KəXRİ valehoğlu qarapapaqlar



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə21/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   17   18   19   20   21   22   23   24   ...   57

FƏXRİ VALEHOĞLU
Sulduz  mahalına  qarapapaqlar  1828-ci  ildə  köçüblər.  Həmin 
il  imzalanmış  Türkmənçay əhdnaməsindən  sonra  Q a r a p a p a q  
N a ğ ı  x a n ın   rəhbərliyi  altında  İran vəliəhdi  Abbas  Mirzə  Qa­
car tərəfində vuruşan  Borçalı  və Qazax  qarapapaqlannın  böyük 
bir  bölümü  Maku-Ovacıq  yörəsindən  çıxıb  güneyə  doğru  hərə­
k ət  edir.  Təqribən  15-20  gün  Səlmas  şəhərinin  qərb  hissəsində 
dayandıqdan  sonra  cənub  istiqamətində  yollanna  davam  edən 
qarapapaqlar  Uşnu//Uşneviyyə  əyalətinin  Urmiyə//Urmu  gölü­
nün  cənub-şərqindəki  münbit  torpaqlı  Sulduz  bölgəsini  daim 
məskunlaşmaq  üçün  özlərinə  yurd  yeri  seçirlər.  Sulduz  qarapa- 
paqlarının  Adıgözəlli  tayfasından  Hacı  İsmayıl  Nəbiyar  hicri- 
şəmsi  1381 -ci  (miladi  2003)  ildə Nəqədədə  farsca nəşr etdirdiyi 
«Azərbaycan və  Sulduz» kitabında yerli  Qarapapaq elini həm  də 
Bozçəli  tayfası deyə anır və bu elin bu yerə  gələndə  13  tayfadan 
ibarət  olduğunu  qeyd  edərək  tayfalar  şəcərənaməsini  belə  dü- 
zümleyir.  1  -  Tərkavənd (Tərkavün//Tərkivan), 2 -  Can Əhməd­
li,  3  -   Çaxırlı,  4  -   Şəmsəddinli,  5  -   Ərəbli  (Araplı),  6  -   Qəzaq 
(Qazax),  7 -  Ulaşlı,  8 -  Saral,  9 -  Adıgözəlli,  10 -  Koroğlu,  1 1 -  
Dostlar,  12  -   Dişqıran,  13  -   Leyli.1  Digər  bir  nüfuzlu  sulduzlu 
araşdırıcı  ayətullah  Mehdi  Rəzəvi  isə  «Qarapapaq  eli»  adlı 
sanballı  monoqrafiyasında  (Tehran,  hi e ri-1370  =  m iladi-1992, 
farsca)  qarapapaqların  Sulduz  bölgəsinə  daxil  olan  zaman  8 
tayfadan  (Saral,  Tərkavən,  Şəmsəddinli,  Çaxırlı,  Canəhmədli, 
Qəzaq,  Ulaşlı  və  Ərəbli)  ibarət  olduqlarını  yazır1
 2  və  onlardan 
əkinçiliklə  məşğul  olanların  məskunlaşmaq  üçün  bu  bölgənin 
Mahur çölü,  Sarıtorpaq və Kuhpayeha ərazilərini, heyvandarlıqla 
məşğul olanların isə Qaratorpaq ərazisini  seçdiklərini  qeyd edir.3 
Sulduz  qarapapaqları  barədə  Ön  Asiya  xalqlarının  tarixi,  m ədə­
niyyəti,  məişəti  haqqında  məlumatlar  toplusu  olan  «Ön  Asiya 
xalqları» kitabında yazılır:  «Qarapapaqlar Rəzayyə (Urmiyə) gö­
lünün  cənub  sahilində,  Sulduz  nahiyəsində  yaşayırlar.  Qarapa-
«Qarapapaqlar» məcmuəsi, Tiflis, 2005, sayı  1,  s.  14.
2 «Qarapapaqlar», 2005,  sayı 2, s.  18.
3 «Qarapapaqlar», 2005,  sayı 3,  s.  7.
82
QARAPAPAQLAR  VƏ ONLARINШ  ƏSR HƏRB TARİXİ
paq  tayfalan  (İran  qarapapaqları  nəzərdə  tutulur  -   F.  V.)  uzun 
m üddət  Güney  Qafqazın  Borçalı,  Qazax,  Sevan  (Göycə)  gölü 
bölgələrində  ömür sürüblər,  buralarda indi  də  onlann qohumları 
yaşamaqdadırlar...  Qarapapaqlar terkavün,  saral,  araplı,  can-əh- 
m edli,  çaxarlı,  ulaçlı  tayfalarına bölünürlər.  Bu  tayfalardan  həm 
də  borçalı  adlanan  birincisi  «xan  tayfası»  hesab  olunur və  digər 
tayfalar üzərində hakim durumdadır».1
Coğrafi  cəhətdən  strateji  və  son  dərəcə  mühüm  bir  ərazidə 
yerləşən,  Şərqi  Azərbaycan  (mərkəzi  -   Təbriz  ş.)  və  Qərbi 
Azərbaycan  (mərkəzi  -   Urmiyə//Urmu  ş.)  ostanlarının  türk 
obalarını  Urmiyə  gölünün  güneyindən  bir-birinə  daha  sıx 
bağlayan  Sulduz  bölgəsində  uzun  illərdir  ki,  hakim  dairələrin 
yardımı  ilə  süni  surətdə  kürdləşdirmə  siyasəti  həyata  keçirilir. 
Ö tən  əsrin  80-ci  illərinin  sonlarında  Sulduz  şəhərində  qarapa- 
paqlarla kürdlər  arasında  etnik  zəmində  baş  vermiş  qarşıdurma, 
şəhərin  dinc  qarapapaq  əhalisinin  silahlı  kürdlərin  hücumlarına 
m əruz  qalması  və  hökumətin  bu  m əsələlərə  biganəliyi  qarapa- 
paqların  bir hissəsinin şəhəri tərk edib başqa yerlərə köçməsinə 
səbəb oldu. Hazırda  100 minə yaxın əhalisi olan bu şəhərin əha­
lisinin  65  %-i  qarapapaqlardan,  35%-i  isə  kürdlərdən  ibarətdir. 
Folklorşünas  Tohid  Məlikzadə:  «Urmiyə  gölünün  cənubunda 
möhtəşəm  Qarapapaq  yurdu  Sulduz  hər  türlü  təzyiqlərə  qarşı 
Türklüyü,  eləcə  də  ata-babamızdan  miras  qalan  folklorumuzu 
qoruyub  saxlamaqdadır».2  Sulduzun  Kuhul  kəndində  yaşayan  el 
şairi İsmayıl Behrami öz mahalım belə tə rif edir:
Qarapapaq elimdi,
Türkü -  ana dilimdi,
Neğədeyin qalası,
Mənim Çənlibelimdi.
1 Народы Передней Азии, Москва,  1957, с. 285-286.
2 «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» II Uluslararası folklor 
konfransının materialları, Bakı, 2004, s. 370.
83


FƏXRİ VALEHOĞLU
Səfalıdı bahan,
Daşqın gələr Gadan, 
Dostlarına baş əyir, 
Düşmənləri aparı.
Şanm,  şövkətin Sulduz, 
Çoxdur qeyrətin Sulduz, 
Aləm ə əyan oldu,
Sənin qüdrətin Sulduz.
Qəhrəmanlar vətəni, 
Boldur çayı, çəməni, 
M ən o namərd deyiləm, 
Buraxam qaçam seni.
Sulduzam, güllərim var, 
Çiçəkli çöllərim var,
Bac verməyib, bac alan, 
Qarapapaq ellərim var.
84
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
II  FƏ SİL
XIX YÜZİL QARAPAPAQ HƏRB TARİXİ
X IX   yü zild e  Qafqaz  v ə   Şərqi  Anadolu  qanlı  m üharibələr  m ey­
danına  çevrildi.  Bu  dövrdə  iki  Rusiya-tran  (1 8 0 4 -1 3-cü  v ə   1826-28-ci 
illər)  v ə   dörd  R usiya-O sm anlı  (1806-12,1828-29,  1853-56,  v ə   1877- 
7 8 -ci  illər)  m üharibəsi  baş  verdi.  Hərbi  əm əliyyatlar səhnəsinin m ər­
k əzin d ə  ömür  sürən  qarapapaqlar bu  m üharibələrdə  ən   döyüşkən  türk 
uluslarından  olduqlarını  döyüş  meydanlarında  sübut  etdilər.  X IX   əsr­
dəki  savaşlara  dair  istər  türk,  istərsə  d ə  rus,  gürcü  qaynaqları  qarapa- 
paqların  göstərdikləri  igidliklərdən  dönə-dönə  b əh s  edərək  mühari­
bənin  taleyini  h əll  ed ə  b iləcək   qədər  g ü cə  m alik  olan  bir  toplum 
olduqlarını  vurğulayırdılar.  Müharibə  aparan  imperiyaların  hər  biri 
onları  ö z  tərəflərin ə  çekm əkdən  ötəri  bütün  imkanlarından  istifadə 
edirdilər.  F əq ət  ruslar  bunun  üçün  daha  ço x   ə m ə k   v ə   m ə sr ə f  sərf 
etm ək  m əcburiyyətində  idilər.  Çünki  onları  qarapapaqlarla n ə  qan,  n ə 
dil,  n ə  d ə ki,  din birləşdirirdi.
2.1.  QARAPAPAQLAR  XIX  ƏSRİN  İLK  İRAN-RUS  VƏ 
TÜRK-RUS  MÜHARİBƏLƏRİNDƏ
Kartli-Qaxet  çarlığının  1801-ci  ildə  Rusiya  İmperiyasına  bir­
ləşdirilməsindən  sonra  1803-cü  ildə  Car-Balakən  camaatlığmı,
1804-cü  ilin  yanvarında  isə  Cəncə  xanlığını  işğal  edən  rus  qo­
şunları  İrəvana  doğru  irəliləyərkən  İran  və  Osmanlı  dövlətlə­
rinin  güclü  müqavimətinə  rast gəldi.  İran  Rusiyadan  qoşunlarını 
Cənubi  Qafqazdan  çıxarmasım  tələb  etdi.  Rusların  rədd  cavabı 
1804-cü  ilin  iyun  ayında  XIX  əsrin  ilk  Rusiya-İran  müharibə­
sinin başlanmasına rəvac verdi.  İran taxtının vəliəhdi Abbas Mir­
zə  Qacar böyük bir süvari  qoşunu  ile  İrəvan  xanına yardım üçün 
hərəkətə keçdi.
85


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə