112
müəssisənin nizamnaməsi
Müəssisə fəaliyyətinin planlaşdırılması-
bu, öz əksini «Müəssisələr
haqqında» Qanunda tapmışdır. Orada göstərilir ki, müəssisə istehsal etdiyi
məhsula, gördüyü işlərə, göstərilən xidmətlərə tələbatı, habelə istehsalat və sosial
inkişafının təmin edilməsi, onun işçilərinin şəxsi gəlirlərinin yüksəldilməsi
zərurətini nəzərə alaraq öz fəaliyyətini əvvəlcədən müstəqil qaydada planlaşdırır və
müəssisənin inkişaf istiqamətlərini və s. müəyyən edir.
Müəssisə ölkənin qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada
müqavilə əsasında dövlət ehtiyacları üçün işlər görə və tədarük edə bilər. Adı
çəkilən qanunda qeyd edildiyi kimi, müəssisənin məhsuluna, işlərinə və
xidmətlərinə olan ictimai tələbatın ödənilməsi dövlət tərəfindən iqtisadi üsullar və
metodlarla tənzimlənir. Tərtib edilən planların əsasını bilavasitə istehsal edilən
məhsulun, görülən işlərin, göstərilən xidmətlərin istehlakçıları (alıcıları) və maddi-
texniki ehtiyatları tədarükçüləri ilə bağlanmış müqavilələr (sazişlər) təşkil edir.
Dostları ilə paylaş: