Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə4/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   2   3   4   5   6   7   8   9   ...   156

 

12 


(ġəki  xanlığı  çarın  fərmanı  ilə  1819-cu  ildə  ləğv  edilmiĢ  və  Rusi-

yanın  tərkibinə  qatılmıĢdı)... 

Fətəli xanın atası Ġsgəndər xan (25 may 1820, Gəncə - 16 iyul 

1894, Gəncə) Kəlbalı xan Xoyskinin (1785 - 29 iyul 1834) Cəfərqu-

lu  xanın  kiçik qızı  Sara bəyim Xoyskidən olan övlad idi.  Ġsgəndər 

xan çar ordusunda 40 il qüsursuz xidmətdən sonra 16 dekabr 1889-

cu ildə ona general-leytenant rütbəsi verilmiĢ və təqaüdə yola salın-

mıĢdı.  Ġsgəndər  xan  16  iyul  1894-cü  ildə  Gəncədə  vəfat  etmiĢ  və 

oradakı Səbizkar qəbristanlığında dəfn edilmiĢdi... Onun Nuxada və 

Gəncədə  iki  böyük  evi  (malikanəsi)  vardı...  Beləliklə,  Fətəli  xan 

Xoyski  hərbçi  ailəsində  böyüyüb  -  baĢa  çatmıĢdı.Ġsgəndər  xanın  6 

övladı - 5 oğlu, 1 qızı vardı. Fətəli xan ailədə 4-cü uĢaq idi. O, Ġs-

gəndər  xanın  övrəti  Hacı  Molla  Zeynal  qızı  ġəhrəbanu  xanımdan 

olan oğluydu. Birinci təhsilini Gəncə klassik gimnaziyasında almıĢ-

dı. 1897-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil ola-

raq 1901-ci ildə oranı 1-ci dərəcəli diplomla bitirmiĢ, ilk öncə Gən-

cədə,  sonra  isə  Suxumi,  Batumi  və  Kutaisi  dairə  məhkəmələrində 

müxtəlif vəzifələrdə çalıĢmıĢdı. Fətəli xan 1907-ci ildə Yekaterina-

dar (indiki Krasnodar; 1920-ci ilədək Yekaterinadar adlanırdı) dairə 

məhkəməsində prokuror köməkçisi təyin edilmiĢdi 

1907-ci ildə Fətəli xan Xoyski Yelizavetpol (Gəncə) quberni-

yasından  Rusiyanın  II  Dövlət  Dumasına  kadetlər  partiysından 

(Konstitusiyalı burjua demokratik partiyası) deputat seçilmiĢdi. Cə-

mi 103 gün ömrü olmuĢ Ġkinci Dövlət Dumasında F. Xoyski Azər-

baycandan yeganə təmsilçi idi.Üçüncü Dövlət Dumasında isə Fətəli 

xan Xoyski ilə bərabər Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov (25 

oktyabr  1873,  Gəncə  -1947,  Ġstanbul),  Ġsmayıl  Zeynalabdin  oğlu 

Tağıyev  (1865,  Bakı  -  1930  Bakı;  1907-ci  ildə  Ġkinci  Dumaya 

deputat  seçilib,  ancaq  getməyib.  Partiya  məncubiyyəti  üzrə  bitərəf 

olub.  Ġsmayıl  milyonçu  Hacı  Zeynalabdin  Tağıyevin  dayısı  qızı 

Zeynəbdən olan  oğlu  idi...),  Məhəmməd ağa  Məmməd  Tağı  Sultan 

oğlu ġahtaxtinski (1846, Naxçıvan, ġahtaxtı kəndi -12 dekabr 1931, 

Bakı),  Mustafa  Hacı  Musa  oğlu  Mahmudov  (Mahmudi)  (1878, 

Göyçay qəzasının Kürdəmir kəndi - 20 dekabr 1937, Bakı; otuzuncu 

illərdə  repressiyaya  məruz  qalıb,  1937-ci  ilin  noyabrında  həbs  olu-

nub  və  həmin  il  dekabrın  20-də  güllələnib)  və  Zeynal  Eynal  oğlu 




 

13 


Zeynalov  (1876,  Əmircan  kəndi,  Bakı-1935,  Bakı)  da  millət  vəkili 

missiyasını daĢıyırdılar. Bunların içərisində ilk azərbaycanlı profes-

sor olan... M. ġahtaxtinskini xüsusi qeyd etməliyik... 

Kadetlər  partiyasının  üzvü  olmasına  baxmayaraq,  Müsəlman 

fraksiyasına  daxil  olan  Fətəli  xan  1907-ci  il  fevralın  20-də  açılan 

Sankt-Peterburqun  məĢhur  Tavriya  sarayında  Rusiya  Dumasındakı 

cəsarətli  çıxıĢlarında  çar  hökumətinin  Zaqafqaziyada,  o  cümlədən 

Azərbaycanda yeritdiyi müstəmləkəçilik və milli ayrı-seçkilik siya-

sətini  tənqid  atəĢinə  tuturdu.  O,  Rusiyanın  müstəmləkə  xalqlarına 

məhəlli (milli-mədəni) muxtariyyət verilməsini tələb edirdi F. Xoy-

ski 1917-ci ilin martınadək Gəncə və Bakı dairə məhkəmələrində iĢ 

kəsmək üzrə andlı müvəkkil vəzifəsini də icra etmiĢdi. 

Bundan  sonra  partiya  mənsubiyyəti  üzrə  bitərəfliyini  bəyan 

edən  Fətəli  xan  Xoyski  1917-ci  ilin  martında  yaradılmıĢ  Zaqafqa-

ziya  Müsəlmanları  Mərkəzi  Ġcraiyyə  Komitəsinin  üzvü  seçilmiĢdi. 

”Müsavat” firqəsinin  (“müsavat” ərəbcə “bərabərlik”, “firqə” “par-

tiya” deməkdir) 1917-ci il oktyabrın 26-31-də Bakıda keçirilən I qu-

rultayında  iĢtirak  edən  F.Xoyski  demiĢdi:  –  “Mən  müxtəlif  səbəb-

lərə görə heç bir firqəyə girməmiĢəm, amma hamısı ilə çalıĢmıĢam. 

Ona görə də hər bir firqənin fəaliyyətini bir tərəfinə təhqiq edə bil-

miĢəm...” F. Xoyski “Müsavat” partiyasının  I qurultayında irəli sü-

rülən “Azərbaycana Muxtariyyət!” Ģüarının qızğın tərəfdarıydı. 

Fətəli xan Zaqafqaziya Komissarlığının maarif naziri, həm də 

Zaqafaqziya  Mərkəzi  Ġcraiyyə  Komitəsinin  sədri  olmuĢdu.  Milləti-

nin mənafeyini hər Ģeydən üstün tutan, onu müqəddəs hesab edən F. 

Xoyski  Zaqafqaziya Müsəlmanları  Ġcraiyyə  Komitəsinin sədri  kimi 

böyük nüfuza malik idi (”millət” anlayıĢını və sözünü Azərbaycan-  

da  ilk  dəfə  görkəmli  drmaturq  Mirzə  Fətəli  Axundzadə  (Axundov) 

(1812-1870) iĢlətmiĢdir). 

1918-ci il fevralın 10-da Tiflisdə Zaqafqaziya Seymi  yaradıl-

mıĢ, ilk açılıĢı fevralın 23-də olmuĢ, həmin il mayın 26-da isə süqut 

etmiĢdi. F.Xoyskinin Zaqafqaziya Seyminin üzvü, 1918-ci il aprelin 

20-də  yaradılan  A.Ġ.Çxengelinin  baĢçılıq  etdiyi  Zaqafqaziya  Fede-

rativ Respublikasının ədliyyə naziri olması heç də təsadüfi deyildi... 

F.Xoyski hələ Zaqafqaziya Komissarlığı hökumətində çalıĢar-

kən  Azərbaycanda  ibtidai  və  ali  məktəblərin  açılmasına  cəhd  gös-




 

14 


tərmiĢdi.  Tiflis  Ģəhərində  Zaqafqaziya  Darülfününün  təsis  məsələsi 

qaldırılanda Fətəli xan demiĢdi: - ”...Hə üçün Tiflisdə? Axı, burada 

həm Ali Texniki Məktəb, həm də Gürcüstan Universiteti var.YaxĢı 

olmazmı  ki,  bu  Darülfünün  hər  bir  Ģəraiti  olan  Bakıda  təsis  edil-

sin...”.  Qeyd  etmək  lazımdır  ki,sonralar  -  Azərbaycan  Demokratik 

Respublikasının  BaĢ  naziri  (rəisi-Vüzarə)  olanda  Bakı  Darülfünü-

nün  (Ġndiki  Bakı  Dövlət  Universitetinin)  təsis  edilməsinin  (15  no-

yabr 1918-ci il) təĢəbbüsçüsü məhz F. Xoyski olmuĢdu. 

Fətəli  xan  Xoyski  hələ  Zaqafqaziya  Komissarlığında  (17  no-

yabr  1917  -  14  fevral  1918)  nazir  olarkən  1917-ci  ilin  noyabrında 

Azərbaycan  Ordusunun  yaradılması  haqqında da məsələ  qaldırmıĢ-

dı.  Çünki  o,  nizami  ordu  yaradılmasını  milli  müstəqilliyə  aparan 

doğru  yolda  ən  vacib  və  ciddi  addım  hesab  edirdi.  Komissarlığın 

sədri  E.P.Geqeçkori  (1891-1954)  1917-ci  il  noyabrın  15-də  Fətəli 

xana  qaldırdığı  məsələ  ilə  əlaqədar  rəsmi  münasibətini  bildirmiĢ, 

Zaqafqaziya  Müsəlman  kol  (nizami)  ordusunu  təĢkil  etmək  haq-

qında” 7 bənddən ibarət  qətnaməni 11 dekabr 1917-ci ildə imzala-

mıĢ, onun həyata keçirilməsini Fətəli xanın özünə həvalə etmiĢdi. 

1918-ci  il  Mayın  28-də  Tiflisdə  sabiq  Qafqaz  caniĢini  Qran-

dükün  oturduğu  sarayda  Zaqafqaziya  Seymində  4  partiyanı  təmsil 

edən  44  nəfər  azərbaycanlını  birləĢdirən  Azərbaycan  Milli  ġurası 

axĢam saat 20

10

 dəqiqədə adbaad səsvermə yolu ilə ġərqdə yeni res-



publikanın  –  Azərbaycan  Xalq  Cümhuriyyətinin  (Azərbaycan  De-

mokratik Respublikasının) yarandığını elan edən “Ġstiqlal Bəyanna-

məsi”ni  qəbul  etdi.  Milli  ġura  24  səslə  Azərbaycanın  “Ġstiqlal  Bə-

yannaməsi”ni qəbul etmiĢ, 2 nəfər - Sultan Məcid Qənizadə (Qəni-

yev) (1866-1938) və Cəfər Axundov (1878-1931) bitərəf qalmıĢdı... 

(Sultan  Məcid  Hacı  Murtuzəli  oğlu  Qənizadə  (Qəniyev).  Görkəmli 

maarif xadimi, yazıçı, tərcüməçi, filoloq alim idi. 1886-cı ilin apre-

lində ġamaxıda anadan olmuĢdu.Otuzuncu illərdə repressiyaya mə-

ruz  qalıb,  26  iyul  1937-ci  ildə  həbs  edilib,23 mart  1938-ci  ildə  72 

yaĢında  güllələnib...  Cəfər  Axund  Hacı  ġeyx  Həsən  oğlu  Axundov 

1878-ci ildə Nehrəm kəndində dünyaya gəlib. 1931ci ildə Gəncədə 

53 yĢında vəfat edib və Səbizkar qəbristanlığında, atasının sərdabə-

sində dəfn olunub). 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə