FƏXRİ VALEHOĞLU
Bu dövrdə Pəmbək qarapapaqları nüfuzlu ağalar Səid b əy və
Rəhim bəyin başçılığı altında ruslara qarşı üsyan etdi. Onlara
Qazax, Borçalı və Şəmşəddil mahallanndakı soydaşları da dəs
tək verdi. Pembəyin Saral dərəsində mayor Montrezerin koman-
danlığındakı rus qoşunu ilə 1800-cü ildə Abbas M irzəyə sığın
mış gürcü şahzadəsi Aleksandr Mirzənin başçılığmdakı İran sü
variləri və Pəmbək, Qazax, Şəmşəddil və Borçalı qarapapaqla-
rının 6000 nəfərlik birləşmiş qoşunu arasında döyüş baş verdi.
Bu döyüşdə Montrezerin qoşunu məğlubiyyətə düçar oldu, özü
isə öldürüldü.
1804-cü il 29 iyunda Pəmbəkli Nağı bəy Mehdibəyov Borça-
lı pristavı Kananovun köməkçisinə hücum edir. Bu hücumda
Aleksandr Mirzənin bacanağı Adam Beburov da iştirak edir.
Həmin il Nağı bəy, Rəhim bəy və Səid bəy Qars paşası q arap a-
paq M əm m əd Paşaya müraciət edib paşalığın ərazisində,
Mağazberdlə Baş Şürəgel arasında məskunlaşmaq istədiklərini
bildirirlər. M ənbələrdən Nağı beyin 1804-cü ildə İran təbəəli-
yini götürüb İrəvana köçməsi məlum olur.
1804-
cü ilin iyun-iyul aylarında İrəvan bölgəsində qanlı
döyüşlər getdi. İyulun sonlarında İrəvan qalasım elə keçirm ək
m əqsədilə həlledici hücumlar edən general P. D. Sisianov ko-
mandanlığındakı ruslar sərt müqavimətlə üzləşərək heç bir nəti
cə əldə etməyib Tiflisə qayıtmağa məcbur oldular. Bundan sonra
1804-cü ildə elə bir əhəmiyyətli hərbi əməliyyat olmadı.
1805-
ci ildə Budaq sultanın rəhbərliyindəki Şürəgəl sultan
lığı, Qarabağ, Şəki və Şirvan xanlıqlan, 1806-cı ildə isə Bakı,
Quba və Dərbənd xanlıqlan Rusiyaya birləşdirildi.
1806-
cı ilin dekabnndä rusların Osmanlı İmperiyasının Bal
kan yanmadasındakı ərazilərinə - Moldova və Valaxiyaya qoşun
yeritməsi həmin il dekabnn 30-da Rusiya-Osmanlı müharibəsi
nin başlanmasına yol açdı.
İranla müharibənin davam etməsinə baxmayaraq, bəzi rus
generalları Balkanlarda başlanmış rus-türk döyüşlərini ermənilə
rin təhriki ilə Anadoluya da keçirməyə, bununla da Qafqazda
ikinci cəbhə xəttinin açılmasına cəhd edirlər və buna nail olur-
86
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
lar. M ənbələr bildirir ki, general Nesvetayev canişin-başkoman-
dan qraf Qudoviçə 1807-ci ilin başlarında yazdığı raportunda
Qars ermənilərinin rus qoşunlarının yolunu səbirsizliklə gözlə
diyini söyləyib, onu Osmanlı torpaqlarına daxil olmağın zərurili
yinə inandırmağa çalışırdı. Qudoviçin razılığım aldıqdan sonra
isə ilk öncə öz nümayəndələrini Qars paşası Məmməd Paşanın
hüzuruna göndərib, ona könüllü surətdə Rusiyanın himayəsi
altına keçməyi tək lif edir. İstədiyi cavabı ala bilməyən Nesveta
yev 23 fevral 1807-ci ildə M əm m əd Paşaya və onun qardaşı,
Qars qarapapaqlarm ın başçısı Q ara bəyin(Q ara M ahm ud
bəyin) hərəsinə ayn-aynlıqda məktub göndərib onlan rus qo
şunlarının sərhədi keçəcəyi təqdirdə müqavimət göstərməmələ
rinə əzizləyərək, şirindillə razı salmağa səy göstərir (Bu mək
tubların tam m ətninə bax: Qafqaz Arxeoqrafiya Komissiyasının
tərtib etdiyi aktlar, III cild, s. 598-599). Əvəzində M əm m əd
Paşa ruslann gözlənilən hücumundan müdafiə olunmaq üçün
İrəvan xanı Hüseynqulu xandan kömək istəyir. Qara bəy isə qar
daşı T ək əl ağa ilə birlikdə 400 piyada və 300 süvarinin müşa
yiətində Şüregelin sərhədə yaxın kəndlərinə gələrək bu kənd
lərin əhalisini təhlükəsizlik məqsədilə Qarsın iç bölgələrinə
köçürür.
Nesvetayev 5 martda M əm m əd Paşa və Q ara b ə y ə daha bir
məktub göndərib bəlli təklifini onlara bu dəfə artıq hədə-qorxu
gələrək qəbul etdirmək istəyir. Cavab məktubunda Qara bəy sa
vaşa hazır olduğunu bildirir.
Rus qoşunları sərhədə düzülür. Türkiyəyə hərəkət edəcək
Saratov (Santau) muşketyor polku, Qafqaz qrenader alayının
batalyonları (qraf Simoniçin rəhbərliyində), troitski muşketyor
alayı, Qafqaz artilleriya briqadası və 2 kazak alayına ümumi
komandanlıq general Nesvetayevə həvalə olunur.
Ruslar turk sərhədini 1807-ci il 16 martda pozub keçir. Qa-
rapapaq Qara bəy həmin gün 1000 nəfər piyadayla Baş Şürəgəl
kəndinin qalasında və kənd ətrafındakı istehkamlarda mövqe
tutur. Rus qoşunları Baş Şürəgəli mühasirəyə alır. Kəndi döyüş
süz təhvil vermə təklifinə qəti rədd cavabı aldıqdan sonra ruslar
87
FƏXRİ VALEHOĞLU
dörd bir tərəfdən hücum edərək onu zəbt edir. Qara bəy öz dəs-
təsiylə sahibi olduğu Mağazberd//Mağizberd kəndinə çəkilir.
25 martda, rus ordu birlikləri birbaşa Qarsa doğru istiqamət
götürdüyü zaman yol qırağındakı dərədən onlara Qara bəyin
min nəfərlik dəstəsi hücum edir. Qara bəy bu hücumla rusların
ordu bölmələrini ikiyə parçalamağa cəhd etsə də, bu mümkün
olmur. Səhərisi gün, 26 martda Yeniköy tərəfdə o, öz süvariləri
ilə düşmənə daha bir neçə hücum edir. Bu hücumlar nəticəsində
rus əsgərlərinin 32-si ölür, 27-si isə yaralanır.1 6 apreldə Qara
bəylə Nesvetayevin daha bir toqquşması olur.
Nesvetayev Qarsın 10000 silahlı şəhər sakini tərəfindən 60
topla qorunduğu və qala divarlarının ikiqat olduğu üçün ruslann
şəhərə girmək istəyəcəyi təqdirdə çox itki ilə üzləşəcəyini ön
cədən bilirdi. Buna baxmayaraq, o Ərzurumdan şəhər sakinlə
rinə hərbi yardım gələnə kimi Qarsı tutmaqda israrlı idi. Ruslar
Qarsa etdikləri hücumda əvvəlcədən gözləndiyi kimi, böyük
itkilər verərək elə şəhərin kənar m əhəllələrindəncə geri atıl
dılar. Bundan sonra Ərzurum paşası, səraskər Y usuf Paşa Qarsa
Əli Paşa komandanlığında 2000 piyada .və 1000 süvari əsgər
göndərir. Əli Paşa eyni zamanda Məmməd Paşanı tutduğu vəzi
fədə əvəz etməli idi.
Qars paşası təyin edilmiş Əli Paşa ilk öncə Q ara b əy və qar
daşı Ç ahal bəyi, həmçinin M əm m əd Paşanın iki oğlunu həbs
etmək istəyir və bunun üçün onları aldadıb Qarsa gətirməyə
cəhd göstərir. Ancaq qardaşlar Əli Paşanın əsl niyyətini başa
düşüb tələyə düşmürlər. Çahal bəy və Q ara bəyin oğlu Suli
b ə y 80 silahdaşı ilə Mağazberddə, Qara bəyin özü isə 2000
qarapapaq və kürd atlısıyla Mağazberd və rus sərhədi arasındakı
kəndlərdə möhkəmlənirlər.1
2
9 mayda səraskər Yusuf Paşanın özü 3000 döyüşçü ile Qarsa
gəlir və yubanmadan ruslara qarşı fəal tədbirlər görməyə başla
yır. Buradan Axısqa paşalığma 1000 yeniçəri göndərir. M əm
1 AKAK, III c., s. 604.
2 Yenə orada, s. 610.
88
QARAPAPAQLAR VƏ ONLARIN X IX ƏSR HƏRB TARİXİ
məd Paşa və Əli Paşaya əm r edir ki, tabeliklərindəki qoşunlarla
Baldərəvan kəndində düşərgə salsınlar. Y usuf Paşa Qara bəyin
sərbəst düşüncəli və məğrur bir komandan olduğunu bildiyi
üçün, onu qarapapaqlardan ayırıb Öz nəzarəti altında saxlamağı
düşünür. Bunun üçün o, Qara bəyi Qarsda, öz yaxın ətrafında
vəzifəlendirir. Qara bəy dəstəsindəki qarapapaqlara başçılıq et
məyi qardaşı Ç ahal bəyə tapşırır. « S ev im liləri Q ara bəy»
Qarsda məskunlaşdıqdan sonra onun tabeliyindəki qarapapaq-
ların bir qismi İrəvan xanlığına köç edir.1
Y usuf Paşa Qazax-Borçalı qarapapaqlarını öz tərəflərinə
çəkm ək üçün də m üəyyən işlər görür. O, bu m əqsədlə əvvəlcə
B orçalı M olla V əli, sonra da 1799-cu ildə Qazax mahalının
Xanlıqlar kəndindən Qarsa köçmüş Əbdüləzim vasitəsilə borça-
lılara və qazaxlılara müraciətlər göndərib onları ruslar əleyhinə
üsyana səsləyir. Bundan başqa Yusuf Paşa İrəvanlı Hüseynqulu
xanı qarapapaqlan üsyana qaldırmaq üçün birləşib ortaq qüvvə
lərlə ruslann nəzarətindəki 2 bölgəyə - Pəm bəyə və Göyçə
tərəfdən Dilcan dərəsini keçərək Qazağa hücum etməyə çağırır.
Artıq may ayının sonlannda türk qoşunlan Gümrü yaxınlı
ğında idilər. Beləliklə, görülmüş çevik tədbirlər nəticəsində rus
lar türk sərhədlərindən tamamilə sıxışdırılıb çıxarılmışdırlar.
1807-ci ilin yayında Y usuf Paşa qarapapaqlar üzərində idarə
ni Q a ra b ə y d ən alıb Q aya b əyə tapşırır. Bu Y usuf Paşayla Qa
ra bəyin arasının dəym əsinə və sonuncunun Naxçıvana köçmə
sinə səbəb olur. Qara bəyin qardaşları isə əvvəlki kimi Qars
paşalığmda qalırlar.
Nesvetayev Qudoviçə ünvanladığı 26.XI. 1807-ci il tarixli
raportunda yazırdı: «Pəmbək vilayətinə icazəsiz keçdikləri üçün
həbs olunmuş iki Qars tatarının məsələsi ilə bağlı Mağazberdli
Ş ə r if b ə y ə (Çox güman ki, bu Şərif bəy Qara bəydən sonra
Mağazberdin sahibinə çevrilmiş və 1828-29-cu illər rus-türk
savaşında qarapapaq süvarilərinə başçılıq etmiş Ş ərif ağadır - F.
V.) ö z adamım vasitəsilə arayış göndərdim. Göndərdiyim adam
1 Yenə orada, s. 615.
89
Dostları ilə paylaş: |