Kərimov Tofiq Mirzə oglu



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə9/156
tarix15.03.2018
ölçüsü3,76 Mb.
#32530
1   ...   5   6   7   8   9   10   11   12   ...   156

 

27 


1918-ci  il  iyunun  26-da  Azərbaycan  hökumətinin  qərarına 

əsasən Milli Ordumuz təsis olunmuĢdu. General Nuru paĢa və digər 

türk  hərbçilərinin də bu iĢdə köməyi Ģəksiz idi. Beləki, general-ley-

tenant  Əli  ağa  ġıxlinskinin  (1875-1943)  komandir  olduğu  Müsəl-

man Korpusu Azərbaycan Korpusu adlandırılmıĢdı.General Ə. ġıx-

linski  Azərbaycan  Korpusunun  komandiri  vəzifəsində  saxlanmıĢdı. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının  Silahlı  Qüv-

vələri Günü Azərbaycan Prezidentinin 1992-ci il 18 sentyabr tarixli 

fərmanı ilə əvvəllər hər il 9 oktyabr tarixində qeyd olunurdu.Lakin o 

tarixi  həqiqəti  heç  də  dəqiq  əks  etdirmirdi.  Odur  ki,  Azərbaycan  

Respublikasının  Prezidenti  Heydər  Əliyevin  1998-ci  il  22  may 

tarixli fərmanı ilə 9 oktyabr tarixli həmin fərman qüvvədən düĢmüĢ 

və 1918-ci il 26 Ġyunda Gəncədə Azərbaycan Korpusunun yarandığı 

gün əsl tarixi gün kimi qəbul olunmuĢdur. Hazırda hər ilin bu günü 

Azərbaycan Silahlı Qüvvələri iĢçilərinin peĢə  bayramı  günü  kimi 

təntənəli  surətdə  qeyd  olunur. 

...1918-ci il iyulun 31-də Bakı XKS süqut emiĢ və hakimiyyət 

əvəzində  ingilis  generalı  L.Ç.Denstervilin  (general-mayor  Lionel 

Çarlz  Denstervil  9  noyabr  1865-ci  ildə  anadan  olmuĢ,1946-cı  ildə 

vəfat etmiĢdi) Bakıdakı 1500 nəfərlik hərbi kontingentinə arxalanan 

daĢnak-menĢevik  və  eserlərin  “Sentrokaspi  Diktarurası”  (“Mərkəzi 

Xəzər  hakimiyyəti”)  deyilən,  cəmi  44  gün  (1  avqust-15  sentyabr 

1918-ci  il)  hökm  sürmüĢ  koalisyon  bir  “hökumət”in  əlinə  keçmiĢ-

di... Qanlı döyüĢlərdən sonra Bakı 1918-ci il sentyabrın 15-də Azər-

baycan Xalq Cümhuriyyətinin birləĢmiĢ hərbi hissələri, tum general 

(general-leytenant) Mürsəl paĢanın (aralık -  dekabr 1881, Ərzrum, 

Türkiyə-2 Ģubat (fevral) 1945, Ġstanbul. Bakının alınmasındakı xid-

mətlərinə görə ona “Bakı Mürsəl paĢa” ləqəbidə verilmiĢdi. ”Bakı” 

adını  özünə  fəxrlə  soyadı  götürmüĢ  Mürsəl  paĢa  64  yaĢında  Ġstan-

bulda vəfat etmiĢ və orada dəfn olunmuĢdu.1988-ci ilin noyabrında 

onun  nəĢi  Ankaradakı  dövlət  qəbristanlığına  köçürülmüĢdür...)  ko-

mandir  olduğu  (“mürsəl”  ərəbcə  “göndərilmiĢ”,  ”yollanılmıĢ”  de-

məkdir)  5-ci  Qafqaz  diviziyası  və  general-leytenent  Nuru  paĢanın 

komandan  olduğu  Qafqaz  Ġslam  Ordusu  tərəfindən  azad  olunmuĢ, 

ertəsi günü F. Xoyski  hökuməti Gəncədən Bakıya köçmüĢdü. Bakı 

1918-ci  il  sentyabrın  14-dən  15-nə  keçən  gecə  saat  3-də  baĢlanan 




 

28 


qəti hücum əməliyyatı nəticəsində bazar günü, səhər saat 9-a iĢləmiĢ 

azad  edilmiĢdi.  Bu  zaman  Azərbaycan  Respublikasının  əhalisi  4 

milyon,  ərazisi  isə  100  min  kvadrat  kilometr  idi.  Qeyd  etmək 

lazımdır  ki,  Bakının  azad  olunması  haqqında  ilk  xəbər  Danimarka 

konsulluğu  vasitəsilə  bütün  dünyaya  yayılmıĢdı.Bakı  azad  edildik-

dən  sonra  türk  yarbayı  (podpolkovnik)  Mehmet  Fəthi  Bakının 

müvəqqəti  qubernatoru  təyin  edilmiĢ,  Ģəhərdə  tam  asayiĢ  bərqərar 

olunmuĢdu.  Bu  iĢdə  onun  böyük  köməkçisi,  pokovnik    Əli  bəy  

Zizikskinində  rolu  qeyd  olunmalıdır... 

1918-ci  il  sentaybrın  16-da  Türkiyənin  hərbi  naziri  Ənvər 

paĢa Bakının xilası  ilə  əlaqədar ġərq Ordular qrupunun komandanı 

Xəlil  paĢaya  (1882-1957)  təbrik  teleqramı  göndərmiĢdi.  Xəlil  paĢa 

(Xəlil Kut)  Azərbaycanın müstəqilliyində, Bakının daĢnak-bolĢevik 

və  menĢevilk-eser  tör-töküntülərindən,  habelə  ingilislərdən  xilasın-

da  mühüm  rol  oynamıĢ  Osmanlı  zabitlərindən  biri  idi.  Xəlil  paĢa 

Türkiyənin Mosuldakı (Ġraq) 6-cı ordusunun, sonralar ġərq Ordular 

Qrupunun  komandanı  olmuĢdu.  Azərbaycanda  yaradılmıĢ  Qafqaz 

Ġslam  Ordusunun  təminat  və  təchizat  iĢlərinə  baĢçılıq  edirdi.  Bir 

müddət türk millətçilərinin qeyri-rəsmi nümayəndəsi kimi Moskva-

da fəaliyyət göstərmiĢdi...Lakin Bakının 1920-ci il aprelin 27-də 11-

ci ordu tərəfindən iĢğalında bolĢeviklərə “inanan” Xəlil paĢanın gü-

nahları Türkiyədə yeri gələndə indi də etiraf və tənqid edilir... 

Bu Ģad xəbəri Qafqaz Müsəlman Ordudunun komandanı, ge-

neral-leytenant  Nuru  paĢa  hələ  Gəncədə  olan  Nazirlər  ġurasının 

sədri Fətəli xan Xoyskiyə teleqram göndərməklə çatdırmıĢdı. Teleq-

ramda deyilirdi: 

“Allahın köməyi  ilə Bakı  Ģəhəri 15 (9) 34-də, saat  9-un baĢ-

lanğıcında bizim qoĢunlar tərəfindən alındı”. 

Fətəli xan Xoyski  Nuru  paĢaya  göndərdiyi  təcili  cavab teleq-

ramında Azərbaycan xalqı və hökuməti  adından  məhəbbət  və  min-

nətdarlığını belə izhar etmiĢdi:  

Qafqaz Müsəlman Ordusunun komandanı Nuru Paşaya! 



Xoşbəxtəm  ki,  xalqın  adından  Siz  əlahəzrətlərinə,  xeyirxah 

türk oğullarına və Azərbaycan paytaxtını düşməndən azad edən ina-

nılmış cəsur əsgərlərə təşəkkürümüzü çatdırırıam”.  

               Nasirlər ġurasının sədri Fətəli xan”. 




 

29 


Bakının  azad  edilməsi  qurbanlar  hesabına  baĢa  gəlmiĢdi... 

1918-ci  il noyabrın 10-da,  bazar  günü Azərbaycan  hökuməti  baĢda 

Nuru  paĢa  olmaqla  Mudros  saziĢinin  Osmanlı  Türkiyəsinə  aid  his-

səsinin  (11-ci  maddə)  əməli  olaraq  yerinə  yetirilməsinin  icrası 

olaraq  türk  generallarının Ģərəfinə  vida  ziyafəti  təĢkil  etmiĢdi. 

Qeyd:  Mudros  sazişi.  Əslində,  Mondros  barışığı.  1918-ci  il 

oktyabrın  30-da  Aralıq  dənizində  Saqqız  (Lemnos)  adasındakı 

Mondros limanında Antanta dövlətləri ilə Osmanlı dövləti arasında 

imzalanıb. Sazişi Antanta tərəfindən ingilis admiralı Somerset Artur 

Qoş  Kaltorp  (23  dekabr  1864-27  iyul  1937)  və  Türkiyənin  Baş 

Qərargah rəisi, orbay (ordu generalı) Hüseyn Rauf bəy  (27 temniz 

(iyul) 1881, İstanbul-16 temniz (iyul),1964 İstanbul) imzalamışdı

Ziyafətdə 400 nəfər tanınmıĢ ziyalı və siyasi xadim, neft səna-

yeçilərinin  nümayəndələri,  Azərbaycan    Ordusunun  rəhbərləri  iĢti-

rak edirdilər. Ziyafətdə ilk çıxıĢ edən və alovlu nitq söyləyən Azər-

baycan  hökumətinin  baĢçısı  Fətəli  xan  Xoyski  demiĢdi:  ”...  Azər-

baycanın çöllərində bizim türk qardaĢlarımızın qanı bizim türklərin 

qanı ilə bir-birinə qarıĢdı... Azərbaycanın hürriyyəti uğrunda tökül-

müĢ qanlar Osmanlı və Azərbaycan türkləri arasında yaxınlaĢmanın 

və  qırılmaz  əlaqələrin  möhkəm  təminatıdır”.  Fətəli  xan  daha  sonra 

bildirmiĢdi:  ...”Bizim  də  yaĢamaq  azad  yaĢamaq  haqqımız  var.  Nə 

zirehli  maĢın,  hidroplan,  kanonerka,  tikanlı  məftil,  mina  və  digər 

texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə də ümumiyyət-

lə, hər hansı bir qüvvə tarixin təbii gediĢini dayandıra bildi, onların 

əlli minlik orduya və texnikaya malik olmasına  baxmayaraq, kiçik 

qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri öz rifahı və 

səadətini  baĢqasının  fəlakəti  və  bədbəxtliyi  üzərində  qurmağa  çalı-

Ģanlar üçün ibrət dərsi olmalıdır”. 

Ziyafətdə  Osmanlı  imperiyası  və  türk  Qafqaz  komandanlığı 

adından  vida  çıxıĢı  edən  general  Nuru  paĢa  onun  rəhbərlik  etdiyi 

ordunun Azərbaycan üçün nə  edibsə, bundan sonrada etməyə hazır 

olduğunu bidirərək,axırda demiĢdi: ”...QardaĢ Azərbaycan türkünün 

mənafeyi  hər  bir  türk  üçün  müqəddəsdir...  Əgər  Azərbaycanın 

azadlığı  yolunda  yeni qurbanlar lazım olarsa, ona da hazırıq”. Yeri 

gəlmiĢkən,  artıq  yuxarıda  deyildiyi  kimi,  Gəncədən  üzü  bəri  Azər-

baycan qəzalarının və Bakının düĢmən qüvvələrindən azad edilməsi 



Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə