Kimlər xatırlanar görəsən?



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix14.05.2018
ölçüsü0,63 Mb.
#43495
1   ...   5   6   7   8   9   10   11   12   ...   31

 
23 
 
Zabit  yaxşı  ata  idi.  Hər  iki  övladına  təhsil  vermişdi,  onları  ev-eşik  sahibi 
etmişdi. 
Zabit  yaxşı  baba  idi.  Birinci  nəvəsi  dünyaya  gələndə  sevincindən  quş  tək 
uçurdu. Özünün qızı yox idi. Teymurun qızı Almaz sanki onda qız övladına qarşı 
olan məhəbbəti daha da artırmışdı. Onun nəvəsi Almaza olan sevgisini görən şair 
O.Rza Almaz üçün şeir də yazmışdı. Zabit Almazın ad günlərini bir bayram kimi 
qeyd edirdi. Qeysər xanımla birlikdə ona hədiyyələr alar,hətta qəzet vasitəsi ilə onu 
təbrik edərdi. 
Zabit müəllim kiçik oğlu Seymurla ata-oğul münasibətindən başqa həm də 
yaxşı dost idi. Seymur Dubay şəhərində yaşayırdı. Bəlkə də arada olan bu məsafə 
onlar  arasında  dost  münasibəti  yaratmışdı.  Seymurun  iki  övladı  var  idi.  Qızına 
anası Xədicənin adını vermişdi, oğlunu İslam adlandırmışdı. Zabit hər gün onlarla  
əlaqə  saxlayar,  telefonla  danışardı,  görüşləri  zamanı  günün  çoxunu  nəvələri  ilə 
keçirərdi.  
Zabit  yaxşı  qaynata  idi.  Gəlinləri  Mehparə  və  Naidəni  öz  qızları  kimi 
sevirdi. Gəlinlərlə müraciəti, söhbəti çox doğma və səmimi idi. Gəlinlər də Zabiti 
öz  ataları  kimi  sevir,  ona  ərklə  müraciət  edir  və  ürək  sözlərini  çəkinmədən  ona 
deməyi  bacarırdılar.  Bu  münasibət  əlbəttə  boş  yerə  deyildi,  bu  Zabit  müəllimin 
səmimiyyətinin nəticəsi idi. 
Zabit  müəllim  yaxşı  dayı,  yaxşı  əmi  idi.  Bacısı  oğlu  Məhəbbət,  qardaşı 
oğlanları Alik və Ramiz həmişə fəxr edirdi. 
Bacı  və  qardaşı  uşaqları  da  həmişə  ona  oxşamağa    çalışır,  ondan  məsləhət 
alardılar. 
Zabit  evin  son  beşiyi  idi.  Kiçik  olmasına  baxmayaraq  qohumları  onu 
özlərinə  ağsaqqal  seçmişdilər.  Bacı  və  qardaşları  məclislərinin  başında  onu 
otuzdurur,  onunla  məsləhətləşərdilər.  Zabit  də  ömrünün  sonuna  qədər  bacı  və 
qardaşlarına arxa durar, onların ailələrinin daima qayğısına qalar, uşaqlarını tez-tez 
evinə dəvət edərdi. Yeyib içərdilər və Zabit müəllim həmişə onlara bir-birinə qarşı 
mehriban, diqqətli olmağı, bir-birlərinə dayaq olmağı, bu ənənələri öz övladlarına 
ötürməyi tövsiyyə edərdi. 
Zabit yaxşı kürəkən, yaxşı yeznə idi. Qaynatası Süleyman müəllimi həmişə 
yüksək qiymətləndirər, onu nümunəvi ata adlandırardı. 
O, Qeysər xanımın qardaş və bacılarına ehtiramla yanaşardı. Qayınları Zabit 
müəllimə  hörmət  edər,  onunla  məsləhətləşər,  bir-birlərinə  dost  münasibəti 
göstərərdilər. 
Zabit  müəllim  vəfalı  həyat  yoldaşı,  yaxşı  ər  idi.  Qeysər  xanım  onun  şirin 
sözü idi. Bülə bir deyim var, ən xoşbəxt kişi odur ki, səhər işə, axşam evə tələsiyir. 
Iş  yeri  Zabit  müəllimin  ikinci  evi  idi.  Günün  çox  hissəsini  işdə  keçirən  Zabit 
müəllimi iş yerində gözləyənlər, onun üçün darıxanlar, onu sevənlər var idi. Onlar 
həm  də  çox  idilər.  Insan  var  onun  varlığı  ilə  yoxluğu  bilinmir,  gözə  görünməsə 
yada  düşmür  də.  Zabit  müəllimin  bircə  anlıq  yoxluğu  gözə  görünməməsi  onun 
yoxluğunu hiss etdirirdi. 
Zabit  müəllim  işdən  evə  tələsiyən  kişilərdən  idi.  Evində  onun  yolunu 
səbirsizliklə  gözləyən,  ayaq  səslərindən  tanıyıb  qapını  üzünə  açan,  sevimli, 


 
24 
 
mehriban  həyat  yoldaşı  gözləyirdi.  Evdə  onun  üçün  hər  cür  komfort  yaradan 
Qeysər xanım Zabitin başına pərvanə kimi dolanar, uşaq kimi nazınnan oynayardı. 
Zabit  müəllimin  ailəsinə  yaxın  bir  adam  kimi  mən  bunları  bilirdim.  Hər  kişiyə 
nəsib olmayan bu xoşbəxtlik gec də olsa Zabit müəllimi tapmışdı. Zabit müəllim 
də  bunları  görüb,  dəyərləndirən  bir  ər  idi.  O,  qeysər  xanımın  bütün  arzularını 
gözündən oxuyan, onu sözsüz başa düşər, bütün istəklərini sözsüz yerinə yetirərdi, 
hətta  onun  üçün  sürprizlər  etməyi  çox  sevərdi.  Bir  dəfə  Qeysər  xanımın  ad 
günündə ona gözlənilməz bir hədiyyə də etmişdi. Bu belə olmuşdu. Zabit müəllim 
rəssam  dostu  Sultanla  görüşüb  ona  həm  özünün,  həm  də  Qeysər  xanımın  şəklini 
verib  ikisinin  birlikdə  portretini  işləməyi  xahiş  etmişdi.  Bir  istirahət  məkanında 
Qeysər  xanımın  50  illik  yubileyi  qeyd  olunurdu.  Zabit  müəllim  öz  hədiyyəsini 
təqdim  etdikdə  həm  Qeysər  xanım,  həm  də  qonaqlar    təəccübünü  gizlədə 
bilməmişdi.  Yağlı  boya  ilə  işlənmiş  tabloda  Zabit  müəllim  Qeysər  xanımın  başı 
üstündə dayanmışdı. Sanki bu şəkillə o öz xoşbəxtliyini hamıya bildirmək istəyirdi. 
Bu gözəl rəsm əsəri indi də Zabit müəllimin evini bəzəyir. 
Qeysər  xanımın  sözləri  ilə  desək  Zabit  müəllim  Qeysər  xanımın  həyatının 
mənası  idi.  Ömrünün  son  anınadək  onu  tək  qoymayan  vəfalı  həyat  yoldaşı, 
məsləhətçisi və sirr yoldaşı idi. 
 
Zabit  müəllim  ailəsinin,  övladlarının,  qohumlarının  yaddaşlarında, 
xatirələrində  həmişə  vəfalı  həyat  yoldaşı,  əziz  ata,  mehriban  baba,  sevimli  əmi, 
dayı kimi, yaxın dost kimi yaşayacaq və xatırlanacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
25 
 
 
 
Zabit müəllim doğmalarının xatirələrində 
 
 
 
 
 
     
 
 
 
 
 
 
Həyat yoldaşı Qeysər xanım 
O mənim həyatımın mənası idi. 
 
 
 
 
Sən mənim qəribə qismətim, payım 
 
 
 
 
Gündüzlər günəşim, gecələr ayım. 
 
 
 
 
Güneydə quzeyim, qışda yazımsan 
 
 
 
 
Sən mənim həmişə əl çatmazımsan. 
 
 
 
 
 
 
 
 
B.Vahabzadə. 
 
Artıq  hər  günü  bir  ilə  bərabər  neçə  aydır  ki,  Zabit  müəllim  bizimlə  deyil. 
Buna  inanmaq  istəməsək  də  bu  acı  bir  həqiqətdir.  O  qədər  həyatsevər,  o  qədər 
ailəcanlı bir insanın bizi nə vatsa tərk edəcəyini ağlıma belə gətirə bilməzdim. 
 
Pəri  xanım  Zabit  müəllim  haqqında  xatirə  kitabı  yazmaq  istədiyini  mənə 
deyəndə  bir  anlıq  tutuldum,  nə  deyəcəyimi  bilmədim.  Çünki  bu  Zabitin  məndən 
istədiyi  son  xahişi,  arzusu  idi.  Son  vaxtlar  nədənsə  tez-tez  öləndən  sonra  onun 
haqqında xatirə kitabı yazmağımı xahiş edirdi. Mən isə “ay Zabit bu nə sözdür, nə 
ölüm ölüm salmısan “ deyirdim. Ancaq nə biləydim ki... Və onun son arzusunun 
gözlənilmədən  Pəri  xanımın  reallaşdırmaq  istəməsi  məni  sevindirməklə  bərabər 
həm də kədərləndirdi. Mən bircə söz deyə bildim: Pəri xanım bu Zabit müəllimin 
arzusu idi. 
 
Biz  Zabit  müəllimlə  gec  ailə  qurmuşduq.  Öz  kariyeramla  məşğul 
olduğumdan  ailə  qurmaq  haqqında  düşünmürdüm.  Təsadüf  bizi  qohumlardan 
birinin  ad  günündə  Zabit  müəllimlə  görüşdürdü.  Mənə  onun  alicənab,  yüksək 
mədəniyyətə malik, eyni zamanda subay olduğunu bildirdilər. Bəlkə də bu təsadüf 
mənim taleyimin bir qisməti imiş. Zabit müəllim çox saf, ürəyi təmiz, sadə, eyni 
zamanda ciddi bir insan idi. Dediyi hər bir sözün üstündə duran,  dostlarına qarşı 
sadiq və mərd olub. Onun gözəl xüsusiyyətlərindən biri də onun təbiiliyi idi. Yəni 
cəmiyyətdə, kollekticdə necə vardırsa ailədə də eyni xasiyyətə malik idi. 
 
Zabit  müəllim  işlədiyi  kollektivi  özünə  çox  doğma  sayırdı.  Universiteti 
özünün  ikinci  ailəsi  hesab  edirdi.  Ankarada  ölümündən  bir  neçə  gün  qabaq  evə 
hazırlaşırdıq.  Bakıya  çatanda  görəcəyimiz  işləri  planlaşdırırdıq.  Dedi  Qeysər  bir 
qazan  “PİP”  yarpağından  dolma  da  hazırlayarsan.  Işdə  kollektivlə  qayıtmağımızı 
qeyd edərik. Lakin sən saydığını say gör fələk nə sayır deyiblər...  
 
Zabit  işinə  çox  məsuliyyətlə  yanaşardı.  Saatlarla  oturub  işləyərdi.  Fikrini 
başa  çatdırmasa  ayağa  qalxmazdı.  Sonra  isə  baxmayaraq  ki  mən  başqa  sahədə 
çalışırdım  yazdıqlarını  mənə  ötürüb  “oxu  gör  necə  yazmışam”  deyə  uazılarına 
mənim münasibət bildirməyimi xoşlayardı. O səliqəli geyinməyi və səliqə səhmanı 
çox sevirdi. Hər gün işə gedəndə evdən birgə çıxardıq. Lakin mən evə ondan tez 
qayıdırdım.  Zabit  işdən  qayıdanda  qapı  ağzında  onu  qaşılamağımı  çox  sevirdi. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə