KəXRİ valehoğlu qarapapaqlar


sərhədləri  Türkiyə  tərəfdən  qaçaqların  hücumlarından  qorumağı  h ə­



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə11/57
tarix29.01.2018
ölçüsü144 Kb.
#22929
1   ...   7   8   9   10   11   12   13   14   ...   57

FƏXRİ VALEHOĞLU
sərhədləri  Türkiyə  tərəfdən  qaçaqların  hücumlarından  qorumağı  h ə­
valə  etdilər.  O,  həqiqətən sərhədləri  elə  qoruyurdu ki,  vaxtaşırı  qaçaq­
ları  bizim  hüdudlara göndərən  türk kəndlərinin  qorxusuna  çevrilm işdi. 
O  dövrdəki  türk  qaçaqlarının  v ə   biz  tərəfdən  qaçaq  düşm üşlərin  heç 
biri  bizim   sunurda,  Əli  ağanın  nəzarətindəki  ərazilərdə  görünm əyə 
cəsarət  etm ədi.  O,  onları  hər  yerdə  axtanndı  və  rəhm  etmirdi.  Sonra- 
lar,  1826-1829-cu  illər  türk  və  İran  kampaniyalarında  (m üharibələ­
rində)  Ə li  ağa,  ö z   dəstəsi  ilə  iranlılara  v ə   türklərə 
etdiyi  partizan 
h əm lələriy lə  h əm işə seçilirdi, onların kiçik dəstələrini  v a h im ə y ə   g əti­
rirdi.  Buna  görə  d ə  o,  general  Yermolovun  x ə ləfi  general-feldm arşal 
Paskeviç-Erivanskinin inamını v ə  rəğbətini  qazanm ışdı»1 1
.
Canişin  tərəfindən əfv olunduqdan  sonra Ə li  ağa  Osmanlı 
qaçaqlarının  Rusiya  tabeliyindəki  ərazilərə  hücumlarının  və 
şahzadə  Aleksandrın  bu  ərazilərə  keçməsinin  qarşısım  almaq 
üçün  yaradılmış  dəstədə  qulluq  edir.  1818-ci  ilin  sentyabrında 
general-leytenant  A.A.Velyaminov  Başkeçiddə  olan  polkovnik 
P.A.Ladinskiyə  yazırdı:  «Mənə  çatan  şayələrə  görə  100  nəfər 
tatar  atlısı  ilə  Toparvana  kəndi  yaxınlığında  gözətçi  mövqedə 
duran B aydar  sultanı ondan  100 sajen məsafədən keçmiş  şahza­
dəni  (Aleksandr Mirzəni -F .V .)  öz dəstəsiylə  bərabər görüb  və 
bilə-bilə  ki,  bu  şahzadədir  onun  ələ  keçirilməsi  üçün  heç  bir 
cəhd  göstərməyib.  Mən  sizə  sultanın  bu  hərəkətini  ədalətlə 
araşdırmağı  və  mənə  məlumat  vermənizi  tapşırıram».  Ladinski 
isə  cavab  raportunda  bildirirdi  ki,  Baydar  sultanı  A lm a s   s u l ­
ta n   bəlkə  də  tək  və  ya  5-6  adamla  olub  şahzadəni  görsə  onu 
təqib etməzdi,  ancaq onun yanında öz adamlarından  başqa  gene­
ral-mayor Sısoyevin alayından 3 kazak və 2 «tatar» kəndxudası -  
Q aracalar kəndxudası M irz a lı  ağa  və knyaz Aqotişvilini  həbs 
etmiş  Ə li  ağ a  E yyub  ağa  oğlu  da  var  idi.  V ə  əgər  A lm as 
sultan  şahzadəni  təqib  etmək  istəməsə  belə,  kazaklar  və  bu 
«tatar»  kəndxudaları  onu  izləyərdilər.  General  Velyaminov  hə­
min  il  general  Yermolova  ünvanladığı  raportunda  isə  canişinə 
Borçalı  ağaları  A ğ ak işi  b əy in   gözətçi  dəstəsiylə  birlikdə  Bol-
1  «Кавказ»  qez.,  1874,  №  123-124;  Л.С.  Исарлов.  Письма  о  Грузии, 
Тифлис,  1899, с.203-210.
40
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
nis//Bolus dərəsində  gizlicə İrəvana gedərək şahzadə Aleksand­
rın Abbas  M irzəyə  və  digər  İran məmurlarına məktublarını  çat­
dırmış  3  nəfəri:  Dəmirçihasanlı  X əlil  Ş ək ərəli  oğlunu,  Gorar- 
xılı  (Gavurarxı)  Əli  H üm m ət  oğlunu  və  əslən  Dağıstanın  Ku- 
suri  kəndindən  olan  Həsən  Murtuzəli  oğlunu  ələ  keçirdiyini 
xəbər  verib  aşağıdakıları  əlavə  edirdi:  «Bu  xidmətinə  görə 
Ağakişi  bəyə  pul  mükafatı  təklif etdim.  Amma  o  qürurla puldan 
imtina  edib  dedi  ki,  mükafat  kimi  ona  ya  rütbə,  yaxud  da  ki, 
üstündə  imperator  həzrətlərinin  şəkli  olan  qızıl  medal  verilsə 
yaxşı  olardı».1  Yermolov  Velyaminovun  raportunu  diqqətdən 
kə-narda  qoymayaraq,  Ağakişi  bəyə  ünvanladığı  1818-ci  il  22 
iyun tarixli məktubunda ona göstərdiyi sədaqətə və igidliyə görə 
minnətdarlıq  ifadə  edib,  üstündə  imperatorun  şəkli  olan qırmızı 
lentli qızıl medalla təltif olunduğunu bildirirdi.2
Qaynaqlardan  1826-28-ci illər qacar-rus (İran-rus) müharibə­
sində  qacarların  ən  fəal  komandanlarından  olan  Qarapapaq 
Nağı  xanın  XIX  əsrin  əvvəllərində  Borçalıdan  İrəvan  xanlığı 
ərazisinə  pənah  gətirdiyi  aşkarlanır.  Erməni  arxiyepiskopu  Ner­
ses  1823-cü  il  13  sentyabrda  general  Yermolova  yazdığı  130 
saylı  rəsmi  məktubda  Gürcüstandan  qaçmış  N a ğ ı  xanın  yaxın 
adamlarının  13  il  əvvəl, yəni  1810-cu  ildə  gecə  patriarxın  evinə 
barıt  atdığım,  səherisi  gün  isə  Nağı  x a n ın   qardaşının Eçmiyəd- 
zindəki  ruhani  idarəsinə hücum etdiyini  bildirirdi.3 Knyaz Mada- 
tovun  1822-ci  ildə  Yermolova  raportundan:  «Mehdiqulu  xan 
Qarabağlının  qaçmasının  əsl  səbəblərini  bilən  və  mənə  sadiq 
olan  insanlar  tərəfindən  məlumatlandırılmışam  ki,  Mehdiqulu 
xan  Göyçə  tərəfdən  N ağı  xanın  yanma  yola  düşüb,  oradan  da 
İrəvan  sərdarının yanına keçib  əvvəllər şahzadə Aleksandrın ya­
şadığı D ərələyəzdə məskunlaşmaq üçün sığınacaq istəyəcək»4.
1 AKAK, IV с., I h., Tiflis,  1870, s. 296.
2AKAK,  V I c .,I h ., s.  696.
3 Yenə orada, s. 455.
4 AKAK, VI с., I h.,  s.  849.
41


FƏXRİ VALEHOĞLU
General Rtişev  1813-cü il 7 iyulda Axısqa paşasına göndər­
diyi  məktubunda ondan Gürcüstandan qaçıb  paşalığın hüdudları 
daxilindəki  Çıldıra  sığınmış  Nağı  b ə y   adlı  tanınmış  qaçağın 
tutulub  Rusiya  hökumətinə  verilməsini  tələb  edir.1  Ancaq  paşa 
Nağı  bəyin Ahısqa qarapapaqları  arasındakı  nüfuzundan  ehtiyat­
lanaraq  rusların  tələbini  rədd  edir.  Mənbələrdən  aydın  olur  ki, 
Baydar  kəndxudasının  yaxın  qohumu  olan  bu  qaçaq  Nağı  bəy 
1826-cı  ilin əvvəllərində yenidən Gürcüstana,  Şürəgələ keçmək 
istəyir  [Yeri  gəlmişkən qeyd edək ki,  XIX  əsrin  əvvəllərinə  aid 
rus qaynaqlarında Gürcüstan  deyəndə  Qazax,  Borçalı,  Şəmşəd- 
dil,  Pəmbək,  Şürəgəl mahalları və Kartli-Qaxet bölgələri  nəzər­
də  tutulurdu].  O  hətta  Axısqa  paşasının  bir neçə  dəfə  görüş  is­
təyinə  və  tələbinə  baxmayaraq, ruslarda  inamsızlıq yaratmamaq 
üçün  xəstə  olduğunu  bəhanə  edərək  özü  onun  yanma  getməyib 
oğlunu  göndərir.  Paşa  Nağı  bəyin  bu  hərəkətinə  qəzəblənib 
onun  oğlunu  öldürtmək  istəyir,  amma  yerli  ağalar  bunun  əvə­
zində Nağı bəyin paşalığa çox ziyan yetirə biləcəyini söyləyərək 
onu  bu  addımdan  çəkindirirlər.  Nağı  bəy  Gürcüstana  qayıtmaq­
dan  ötəri  başkomandan  Yermolovdan  icazə  alması  xahişi  ilə 
knyaz  Sevarsamidzeyə  müraciət  edir.  Sevarsamidze  Nağı  bəylə 
görüşüb  onun  həqiqətən  də  paşa  ilə  münasibətlərinin  yaxşı  ol­
madığını  və  geri  qayıtmaq  istəyində  tam  səmimi  olduğunu  də­
qiqləşdirmək üçün  Çıldıra  B ayram qulu  ağa  B ay tal  o ğ lu   adlı 
bir  nəfəri  ezam  edir.  O,  general-leytenant  Velyaminova  1826-cı 
ilin  yanvarında  göndərdiyi  raportda Nağı  bəyin,  eləcə  də  bütöv­
lükdə qarapapaqların qayıtmasının Gürcüstan üçün  müsbət nəti­
cələnəcəyi  qənaətində  olduğunu  yazırdı  və  Nağı  bəy  qayıdaca­
ğı  təqdirdə  rus  hakimiyyətindən  narazı  olan  Gürcüstan  sakinlə­
rinin  artıq  onun  yanında  sığınacaq  tapa  bilməyəcəklərini  xüsusi 
vurğulayırdı.1
 2
1 AKAK, 

c„ s. 795.
2  M.  E.  Коцебу.  Описание вторжения  персиян  в Грузию  в  1826-ом  году. 
Материалы  к  истории  персидской  войны  1826-1828  г.,  с.  43-47  (XIX
42
QARAPAPAQLAR  VƏ ONLARIN X IX  ƏSR HƏRB TARİXİ
1817-ci  ildə rus təbəəliyindən çıxıb İrəvan əyalətinə köçmüş 
Abdi  M əsim   oğlu  iki  il  sonra,  1819-cu ildə Qaraağacda yaylaq­
da  olan  Dəmirçihasanh  İsa   Sultan  Ə hm əd  S u ltan   oğlu n u n  
yanma gələrək ona  1804-cü  ildə  İrəvana qaçmış  Pəmbəkli  Nağı 
bəy  Mehdibəyovdan  məktub  və  hədiyyə  olaraq  bir  boz  at 
gətirir.  Məktubda  İsa  sultan  İran  təbəəliyini  qəbul  etmək  üçün 
dilə  tutulurdu  və  deyilirdi  ki,  Dəmirçihasanlılar  İrana  köçərsə 
şahın xüsusi mərhəmətinə layiq görüləcəklər.  1821-ci  ildə N ağı 
bəy  eyni  məzmunlu məktubla  İsa  su ltan ın   yanma  Abdi  Məsim 
oğlunun  qardaşını  yollayır.  Velyaminovun  yazışmalarından  m ə­
lum  olur  ki,  bundan  sonra  İsa  sultanın  ruslara  sədaqətsizlik 
yönlü  hərəkətləri  aşkar edilir və o nəzarət altına alınır.  Nağı  bə­
yin tapşırığı əsasında baş verənləri dəqiqləşdirmək üçün yenidən 
Borçalıya gələn Abdi Məsim oğlu isə tutulub Tiflisə göndərilir.1
Polkovnik  N.  Muravyovun  qeydlərindən  məlum  olur  ki, 
1826-cı ilin iyun ayında Məngilis yaxınlığında qarovulda durmuş 
gürcülər  meşədə  9  nəfər  ləzgi  soyğunçusu  görüb  onlara  atəş 
açıblar,  amma  heç  birini  yaralaya  bilməyiblər.  Bundan  sonra 
ləzgiləri  təqib etsələr də izlərini itirib geri  qayıdıblar.  Muravyov 
onların tutulması üçün göstərişlər versə də bundan heç bir nəticə 
hasil  olmur.  İki  gün  sonra  Borçalı  distansiyasının  sakini,  Bar- 
maqsız  yaxınlığında  gözətçi  dəstənin  başçısı  yüzbaşı  Q asım  
Ş ə r if  oğlu  ona  Barmaqsız  qalasındakı  alayın  rəhbəri  ştabs- 
kapitan  Antonovun  raportunu  gətirir.  Raportda  soyğunçuların 
Barmaqsız  yaxınlığında  dəyələr  qurmuş  Qazax  sakini  Çamazbi 
Sosiaşvılinin  6  atmı  Axısqamn  Getala kəndi  istiqamətində  apar­
dıqları  bildirilirdi.  Muravyov  Q asım   Ş ə r if   o ğ lu n a  soyğun­
çuların adlarını müəyyən etməyi tapşırır. Verilən tapşırığı yerinə 
yetirmək  üçün  yüzbaşı  Q asım   Ş ə rif  oğlu  Axısqada  olan  qar­
daşı  Əhmədin  yanma  gedir  və  müəyyən  edir  ki,  ləzgilər  atın 
birini  Getala  kəndinin  sakini  İsmayıl  Paşa  oğluna  satıblar.  Bu
əsrdə  yayımlanmış  6u  kitabın  harada  çap  olunduğu  və  dəqiq  nəşr tarixi  bəlli 
deyil).
1 AKAK,  IV с., II h.,  s. 245.
43


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə