilmiş mənbələrdən
məlumatlar verir. Bu gün bəzi ölkələrin parlamentləri və ictimaiyyəti
1915-ci il hadisələrini erməni iddiaları əsasında “soyqırım” kimi ta-
nımış və ya tanımağa hazırlaşır.
Təəssüf ki, Türkiyə 15 il əvvələ qədər bu sahədə səssiz qalmağa
üstünlük verib, bu məsələnin zaman keçdikcə ermənilər tərəfi ndən
gündəliyə gətirilməyəcəyini güman edib. Ancaq əksinə, erməni di-
asporu Amerika Birləşmiş Ştatlarında və bir
çox başqa ölkələrdə bu
məqsədlə sanki bir şirkət kimi təşkilatlanmış, minlərlə adam yaşa-
yışlarını təmin etmək üçün bunu özlərinə peşə seçmişdir. Erməni
diasporu uydurma erməni soyqırımı iddialarını daima gündəmdə
saxlayaraq bir tərəfdən dünyanın bir çox ölkələrində ermənilər ara-
sında öz mənsubiyyətlərini qorumaq məqsədini qarşısına qoyur,
digər tərəfdən Türkiyədən kompensasiya tələbini və hətt a torpaq
iddialarını bir təzyiq vasitəsi kimi davam etdirmək istəyir.
Erməni diasporunun 90 ildən artıqdır, yazılı və elektron media-
da yaydığı birtərəfl i və tamamilə obyektivlikdən
uzaq məlumatlar
əlbətt ə ki, öz təsirini göstərib, yanlış və təhrif edilmiş iddialar
tədricən bəzi ölkələrdə sanki yeganə həqiqət kimi qəbul edilməyə
başlanıb.
Son illərdə Ermənistan və erməni diasporunun 1915-
ci il hadisələrini çox tez-tez ictimaiyyətin və bəzi ölkələrin
parlamentlərinin gündəliyinə gətirməsinin ən vacib səbəbi də bu-
dur ki, onlar 19 il əvvəl Rusiyanın ağır silahları ilə işğal
etdikləri
Azərbaycan ərazilərini, bir milyona yaxın Azərbaycan qaçqınını və
Dağlıq Qarabağ məsələsini beləliklə, diqqətdən kənarda saxlama-
ğa çalışırlar. Bu strategiya son dərəcə düşüncəli bir şəkildə diqqətlə
Ön söz
8
həyata keçirilir.
Şübhəsiz ki, Ermənistan və erməni diasporu xüsusilə 1918-
ci ilin mart-aprel aylarında Azərbaycan türklərinə qarşı həyata
keçirdikləri qətliamları və 1992-ci ildə darmadağın edilən Xocalı-
da əksəriyyəti qadın və uşaq olan 630 insanın qətlə yetirildiyini də
gündəlikdən kənarda saxlamağa çalışır.
Beynəlxalq ictimaiyyət artıq həqiqətləri obyektiv mənbələrdən
öyrənməlidir. Buna görə də Türkiyə ilə Azərbaycan
bu məsələyə bö-
yük önəm verərək təhrif edilməmiş, dəyişdirilməmiş mənbələri və
müxtəlif ölkələrdəki arxiv sənədlərini əsas dillərdə nəşr edərək dün-
ya ictimaiyyətinin obyektiv məlumatlar almasını təmin etməlidir.
Əgər Ermənistan və erməni diasporu bu günə qədər beynəlxalq
ictimaiyyətə təqdim etdikləri məlumat və mənbələrin həqiqiliyinə
belə inanırlarsa, Rusiya, Fransa, Almaniya, İngiltərə, ABŞ, Türkiyə,
Ermənistan və Azərbaycandakı sənədlərlə,
mənbələrlə və arxiv
məlumatları ilə üzləşməkdən niyə çəkinir? Niyə Türkiyənin bu
mənbələrin türk, erməni və beynəlxalq tarixçi-mütəxəssislərdən
ibarət komissiya tərəfi ndən araşdırılması ilə bağlı təklifi ni rədd
edirlər? Əgər Ermənistan və erməni diasporu ətrafl ı bir araş-
dırma nəticəsində həqiqətlərin üzə çıxmasından və beynəlxalq
ictimaiyyətə bu günə qədər qəsdən səhv məlumatların verilməsi
faktının aşkara çıxmasından narahat deyilsə, Türkiyənin bu təklifi
niyə qəbul edilmir?
Dünyanın bir çox yerlərində eyni
regionda yaşayan və ya bir-
birinə qonşu olan ölkələrdə xalqlar uzun müddət müharibə etmiş,
son dərəcə kədərli hadisələr baş vermişdir. Bunun ən bariz nümunəsi
olaraq, Almaniya və Fransa arasında İkinci Dünya müharibəsinə
qədər yüz illər boyunca davam edən müharibələr və iki xalqın
çəkdiyi ağlasığmaz əziyyətləri göstərmək olar. Almaniya və Fransa,
1950-ci illərdən etibarən tarixin bu kədərli səhifələrindən dərs ala-
raq mehriban və hətt a dostcasına qonşuluq
münasibətləri yarada